AğASƏF İmran



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə39/146
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#47354
1   ...   35   36   37   38   39   40   41   42   ...   146
445202160-Ağasəf-İmran-Menecment-pdf

İnformasiya sistemi – idarəetmə prosesinin informasiya ilə 
təmin olunmasını təşkil edən vasitə olub, bütün idarə sisteminin 
bölmələrinə lazım olan dəqiq məlumatların vaxtında verilməsinə 
imkan verir. İnformasiya sistemi aşağıdakı elemintləri özündə  əks 
etdirir: 
- İnformasiyanın toplanması. 
- İnformasiya  dövriyyəsinin təşkili. 
- İnformasiyanın saxlanması və aktuallaşdırılması. 
- İnformasiya sisteminin texniki təminatı. 
- İnformasiya sisteminin riyazi (proqram) təminatı. 
- İnformasiyanın verilməsi. 
İnformasiya sistemləri sadə və mürəkkəb quruluşlarda hazırlana 
bilərlər. Sadə informasiya sistemləri əsasən müəssisədaxili bölmələr 
üçün nəzərdə tutulur və informasiyanın toplanması, saxlanması, 
verilməsi prosesləri insanlar tərəfindən əl ilə həyata keçirilir. 
Mürəkkəb  informasiya  sistemləri  isə  bütün  əməliyyatların 
avtomatlaşdırılmış qaydada icrası və tətbiqi ilə bağlıdır. Bu halda, 
ilkin informasiyadan tutmuş  hesabat  sənədlərinin alınmasınadək 
bütün  işlərin  icrası texniki  vasitələrin köməkliyi  ilə  və 
avtomatlaşdırılmış qaydada - kompüter texnologiyasının tətbiqi ilə 
həyata keçirilir. 
Menecmentin təşkili və tətbiqi üçün bütün müəssisə və 
təşkilatlar zəruri informasiya bazasına malik olmalıdırlar. Bunun 
üçünsə   ilkin  informasiya massivləri təşkil odunmalıdır. Bu 
informasiya  massivləri  isə,  normativ-sorğu,  cari və  axtarış 
informasiya blokları şəklində tərtib oluna bilərlər. 
Ümumiyyətlə  hər  bir  informasiya  sistemi  aşağıdakı 
parametrlərlə xarakterizə olunur: 
- Məlumatlar bazasındakı  sabit informasiyanın həcmi. 


76
 
 
 
-Daim hərəkətdə olan, axın xarakterli, dəyişən informasiyanın 
həcmi. 
-İnformasiya sistemində kommunikasiya şəbəkəsinin buraxa 
bilmə qabiliyyəti. 
- İnformasiya sistemin operativ və dəqiq fəaliyyəti. 
- İnformasiya işlərində əlaqələndirmə dərəcəsi. 
İnformasiya sisteminin təşkili üzrə bu və ya digər xüsusiyyətləri 
açıb göstərən, mövcud olan bütün variantları müxtəlif  aspektlər üzrə 
aşağıdakı kimi təsnif etmək olar:  
1.  İdarəetmə səviyyələrinə görə  -  informasiya  toplanması 
dərəcəsini, mərkəzləşdirilən və qeyri-mərkəzləşdirilən sistem kimi 
ayırmaq olar. 
2.  Əhatə dairəsinə görə –  informasiya sistemi lokal və 
kompleks sistemlərə bölünür. Lokal sistem, məlumatları ayrı-ayrı 
problem və  ya  idarəetmə  funksiyaları üzrə  istiqamətləndirir. 
Kompleks sistem isə, idarəetmə prosesində bütün məlumatların 
olmasını tələb edir. 
3.  Təyinatına görə – istehsalat informasiya sistemi və elmi-
texniki informasiya sistemləri fərqləndirilir. 
4.  Mürəkkəblik dərəcəsinə görə  -  sadə   və  mürəkkəb 
informasiya sistemləri ayrılırlar. 
5. 
İnformasiyanın  işlənməsinin  avtomatlaşdırılması  və 
mexanikləşdirilməsi səviyyəsinə görə  -  əl  ilə  işlənən, 
mexanikləşdirilmiş və avtomatlaşdırılmış sistemlər mövcuddur. 
İnformasiya sistemlərinin hazırlanması  və tətbiq edilməsinin ən 
mühüm  üstünlüklərindən  biri,  informasiyanın  toplanması  və 
işlənməsində operativliyi təmin etməklə yanaşı, həm də çoxvariantlı 
idarəetmə qərarlarının hazırlanması üçün imkan yaratmasıdır. Hər bir 
menecer, bu sistemin köməyi ilə müxtəlif qərar variantlarından ən 
əlverişlisini seçmək və tətbiq etmək imkanı əldə edir 


77
 
 
 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin