təhlil edilməsi, müşahidə və sorğu. Sənədlərin təhlili sosioloji tədqiqatlar
etdirirlər. Sosioloq tədqiqat obyektinə aid olan sənədləri öyrənməklə elmi
problemi düzgün formulə edə, elmi fərziyyələr irəli sürə bilər. Sənədləri
təhlil edərkən əldə olunan məlumatların etibarlılığına, düzgünlüyünə və
dəqiqliyinə xüsusi diqqət yetirilməlidir. Sosioloji tədqiqatlarda müşahidə
əsasında müşahidə vahidlərində (fərdlər, qruplar) baş verən dəyişikliklər
sistemli şəkildə təsvir olunur. Tədqiqatın xarakteri və məqsədindən asılı
Seçmə yolu ilə sorğu aparılması. Sorğu metodu əhalinin müxtəlif
təbəqələrinin bu və ya digər konkret məsələyə münasibətini öyrənmək
məqsədi ilə anket (yazılı), yaxud telefon (şifahi) vasitəsi ilə sorğu
keçirilməsini nəzərdə tutur. Qeyd etmək lazımdır ki, anket sorğusu
sosiologiyada ən geniş yayılmış və səmərəli fəaliyyət növüdür. Sosioloji
informasiyanın demək olar ki, 80 faizə qədəri onun köməyi ilə toplanır.
Elmi cəhətdən düzgün təşkil olunmuş anketin köməyi ilə sosioloq
adamların əmək, davranış, istirahət və s. motivlərini müəyyən edə ,
proqnozlar verə bilər.
Sosiologiya elmi digər ictimai elmlərlə sıx qarşılıqlı əlaqədə inkişaf
edir. Psixologiya, fəlsəfə, hüquq, tarix, iqtisadiyyat və s. elmlərin verdiyi
məlumatlar sosioloji tədqiqatları daha məqsədyönlü və məzmunlu edir.
22
Dostları ilə paylaş: