41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda
41.0.2. yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda;
41.0.3. xəstəliyə görə — hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız
sayıldıqda;
41.0.4. ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar
xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçuları istisna olmaqla);
41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları —
«Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə;
41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna
olmaqla);
41.0.7. məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə
(müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin İntizam Nizamnaməsi»nin 61-ci bəndinin «z)» yarımbəndində nəzərdə
tutulmuş hallar istisna olmaqla);
41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya
müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə
tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) və ya ömürlük azadlıqdan
məhrumetmə növündə cəzalara məhkum edildikdə (bu Qanunun 42.0.3-cü maddəsində
nəzərdə tutulmuş hallar istisna olmaqla);
41.0.9. öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət
etmiş kadr zabitlər;
41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv
edildi
kdə.
Dostları ilə paylaş: