4. Azərbaycanda mədəni quruculuq
1923-cü ildə savadsızlıqla mübarizə üçün Xüsusi Komitə
yaradılmışdı. 30-cu illərin sonlarında Azərbaycanda 4500-ə qədər
ümumtəhsil məktəbi fəaliyyət göstərirdi–695 min şagird təhsil alır-
dı. 1921-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutu, Azərbaycan
Politexnik İnstitutu, Şərq dünyasında ilk Konservatoriya, Ali Rəs-
samlıq Məktəbi, 1929-cu ildən Gəncədə Azərbaycan Kənd Təsər-
rüfatı İnstitutu fəaliyyət göstərirdi. 1930-cu ildə Azərbaycan Tibb
İnstitutu açıldı. Politexnik İnstitutu Neft İnstutuna çevrildi. 1934-cü
ildə Sənaye İnstitutu və Xalq Təsərrüfatı İnstitutu yaradıldı. 1938-ci
ildə Gəncədə və Şəkidə müəllimlər institutları işə başladı.
1923-cü ildə “Azərbaycanı Öyrənən Cəmiyyət” yaradıldı,
1929-cu ildə bu Dövlət Elmi Tədqiqat İnstitutuna çevrildi. Sonralar
bunun əsasında SSRİ Elmlər Akademiyası Cənubi Qafqaz Filialının
Azərbaycan şöbəsi təşkil edildi. 1935-ci ildə bu şöbə SSRİ EA
Azərbaycan filialına çevrildi. 1922-ci ildə Azərbaycan Arxeologiya
cəmiyyəti yaradıldı, 1923-cü ildə bu cəmiyyət Arxeologiya Komitə-
sinə, 1927-ci ildə isə Tarix, İncəsənət və Təbiət Abidələrinin
Mühafizəsi Komitəsinə çevrildi.
1926-cı ildə Bakıda I Ümumiittifaq Türkoloji qurultayı ke-
çirildi. 20-30-cu illərdə Respublikada “Kommunist”, “Bakinski
raboçi” qəzetləri, “Molla Nəsrəddin”, “Şərq qadını” və s. jurnallar
nəşr edilirdi. 1924-cü ildə Bakıda ilk dəfə radio qurğusu qu-
raşdırıldı. 1926-cı ildən radiostansiya fəaliyyətə başladı. 1926-cı
ildə “Qızıl qələmlər” ittifaqı, 1932-ci ildə Azərbaycan Yazıçılar
İttifaqı yaradıldı.
271
1922-ci ildə Azərbaycan Dövlət Dram Teatrı, 1924-cü ildə
Azərbaycan Opera və Balet Teatrı açıldı. 1920-ci ildə yaradılmış
Rus Azad tənqid və təbliğ teatrı, 1923-cü ildə Bakı işçi teatrına,
1937-ci ildə isə Azərbaycan Dövlət Rus Dram Teatrına çevrildi.
1931-ci ildə Azərbaycan Kukla Teatrı, 1936-cı ildə Gənc Tama-
şaçılar Teatrı, 1938-ci ildə Müstəqil Komediya Teatrı yaradıldı,
Naxçıvanda, Gəncədə, Xankəndində, Şəkidə dövlət teatrları fəaliy-
yətə başladı.
1937-ci ildə Ü.Hacıbəyovun “Koroğlu” operası tamaşaya qo-
yuldu. 1940-cı ildə Əfrasiyab Bədəlbəyli ilk Azərbaycan baletini-
“Qız qalası”nı yazdı. 1934-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqı
yaradıldı. Məşhur xanəndələr S.Qaryağdıoğlu, S.Şuşinski, X.Şu-
şinski, Z.Adıgözəlov və b. milli musiqimizin inkişafında mühüm rol
oynamışdılar.
1926-cı ildə kinostudiya yaradıldı. 1932-ci ildə Azərbaycan
Rəssamlıq İttifaqı yaradıldı. 1929-cu ildə ərəb qrafikalı əlifbaya,
1939-cu ilin sonundan isə kirill qrafikasına keçilmişdi.
|