1. İnformasiya təhlükəsizliyi anlayışı və əsasları


Şəkil_6. Açıq açarla şifrləmə sistemi



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə52/63
tarix29.12.2021
ölçüsü0,89 Mb.
#48602
1   ...   48   49   50   51   52   53   54   55   ...   63
muhazire.-informasiya-tehlukesizliyinin-esaslari

Şəkil_6. Açıq açarla şifrləmə sistemi 

Asimmetrik  kriptoqrafiyanın  əsas  çatışmayan  cəhəti  sürətin  aşağı  olmasıdır.  Buna 

görə onlar simmetrik metodlarla birgə işlədilir. Məsələn, açarların göndərilməsi məsələsini 




həll etmək üçün əvvəlcə məlumat təsadüfi açarla simmetrik metodla şifrlənir, sonra həmin 

təsadüfi açarı alan tərəfin açıq asimmetrik açarı ilə şifrləyirlər, bundan sonra məlumat və 

şifrlənmiş  açar  şəbəkə  ilə  ötürülür.  Asimmetrik  metodlardan  istifadə  etdikdə,  (istifadəçi, 

açıq açar) cütünün həqiqiliyinə zəmanət tələb olunur. Bu məsələnin həlli üçün rəqəmsal 

sertifikatdan  istifadə  edilir.  Rəqəmsal  sertifikat  xüsusi  sertifikasiya  mərkəzləri  tərəfindən 

verilir.  Rəqəmsal  sertifikatda  aşağıdakı  verilənlər  olur:  sertifikatın  seriya  nömrəsi; 

sertifikatın  sahibinin  adı;  sertifikatın  sahibinin  açıq  açarı;  sertifikatın  fəaliyyət  müddəti; 

elektron imza alqoritminin identifikatoru; sertifikasiya mərkəzinin adı və s. Sertifikat onu 

verən sertifikasiya mərkəzinin rəqəmsal imzası ilə təsdiq edilir.  

Bütövlüyə  nəzarət  üçün  kriptoqrafik  heş-funksiyalar  istifadə  edilir.  Heş-funksiya 

adətən müəyyən alqoritm şəklində realizə edilir, belə alqoritm ixtiyari uzunluqlu məlumat 

üçün uzunluğu  sabit heş-kod  hesablamağa  imkan  verir.  Praktikada 128 bit  və daha artıq 

uzunluqda heş-kod generasiya edən heş-funksiyalardan istifadə edilir.  

Heş-funksiyanın  xassələri  elədir  ki,  onun  köməyi  ilə  alınan  heş-kod  məlumatla 

―möhkəm‖ bağlı olur. Məlumatın hətta bir biti dəyişdikdə belə heş-kodun bitlərinin yarısı 

dəyişir.  Heş-funksiyaya  misal  olaraq  MD2,  MD4,  MD5,  RIPEMD,  SHA1  və  s. 

alqoritmlərini göstərmək olar.  

Misal.  ‗1234567890‘  sətri  üçün  SHA1  heş-funksiya  alqoritminin  hesabladığı  heş-

kod  16-lıq  say  sistemində  01B307ACBA4F54F55AAFC33BB06BBBF6CA803E9A 

simvollar ardıcıllığıdır. 

İnformasiya  gizlədilməsinin  kriptoqrafik  üsullarının  təsnifatı  aşağıdakı  şəkildə 

verilmişdir: 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin