axtarış, təsviri və analitik.
20
T.Parsons cəmiyyət tipləri haqqında
Parsonsun fikrincə, cəmiyyətin inkişafı təkamül xarakteri daşıyır. O,
üç cəmiyyət tipi göstərir:
Primitiv, burada differensiasiya güclüdür, cəmiyyətin ölkələr,
dövlətlərə, xalqlara parçalanması baş verir;
Ara cəmiyyət tipi. Bu tip yazının, sosial təbəqələşmənin
meydana gəlməsi və mədəniyyətin müstəqil fəaliyyət sahəsinə
çevrilməsi ilə əlamətdardır;
Müasir, bu tipin xarakterik cəhəti hüquqi sistemin dini
sistemdən
ayrılmasından,
inzibati
bürokratiyanın,
bazar
iqtisadiyyatının və demokratik seçki sisteminin formalaşmasından
ibarətdir.
T.Parsons 1937-ci ildə nəşr etdirdiyi «Sosial fəaliyyətin strukturu» adlı
əsərində irəli sürdüyü təfəkkür üsulunun struktur və funksional aspektləri
arasındakı fərqləri göstərmişdir. Onun fikrincə, struktur gec dəyişən
moment olub sabitliyi təmin edir, funksiya isə əksinə olaraq dinamikliyi,
mütəhərrikliyi əks etdirərək hadisələrin mahiyyətinə varmağa, onların
məzmunu və xarakterinin aşkara çıxarılmasına imkan verir.
21
Dostları ilə paylaş: |