AZƏRBAYCAN RESPUBLİKASI
DAXİLİ İŞLƏR NAZİRLİYİ
POLİS AKADEMİYASI
DİO-da idarəetmənin təşkili
kafedrası
MÜASİR İNFORMASİYA
TEXNOLOGİYALARI
fənni üzrə
FƏNN PROQRAMI
(əyani fakültənin kursantları üçün)
Bakı 2018
1
AZƏRBAYCAN RESPUBLİKASI
DAXİLİ İŞLƏR NAZİRLİYİ
POLİS AKADEMİYASI
İxtisasın şifri və adı: 050512 - Hüquqşünaslıq
MÜASİR İNFORMASİYA TEXNOLOGİYALARI
fənni üzrə
FƏNN PROQRAMI
(əyani təhsil üzrə)
Tədris proqramı “DİO-da idarəetmənin
təşkili” kafedrasının 30.11.2017-ci il tarixli
iclasının 4 nömrəli və Polis Akademiyası Elmi
Şurasının 20.12.2017-ci il tarixli iclasının 2
nömrəli protokolu ilə təsdiq edilmişdir.
Bakı 2018
2
Tərtib edənlər:
DİO-da idarəetmənin təşkili
kafedrasının rəisi,
fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent,
polis polkovniki, əməkdar müəllim
Səməd Həmid oğlu Hümbətov
DİO-da idarəetmənin təşkili
kafedrasının baş
müəllimi, polis polkovnik-leytenantı
Heydər Musa oğlu Heydərov
DİO-da idarəetmənin təşkili
kafedrasının müəllimi,
polis polkovnik-leytenantı
İlham Eyyub oğlu İbrahimov
DİO-da idarəetmənin təşkili
kafedrasının müəllimi,
polis leytenantı
Tural Alı oğlu Sofuyev
Redaktor:
Polis Akademiyasının rəisi, hüquq üzrə fəlsəfə
doktoru, dosent, polis general-mayoru
Nazim Tələt oğlu Əliyev
Rəy verənlər:
Azərbaycan
Texniki
Universiteti
İnformasiya
texnologiyaları və proqramlaşdırma
kafedrasının
müdiri, texnika elmləri namizədi, dosent
Zəfər Əli oğlu Cəfərov
Azərbaycan Texniki Universiteti
Avtomatika və
idarəetmə
kafedrasının müdiri, texnika elmləri
namizədi, dosent
Vahid Qara oğlu Fərhadov
3
GİRİŞ
İnsan fəaliyyətinin hər bir sahəsi müasir dövrdə
informasiya xidmətlərinə, böyük həcmli informasiyaların
emal edilməsinə daha çox ehtiyac duyur. İstənilən
informasiyanın emal edilməsinin universal vasitəsi kimi,
kompyuter, insanın və cəmiyyətin intellektual imkanlarının
gücləndiricisi, kommunikasiya vasitələri isə əlaqənin
yaradılması və informasiyanın ötürülməsi rolunda çıxış edir.
Kompyuterlərin yaranması və inkişafı – cəmiyyətin
informasiyalaşdırılmasının
ayrılmaz
tərkib
hissəsinə
çevrilmişdir.
Cəmiyyətin informasiya resurslarının istifadə olunması
prosesinin vacib tərkib hissəsini təşkil edən informasiya
texnologiyaları hal-hazırkı dövrə qədər bir neçə təkamül
proseslərini
keçmişdir.
Onların
yeniləşməsi
əsasən
elmi-texniki tərəqqinin inkişafı, informasiyanın emal edilməsi
üzrə müasir texniki vasitələrin yaranması ilə müəyyən
olunmuşdur.
Müasir
cəmiyyətdə
fərdi
kompyuter
informasiyanın emal edilməsinin əsas texniki vasitəsi kimi
istifadə olunur. Fərdi kompyuterin informasiya mühitinə
tətbiqi və telekommunikasiya rabitə vasitələrinin istifadə
olunması informasiya texnologiyalarının yeni inkişaf
mərhələsini müəyyən etmişdir.
4
Müasir informasiya texnologiyaları ictimai həyatın
müxtəlif
sahələrdə
informasiya
resurslarının
istifadə
olunması mümkünlüyünü əhəmiyyətli dərəcədə artırır.
Hal-hazırda
informasiya
texnologiyaları
dövlət
idarəçiliyinin bütün sahələrində layiqli yerlərini tuturlar.
Daxili İşlər Nazirliyi digər dövlət qurumları kimi öz xidməti
fəaliyyətlərində elmi-texniki tərəqqinin son nailiyyətlərini
istifadə edərək, öz üzərinə düşən vəzifələri həyata keçirir.
Daxili İşlər Nazirliyi sistemində müasir informasiya
texnologiyalarının tətbiq edilməsinin əsas məqsədi Daxili İşlər
Nazirliyi sistemində informasiya təminatının effektivliyinin
artırılması, informasiyanın toplanması, emalı, mübadiləsi,
istifadəsi və idarəetmə sahələrinin avtomatlaşdırılmasıdır.
Bu
baxımdan
Daxili
İşlər
Nazirliyinin
Polis
Akademiyasında
tədris
olunan
“Müasir
informasiya
texnologiyaları” fənninin əsas məqsədi kursantlara müasir
informasiya
texnologiyalarının,
kompyuter
şəbəkələri
resurslarının istifadə edilməsi və informasiyanın mühafizəsi
üzrə nəzəri bilik, praktiki bacarıq və vərdişlər aşılamaqdan və
xidməti vəzifələrin icrası zamanı onları tətbiq etməkdən
ibarətdir.