Səsin xarakteristikasına görə identifikasiya . Səs – sifət və ya barmaq izləri kimi hər bir
insanın ayrılmaz əlamətidir. Rabitə vasitələrinin genişyayılması (stasionar və mobil telefon
şəbəkələri, IP-telefoniya və s.) bu biometrik identifikatorun tətbiqi üçün böyük imkanlar
açır; bundan başqa səs üzrə tanıma istifadəçilər üçün çox rahatdır və onlardan minimal
səylər tələb edir. İnsanın nitqi ayrıca «səs kadrlarına» bölünür (şəkil 8), sonra onları
rəqəmsal modelə çevirirlər. Bu modelləri «səs izləri» (voiceprint) adlandırırlar (barmaq
izləri ilə analogiya). Yaradılan «səs izi» bazada qeydə alınır. Səs üzrə identifikasiya
kodunun qurulması üçün olduqca çox sayda üsul vardır, bir qayda olaraq onlar nitqin
tezlik və statistik xarakteristikalarının müxtəlif cür əlaqələndirilməsidir. İdentifikasiya
zamanı əvvəl qeydə alınmış və yeni yaradılmış «səs izləri» müqayisə edilir. Etibarlığı
artırmaq və tanımanı sürətləndirmək üçün çox vaxt istifadəçidən əvvəlcədən
razılaşdırılmış suallara cavab verməsi və ya parolu tələffüz etməsi xahiş edilir.
Dostları ilə paylaş: |