Məqsədin maksiium aydınlıqla başa düşülməsi. Səlahiyyətin ötürülməsinin
yüksək səviyyəliliyi ondadır ki, qoyulan məqsəd hamı tərəfindən qəbul olunaraq,
dəqiq və birmənalı ifadə olunur. Bu o deməkdir ki, müvəffəqiyyətin meyyarı
seçilib.
Tərəqqinin səviyyəsinə nəzarət. Tərəqqinin ümumi dərk edilməsi onu
qiymətləndirmək qədər vacibdir. Cari nəzarət prosedurasının müəyyən edilməsi
təhlükəsitzlik hissi yaradır, riski azaldır və məsləhətləşmələr üçün əsas verir.
Müntəzəm məsləhətlər. Səlahiyyətin bölüşdürülməsi idarəetmənin
inkişafının forması olduğu üçün bu proses başqalarının inkişafı (dəyişməsi)üçün
istifadə edilə bilər. Yəni tabelikdəki işçi yaxşı işi öyrənmək üçün təlimatlar alır,
rəhbər özünə inam hissini artırır. Məsləhətləşmələr üçün itirdiyiniz vaxta
heyfslənməyin.
Dostları ilə paylaş: |