Hacı Əhməd-Cabir Hacı Ġsmayıl oğlu (Prof. Əhmədov Əhməd-Cabir Ġsmayıl oğlu) Əməkdar müəllim



Yüklə 18,9 Mb.
Pdf görüntüsü
səhifə19/26
tarix01.01.2017
ölçüsü18,9 Mb.
#4088
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

ġam  yeməyi.  Axşam  yeməyinin  bədən  üçün 
böyük  əhəmiyyəti  vardır.  Yaşlı  adamlarda  bunu  daha 
kəskin hiss etmək olar.  
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub: “Hər kəs şənbə və 
yekşənbə  günləri  ardıcıl  olaraq  axşam  yeməyini  tərk 
etsə, onun bədənindən elə bir qüvvə gedər ki, qırx gün 
geriyə qayıtmaz”. 
Həzrəti-Əmirül-möminin 
Əli 
(ə) 
buyurub: 
“Peyğəmbərlərin şam yeməyi işa namazından sonradır. 
Şam  yeməyini  tərk  etmək,  bədənin  xarab  olmasına 
səbəb olar”. 
Imam Cəfər Sadiq (ə) buyurub:  
1.  “Şam  yeməyini  tərk  etmə.  Heç  olmazsa,  duzla 
üç loxma yeginən”. 
2. “Hər kəs şam yeməyini bir gecə tərk etsə, onun 
bədənindən  bir  damar  ölər  və  daha  heç  zaman 
dirilməz”. 
Yemək, içmək və onlar ilə əlaqədar olan məsələlər 
barəsində  hədis,  kəlam  və  imamlardan  bizə  yetişən 
rəvayətləri  belə  kiçik  kitabda  yerləşdirmək  olmaz. 
Islamdan  tamamilə  ayrı  düşmüş  bugünkü  cavanlar 
burada  zikr  olanları  bilsələr  və  onlara  əməl  etsələr, 
müəllif  bilər  ki,  yuxusuz  gecələrinin  məhsulu  olan  bu 

 
260 
kitab  öz  səmərəsini  veribdir.  Müəllifin  mükafatı  da 
bundan  ibarətdir,  çünki  bu  kitabın  tərtibində  onun 
məqsədi  fəqət  islamın  təbliği  və  xalqın  xoşbəxtliyi 
olubdur. 
 
YEMƏK YEMƏYIN ƏDƏBLƏRI  
HAQQINDA HƏDISLƏR 
 
Mərhum  Məclisi  “Məvalidus-sadiqin”  kitabından 
rəvayət  etmişdir  ki,  Allahın  Rəsulu  (s.ə.v.)  hər  cür 
yemək  yeyərdi.  Yemək  yeyəndə  ailəsi  və  xidmətçiləri 
ilə  birlikdə  yeyərdi.  Həmçinin  o  həzrəti  öz  süfrələrinə 
dəvət  etsəydilər,  qəbul  edər  və  onlarla  birlikdə  yemək 
yeyərdi.  Yalnız  evinə  qonaq  gəldikdə  qonaqla  qalar, 
onunla  birlikdə  süfrə  başında  oturardı.  O  həzrət  üçün 
ən  yaxşı  yemək  süfrə  başında  çox  adamın  daddığı 
yemək idi. 
Imam  Cəfər  Sadiq  (ə)  buyurur:  Allahın  Rəsulu 
(s.ə.v.) camaatla birlikdə yemək yedikdə onlar utanma-
sınlar deyə, hamıdan əvvəl yeməyə əl uzadar, hamıdan 
sonra yeməkdən əl çəkərdi. Həmçinin imam Əlidən (ə) 
rəvayət  edilmişdir  ki,  Peyğəmbər  (s.ə.v.)  orucluq 
vaxtları  camaatla  iftar  edərkən  belə  buyurardı:  “Oruc 
tutanlar  sizin  yanınızda  iftar  etdilər,  yaxşı  insanlar 
sizin  yeməyinizdən  yedilər,  Allahın  seçilmiş bəndələri 
sizə salam göndərirlər”. 
Allahın  Rəsulu  (s.ə.v.)  heç  vaxt  tənha  yemək 
yeməzdi.  Onun  nəzərində  ən  pis  adam  tənha  yemək 
yeyən,  bəndələri  incidən  və  ehsan  etməyəndir.  Həm-
çinin buyurardı: “Süfrədən çörək qırıntılarını atmayın, 
onları  ovucunuza  töküb  yeyin,  çünki  süfrədəki  çörək 
qırıntılarını  yeməklə  özünüzdən  və  övladlarınızdan 
kasıbçılıq və ehtiyacları uzaqlaşdırmış olarsınız”. 

 
261 
“Üsuli-kafi”  kitabında  nəql  edilmişdir  ki, 
Peyğəmbərin  (s.ə.v.)  yanında  süfrə  salınanda  buyu-
rardı:  “Ey  Allah,  sən  paksan,  bizi  sınadığın  şeylər  nə 
gözəldir,  bizə  verdiklərin  nə  çoxdur,  bizə  verdiyin 
sağlamlıq  və  nemətlər  nə  çoxdur.  Ey  Allah,  bizim 
ruzimizi,  həmçinin  kasıb  mömin  kişilər,  mömin 
qadınlar,  müsəlman  kişilər,  müsəlman  qadınların  da 
ruzisini çoxalt”. 
Şeyx  Səduq  “Əmali”  kitabında  imam  Əlidən  (ə) 
rəvayət  edir  ki,  Allahın  Rəsulu  (s.ə.v.)  hər  dəfə  təzə 
meyvə  gördükdə  onu  öpər,  gözünə  və  dodaqlarına 
qoyar  və  deyərdi:  “Ey  Allah  bu  meyvənin  əvvəlində 
sağlam olduğumuz kimi axır vaxtında da sağlam olaq”. 
Əys Ibni Qasim deyir: - Imam Cəfər Sadiqdən (ə) 
soruşdum  ki,  Peyğəmbərin  (s.ə.v.)  buğda  çörəyini  heç 
vaxt  doyunca  yemədiyi  barədə  olan  hədis  düzdürmü? 
Imam  buyurdu:  -  Yox!  O  Həzrət  ümumiyyətlə  buğda 
çörəyi  yeməmiş,  arpa  çörəyindən  isə  doyunca  istifadə 
etməmişdir  və  Aişə  (A.o.r.)  deyirdi:  -  Peyğəmbər 
(s.ə.v.) vəfat edənədək doyunca arpa çörəyi yemədi. 
Həzrət Əli (ə) “Nəhcül-bəlağə”də buyurur: - Alla-
hın  Rəsulu  (s.ə.v.)  hamıdan  arıq  idi,  qarnı  başqalarına 
nisbətən boş idi. Elə ac  qarınla da dünyadan köçdü və 
sağlam dinlə axirətə daxil oldu. 
Deyləmi  yazır:  -  Bir  gün  Peyğəmbər  (s.ə.v.)  şid-
dətli  aclığa  məruz  qaldı,  belə  ki,  aclığın  ağırlığından 
qarnına  daş  bağladı  və  buyurdu:  -  Hər  şəxs  öz  nəfsini 
bəsləsə  (qarınqulu  olsa),  zəlil  olacaq  və  hər  şəxs  öz 
nəfsini  xar  edərək  həva  həvəsini  darmadağın  etsə,  bö-
yük və əzəmətli olacaqdır. Bu dünyaya bel bağlamayan 
şəxs  qiyamət  günü  hər  cür  ilahi  nemətlərdən 
faydalanacaqdır.  Amma  bu  dünyada  nəfs,  qiymətli 

 
262 
paltarlar  geyib,  dünya  nemətləri  içrə  qərq  olarsa  (və 
bunlar  tam  halal  yolla  olmazsa),  həmin  adam  qiyamət 
günündə ac və çılpaq olacaqdır. 
Imam  Cəfər  Sadiq  (ə)  buyurur:  -  Həzrət  Cəbrayıl 
(ə)  Islam  Peyğəmbərinin  (s.ə.v.)  yanına  gəlib  dedi:  - 
“Allah-Təala sənə salam göndərdi və buyurdu: - Əgər 
Peyğəmbər  (s.ə.v.)  istəyirsə,  bu  Məkkə  torpağı  onun 
üçün  qızıla  dönsün”.  Peyğəmbər  (s.ə.v.)  üç  dəfə 
asimana  nəzər  saldı  və  sonra  buyurdu:  -“Ilahi,  mən 
istəyirəm  ki,  bir  gün  tox  olaraq  sənə  şükr  edim  və  bir 
gün ac olaraq sənə dua edim”. 
“Üsuli-kafi”də  Imam  Cəfər  Sadiq  (ə)  buyurur:  - 
Peyğəmbərin  (s.ə.v.)  ən  çox  sevdiyi  yemək  sirkə  ilə 
zeytun  idi,  o  həzrət  özü  buyurardı  ki,  bu  xörək 
Peyğəmbərlərin xörəyidir. 
Abdullah  ibni  Məsud  deyir:  -  Peyğəmbər  (s.ə.v.) 
bir qabda su içdikdə üç nəfəsə içərdi, hər dəfə Allahın 
adını çəkər və axırda şükr edərdi. 
Isti  və  qaynar  xörəklər  soyumayınca,  Allahın  Rə-
sulu (s.ə.v.) o xörəyi yeməzdi. O Həzrət buyurmuşdur: 
-  “Allah-Təala  bizə  od  yedizdirməmişdir.  Qaynar 
yeməyin bərəkəti  olmaz.  Buna  görə  də  əvvəlcə  xörəyi 
soyudun”.  Yemək  yeməyə  başladıqda  Allahın  adını 
çəkər,  yemək  gətiriləndə  başqalarından  tez  yeməyə 
başlamazdı.  Yeməkdən  bəzən  üç  və  bəzən  də  dörd 
barmağı  ilə  götürər,  amma  heç  vaxt  iki  barmağı  ilə 
yemək  yeməzdi  və  bu  barədə  belə  buyurardı:  -  “Iki 
barmaqla xörək yemək şeytanın adətidir”. 
Peyğəmbər  (s.ə.v.)  qarpız,  üzüm  və  xurma  yeyər, 
amma  başqalarını  narahat  etməsin  deyə  sarımsaq, 
soğan  və  tərə  yeməzdi.  Heç  bir  xörəyi  pis  saymazdı, 
ürəyi  istəsəydi  yeyərdi,  xoşuna  gəlməsəydi  yeməzdi. 

 
263 
Amma  başqalarına  qadağan  etməzdi.  Yemək  yediyi 
qabı barmaqları ilə təmizləyər və buyurardı: - “Xörəyin 
qabdakı qalıqlarının bərəkəti daha çoxdur”. Yeməkdən 
sonra  xörəkli  olan  üç  barmağını  bir-bir  ağzında  pak 
edər, sonra isə əllərini su ilə yuyardı. 
Allahın  Rəsulu  (s.ə.v.)  su  içərkən  belə  buyurardı: 
“Şükr  olsun  Allaha  ki,  insanların  günahlarının  çoxlu-
ğuna görə suyu acı və şor etmədi, əksinə öz neməti ilə 
suyu şirin və dadlı etdi”. 
Bir  gün  Peyğəmbər  (s.ə.v.)  bir  evin  kənarından 
keçirdi.  Bir  qadının  öz  kənizini  söydüyünü  eşitdi. 
Qadına dedi: - Get yemək ye. Qadın dedi: - Ey Allahın 
peyğəmbəri,  mən  oruc  tutmuşam.  Peyğəmbər  (s.ə.v.) 
buyurdu: - Sən necə orucsan ki, öz kənizini söyürsən? 
(Fürui-kafi). 
 
QƏSAVƏT VƏ DAġÜRƏKLILIK 
 
1. Gözün quru qalması (yəni ağlamalı şey söyləni-
lərkən  ağlamamaq),  daşürəklilik,  dünya  həyatına  çox 
həris  olmaq  və  ardıcıl  günah  etmək  bədbəxtliyin 
əlamətlərindəndir (Qəlbs-səlim). 
2.  Allahdan  ən  uzaq  olan  şəxs  daşürəkli  olandır 
(Müstədrək). 
3. Allah-Təalanın yer üzündə qabı vardır və Allah 
çox istəyir ki, bu qab saf və təmiz qalsın. Bu qab insan 
ürəyidir (Qəlbs-səlim). 
 
XILAL 
 
Yeməkdən sonra dişləri qurdalayıb, onların arasını 
təmizləmək,  müstəhəb  əməllərin  biridir.  Ona  xilal  de-
yirlər. Bizim zamanımızda fırça ilə əmələ gətirdiyimiz 
bu  işi  qədim  zamanlarda  çöp  ilə  və  misvak  ağacından 

 
264 
kəsilmiş  nazik  çubuğun  lifli  ucu  ilə  edirdilər.  Rəsuli-
Əkrəm  (s.ə.v.)  xilal  etməyə  çox  təkid  qılardı,  özü  də 
xilal  və  misvak  edərdi.  Buyurardı  ki,  ağızın  təmizliyi 
üçün  bu  iş  çox  lazımdır.  Hətta  xəbərlərdə  deyilir  ki, 
qonağın həqqidir ki, təamdan sonra ona xilal üçün çöp 
də verilsin. 
Imam  Cəfər  Sadiq  (ə)  buyurub  ki,  dişlərin 
arasından  dil  ilə  çıxarlmış  təam  qırıntılarını  udun, 
amma  xilal  etməklə  çıxan  şeyləri  atın.  Diqqət  edilsə, 
məlum  olar  ki,  bu  da  səhhətin  qorunması  üçün  bir 
tədbirdir.  Axı  xilal  üçün  işlənən  çöp  özü  ilə  ağıza  və 
mədəyə xəstəlik sala bilər. 
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub ki, xilal ilə ağzınız 
üçün  nəfəqə  (zəkat)  verin.  Çünki  ağız  insanın 
əməllərini  yazan katib  mələklərin məskənidir.  Onların 
mürəkkəbi  ağızın  suyu,  qələmi  insanın  dilidir.  Ağızda 
qalan  təam  qırıntılarından  o  mələklər  çox  əziyyət 
çəkirlər. 
Imam  Rza  (ə)  buyurub  ki,  nar  ağacı  və  reyhan 
çöplərilə  xilal  etməyin  ki,  onlar  cüzam  damarını 
hərəkətə gətirirlər. 
Həzrəti  Əli  (ə)  buyurub  ki,  xilal  edəndən  sonra 
ağzınızı üç dəfə yaxalamamış su içməyin. 
Rəsuli-Əkrəm  (s.ə.v.) buyurub  ki,  xurma  ağacının 
yarpağı, qarğu və ya qamış ilə xilal etməyin ki, dişlərin 
əti zədələnə bilər. 
Bütün  bunlar  insanların  səhhəti  üçün  olan  tədbir 
və  sərəncamlardır  ki,  onlara  riayət  olunarsa,  insan  bir 
çox bədbəxtliklərdən xilas ola bilər. 
 
 
 

 
265 
O RUC   H AQ Q I N D A 
 
Ramazanın mənası 
 
Lüğət  alimləri  ramazan  kəlməsi  barədə  iki  məna 
qeyd etmişlər: 
1.  Ramazan  yay  fəslinin  sonunda,  payız  fəslinin 
əvvəllərində  yağaraq,  yer  üzünün  tozunu  təmizləyən 
yağış  mənasını  ifadə  edən  “ramza”  sözündən  götürül-
müşdür.  Yəni,  payızın əvvəlində  yağan  yağış  yer  üzü-
nün tozunu təmizlədiyi  kimi, Ramazan ayında da mö-
minlərin günahları oruc tutmaqla yuyularaq təmizlənər. 
2.  Başqa  bir  açıqlamaya  görə,  Ramazan  günəşin 
hərarətindən  yandırıcı  həddə  qızan  daş  mənasını  ifadə 
edən  “ramat”  sözündən  götürülmüşdür.  Yəni,  insan 
qızmar  daşlar  üzərində  rahatlıqla  yol  gedə  bilməyib, 
ayaqlarını  yandırdığı  kimi,  Ramazan  ayının  aclıq  və 
susuzluğuna  tab  gətirməklə  sanki  Allah-Təala  onun 
günahlarını  yandırıb  məhv  etmiş  olur.  Malik  ibn 
Ənəsin  Peyğəmbərdən  (s.ə.v.)  nəql  etdiyi  hədisdə 
deyilir:  “Bu  aya  günahlar  yandığı  (bağışlandığı)  üçün 
Ramazan adı verilmişdir”.  
Saf  niyyətlə  oruc  tutan  əməli  saleh  möminlər 
Ramazan  qurtardıqdan  sonra  təzə  doğulan  uşaqlara 
bənzərlər.  
Ramazan  qılıncın  ülgücünü  və  yaxud  ucundakı 
dəmiri iki daşın arasına qoyub döymək mənasını ifadə 
edən  “rəmd”  kəlməsindən  götürülmüşdür.  Ramazan 
ayına  belə  bir  ad  ərəblər  silahlarını  bu  ayda  hazırlıqlı 
vəziyyətə gətirdikləri üçün verilmişdir.  
Nəql olunan hədislərin birində Ramazanın Allahın 
adlarından biri olduğu göstərilir.  

 
266 
Allahın mömin bəndələri ilə fəxr etdiyi ay 
 
Xeyir-bərəkəti  olan  Ramazan  ayı  günahların 
bağışlandığı,  insanların  Allahın  rəhmət  və  mərhəmə-
tinə  qovuşduğu  aydır.  Bu  ayda  günahlar  bağışlanar, 
dualar  qəbul  olunar,  möminlərin  xeyirxah  işlərinə 
verilən  savablar  qat-qat  artırılar.  Peyğəmbər  (s.ə.v.) 
Ramazan ayının əhəmiyyəti barədə buyurur:  
“Sizlərə bərəkət ayı Ramazan gəldi. Bu ayda Allah 
sizi  öz  rəhməti  ilə  əhatə  edər.  Günahlarınızı  bağışlar, 
dualarınızı  qəbul  edər.  Allah  bu  ayda  xeyirxah  işlər 
görmənizə  baxar  və  sizinlə  fəxr  edər.  Allaha  xeyirli 
işlər  təqdim  edin,  bu  ayda  ən  günahkar  bəndə  Allahın 
rəhmətindən məhrum olan kimsələrdir”. 
Bu  ayda  cənnətin  qapıları  açılar,  şeytanlar  zəncir-
lənərlər.  Oruc  tutan  şəxs  yemək-içməkdən  imtina  et-
məklə yanaşı, gözünü, qulağını, dilini, əlini və ayaqla-
rını  da  haram  işlərdən  qorumalıdır.  Ramazan  ayı  gi-
rincə Allahın Rəsulu (s.ə.v.) Həzrət Cəbrayılla görüşər 
və ona Quran oxuyardı. 
Peyğəmbərdən  (s.ə.v.)  buyurulur:  “Ramazan 
ayında  ümmətimə  məndən  əvvəlki  peyğəmbərlərə 
verilməyən beş şey verilmişdir”. 
1.  Ramazan  ayının  ilk  gecəsi  olunca  Allah-Təala 
ümmətinə (rəhmət baxışı ilə) baxar. Allah kimə rəhmət 
baxışı ilə baxarsa, ona heç vaxt əzab verməz.  
2.  Axşamlar  iftar  açdıqları  zaman  ağızlarının  iyi 
Allah dərgahında müşkdən daha gözəl iy saçar. 
3.  Mələklər  hər  gecə-gündüz  oruc  tutanların 
Allahdan bağışlanmalarını istərlər. 
4.  Allah-Təala  Cənnətinə  əmr  edər:  “Bəndələrim 
üçün hazırlanıb bəzən, onların dünya məşəqqətlərindən 

 
267 
qurtulub  Mənim  yurduma  və  ehsanıma  istirahət 
etmələri üçün gəlmələri yaxınlaşdı”. 
5.  Gecənin  sonunda  Allah-Təala  onların  hamısını 
bağışlayar.  
Ramazanda daha çox əhəmiyyət verilən məsələlər 
aşağıdakılardır: 
1.
 
Orucu bütün şərt və qaydaları ilə yalnız Allaha 
xatir tutmaq. 
2.
 
Mümkün  qədər  çox  Quran  oxuyub,  mənaları 
ətrafında düşünmək. 
3.
 
Başqa  vaxtlarda  edilən  günahlara  yol  vermə-
mək  və  olunan  günahlar  üçün  Allahdan  bağışlanma 
diləmək. 
4.
 
Ehtiyacı  olanlara  sədəqə  və  ehsanlar  vermək. 
Iftar  məclisləri  qurub  oraya  ehtiyacı  olan  insanları 
dəvət etmək. 
Peyğəmbər  (s.ə.v.)  buyurur:  “Sədəqələrin  ən 
yaxşısı Ramazanda verilən sədəqələrdir”. 
5.
 
Imkan 
daxilində 
bütün 
vacib 
gündəlik 
namazları camaatla birgə qılmaq. 
6.
 
Allaha  daha  çox  zikr  edib  Peyğəmbər  (s.ə.v.) 
və  məsum  Imamlara  Salavat  göndərmək.  Peyğəmbər 
(s.ə.v.)  buyurur:  “Ramazanda  Allaha  zikr  edən  bağış-
lanar və Allahdan istəyənin hacətləri geri qaytarılmaz”. 
7.
 
Ramazan ayında digər aylardan daha çox ibadət 
etmək. Aişədən (A.o.r.) bu barədə deyilir: “Peyğəmbər 
(s.ə.v.)  Ramazan  ayında  digər  aylardan  daha  çox 
namaz qılar, ibadətlə məşğul olardı”. 
Allahın bütün göstərişlərinin dərin hikməti olduğu 
kimi, Ramazan ayının orucluğunun da dərin və məntiqi 
hikməti  vardır.  Insan  özünü  bir  ay  maddi  və  mənəvi 
ləzzətlərdən  məhrum  etməklə,  müvəqqəti  olsa  da,  onu 

 
268 
əhatə  edən  yoxsul  təbəqənin  keçirdiyi  hissləri  keçir-
mək  imkanı  əldə  edir.  Səhərdən  axşamadək  ac  qal-
maqla  onların  il  boyu  keçirdikləri  bu  ağır  hissi  süni 
olsa  da,  hiss  edir.  Varlılar  yemək-içməklərinə  qənaət 
etməklə,  yoxsullara maddi  yardım imkanı əldə  edirlər. 
Ac qalmaqla cinsi yaxınlığa meyl etmir və bununla da 
bir  çox  ictimai  pozğunluqların  qarşısını  almış  olurlar. 
Rəsmi  statistik  məlumatlara  əsasən,  Ramazan  ayında 
baş verən cinayətlərin sayı minimum həddə (əlbəttə ki, 
müsəlman 
ölkələrində  -  Ə.C.Ə.)  çatır.  Qida 
məhsullarından  minimum  istifadə  bir  çox xəstəliklərin 
qarşısını  alır.  Insan  özünü  maddi  və  mənəvi  ləzzət-
lərdən  məhrum  etməklə,  mənəvi  təkamülə  daha  çox 
diqqət  yetirir  və  Allaha  yaxınlığı  və  Onun  razılığını 
əldə etməyi hər şeydən öndə qərar verir. Oruc varlı və 
kasıb  arasında  bərabərliyin  bərqərar  olması  və 
varlıların  aclığın  dadını  dadaraq  kasıblara  yardım 
etmələri üçün vacib edilmişdir. 
 
 
Orucun müalicəvi xüsusiyyətləri 
 
Müasir tibbdə  ən uğurlu  müalicə  üsullarından  biri 
də  oruc  tutmaq,  yəni  günün  böyük  bir  hissəsini  ac 
qalmaqdır.  Çoxçeşidli  qida  məhsullarından  həddindən 
artıq  istifadə  olunması,  qanda  şəkərin  və  xolesterinin 
çoxalmasına, bir sıra xəstəliklərin meydana  gəlməsinə 
səbəb  olur.  Oruc  tutmaqla  insan  özünü  bir  çox 
xəstəliklərdən  sığortaladığı  kimi,  ilin  bütün  günlərini 
dayanmadan  işləyən  mədəsinin  istirahətinə  şərait 
yaratmış  olur.  Islam  dinində  tövsiyə  olunan  orucluq 
dəri,  göz  və  böyrək,  şəkər,  revmatizm,  hətta  xərçəng, 
vəba  və  taun  kimi  ağır  xəstəliklərin  müalicəsinə 
müsbət  təsir  göstərir.  Peyğəmbər  (s.ə.v.)  bu  barədə 

 
269 
nəql olunan hədisdə buyurur:  
“Mədə bütün xəstəliklərin evi, imsak isə bütün 
dərdlərin dərmanıdır”.  
“Oruc tutun ki, sağlam olasınız”.  
Oruc  vücudun  xəstəliklərə  qarşı  müqavimətini 
artırır. Bu önəmli tibbi həqiqətin Islam dinində orucun 
fərz  olmasını  əsaslandırır.  Bugünkü  müasir  tibb  elmi 
orucluğu  xəstəliklərə  qarşı  bir  müalicəvi  vasitə 
olduğunu  göstərir.  Oruc  olan  şəxsin  mədəsinin 
istirahəti  ilə  yanaşı,  qaraciyərin  də  qan  təmizləmədə 
daha  rahat  işləməsinə  kömək  edir.  Çünki  yeyilmiş 
qidadan  hasil  olan  qan  qaraciyər  vasitəsilə  təmizlənir. 
Oruc  insan  bədəni  üçün  bir  rejimdən  ibarətdir.  Əsas 
məqsədi  də  bəşər  övladının  sağlam  olmasına  imkan 
yaradır. Insan bir ay oruc tutandan sonra elə bil anadan 
təzə doğulan uşaq kimi sağlam olmaqla, xolesterindən, 
artıq  yağ  toxumalarından  və  ürək-damar  təzyiqindən 
xəbəri  yoxmuş  kimi  həyat  sürməyə  başlayır.    bir 
müsbət  cəhəti  də  ondan  ibarətdir  ki,  günün  müəyyən 
vaxtlarında  (sahurda  və  iftarda)  yeyilən  qida  daha 
yaxşı  həzm  olunaraq  təmiz  qan  yaradır.  Ağ  qan 
xəstəliyinə tutulmuşların oruc tutduqları zaman onların 
bədənində  daha  yaxşı  qan  əmələ  gəlməsi  müşahidə 
edilmişdir.  “Qurani  Kərim”-də  buyurulduğu  kimi: 
“Bilsəniz  oruc  tutmaq  sizin  üçün  nə  qədər 
xeyirlidir”. 
Bəzən  insanlar  Ramazan  ayında  oruc  tutarkən 
sahurda və iftarda daha çox qidalı, yağlı və şirin yemək 
fikrinə  düşürlər.  Lakin  bu,  düzgün  deyil.  Həzrəti 
Peğəmbərin  (s.ə.v.)  hədislərində  buyurulduğu  kimi: 
“Insan  oğlu  həmiĢə  az  yeyib,  az  içməlidir”  kəlamı 
Ramazan  ayına  da  çox  aid  edilə  bilər.  Çünki  insan 

 
270 
bütün  günü  ac  qaldıqdan  sonra  çox  yeməsi  mədənin 
iztirabına səbəb ola bilir. Bu isə oruc tutan müsəlmanı 
bir  müddət  ağırlaşdırır.  Hətta  baş  ağrısı,  təzyiqin 
kəskin  artması  da  müşahidə  edilir.  Ona  görə  də,  həm 
sahurda,  həm  də  iftarda  doyunca  yemək  lazım  deyil. 
Burada  ulu  Peyğəmbərimizin  (s.ə.v.)  bir  hədisi  də 
yerinə düşür: “AcmamıĢ  süfrəyə oturmayın, doyma-
mıĢ  süfrədən  çəkilin”.  Orucluq  haqqında  Islam  dini-
nin  bizə verdiyi  bilgilərə,  “Qurani Kərim”-dəki  Allah-
Təalanın  buyuruqlarına,  Peyğəmbərimizin  (s.ə.v.)  hə-
dislərinə,  Imamlarımızın  (ə)  və  din  alimlərinin 
kəlamlarına riayət etməklə tutulan oruc insan səhhətinə 
xeyirdən başqa heç bir zərər yetirməz. 
Allah  dərgahında  həqiqi  oruc  tutanlar  o  kəslərdir 
ki,  Allaha  xatir  orucun  bütün  şərtlərinə  əməl  etsin. 
Orucluq  adı  ilə  –  çəki  salan,  selülitini  əridən,  pəhriz 
saxlayan  və  s.  adamların  orucu  çox  vaxt  qəbul  olun-
mur. (Amma bəlkə də qəbul olunur. Allah bilər…). 
 
Orucun tarixi 
 
Tarixi  mənbələr,  demək  olar  ki,  bütün  millətlərin 
oruc  tutduqları  barədə  xəbər  verir.  Belə  ki,  hələ 
eramızdan  çox-çox  əvvəl  qədim  Misirdə,  Çində, 
Yunanıstan  və  Hindistanda  yerli  əhalinin  müxtəlif 
inanclara  sahib  olmalarına  baxmayaraq,  ilin  müəyyən 
gün  və  ya  həftələrini  oruc  tutmuş  və  bunu  nələrləsə 
əlaqələndirmişlər. 
Bəzi 
millətlər 
yalnız 
ət 
məhsullarından  imtina  etmiş,  bəziləri  yalnız  balıqla 
qidalanmış və digər yeməklərdən imtina etmiş, bəziləri 
isə bir guşəyə qapanaraq göz və ya dil orucu tutmuşlar. 
Yəni  öz  inanclarına  əsasən,  hər  hansı  bir  hadisənin 
qarşısını almaq məqsədilə müəyyən günlər insanlardan 

 
271 
ayrılaraq  bir  guşəyə  çəkilərək  kiminləsə  nə  danışmış, 
nə  də  üzlərini  görmüşlər.  Dini  mənbələrə  nəzər 
saldıqda da belə məlum olur ki, hələ “Qurani-Kərim”-
dan  çox-çox  əvvəl  nazil  olan  səmavi  kitablarda,  yəni 
Tövrat  və  Incildə  yəhudi  və  nəsranilərin  də  oruc 
tutduqları  məlum  olur.  Məsələn,  Tövratda  deyilir: 
Musa  (ə)  deyir:  “Ey  qövmüm,  sizlərə  göndərilən 
lövhələri  qəbul  etmək  üçün  dağa  gəldiyim  zaman qırx 
gecə-gündüz  orada  qalıb  bir  şey  yeyib-içmədən  oruc 
tutdum”. 
Dini  mənbələrdən  belə  məlum  olur  ki,  yəhudi 
milləti  günahlarının  bağışlanması  üçün  tövbə  etmədən 
oruc  tutardılar.  Yəhudilər  ildə  bir  gün  günahlarının 
bağışlanması üçün müəyyən olunmuş gündə oruc tutar, 
ilin  digər  günlərində  isə  müvəqqəti,  yəni  vaxtı 
müəyyən  olunmayan  oruc  tutardılar.  Bu  oruclarla 
yanaşı,  onlar  Yerusəlimin  dağıldığı  günün  xatirəsini 
yad etmək məqsədilə ayrıca oruc tutardılar. Incildən də 
Həzrət  Isanın  (ə)  qırx  gün  oruc  tutduğu  məlum  olur. 
Orada  deyilir:  “O  zaman  Isa  Məsih  (ə)  ruhən 
gücləndikdən  sonra  Iblis  onu  sınağa  çəksin  deyə, 
səhraya  aparıldı.  Qırx  gecə-gündüz  oruc  tutdu  və 
bundan sonra özündə aclıq hiss etdi”. Lukanın Incilin-
dən belə məlum olur ki, Isa Peyğəmbərin(ə) həvariləri 
də (ona iman gətirən şəxslər, tələbələri) oruc tutmuşlar. 
Orucun  keçmiş  ümmətlərdə  də  vacib  olduğu  Quran 
ayələrindən məlum olur. 
“Ey  iman  gətirənlər!  Oruc  tutmaq  sizdən 
əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib 
edildi  ki,  (bunun  vasitəsilə)  siz  pis  əməllərdən 
çəkinəsiniz!” (əl-Bəqərə, 2/183). 
Ayədən  açıq-aşkar  belə  məlum  olur  ki,  oruc 

 
272 
Islamdan əvvəlki ümmətlərə də vacib edilmişdir. 
Yəqubi  özünün  tarix  kitabında  yazır:  “Qiblənin 
Beytül-Müqəddəsdən Kəbəyə tərəf dəyişilməsindən on 
üç gün sonra Ramazan ayının oruc hökmü nazil oldu”. 
Yüklə 18,9 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin