80
8. İnformasiya və kommunikasiyada texniki vasitələr
9. Kommunikasiya prosesində əsas mərhələlər
2.4. QƏRAR QƏBUL EDİLMƏSİ
Hər bir müəssisədə son məqsədə çatmaq üçün çoxlu sayda
texniki-texnoloji əməliyyatlar həyata keçirilir. Hər bir əməliyyatın
təşkili və icrası üçünsə vaxtında və münasib qərar qəbul edilməlidir.
Ona görə də menecerlərinin ən gərgin və ən
məsul vəzifələrindən
biri də qərar qəbul etməkdir. Qərar qəbul edilməsi, həm də menecerin
uğuru və ya uğursuzluğu ilə bağlıdır. Çünki hər bir düzgün
qərar
uğura
səbəb olursa, hər bir səhv qərar da uğursuzluğa aparıb çıxarır.
İdarəetmə qərarlarının qəbul edilməsini aşağıdakı kimi təsnif
etmək olar:
-Məqsədə görə.
-İdarəetmənin səmərəliliyinə görə.
-Alınan son nəticəyə görə.
-İdarəetmə metodlarına görə.
-Giriş elementlərinə görə.
-Təsir vasitələrinə görə.
-İnformasiya tələblərinə görə.
81
İdarəetmə qərarlarına və onların keyfiyyətinə təsir göstərən meyarlar
aşağıdakılardır:
-Elmi əsasa söykənməsi.
-Vaxtında (lazım olan zamanda) olması.
-Qərarların hazırlanmasına və icrasına təsir gücü.
-Qərarın hazırlanma müddəti.
-Rəhbərin savadı, səriştəsi və təcrübəsi.
-Qərarların qəbul olunma tezliyi.
-Kollektivin qərar qəbul edilməsində rolu.
-İşçilərin işgüzarlığı (sosial-iqtisadi münasibətlər).
-Mövcud olan idarəetmə quruluşu.
-Rəhbərin təşkilatçılıq qabiliyyəti, şəxsi keyfiyyəti və idarəetmə
üslubu.
-Qərarların icrasına nəzarətin metodları.
-Kollektivin qərarların icrasında marağı.
-Qərarın icra müddəti.
-Təşkilatda istehsalat və əmək intizamı.
İdarəetmə mühitinə təsir göstərən meyarlar aşağıdakılardır:
-İstehsalın mürəkkəbliyi və fasiləsizliyi.
-İstifadə olunan informasiyanın həcmi və keyfiyyəti.
-Vəzifə təlimatları və standartların olması.
- İdarəetmənin fasiləsizliyi.
-Aydınlıq və yığcamlıq (lakoniklik).
-Reallıq və optimallıq.
-Dəqiqlik və ya dürüstlük (əsaslılıq).
-Məhsulun tamlığı (bütövlüyü) və ifadə forması.
-Səlahiyyət (rəhbərin hüquq və vəzifələri).
-Kollegiallıq.
-İdarəetmə səviyyələrinə uyğunluq.
82
Qərar qəbul edilməsində iştirak edən əsas üsullar üç qrupa
bölünür:
1.İntuitiv qərar; 2. Müşahidə və ya səriştə əsasında qərar; 3.
Rasional qərar.
Dostları ilə paylaş: