Maddə 53. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 54. Bu Qanunun qüvvəyə minməsi ilə əlaqədar ləğv edilməli olan Azərbaycan
Respublikasının qanunları
Bu Qanun qüvvəyə mindiyi gündən «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın
əsasları haqqında» (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 11, maddə
406, № 16, maddə 706; 1993, № 5, maddə 133; 1994, № 9, maddə 96; Azərbaycan
Respublikasının 1995-ci il 2 may tarixli, 1030 nömrəli Qanunu; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 15; 1999, № 3, maddə 164,
№ 4, maddə 215, № 5, maddə 286; 2001, № 3, maddə 147, № 12, maddə 745; 2002, №
6,
maddə 328, № 8, maddə 463; 2004, № 2, maddə 57, № 7, maddə 507; 2006, № 3,
maddə 219; 2007, № 1, maddələr 1, 4; 2008, № 7, maddə 602; 2010, № 4, maddə 275;
2011, № 2, maddə 71) və «Hərbi xidmət haqqında» (Azərbaycan Respublikası Ali
Sovetinin Məlumatı, 1992, № 21, maddə 912; Azərbaycan Respublikasının 1995-ci il 2
may tarixli, 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
1998, № 1, maddə 15; 1999, № 3, maddə 163; 2001, № 3, maddələr 146, 147, № 11,
maddələr 683, 694, № 12, maddə 745; 2002, № 6, maddə 328, № 8, maddə 463; 2004, №
4, maddə 199, № 5, maddə 319; 2005, № 7, maddə 588; 2006, № 4, maddə 312; 2011, №
2, maddə 71) Azərbaycan Respublikasının qanunları ləğv edilir.
Dostları ilə paylaş: |