Maddə 35. Hərbi qulluqçuların hərbi geyim forması və fərqləndirmə nişanları
35.1. Hərbi qulluqçular və toplanışlar keçən hərbi vəzifəlilər hərbi rütbə və qoşun (xidmət)
növü üzrə fərqləndirmə nişanları olan hərbi geyim forması geyinirlər.
35.2. Hərbi qulluqçuların hərbi geyim forması, fərqləndirmə nişanları və onların təsvirləri
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
35.3. Fərqləndirmə nişanları olan hərbi geyim formasını qanunsuz olaraq daşıyan şəxslər
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
məsuliyyət daşıyırlar.
Dostları ilə paylaş: |