AğASƏF İmran


“Riskli kiçik təşəbbüs qrupu”



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə27/146
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#47354
1   ...   23   24   25   26   27   28   29   30   ...   146
445202160-Ağasəf-İmran-Menecment-pdf

“Riskli kiçik təşəbbüs qrupu” dəqiq müəyyən edilmiş strateji 
əhəmiyyətli yeniliklər işləyib hazırlayır və əsas istehsalla sıx əlaqədə 
olur. Onlar istehsalat bölmələrinin tərkibində yaradılır və “ikinci 
dərəcəli” yenilik işləyib hazırlayırlar. Əvvəlki idarə orqanından fərqli 
olaraq, burada inzibati nəzarət zəifdir və təşəbbüs qrupu böyük 
sərbəstliyə malikdir. Lakin onların fəaliyyəti üçün ayrılan vəsaitə, bu 
işin yerinə yetirilməsi müddətinə hədd qoyulur. Eyni zamanda, həmin 
qrup müəssisələr digər elmi – texniki laboratoriyalarla, informasiya 
bazası ilə, təcrübə – sınaq sahəsi və s. ilə sıx əlaqədə işləyir və öz 
işlərinin nəticələri haqqında texnoloqlara operativ məlumatlar təqdim 
edirlər.  
Menecmentin digər firmadaxili təşkilati formaları haqqında 
(sahə iqtisadçılarının əsərlərində) kifayət qədər izahat verildiyindən, 
onların təfsilatından yan keçməyə üstünlük veririk. Lakin, firmadaxili 
idarəçilikdə yalnız həmin formalarla kifayətlənmək düzgün olmazdı. 
Odur ki, bazar münasibətlərinə keçid şəraitində müəssisələrin və 
firmaların  müasir rəqabət  qabiliyyətliliyini, onların  firmalararası 
əlaqələrini, elmi - tədqiqat potensialından istifadə etmək imkanlarını 
nəzərə almamaq mümkün deyildir.  
Deməli, müasir şəraitdə innovasiya meyilli birgə fəaliyyətin 
yaranmasına daha çox ehtiyac vardır. Bu baxımdan, daha çox 
yayılmış  idarəetmə  forması  “françayzinq”dir.  Bazarın  tam 
formalaşmadığı və istehsal edilən məhsulların nisbətən aşağı 
keyfiyyətdə olduğu, erqonomik tələbatlara zəif cavab verdiyi şəraitdə 
“françayzinq formasının tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Bu 
formaya görə müəssisə öz məhsulunu sərbəst fəaliyyət göstərən 
ticarətçilərə verir, onlar müəyyən ərazidə həmin məhsulları satdıqdan 
sonra istehsalçıya pulunu ödəyirlər. Deməli, “françayzinq“ satışın 
genişlənməsinə maksimum şərait  yaradır, tələbatın dəyişilməsini 
operativ hiss edir və bazar sisteminə daxil olmağa şərait yaradır. Eyni 


40
 
 
 
zamanda, bu forma çərçivəsində müəssisə öz “ticarət markası”nı yeni 
bazarda yayır, satış obyektlərini genişləndirir, məhsulların satışı və 
xidmətlərin göstərilməsi üzrə xərcləri azaldır. Çox zaman göstərilən 
forma “konsaltinq” və yaxud “injinirinq” sazişləri ilə tamamlanır.  
Bazar  iqtisadiyyatlı  ölkələrdə  geniş  yayılmış  idarəetmə 
formalarından biri də “strateji alyans”lar - ittifaqlardır.  Sonuncu, 
adətən iki və ya üç firmanın (kompaniyanın) uzun müddətli istehsal 
və bazar  fəaliyyətlərinin əlaqələndirilməsidir  (koordinasiyasıdır). 
Strateji alyanslar, birgə müəssisələrdən fərqli olaraq, müxtəlif sənaye 
sahələrinin  müəssisələrini cəmləşdirirlər. Onun strateji  məqsədi, 
alyansa daxil edilən bir müəssisənin məhsulunun digəri tərəfindən 
alınmasını  stimullaşdırır.  Digər  tərəfdən alyans,  müəssisələrin 
istehsalat, satış, elmi–tədqiqat, konstruktor–texnoloji fəaliyyətlərini 
birləşdirərək, xərcləri tarazlı bölüşdürür və o zaman bu və ya digər 
sahədə qüvvətli tərəfdaşdan istifadə edir. Beləliklə, alyansa daxil olan 
müəssisələr müflisləşmə təhlükəsindən qorunmuş olurlar. 
Son illər bazar iqtisadiyyatlı ölkələrdə firmadaxili idarəçilik 
formaları içərisində “inqubator”lara üstünlük verilir. Təəsüf ki, bu 
təcrübə MDB iqtisadi məkanında, o cümlədən, bizim ölkəmizdə 
tətbiq edilmir. Xarici ölkələrin iqtisadçı alimlərinin əsərlərində əsasən 
inqubatorların bir təyinatından (funksiyalarından) onların köməyilə 
yüksək ixtisaslı idarəetmə və mühəndis kadrlarının hazırlanmasından 
söz açılır, halbuki, həmin təşkilati formanın daha geniş potensial 
imkanları  mövcuddur.  Belə ki,  inqubatorlar özünün fəaliyyət 
dairəsində iştirakçılara səhvlər və risklər üzrə eyni hüquq verir, 
mühəndis-texniki işçilərin bazar münasibətlərinin tələblərinə uyğun 
hazırlanmasına  və  kollektivə  rəhbərlik  etmək  bacarığının 
formalaşmasına şərait yaradır.  
İnqubatorların həmin fəaliyyəti ilə yanaşı, “vençur”  kapitalı 
tətbiq edilən yerdə, yeni texnologiyanın, qeyri-mərkəzləşdirilmiş 


41
 
 
 
istehsal bölmələrinin təşkilində, yeni metodların - menecmentin 
innovasiya  və strateji planlaşdırılma sahəsində yeni üsulunun 
tətbiqinə şərait yaradır.  
Bütün göstərilən hallarda müəssisənin istehsal proqramının 
yerinə yetirilməsinə xələl gətirən mənfi təsir edilmir. 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin