23.Əməliyyat sistemlərində təhlükəsizliyin təminatı
Windows 2000/XP ƏS-nin bir sıra giriş obyektləri xüsusi halda qurğulan, ƏS-nin registrləri
və s. Fayl sisteminin elementləri kimi qəbul edilmir. Digər tərəfdən də məlumdur ki,
sistemin mühafizəsi adı çəkilən subyektlərin sistemin məlum obyektlərinə o cümlədən fayl,
proqram, fayl cildləri və. s bunların girişinə nəzarət olunmalıdır. Unix ailəsindən olan ƏS-
lərindən fərqli olaraq Windows ailəsinin ƏS-ləri əsasında sistemin giriş təminatı hər bir
resursun xüsusi mexanizimləri ilə məhdudlaşdırılır. Bu mexanizimlərin sistemdə fəaliyyəti
qarşıya qoyulan problemlərin həlli ardıcıllığından və onlara qoyulan tələblərdən bilavasitə
asılıdır. Ona görə də bu halda mühafizə problemi obyektin elementlərinin qarşılıqlı
fəaliyyət prinsiplərinə əsaslanır. Başqa sözlə, Windows ƏS-ində mühafizə mexanizimlərinə
baxılan zaman sistem fayllanna giriş məhdudiyyəti məsələsinin təyin edilməsindən və
məsələyə qoyulan tələblərdən asılı olaraq yəni, obyektin giriş obyekti kimi nəyin qəbul
edilməsindən asılı olaraq müəyyən edilir. Sistem təhlükəsizliyi atributları və eləcədə sistem
təhlükəsizliyi mexanizimləri UNIX ailəsində qeyd elədiyimiz ardıcıllıqda Windows ƏS-
ləri üçün də xarakterikdir.
1.
Subyektin obyektə giriş təminatı kimi obyektin avto- rizasiya olunması yəni, identifikasiya
və autentifikasiya prosedurlarının sistemdə reallaşdırılması.
2.
Fayl sistemlərinə subyektin giriş hüququnun məhdudlaşdırılması.
3.
Audit məsələsi — hadisələrin sistemdə registrasiyası.
Bu ƏS-lərində açıq şəkildə fayl obyektinə giriş hüququnun məhdudlaşdırılması nəzərdə
tutulur. Yəni müxtəlif fayl sistemi obyektlərinə (məntiqi diskə, kataloqlara, fayllara və.s)
qoyulan giriş atributları genişləndirilmişdir. Belə ki, Unix ailəsindən olan ƏS-lərindən
fərqli olaraq ―icra etmə‖ atributu kataloq üzərinə qoyulmasında nəzərdə tutulur, amma bu
halda onun bu əlaməti fayl üzərində uyğun faylla qeyd olunmalıdır. Bu halda sistemdə
digər mühafizə olunan resurslara ələlxüsusda sistemin giriş qurğularına girişin idarə
olunmasına müəyyən məhdudiyyət qoyulur. Məsələn, burada icra etmə atributu olma-
dıqda nəzərdə tutulmayan proqramların giriş qurğusundan buraxılmasının qadağan olması
qeyri mümkün olur.
Digər tərəfdən Windows ƏS-lərinin Unix ƏS-ləri mühafizəsindən fərqləndirən əsas
cəhət ümumi halda mərkəzləşdirilmiş adminstrativləşdirmə sxeminin tətbiqi mühafizə
mexanizimlərinin olmaması ilə bağlıdır ki, burada Windows ƏS-ində sistemin resurslarına
girişin məhdudlaşdırılması, reallaşdırılması konsepsiyasının fərqli olması ilə izah olunur.
Bu konsepsiyaya görə fayl üçün məhdudiyyət kataloq üçün qoyulan məhdudiyyətdən daha
da yüksək prioritetlidir. Bunu belə izah etmək olar ki, fayl yaradan istifadəçi, onun hüquqi
―sahibi‖ olmaqla bu fayla istənilən giriş atributunu təyin edə bilər, yəni fayla istənilən
digər istifadəçilərindən girişinə icazə verilə bilər. Lakin bu fayla yalnız o istifadəçi
müraciət edə bilər ki, ona fayl sahibi icazə vermiş olsun. Problemin bu cür həlli birbaşa
Windows ƏS-də reallaşdırılan informasiyanın mühafizəsi konsepsiyası ilə əlaqəlidir.
Windows ƏS-də yalnız istifadəçinin fəaliyyəti (prosesdə) deyil, həm də birbaşa sistemlə
işə buraxılan sistem prosesləri fəaliyyət göstərir. Bu halda sistem proseslərinə giriş
məhdudlaşdırıla bilməz. Həm də fəaliyyətdə olan (işə buraxılan) bütün sistem
proseslərinin mühafizə olunan resurslara istənilən qədər giriş təmin etməlidir. Bu isə
mühafizə sisteminin çatışmazlığı kimi qiymətləndirilir və sistem çoxlu sayda hücuma
məruz qalır.
Beləliklə, Windows-ailəsinin (2000/XP) ƏS-də ümumi halda proqram mühitinin
tamlığının təmin edilməsi qeyri mümkündür. UNIX ailəsinin ƏS-dən fərqli olaraq bu
tamamilə başqa problemlərlə, o cümlədən kataloqa ―icra etmə‖ atributunun qoyulmasının
mümkün olmaması ilə bağlı oluna bilər:
1 .Proseslərin işə buraxılmasına icazə verən tapşırıq siyah- sından yalnız bu siyahıda
olan proseslərin istifadəçilərinə imkan verməklə işə buraxılması.
2. İstifadəçilərə yalnız verilmiş kataloqda olan proqramların işə buraxılmasına icazə
verilir.
Bu yanşmanın reallaşdınlmasında əsas şərtlərdən birisi kataloqda olan proqramlardan
başqa digər proqramların istifadəçi tərəfindən işə buraxılmasına qoyulmasıdır. Belə
yanaşmada Windows ƏS-nin tətbiqinin (reallaşdınlmasınm) səmərə verməməsi giriş
qurğularına (disk və ya CD-ROM) ―icra etmə‖ atributunun qoyulmasının qeyri mümkün
olması ilə bağlı olur. Bundan asılı olaraq girişin məhdudlaşdırılması zamanı istifadəçi
nəzərdə tutulmayan proqram diskdən ya da CD-ROM-dan sistemə yükləyə bilər.
Proqram mühitinin qapalı olmasının təmin edilməsi baxımından istifadəçi prosesin
(faylın icrasımn) işə buraxılması iki üsulla yerinə yetirir: açıq formada, nəzərdə tutulduğu
kimi və bağlı formada.Açıq formada fayl öz adıyla identifıkasiya olunur və prosesin işə
buraxılması (icra olunacaq faylm) nəzərdə tutulur.Bağlı formada isə təyinatların
interpretatoruna əlavə edilməsinə imkan verilir. Bu isə təyinatlı interpretatoruna malik
olan istənilən virtual maşınlara aid edilə bilər.
Windows ƏS-də təyinatlı vasitələrlə qalıq informasiyaların sistemdən
kənarlaşdırlımasına zəmanət verilməsi-real deyildir, çünki sistemdə bunun üçün uyğun
mexanizimlər istifadə olun- mamaşdır. Bundan başqa Windows ƏS-i fayl sisteminin tam-
lığına nəzarət etmə imkanına malik deyildir.
Sistemin xüsusi təyinatlı mexanizimləri istifadəçinin fayl- lannın tamlığına nəzarəti
təmin etmədən yalmz sistem fayllarına nəzarət olunmasına imkan verir.
Windows ailəsinin (2000/XP) ƏS-də auditlə bağlı sənədlərin əslinə uyğun nüsxələrin
verilməsinin qeydiyyatı və digər tələbatlar təmin edilmir.
Lokal hesablama şəbəkəsində kompyuterin təhlüksizliyi tələbindən xostlara girişin idarə
olunması tələb olunur. Bu ƏS- də xostlara girişin idarə olunması mexanizmi tam şəkildə
realizə olunmur.
ƏS-nin resurslarına müraciətlər parolun vasitəsi ilə mühafizə edilir. Parol istifadəşi
fayılının şifrələmə- deşifrələmə edilməsi üçün açar kimi istifadə edilir. Parolun özü də
təkara şifrələnmiş şəkildə qorunur. Bədniyyətlər onun istifadə edilməsində və onun
müəyyən edilməsində çətinliklər çəkirlər və ya üzləşirlər. Parol istifadəçinin özü,
administrator və ya müəyyən edilmiş(təyin edilmiş) vaxtdan sonra dəyişə bilər.