növbətçilik zamanı üzərində adı, soyadı və vəzifəsi yazılan vizit kartoçkasının
sanitariya qaydalarına müvafiq olaraq vaqonun daimi təmizliyini və komfortluğunu
vaqonun daxili avadanlıqlarının və vaqonlararası keçid meydançalarının düzgünlüyü
sanitariya qaydalarına müvafiq olaraq vaqonda gündə ən azı 2 dəfə nəmli
təmizləmə işləri aparmaq, tualetdə isə, zərurət yaranarsa gündə 4 dəfədən az ol-
elektrik istilik sistemli vaqonların döşəmələrini, ancaq isitmə sistemini açdıqdan
döşəmənin, sobanın yüksək gərginlikli elektrik qızdırıcılarını dövrədən açmadan,
nəm əsgi ilə silinməsinə icazə verilir. Kombinə edilmiş istilik sistemli vaqonların
döşəməsinin qazanxana bölməsindən başqa, istilik sisteminin qızdırıcı elementlərini
acmadan yuyulmasına icazə verilir;
vaqonda zibil, üzərində “zibil üçün” sözləri yazılmış xüsusi qaba yığılmalı sonra isə
vaqonun qazanxanasında yandırılmalı və ya bunun atılması üçün cədvəldə
göstərilən müəyyən stansiyalarda, tərtibat və dövriyyə məntəqələrində atılmalıdır.
Külü və zibili yollara, həmçinin tamburun döşəməsinə, vaqonun keçid
meydançasına atmaq qadağandır;
sərnişin qatarlarında sərnişinlər yerli vaxtla saat 8
00
-dan – 10
00
-dək, 15
00
-dən – 17
00
-
dək, 20
00
-dən – 22
00
-dək üç dəfədən az olmayaraq, firma qatarlarında və bütün
kateqoriyalardan olan qatarların “SV” vaqonlarında isə sərnişinlərin tələbi ilə günün
istənilən vaxtında çay, qəhvə, qənnadı məlumatları ilə təmin edilməlidirlər.
Sərnişinlərə xidmət edərkən bələdçi ağ gödəkcədə və ya ağ önlükdə olmalıdır;
suqaynadıcıda isti və susoyuducuda soyuq suyun olmasını təmin etməlidir;
yataq yerləri olan vaqonlarda sərnişinləri yataq dəsti ləvazimatları ilə təmin etmək;
yolda hərəkət zamanı sərnişinin istəyi ilə istifadə edilmiş yataq ləvazimatlarını imkan
daxilində əlavə ödənc hesabına dəyişmək,
yataq dəstlərini sərnişinlərin yerinə aparmaq, eləcə də əlillərin, xəstələrin, yaşlı
sərnişinlərin və azyaşlı uşaqları olan sərnişinlərin yataq yerini salmaq (düzəltmək);
yataq dəstlərinin yığışdırılmasını sərnişinlər düşdükdən sonra, müstəsna hallarda
isə sərnişinin razılığı ilə, qatarın stansiyaya çatmasına 30 dəqiqə qalmış həyata
keçirmək;
radio qurğu sıradan çıxdıqda sərnişinlərə gündüz vaxtı dayanma məntəqələrinin
adlarını elan etmək, sanitariya zonalarının sərhədləri və qatarın dayanma müddəti
barədə məlumat vermək;
sanitariya zonalarının tələblərinə ciddi riayət etmək, bu zonalardan keçərkən
tualetlərin qapılarının bağlı olmasını təmin etmək;
vaqonun pəncərələrinin ehtiyac olarsa bir tərəfdən – dəhliz tərəfdən (ikixətli
sahələrdə – çöl tərəfdən) açılmasına, havanın tam kondisiyalaşdırıldığı vaqonlarda
isə kondisioner işləyərkən pəncərələrin bağlı olmasına nəzarət etmək;
sərnişinlərin sanitar qovşağından maneəsiz istifadəsini (sanitariya zonaları və
stansiyaları, qatarların dayanacaqları istisna olmaqla) təmin etmək;
“LU-72” və ya “ĐNU-4” formalı blanklarda sərnişinlərin yerləşdirilməsi və yataq
dəstlərinlən istifadənin, “LU-73” formalı blanklarda isə boş və boşalacaq yerlərin
qeydiyyatını aparmaq;
növbənin qəbul-təhvili zamanı qovluqda gediş sənədlərinin(biletlərin) olub-
olmamasını və onların sərnişinlərin tutduğu yerlərə uyğunluğunu və yataq
dəstlərinin məsrəfini yoxlamaq və “LU-72” və ya “ĐNU-4” və “LU-73” formalı
blanklarda müvafiq qeydlər etmək;
sərnişinlərə ilkin tibbi yardım göstərmək;
mərkəzləşdirilmiş elektrik istilik sistemi olmadıqda, bunun üçün bərk yanacaqdan
istifadə edildikdə vaqonun sərnişin otaqlarında istiliyin saxlanması norması bu
Təlimatın 2.9-ci bəndinə uyğun olmalıdır;
3.2. Sərnişinin günahından yataq ləvazimatları itərsə, xarab olarsa, eləcə də kimyəvi
təmizlənmə tələb olunan səviyyədə çirklənərsə və ya vaqonun inventarı və
avadanlığı sıradan çıxarsa (zədələnərsə) bu barədə vaqon bələdçisi qatar rəisinə
məlumat verməli, o isə öz növbəsində, zədələnmiş və itmiş əmlakın qiymət
cədvəlinə əsasən sərnişini cərimə etməli və ona ödəniş haqqında “QU-57” formalı
qəbz verməlidir.
Dostları ilə paylaş: