38.1. Dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə aşağıdakı kimi
38.1.1. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları: ali təhsili olanlar — 1 il, qalan bütün
əsgərlər, matroslar və çavuşlar — 1 il 6 ay. Məhkəmənin hökmünə əsasən hərbi
qulluqçunun intizam xarakterli hərbi hissədə cəza çəkdiyi vaxt müddətli həqiqi hərbi xidmət
38.1.2. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün: müddətli həqiqi hərbi
xidmətdən daxil olanlar, ehtiyatdan daxil olanlar və qadınlar — 3 il. Bu müddət qurtardıqda
müddətdən artıq həqiqi hərbi xidmət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın
38.1.3. kursantlar üçün — hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsində
38.1.4. gizirlər və miçmanlar üçün — 5 il. Sonra bu müddət tərəflərin razılığı ilə həqiqi
hərbi xidmətdə olmağın son yaş həddi çatanadək hər dəfə 5 ilədək müddətə uzadılır;
38.1.5. zabitlər üçün: ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılanlar və ya bağlaşma
əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar — 1 il 6 ay (bu müddət bitdikdən sonra
tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər), bağlaşma əsasında həqiqi hərbi
xidmətə könüllü daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər — 3 ilədək (bu
müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni bağlaşma bağlanır).
38.2. Hərbi qulluqçular aşağıdakı müddətlərdə sərəncamda olurlar:
38.2.1. xarici ölkələrdə hərbi təhsil almaqla və ya beynəlxalq təşkilatda müvafiq vəzifəyə
təyin edilməklə əlaqədar — təhsil və ya müvafiq vəzifədə xidmət müddətində;
38.2.2. ştatların ixtisarı və ya təşkilati-ştat tədbirləri ilə əlaqədar və «Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi»ndə nəzərdə tutulmuş qaydada
vəzifədən kənar edildikdə (barəsində cinayət təqibi həyata keçirilən hərbi qulluqçulardan
başqa) — 4 aydan artıq olmamaq şərti ilə;
38.2.3. xəstəliyə görə 4 aydan artıq müalicədə olduqda — həmin müalicə müddətində;
38.2.4. hamiləliyə və ya doğuşa, yaxud 3 yaşınadək uşağa qulluq etmək üçün ödənişsiz
məzuniyyətə çıxdıqda — məzuniyyət müddətində;
38.2.5. 3 yaşınadək uşağı təkbaşına böyüdən kişi cinsli hərbi qulluqçu uşağa qulluq etmək
üçün ödənişsiz məzuniyyətə çıxdıqda — məzuniyyət müddətində.
38.3. Bu Qanunun 38.2-
ci maddəsində nəzərdə tutulmuş sərəncamda olma müddəti həqiqi
hərbi xidmət müddətinə daxil edilir.
38.4. Barəsində həbs qətimkan tədbiri seçilmiş hərbi qulluqçu sərəncama çıxarılır və onun
həbsdə olduğu müddət, cinayət işinə xitam verildikdə və ya bəraət hökmü çıxarıldıqda,
həqiqi hərbi xidmət müddətinə daxil edilir.
38.5.Qanunla müəyyən edilmiş qaydada hərbi xidmət müddəti başa çatmamış və müddətli
həqiqi hərbi xidmət dövründə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına
məhkum edilmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları (şərti məhkum edilmiş
şəxslərdən və bu Qanunun 42.0.3-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa),
məhkumluğu ödənildikdən (üzərindən götürüldükdən) sonra, müddətli həqiqi hərbi xidmətə
çağırışın son yaş həddinə çatmamışlarsa və onlar hərbi xidmətə yararlı hesab olunarlarsa,
müddətli həqiqi hərbi xidmət müddətinin çəkilməmiş hissəsini keçmək üçün hərbi xidmətə
çağırılırlar.
Dostları ilə paylaş: