funksiyaları yerinə yetirir. Hər şeydən əvvəl o sosial inkişafın obyektiv
funksiyasıdır. İkincisi, sosiologiya ictimai həyatın müxtəlif sahələrinin
1
«Социологические исследования» журналы. 1974, №2, с.180.
2
Рабочая книга социолога. М., 1977, с. 39.
qanunauyğunluqları haqqında biliklərlə silahlandırır, bu inkişafın
mənbələrini və proseslər mexanizmini aşkara çıxarır.
İkincisi,
sosial
hadisələrin
və
proseslərin
obyektiv
qanunauyğunluqlarını açıb göstərməklə sosiologiya istər bütövlükdə
cəmiyyətin, isətərsə də onun ayrı-ayrı tərəflərinin və sahələrinin gələcək
inkişafı perspektivlərini başa düşməyə imkan verir.
Üçünçüsü, sosial qanunlar qanun-meyl kimi həyata keçirilir. Konkret
sosioloji tədqiqatların vəzifəsi adamların ictimai fəaliyyətində sosial
qrupların, şəxsiyyətin, peşə qrupunun və cəmiyyətin mənafelərinin
maksimum uzlaşmasına imkan verən konkret formanı müəyyən etməkdir.
Dördüncüsü, sosiologiya sosioloji və digər sosial tədqiqatlarda idrakı
fəaliyyətin nəzəri təhlilini verməli, sosial idrakın nəzəriyyəsini və
metodologiyasını işləyib hazırlamalıdır. Sosiologiya elminin idrakı
funksiyası imkan verir ki, sosial proseslərin təhlili əsasında cəmiyyətin
maddi, mənəvi yaxud siyasi həyat sferalarının inkişafına xidmət edən
proqnozlar irəli sürmək mümkün olsun.
Praktiki funksiya. Sosiologiya elminin bu funksiyası onun idrakı
funksiyası ilə sıx əlaqədardır. O, qabaqcadan görmə momentini özündə
birləşdirən elmi idrakın təbiətindən doğur. Cəmiyyətin və onun ayrı-ayrı
tərəflərinin hazırkı vəziyyətinin təhlilinə əsaslanaraq sosiologiya
cəmiyyətin yaxın və uzaq gələcək inkişaf perspektivlərini aşkara
çıxarmalıdır.
İctimai münasibətlərin hazırkı vəziyyətini tədqiq etməklə sosiologiya
buna nail olur ki, insanlar öz ictimai münasibətlərini nəzarət altına ala və
ictimai tərəqqinin obyektiv tələbatına müvafiq olaraq onları tənzimləyə
bilsinlər.
İctimai inkişafın qanunauyğunluqları və meyllərinin dərindən dərk
edilməsinə əsaslanan proqnozlaşdırma cəmiyyətin elmi idarə olunmasının
başlıca şərtini təşkil edir. Proqnozlaşdırmanı praktika ilə uzlaşdırdıqda uzun
müddətli sosial proqnozlaşdırma proqram, qısamüddətli isə plan kimi
təfsir edilə bilər. Cari sosial proqnozlaşdırma isə plana düzəlişlər
verilməsini, yəni onda vaxtında dəyişikliklər aparılmasını nəzərdə tutur.
İdeoloji funksiya. Elmi-idrakı və praktiki funksiyalarla yanaşı sosiologiya
elmi eyni zamanda mühüm ideoloji funksiyanı da yerinə yetirir. 1974 – cü
ildə Toronto şəhərində keçirilən VIII Ümumdünya Sosiologiya
konqresində məşhur Qərbi Almaniya sosioloqu Renata Maynts
«Sosiologiya: mənəvi sərvətlərdən azadlıq və siyasi təkliflər problemi» adlı
məruzəsində qeyd edirdi ki, «sosiologiyanın ən aktual vəzifələrindən biri
siyasətə öz münasibətini müəyyən etməkdir. Axı sosiologiya çox vaxt siyasi
qərarlar qəbul edilməsi üçün baza rolunu oynayır və buna görə də o da bu
mənada siyasətdir»
1
. Məşhur amerikan alimi Rayt Millz isə «Sosioloji
təxəyyül» adlı kitabında ürək ağrısı ilə yazır ki, ABŞ-da sosiologiya
generalların, həbsxana rəislərinin, biznesmenlərin xidmətçisinə
çevrilmişdir.
2
Sosiologiya zəhmətkeşlərin siyasi şüur səviyyəsinin
yüksəldilməsində, onlarda fəal həyat mövqeyi tərbiyə edilməsində, onların
sosial fəallıqlarının gücləndirilməsində mühüm rol oynayır. Sadəcə olaraq
sosioloji sorğuda iştirakın özü belə adamlarda ictimai məsələlərə marağın
yüksəlməsinə, onların sosial fəallıqlarının artmasına səbəb olur. İdeoloji
funksiya, hər şeydən əvvəl təbii-tarixi prosesin dərk olunmasına və
cəmiyytəin inkişafının məqsədlərinin müəyyən edilməisnə xidmət göstərir,
ikincisi, digər konsepsiyalara qarşı elmi və ideoloji mübarizəni nəzərdə
tutur; üçüncüsü əhali arasında düzgün elmi ideologiyanın yayılması işinə
xidmət edir; nəhayət, dördüncüsü yüksək səviyyəli mütəxəssislərin
hazırlanması və onların elmi ideologiyanı mənimsəməsi işini həyata keçirir.
13
Dostları ilə paylaş: