AğASƏF İmran



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə44/146
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#47354
1   ...   40   41   42   43   44   45   46   47   ...   146
445202160-Ağasəf-İmran-Menecment-pdf

Rasional  qərar  -  elmi və təcrübi biliklərin    tətbiqi,  rəhbər 
işçinin  intellektual səviyyəsi və qabiliyyəti əsasında qəbul olunur. Bu 
halda əsas meyar, elmi - nəzəri biliklərə və həm də qabaqcıl təcrübəyə 
və müasir elmi  metodlara əsaslanmaqdır.   
Əslində, qərar qəbul edilməsi özü bir prosesdir. Bu proses 
aşağıdakı ardıcıllıqla qurulmalı və həyata keçirilməlidir (Şəkil 11): 
1. Problemin diaqnozunun qoyulması - hansı iş (məsələ) barədə 
qərar qəbul edilməlidir. 
2. Meyarların müəyyənləşdirilməsi - problem nədir və hansı 
standartlar pozulmuşdur. 
3. Alternativlərin tapılması - aşkar edilmiş çatışmamazlıqları 
aradan götürmək üçün hansı variantlar vardır. 
4. Alternativlərin qiymətləndirilməsi - problemin həllində hansı 
variant daha sərfəlidir və müəssisənin imkanlarına uyğundur. 
5. Qərar qəbul edilməsi - ən səmərəli qərar variantının 
seçilməsi. 
6. Qəbul edilmiş qərarın icrası - işin gedişinin qərara müvafiq 
dəyişdirilməsi. 


83
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil  11. Qərar qəbul edilməsi prosesi. 
 
Qərar qəbul edilməsi prosesi əks əlaqənin yaradılması ilə 
yekunlaşır. Bu isə o deməkdir ki, qəbul edilən qərar həll ediləcək 
problemlə və ya məsələ ilə bilavasitə bağlı olmalı və qərarın qəbul 
edildiyi  məqamda real  vəziyyətlə  müqayisə olunmalıdır.  Bu 
baxımdan, qəbul olunmuş hər bir qərar,  aşağıdakı tələblərə cavab 
verməlidir: a) məqsədəuyğun olmalı; b) kəmiyyət və keyfiyyət 
göstəricilərinə malik olmalı; v) optimal olmalı; q) konkret  xarakter 
daşımalı;  e) stimullaşdırıcı olmalı; j) çevik olmalı; d) səmərəli 
olmalı; z) vaxtında olmalıdır. 
Qərar qəbul edilməsinin əsas məqsədi, işin icrasını təşkil 
etməklə müəssisənin son məqsədə nail olmasını təmin etmək 
olduğundan, yuxarıda qeyd edilən bütün amillərin nəzərə alınması 
vacibdir. Yalnız bu tələblərin ödənildiyi qərar variantı müəssisəyə 
faydalı ola bilər. Bu səbəbdən də qərar qəbul edilməsi prosesinə 
böyük məsuliyyət və cavbdehlik hissi ilə yanaşılmalıdır.   
Qərar qəbul edərkən risk amilinin nəzərə alınması vacib şərtdir. 
Burada, risk anlayışı təhlükə kimi başa düşülməməlidir. Çünki, risk – 
müəyyənliyin elə bir səviyyəsidir ki, onun köməyilə nəticəni 
proqnozlaşdırmaq mümkündür. Əslində, risk - alınacaq nəticənin ya 


84
 
 
 
həddindən çox müsbət, yaxud da həddindən çox mənfi olacağını 
qabaqcadan bilib fəaliyyət göstərməkdir. Burada müəyyənlik və qeyri 
- myəyyənlik  amillərinə də diqqət yetirmək vacibdir.  
Müəyyənlik şəraitində qərar qəbul edilməsi,  həll ediləcək 
problem barəsində kifayət qədər informasiyanın olması və qərar 
variantlarının çox olmas ilə bağlı olur. Bu halda risk, seçiləcək qərar 
variantının  yüksək səmərəli və ya az səmərəli olması ilə səciyyələnə 
bilər.  Qeyri-müəyyənlik  şəraitində  isə  əksinə,  informasiyanın 
olmaması  səbəbindən  qərar  variantlarının  hazırlanmasının 
mümkünsüzlüyü baş verir ki, bu da  menecer tərəfindən nəticəsi bəlli 
olmayan vahid bir qərarın qəbul edilməsini zəruri edir. Bu isə öz 
növbəsində böyük risk yaradır və çox böyük itkilərə səbəb ola bilər. 
Belə halda qərar qəbul edilməsi yalnız ehtimala əsaslana bilər. 
Ehtimal isə elmi və təcrübi biliklərə, səriştə və vərdişlərə yox, yalnız 
intiusiyaya söykəndiyindən onun müsbət nəticə verməsi  şübhəlidir.  
Qərar qəbul edərkən risk amilini zəiflətmək və ya aradan 
qaldırmaq üçün, ilk növbədə qeyri-müəyyənliyi azaltmaq və bunun 
üçünsə, həll ediləcək problemlə bağlı informasiya məhdudluğunu 
aradan qaldırmaq vacibdir 
 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin