AğASƏF İmran



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə38/146
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#47354
1   ...   34   35   36   37   38   39   40   41   ...   146
445202160-Ağasəf-İmran-Menecment-pdf

Yoxlama üçün suallar 
 
1.   İdarəetmə səviyyələri və pillələri; 
2.  Aşağı, orta, ali səviyyələr; 
3.  İdarəetmədə obyekt və subyekt nədir?  
4.  İdarəetmə prosesi və onun mərhələləri.  
5.  Texnoloji prosesin xüsusiyyətləri. 
6.  Səmərəli idarəetmə və onun təşkili. 
7.  Əməyin üfüqi və şaquli bölüşdürülməsi. 
8.  Müəssisənin yaşadılması və inkişafı diaqramını       
      izah et. 
 
 
 
 
 
 
 
2.3. MENECMENTDƏ İNFORMASİYA VƏ KOMMUNİKASİYA 
 


71
 
 
 
İnformasiya – idarəetmənin ən başlıca xammalıdır. İnformasiya, 
hər hansı bir yolla ölçülə bilən və tərkibində yenilik olan məlumatdır. 
Texniki-iqtisadi informasiyanın ölçü vahidi «bit»dir. İnformasiyanın 
toplanmasında,  saxlanmasında,  araşdırılmasında  və  verilməsində 
texniki  və  rabitə  vasitələrindən  istifadə  olunduqda,   onu 
kommunikasiya prosesi adlandırırıq.  
Hazırkı dövrdə idarəetmə prosesini kommunikasiya və qərar 
qəbul etmə proseslərindən ayrı təsəvvür etmək qeyri-mümkündür. 
İdarəetmənin  5  funksiyasının  –  planlaşdırma,  təşkiletmə, 
motivləşdirmə,  nəzarət və marketinqin ümumi xüsusiyyətləri də 
bunlarla bağlıdır. Bu funksiyalar hamısı qərarların qəbul edilməsini 
tələb edir və hamısına informasiya  lazımdır ki, düzgün qərar qəbul 
etmək üçün ondan istifadə etsinlər və bu qərarı müəssisənin başqa 
üzvlərinə çatdıra bilsinlər. Bu iki xüsusiyyət idarəetmənin bütün 
funksiyalarını  özündə  birləşdirdiyi  üçün kommmunikasiya  və 
qərarların qəbul edilməsini çox vaxtı  əlaqələndirici funksiyalar 
adlandırılırlar. 
İdarəçilik işi, təsərrüfatçılıqla bağlı olsa da, əsasən zehni bir 
işdir. Təşkilatın mütəşəkkil işləməsi üçün, rəhbər qərar qəbul edərkən 
bir  neçə  alternativ  ehtimallardan  düzgününü  seçməlidir. 
Alternativlərin birinin seçilməsi – qərardır. Beləliklə də, qərarın qəbul 
edilməsi –  nəyin  və necə planlaşdırılması,  təşkil olunması, 
motivləşdirilməsi və nəzarət edilməsinin seçilməsidir. Bu, rəhbərin, o 
cümlədən, hər bir menecerin fəaliyyətinin əsas məzmununu təşkil 
edir. 
Operativ, obyektiv və effektiv qərarın qəbul edilməsi üçün və ya 
problemin həqiqi miqyasının dərk edilməsi üçün əsas tələb, relevant 
dəqiq informasiyanın olmasıdır. Bu informasiyanın yeganə alınma 
üsulu isə kommunikasiyadır. 


72
 
 
 
İnformasiyanın növləri çoxdur. Qlobal bölgü üzrə:  texniki, 
sosial, iqtisadi, siyasi, tarixi, hərbi, tibbi və digər   informasiya 
növlərini fərqləndirmək olar.  
Menecmentdə və müəssisələri darəetmə prosesində zəruri olan 
və bu səviyyədə daha çox iştirak edən texniki-iqtisadi və sosial 
informasiyanın aşağıdakı bölgüsü vardır (Şəkil 10): 
1.Yaranma səbəblərinə görə - ilkin, aralıq və hesabat növləri. 
2.İcra etdiyi funksiyalara görə - plan, uçot, statistika və s. 
növlər. 
3.Vaxta görə - gündəlik, həftəlik, aylıq, rubluk, illik və s., eləcə 
də daimi və dəyişən. 
4.İstifadəyə yararlı olmasına görə  -    yararlı,  artıq  (izafi),  səhv  
(yanlış). 
5.Qeydiyyata götürülməsinə görə -   rəqəmlə,  əlifba  ilə, 
simvollar və siqnallar ilə. 
6. Ötürülmə qabiliyyətinə görə – görünən, eşidilən və  
görülüb-eşidilən. 
7. İdarəetmədə tətbiqinə görə – iqtisadi, sosial, texniki, elmi və 
s.  
8. Alınma mənbələrinə görə - daxili və xarici informasiyalar. 
İdarəetmə prosesində ən çox  lazım olan  informasiya relevant  
informasiyadır.  Relevant  sözü – semantik mənasına görə, üst-üstə 
düşmək deməkdir. Məqsəd ilə üst-üstə düşən, həll edilən  məsələyə 
bilavasitə aid olan informasiya - relevant informasiya adlanır.  
İdarəetmədə anlaşılmazlıq o zaman yarana bilər ki, birinin 
dediyini o birisi başa düşməsin. Misal üçün, idarə edən adam idarə 
etdiyinin dilini bilmirsə və ya əksinə   olarsa, bu halda anlaşılmazlıq 
yarana bilər. Menecment elmində buna semantik baryer (baryer - 
maneə deməkdir) deyilir. Semantika – dilçilik elmidir və sözlərin 
mənasını izah edir. 


73
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil  10. İdarəetmə informasiyalarının təsnifatı 
 
İdarəetmənin  informasiya  təminatını  ödəmək  üçün 
avtomatlaşdırılmış idarəetmə sistemi və  yaxud avtomatlaşdırılmış 
informasiya sistemi yaradıla  bilər. Avtomatlaşdırılmış idarəetmə 
sistemi müəssisənin, təşkilatın, firmanın idarə edilməsində üzə çıxan  
məsələləri həll etmək və ya qərar qəbul etmək məqsədilə yaradılır. 
Burada, əsasən, texniki vasitələrdən, kompüterlərdən və kadrlardan 
istifadə olunur. Belə sistemlərdə adamlar sistemin elementi kimi çıxış 
edirlər,  yəni  adamların  iştirakı  zəruridir.  Avtomatlaşdırılmış 
informasiya sistemlərində informasiyanın toplanması, saxlanması, 


74
 
 
 
işlənməsi və verilməsi ayrı-ayrı sahələr üzrə və yaxud  ümumi 
məqsədə xidmət üçün yaradıla bilər. 
İdarəetmədə istifadə olunan informasiyaları  əsasən aşağıdakı 
mənbələrdən əldə etmək olar: 
-İnformasiya büroları. 
-Mətbuat, kütləvi informasiya vasitələri. 
-Ticarət - sənaye palatası. 
-Statistika komitəsi. 
-Standartlaşdırma və metrologiya komitəsi. 
-İqtisadi İnkişaf nazirliyi. 
-Banklar. 
-Xidmət və konsaltinq (məsləhət) firmaları və s. 
Bu qeyd olunanlardan başqa, digər mənbələr də vardır. Lakin, 
həmin mənbələrdən informasiya alınmasına məhdudiyyət qoyulur. 
Misal üçün,  Gömrük Komitəsində, Dövlət Statistika Komitəsində, 
Maliyyə Nazirliyində və digər bu kimi dövlət qurumlarında kifayət 
qədər  iqtisadi  informasiya  olsa  da,  onlardan  bu  barədə  lazımi   
məlumatları  almaq çox çətindir. 
Vergilər Nazirliyindən və hər bir rayonun özünün vergi 
müfəttişliyindən də məhdud çərçivədə məlumat almaq olar. Həm 
dövlət, həm də kommersiya bankları informasiya mənbəyi kimi çıxış 
edə bilərlər. 
Bunlarla yanaşı, əsasən elmi-texniki tərəqqi ilə bağlı  yeni 
məhsullar istehsalını şərh edən referativ jurnallarda geniş informasiya 
olur. Bu jurnallardan faydalı informasiya almaq olar. Digər tərəfdən, 
arxivlərdən, kitabxanalardan, elm və təhsil ocaqlarından, eləcə də 
elektron-informasiya şəbəkələrindən (misal üçün, İNTERNETdən) 
informasiya mənbəyi kimi istifadə edə bilərik. 
İnformasiyalar əsasən bir məqsədə xidmət edirlər – idarəetmədə 
qərar qəbul etmək üçün şərait və imkan yaratmaq. 


75
 
 
 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin