45
FƏSİL 2. İŞGÜZAR ETİKET QAYDALARININ
REALLAŞ
DIRILMASI MEXANİ
ZMİ
2.1. İş
güzar etiketin formalaş
masının müasir aspektlə
ri
Bir elm kimi, etika - tətbiqi fəlsəfəyə aiddir. Normativ etikanın tədqiqat
predmeti mövzusu mənəviyyat, yaxud əxlaqdır. Normativ etikanın tətbiqi cəhəti
ondan ibarətdir ki, o nəinki əxlaqı öyrənir, eyni zamanda o, əxlaqın təcrübədə
işlənilməsi üçün tövsiyyələr verir. Başqa sözlə, o bizə nəyi etməli olduğumuzu
göstərir. Təsviri etika isə nəyin edildiyi ilə maraqlanır və tarixçilər və sosioloqların
tədqiqat mövzusudur. Sosial etika insanların cəmiyyətdə davranışını, işgüzar etika
da müvafiq olaraq insanların biznesdə davranışını öyrənir. Peşəkar etika işgüzar
etikanın tərkib hissəsidir və müəyyən peşələr üçün davranış standartlarını təyin
edir. Ən çöx işlənilən və məlum olan həkimlər və vəkillərin peşəkar etik
prinsipləridir.
Ə
xlaq insanın cəmiyyətdə düzgün davranışını əks etdirən fəlsəfi mücərrəd
anlayış, abstraksiyadır, hərəkətin düzgün və yanlış olmasına dair mühakimə
çıxarmaqdan ötrü mənəvi dəyərlərdən (müəyyən sosial qrupda qəbul olunan
mücərrəd mənəvi kateqoriyalar toplusu) ibarət olan mənəvi normaların tətbiq
edilməsi zəruridir. Məsələn, ədalət, xeyirxahlıq, vicdan, ləyaqət və mənəvi
prinsiplər (mənəvi dilemaların həll edilməsi üçün qəbul olunan müəyyən anlayışlar
və nəzəriyyələr). Məsələn, «Mən sənə qarşı, sən mənə etdiyin hərəkəti edə
bilərəm».
Mənəvi normaları və dəyərləri iki kateqoriyaya bölmək olar: universal və
spesifik. Bu anlayışlar müxtəlif cəmiyyətlərdə və hətta bir cəmiyyət daxilində
müxtəlif zaman kəsiyində əsaslı surətdə fərqlənir.
Bu o demək deyildir ki, bütün bəşəriyyətin qəbul etdiyi universal mənəvi
qanunlar mövcud deyildir. Məsələn, heç bir cəmiyyət baş verən qətl hadisəsinə
bəraət qazandırmır, çünki bu halda insanların şəxsi təhlükəsizliyi pozula bilər.
Eləcə də biznes heç bir cəmiyyətdə yalana bəraət qazandıra bilməz, çünki bu cür
46
münasibət alıcıların etibarını qıra bilər. Universal mənəvi prinsiplərdünyanın bütün
dinlərində, demək olar ki, eyni dərəcədə şərh olunur. Spesifiknorma və dəyərlər isə
müəyyən insan qrupları və konkret zaman kəsiyi üçünsəciyyəvidir, işgüzar etikanın
normaları fəaliyyət növlərindən asılı olaraq bir-birindən köklü sürətdə fərqlənir.
Məsələn, Qərb biznesində bir çox peşələrdə hələ ötən əsrin 1980-cı illərində
xidmətlərini reklam etmək və birbaşa potensial müştərilərlə əlaqəyə girmək qeyri-
etik hərəkət sayılırdı, amma sərt rəqabət bir çox peşəkarları (məsələn, vəkilləri) bu
təcrübəni bir norma kimi qəbul etməyi məcbur etdi. Buna baxmayaraq, əgər
dəfnetmə bürosunun sahibləri yaşlı adamlara öz xidmətlərini təsvir edən reklam
prospektlərini göndərməli olsalar, bu çətin ki, nə vaxtsa və kiminsə xoşuna gələ
bilər.
Din. Dindar cəmiyyətlərdə davranış tənzimləyicisi rolunu din oynayır.
İ
lahiyyat bəyan edir ki, etika Allah, xristianların İlahisi, yaxud Budda tərəfindən
insanlara açıqlanan «ən yüksək mənəviyyat»a əsaslanır və kainatın mənəvi
hökmdarı və insanların davranışının hakimi məhz Allah Təaladır.
Dostları ilə paylaş: