45.1. Hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi
rinci dərəcəli ehtiyatda olanlar — hər dəfə 2 ayadək müddətə beş dəfəyədək,
45.2.2. ikinci dərəcəli ehtiyatda olanlar — hər dəfə 2 ayadək müddətə üç dəfəyədək, lakin
45.3. Səfərbərlik hazırlığının yoxlanılması məqsədilə hərbi vəzifəlilər hərbi təlim
toplanışlarından başqa 10 günədək müddətə hərbi yoxlama toplanışlarına çağırıla bilərlər.
45.4. Fövqəladə vəziyyət şəraitində hərbi vəzifəlilər fövqəladə hadisələrin qarşısının
alınmasında və ya nəticələrinin aradan qaldırılmasında iştirak etmək üçün müvafiq icra
hakimiyyəti orqanının qərarı ilə 3 ayadək müddətə xüsusi toplanışlara çağırıla bilərlər.
45.5. Toplan
ışların müddətləri və vaxtı bu Qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyənləşdirilir. Toplanışlara cəlb ediləcək hərbi vəzifəlilərin sayını
müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə müvafiq icra hakimiyyəti orqanı müəyyən
edir.
45.6. Ehtiyatda olarkən toplanışlarda olmağın ümumi müddəti 18 aydan çox ola bilməz.
45.7. Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə hərbi vəzifəlilər hərbi təlim və xüsusi
toplanışlarda bu Qanunla müəyyən edilmiş müddətdən əlavə 3 ayadək müddətə saxlanıla
bilərlər.
45.8. Hərbi vəzifəlilər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən toplanışa
göndərildikləri gün toplanışın başlanğıcı, toplanışın başa çatması ilə əlaqədar müvafiq əmr
əsasında şəxsi heyətin siyahısından çıxarıldıqları gün isə toplanışın sonu sayılır.
Dostları ilə paylaş: