Microsoft Word 555 az lat la son varian doc


Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə27/172
tarix29.12.2021
ölçüsü0,51 Mb.
#48914
1   ...   23   24   25   26   27   28   29   30   ...   172
kanstitusiya qeyd

84. Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə 

tutulan insan və  vətəndaş hüquq və azadlıqlarını nisbi 

şəkildə necə qruplaşdırmaq olar? 

-  a.  Şəxsi hüquqlar  Buraya fərdin o ayrılmaz hüquqları 

daxildir ki, onlar insanın azadlığını və onun şəxsi həyatını dövlət 

müdaxiləsindən qoruyur. Məsələn, yaşamaq hüququ (ARK-nın 

27-ci maddəsi), azadlıq hüququ (ARK-nın 28-ci maddəsi) və s.  

b. Sosial hüquqlar – Buraya fərdin sosial münasibətlərə dair 

hüquqlarını aid etmək olar. Məsələn, nikah hüququ (ARK-nın 

34-cü maddəsi), sosial təminat hüququ (ARK-nın 38-ci 

maddəsi), təhsil hüququ (ARK-nın 42-ci maddəsi) və s.  




 

15

c.  İqtisadi hüquqlar – Buraya fərdin iqtisadi münasibətlər 

sferasındakı hüquqlarını aid etmək olar. Məsələn, azad 

sahibkarlıq hüququ (ARK-nın 59-cu maddəsi) və s.  



d. Siyasi hüquqlar – Buraya fərdin siyasi münasibətlərlə 

bağlı malik olduğu hüquqları aid etmək olar. Məsələn, fikir və 

söz azadlığı (ARK-nın 47-ci maddəsi), vicdan azadlığı (ARK-

nın 48-ci maddəsi), cəmiyyətin və dövlətin siyasi həyatında 

iştirak hüququ (ARK-nın 54-cü maddəsi),  dövlətin idarə 

olunmasında iştirak etmək hüququ (ARK-nın 55-ci maddəsi), 

seçki hüququ (ARK-nın 56-cı maddəsi) və s.  

e. Mədəni hüquqlar – Buraya fərdin mədəni həyatda iştirak 

etmək, habelə  mədəniyyət təsisatlarından və  mədəni 

sərvətlərdən istifadə ilə bağlı hüquqları aiddir. Məsələn, 

Mədəniyyət hüququ (ARK-nın 40-cı maddəsi) və s.  



f. Prosessual hüquqlar – Buraya fərdin dövlətin hüquq-

mühafizə sistemi ilə qarşılaşdıqda onun prosedur müdafiəsinin 

təmini ilə bağlı hüquqları aiddir. Məsələn, təqsirsizlik prezum-

psiyası (ARK-nın 63-cü maddəsi), məhkəməyə  təkrar müraciət 

etmək hüququ (ARK-nın 65-ci maddəsi), zərərin ödənilməsini 

tələb etmək hüququ (ARK-nın 68-ci maddəsi) və s. 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin