21.İnformasiya təhlükəsizliyinin və mühafizəsinin biometrik məsələləri
İdentifikasiya (ingilis dilində identification) istifadəçiyə (və ya müəyyən istifadəçinin
adından fəaliyyət göstərən prosesə) özünü adlandırmağa (öz adını bildirməyə) imkan verir.
Autentifikasiya −
identifikasiya olunan (tanınan) subyektin kim olduğunu təsdiq edən
parol (Parol [password], yalnız verilənlərdən istifadə etmək hüququ olan şəxsin bildiyi
simvollar yığınıdır), biometrik parametrlər (barmaq izlərinə görə identifikasiya, gözün
qüzehli qişasının şəklinə görə identifikasiya, nitqin özəlliklərinə görə identifikasiya, üzün
təsvirinə görə identifikasiya, ovucun cizgilərinə görə identifikasiya) və s. kimi
məlumatların subyektdən əldə edilməsi.
Authenticate (autentifikasiya, həqiqiliyin yoxlanması)
1)
İstifadəçinin, qurğunun və ya sistemin digər komponentinin həqiqiliyinin yoxlanılması;
adətən sistemin resurslarına girişə icazə qərarının qəbul edilməsi üçün istifadə edilir;
2)
İcazəsiz dəyişdirilməni aşkarlamaq üçün saxlanılan və ya ötürülən verilənlərin tamlığının
yoxlanılması.
Verilənləri icazəsiz istifadədən qorumaq üçün, adətən, parol-dan istifadə edilir.
(şəkil 7). Parol [password], yalnız verilənlərdən istifadə etmək hüququ olan şəxsin bildiyi
simvollar yığınıdır. İstifadəçi verilənlərdən istifadə hüququnu təsdiq etmək üçün özünü
tanıtmalı və parolunu təqdim etməlidir.
Şəkil 7. İstifadəçinin tanınması üçün dialoq boksu
Bəzən parol əvəzinə texniki vasitələrdən – elektron açarlardan, smart-kartlardan və
s. istifadə olunur. Biometrik informasiyaya əsaslanan mühafizə sistemləri də mövcuddur.
Bu sistemlərdə istifadə olunan əlamətlər insanın dəyişməyən xususiyyətlərinə əsaslanır və
ona görə də biometrik informasiya itirilə, yaxud saxtalaşdırıla bilməz. İnformasiyanın
biometric mühafizə sistemlərinə aşağıdakı identifikasiya (şəxsin tanınması) sistemləri
aiddir:
a) barmaq izlərinə görə identifikasiya;
b) gözün qüzehli qişasının şəklinə görə identifikasiya;
c) nitqin özəlliklərinə görə identifikasiya;
d) üzün təsvirinə görə identifikasiya;
e) ovucun cizgilərinə görə identifikasiya.
Dostları ilə paylaş: