Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 39. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddi



Yüklə 261,08 Kb.
Pdf görüntüsü
səhifə36/48
tarix02.01.2022
ölçüsü261,08 Kb.
#47213
1   ...   32   33   34   35   36   37   38   39   ...   48
5f1ec61b95f10-61fe060649b3cf7c217f64a789765d135f1ec61b95f1e-333sCnmd7J2iN 6

Maddə 39. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddi 

39.1. Dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın aşağıdakı son yaş hədləri müəyyən edilir: 

39.1.1. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün — 36,5 yaş; 

39.1.2. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün 

— 45 yaş; 



39.1.3. kiçik zabitlər üçün — 48 yaş; 

39.1.4. baş zabitlər üçün: 

39.1.4.1. mayor, polkovnik-

leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün — 

48 yaş; 

39.1.4.2. polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün — 53 yaş; 

39.1.5.  ali  zabitlər  üçün  —  general-mayor,  kontr-admiral,  general-leytenant,  vitse-admiral 

— 58 yaş, general-polkovnik, admiral rütbələrində — 63 yaş. 

39.2. Ordu generalı üçün son yaş həddi müəyyən edilmir. 

39.3.  Müddətli  həqiqi  hərbi  xidmət  hərbi  qulluqçuları  istisna  olmaqla,  hərbi  qulluqçuların 

həqiqi hərbi xidməti davam etdirməsini istisna edən əsaslar olmadıqda, onlar həqiqi hərbi 

xidmətdə olmağın son yaş həddinə çatanadək həqiqi hərbi xidmətdə qala bilərlər. 

39.4. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə 

eh

tiyata  və  ya  istefaya  buraxılırlar  (zabitlər,  gizir  və  miçmanlar,  müddətdən  artıq  həqiqi 



hərbi  xidmət  hərbi  qulluqçuları  həqiqi  hərbi  xidmətdə  olmağın  son  yaş  həddinə  çatdıqda 

güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını almaq hüququnu əldə etmirlərsə, öz arzuları 

ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər). 

39.5. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçuların razılığı ilə 

onlar hərbi qulluqçuların müvafiq heyəti üçün ehtiyatda olmağın son yaş həddindən artıq 

olmamaqla həqiqi hərbi xidmətdə saxlanıla bilərlər. 




Yüklə 261,08 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin