38
müəssisənin idarə quruluşunun və strateji planlaşdırma sisteminin
formal təşkilini təmin edir,
ikincisi isə formal
qəbul edilmiş strateji
xəttdən çıxaraq, daha geniş fəaliyyət dairəsinə və təşəbbüskarlığa
şərait yaradır. Həmin firmadaxili təşkilati formaların diqqəti cəlb
edən üstünlüyü ondadır ki, onlar əsaslı xərc tələb etmədən
müəssisələrin mövcud istehsal - təsərrüfat şəraitində yaradılırlar.
Lakin, onların geniş tətbiqinə mane olan başlıca səbəb, bütün
innovasiya layihələrində olduğu kimi, müvafiq hüquqi bazanın
olmaması və ya zəif olmasıdır.
Menecmentin forma və metodlarına həsr edilmiş iqtisadi
ədəbiyyatlarda inteqrasiya ilə bilavasitə məşğul olan fəaliyyət
qurumunun yaradılmasına üstünlük verilir. Belə ki, bu idarəetmə
formasında strateji əhəmiyətli yeniliklər əsas istehsalla sıx əlaqədə
olur, müəssisənin iqtisadi cəhətdən inkişafına şərait yaradır. Odur ki,
müəssisənin mövcud idarəetmə sistemi çərçivəsində yaradılan
«birbaşa inteqrasiya» forması ali rəhbərliyin nəzarəti altında
yaradılaraq, müəssisənin konstruktor - texnoloji, istehsalın idarə
edilməsi və s. idarə orqanları ilə sıx əlaqədə fəaliyyət göstərir.
Göstərilən firmadaxili idarə forması ilə yanaşı, rəqabət
qabiliyyətli məhsul istehsal edən müəssisələrdə (firmalarda), yeni
məhsul işləyib hazırlayan və ya təsərrüfat fəaliyyətinin inkişaf
istiqaməti ilə məşğul olan, böyük strateji əhəmiyyətə malik, əsas
istehsalla yenilik baxımından bilavasitə təmasda olan idarə orqanları
da yaradılır. Belə orqanlar adətən, sahibkar xarakterli
layihələrin
həyata keçirilməsi üçün yaradılır. «Yeni ixtisaslaşdırılmış» idarə
orqanı isə
“yenilik xarakterli” olsa da, strateji əhəmiyyətə malikdir
və o, əsas istehsalla az əlaqədə olur. Güclü inzibati nəzarət, həmin
orqanın yalnız strateji vəzifələrini yerinə yetirməyə müvəffəq olur.
Həmin orqanlar uzun müddət səmərəli işlədikdə, müəssisənin sərbəst
istehsal vahidi statusunu alaraq fəaliyyət göstərə bilır.