22.İnformasiya təhlükəsizliyi sahəsində etik və mənəviyyat problemləri
Mənəvi-etik tədbirlər şəbəkə və informasiya texnologiyalarının yayılması və istifadəsi
dövründə ənənəvi olaraq yaranmış və ya yaranmaqda olan davranış normalarından
ibarətdir.
Mənəvi-etik təsirlər vasitəsilə təhlükəsizliyin təmin edilməsi istifadəçilər və xidməti
personal, eləcə də ziyankarlar və bədniyyətli şəxslər tərəfindən ölkədə və cəmiyyətdə
illərlə formalaşmış mənəvi-etik normalara riayət olunmasının təmin edilməsini nəzərdə
tutur.
Bu normaların yerinə yetirilməsi qanunvericilik tədbirlərindən fərqli olaraq məcburi
deyildir, lakin bu normaların pozulması nüfuzun, hörmətin, etibarın və s. itirilməsinə
gətirib çıxarır.
Daha ciddi rejimli təşkilatlarda zərurət yarandıqda qorunan informasiyanın
saxlanılması, emalı və ötürülməsi üzrə müəyyən edilmiş qaydalara istifadəçilər və xidməti
personal tərəfindən riayət olunmasını təmin etmək məqsədilə məcburi tədbirlər sistemi
(bu, informasiya təhlükəsizliyi siyasətinin tərkibinə də daxil edilə bilər) işlənib hazırlanır
və tətbiq edilir. Burada istifadəçilərin və xidməti per-sonalın icazəsiz və qeyri-qanuni
hərəkətlərinə görə maddi, inzibati və cinayət məsuliyyətinə cəlb olunması nəzərdə tutula
bilər.
Qanunvericilik tədbirləri məhdud girişli informasiyanın istifadəsi, emalı, saxlanması və
ötürülməsi qaydalarını ni-zamlayan, eləcə də bu qaydalar pozulduqda məsuliyyət
tədbirlərini nəzərdə tutan hüquqi aktlarla müəyyən edilir.
Qanunvericilik tədbirləri özündə dövlət orqanlarının, təşkilatların, əhalinin (ayrı-ayrı
şəxslərin) həyat və fəaliy-yətinin ayrı-ayrı sahələrinə münasibətdə dövlət tərəfindən
müəyyən olunmuş və təsdiq edilmiş ümumi məcburi davranış qaydaları və normaları
toplusunu, eləcə də bu normaların pozulduğu təqdirdə həyata keçirilən tədbirlər sistemini
ehtiva edir.
İnformasiyanın qorunmasının hüquqi forması dedikdə dövlətin konstitusiyasının və
qanunlarının maddələrinin, mülki və cinayət məcəllələrinin müddəalarının, habelə in-
formatika, informasiya münasibətləri və informasiyanın qorunması sahəsində digər
normativ- hüquqi sənədlərə əsaslanan qoruma mexanizmlərinin tətbiqi başa düşülür.
Dostları ilə paylaş: