34.1. Bu Qanunun 34.5-
ci maddəsində göstərilən hallardan başqa hərbi qulluqçular ştat
vəzifələrində həqiqi hərbi xidmət keçirlər.
34.2. Hərbi qulluqçular tərəfindən tutulmalı olan ştat vəzifələri və bu vəzifələrə uyğun hərbi
rütbələr hərbi hissələrin (gəmilərin, idarəetmə orqanlarının, idarələrin, hərbi qulluqçu
hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin) ştatlarında nəzərdə tutulur.
34.3. Hərbi qulluqçular müdafiə xarakterli işlərin yerinə yetirilməsi üçün həqiqi hərbi
xidmətdə saxlanılmaqla dövlət orqanlarına, təşkilatlara ezam oluna bilərlər. Zabitlər
xidmətlərini davam etdirmək üçün müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən
beynəlxalq təşkilatlara ezam oluna bilərlər.
34.4. Hərbi qulluqçuların xidmətdə bir hərbi vəzifədən başqa hərbi vəzifəyə keçirilməsi
«Hərbi xidmətkeçmə haqqında» Əsasnamə ilə tənzimlənir.
34.5. Hərbi qulluqçular ali zabitlər tərəfindən tutulmalı olan hərbi vəzifələrə,
qanunvericilikdə başqa qayda nəzərdə tutulmamışdırsa, müvafiq icra hakimiyyəti orqanının
təqdimatına əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunurlar.
Dostları ilə paylaş: