Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 47. Hərbi vəzifəlilərə hərbi rütbələr verilməsi



Yüklə 261,08 Kb.
Pdf görüntüsü
səhifə44/48
tarix02.01.2022
ölçüsü261,08 Kb.
#47213
1   ...   40   41   42   43   44   45   46   47   48
5f1ec61b95f10-61fe060649b3cf7c217f64a789765d135f1ec61b95f1e-333sCnmd7J2iN 6

Maddə 47. Hərbi vəzifəlilərə hərbi rütbələr verilməsi 

Toplanışları  keçmiş  və  tədris  proqramı  üzrə  yoxlamaları  müvəffəqiyyətlə  vermiş  hərbi 

vəzifəlilərə  «Hərbi  xidmətkeçmə  haqqında»  Əsasnamədə  müəyyənləşdirilmiş  qaydada 

polkovnik (1-

ci dərəcəli kapitan) daxil olmaqla, növbəti hərbi rütbələr verilir. 

Maddə 48. Hərbi vəzifəlilərin istefaya keçirilməsi 



Bu  Qanunun  42-

ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda  hərbi  vəzifəlilər  hərbi 

qeydiyyatdan və hərbi uçotdan çıxarılaraq istefaya keçirilirlər. 

9-

cu fəsil. Yekun müddəalar 

Maddə 49. Hərbi vəzifələrin  yerinə yetirilməsi ilə bağlı tədbirlərin maliyyə və maddi 

təminatı 

49.1.  Hərbi  vəzifənin  yerinə  yetirilməsi  ilə  bağlı  tədbirlərin  maliyyə  və  maddi  təminatı 

Azərbaycan  Respublikası  dövlət  büdcəsinin,  Naxçıvan  Muxtar  Respublikası  büdcəsinin, 

habelə  təşkilatların  vəsaiti  hesabına,  bu  Qanunla  və  Azərbaycan  Respublikasının  digər 

qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 

49.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti 

orqanının sifarişi ilə müvafiq icra hakimiyyəti orqanını çağırış məntəqələri ilə təmin etmək, 

ictimai  qaydanı  qorumaq,  lazımi  sayda  həkim  mütəxəssislər  və  orta  tibb  heyəti,  dərman 

vasitələri,  alətlər,  tibb  və  təsərrüfat  əmlakı,  nəqliyyat  vasitələri  ayırmaq  üçün  müvafiq 

tədbirlər görməlidir. 

49.3.  Çağırış  komissiyalarının  üzvləri,  hərbi  həkim  komissiyalarının  üzvləri,  müvafiq  icra 

hakimiyyəti orqanında iş üçün ayrılmış həkimlər və orta tibb heyəti, texniki işçilər və xidmət 

heyəti  vətəndaşların  ilkin  hərbi  qeydiyyata  alınması,  hərbi  xidmətə  çağırılması, 

vətəndaşların  tibbi  müayinəsi,  habelə  müvafiq  icra  hakimiyyəti  orqanına  çağırılanların 

göndərilməsi  zamanı  bu  vəzifələri  yerinə  yetirərkən  onların  əsas  iş  yerində  orta  əmək 

haqqı saxlanılır. 

49.4.  Bu  Qanunun  49.3-

cü maddəsində göstərilən şəxslər öz vəzifələrini yerinə yetirməsi 

üçün  başqa  yerə  ezam  olunduqda  onlara  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən 

etdiyi qaydada və məbləğdə ezamiyyə xərcləri ödənilir. 



Maddə 50. Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların maliyyə və maddi təminatı 

50.1.  Həqiqi  hərbi  xidmətə  çağırılmış  vətəndaşlara  mülkiyyət  və  təşkilati-hüquqi 

formasından  asılı  olmayaraq  iş  (təhsil)  yerində  orta  əmək  haqqının  ən  azı  üç  misli 

məbləğində müavinət ödənilir. 

50.2.  Vətəndaşlar  ilkin  hərbi  qeydiyyata  alınmaq  və  həqiqi  hərbi  xidmətə  çağırılmaqla 

əlaqədar  vəzifələrini  yerinə  yetirmək  üçün  lazım  olan  vaxtda  daimi  iş  yerində  orta  əmək 

haqqı saxlanılmaqla işdən (təhsildən) azad edilirlər. 

50.3. 


Hərbi  qulluqçu  hazırlayan  xüsusi  təyinatlı  təhsil  müəssisələrinə  qəbul  imtahanlarını 

vermək  üçün  vətəndaşlara  qanunvericiliklə  nəzərdə  tutulmuş  qaydada  ödənişsiz 

məzuniyyət verilir və onların iş yerində vəzifəsi və orta əmək haqqı saxlanılır. 

50.4.  Hərbi  xidmətə  çağırılmış  vətəndaşların  xidmət  yerinə  aparılması  və  yolda  yeməklə 

təmin  edilməsi  Azərbaycan  Respublikası  dövlət  büdcəsinin  və  Naxçıvan  Muxtar 

Respublikası büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 




Yüklə 261,08 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin