51.1. Hərbi xidmətin maliyyə və maddi təminatı Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikası dövlət büdcəsinin, Naxçıvan
Muxtar Respublikası büdcəsinin və təşkilatların vəsaiti hesabına həyata keçirilir.
51.2. Həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış
yerinə yola salınması və müəyyən olunmuş digər təminatlarla təmin edilməsi Azərbaycan
Respublikası dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaiti
hesabına həyata keçirilir.
Dostları ilə paylaş: