Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə  33.  Hərbi  rütbələrdən  məhrumetmə,  hərbi  rütbələrin  aşağı  salınması  və



Yüklə 261,08 Kb.
Pdf görüntüsü
səhifə30/48
tarix02.01.2022
ölçüsü261,08 Kb.
#47213
1   ...   26   27   28   29   30   31   32   33   ...   48
5f1ec61b95f10-61fe060649b3cf7c217f64a789765d135f1ec61b95f1e-333sCnmd7J2iN 6

Maddə  33.  Hərbi  rütbələrdən  məhrumetmə,  hərbi  rütbələrin  aşağı  salınması  və 

bərpası 

33.1.  Hərbi  qulluqçular  və  hərbi  vəzifəlilər  (əsgər,  matros  hərbi  rütbəsinə  malik  olanlar 

istisna  olmaqla)  ağır  və  ya  xüsusilə  ağır  cinayət  törətməyə  görə  məhkum  olunduqda, 

məhkəmənin  qərarı  ilə  onlara  verilmiş  hərbi rütbələrdən məhrum  edilərək  əsgər  (matros) 

rütbəsinə endirilə bilərlər. 

33.2.  Hərbi  qulluqçular  (zabitlər  istisna  olmaqla)  Azərbaycan  Respublikası  Silahlı 

Qüvvələrinin İntizam Nizamnaməsi ilə müəyyən olunmuş qaydada hərbi rütbədən məhrum 

edilir və onların hərbi rütbələri bu rütbələri vermək hüququ olan vəzifəli şəxslər tərəfindən 

bərpa edilir. 

33.3. Hərbi qulluqçuların və hərbi vəzifəlilərin hərbi rütbələri (əsgər, matros, kiçik gizir, kiçik 

miçman, kiçik leytenant hərbi rütbəsinə malik olanlar istisna olmaqla) digər intizam tənbehi 

tədbirləri müsbət nəticə vermədikdə bir pillə aşağı salına bilər. 

33.4.  Ali  zabitlərin  hərbi  rütbələri  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən,  digər  hərbi 

qulluqçuların, habelə hərbi vəzifəlilərin və istefada olan şəxslərin hərbi rütbələri isə «Hərbi 

xidmətkeçmə haqqında» Əsasnamədə və «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 

İntizam Nizamnaməsi»ndə müəyyən edilən qaydada bir pillə aşağı salınır və bərpa olunur. 




Yüklə 261,08 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin