Bec
ərilmə texnologiyası və yığım. Növbəli əkində yeri. Razya-
na üçün yaxşı sələf payızlıqlar, tərəvəz bitkiləri, kartof və birillik
otlar hesab olunur.
Gübr
ələnmə və torpağın becərilməsi. Razyana bitkisi altına
ancaq mineral gübr
ələrin verilməsi məsləhət görülür. Əsas gübrə
kimi 40-50 kq fosfor v
ə kalium gübrələri verilir. Azot gübrəsi (N
40-
50
) is
ə yazda kultivasiya altına verilir. Torpağın becərilməsi erkən
yaz
lıq bitkilərdə olduğu kimi aparılır.
Səpin. Razyananı yazda yazlıq buğda səpilən vaxt səpirlər. 45-
60 sm c
ərgəarası saxlamaqla gencərgəli üsulla səpirlər. Toxumun sə-
pin norması 8-10 kq/ha, səpin dərinliyi isə 3-4 sm - dir.
141
Səpinə qulluq işləri səpinə qədər və səpindən sonra malalama
apa
rmaqdan, cərgəarası becərmədən və lazım gəldikdə alaqların əllə
vurulmas
ından ibarətdir. İkinci yarpaq əmələ gələn dövrdə cərgələrin
eninə olmaqla buketləmə aparılır. Buketləmə 30x20 sm sxemi ilə
apa
rılır.
Sortları. Razyananın respublikamızda yerli yabanı formaların-
dan Ağcabədi, Kürdəmir, Göyçay adlı sortları seçilib alınmış, о cüm-
lədən Ağcabədi sortu rayonlaşdırılmışdır.
Ağcabədi sortu. Rozeti 6-10 ədəd yarpaqdan ibarət olub, yığ-
cam
dır. Diametri 32-36 sm, hündürlüyü 30-70 sm-dir. Ən iri yarpaq
ayasının uzunluğu 16-20 sm, eni 18-20 sm, forması ürəkvaridir. Rən-
gi tünd yaşıl, mum təbəqəsi ortadır, gövdəsi 176-218 sm hündürlük-
də, çal-yaşıl rənglidir. Çiçək qrupu konusvari - kasavari, diametri 10-
18 sm, şüaların sayı 6-22-dir. Orta yetişəndir. Birinci il cücərmədən
30-
54 gün sonra, ömrünün sonrakı illəri 15-30 gündən sonra istifadə-
yə yararlı olur. Ümumi əmtəə məhsuldarlığı 51,6 - 67,0 t/ha - dır. İlk
yığımda 13,8 -19,6 t/ha məhsul verir. Tərkibində 12-13% quru mad-
də, 1,3 -2,0 % şəkərlər, 0,8 -1,2 % efir yağları, 86-93 mq % C vita-
mini, 4-
6 mq% A provitamini vardır.
Yığım. Razyana meyvələri eyni vaxtda yetişmir. Ona görə də
onu hissə-hissə yığırlar. Mərkəzi çətirin birinci sırasındakı toxumlar
mumyetişmə fazasında olduqda bitkilər JBA - 4,9 markalı biçən apa-
rat
la kəsilib yığılır. Bu zaman meyvələr sarı-qonur rəng almış olurlar.
Kəsilmiş bitkilər dən yığan kombaynla yığılaraq döyülür. Lakin bu
kom
baynların döyən aparatlarını elə nizamlamaq lazımdır ki, baraba-
nın fırlanma dövrəsi dəqiqədə 700-ə qədər enmiş olsun. Döyülmə
azalsın. Toxumlar isə dərhal təmizlənir, lazım gələrsə qurudulub
nəmliyi 13 %-ə salınır.
2. 3.
C İ R Ə
Xalq təsərrüfat əhəmiyyəti. Cirə tərkibində 2,5 - 4,0 % efir
yağı və 16-22 % piyli yağ olan toxumlarına görə becərilir. Bu yağın
80 %-
ni onun ən qiymətli tərkib hissəsi olan anetol təşkil edir. Cirə
yağı və onun komponentləri ətriyyat, qida və əczaçılıq sənayesində,
142
meyvələri tibbidə və qida sənayesində, heyvanların və quşların yem-
ləndirilməsi üçün jmıx alınmasında istifadə edilir.
Dərman məqsədilə meyvələrindən istifadə olunur. Meyvələrini
yetişənə az qalmış toplayırlar. Cirədən təbabətdə bəlğəmgətirici, köp-
ya
tırıcı və iştaha artırıcı dərman kimi bir sıra preparatlar şəklində ge-
niş istifadə olunur. Xalq təbabətində cirə meyvəsindən çay kimi dəm-
ləyib soyuqdəymədə yumşaldıcı, bəlğəmgətirici, astmanın qarşısını
alan və eləcə də xroniki mədə-bağırsaq xəstəliyinin müalicəsində
fay
dalı bir dərman kimi işlədirlər. Cirənin qurudulmuş meyvəsindən
15-
20 q bir litr su tutan qabda çay kimi dəmləyib gündə iki dəfə, ya-
rım stəkan qəbul edirlər.
Cirəni razyana meyvəsi ilə bərabər hissədə qarışdırıb poroşok
(toz) halına salandan sonra ondan iki çay qaşığı bir stəkan qaynar
suda dəmləyib mədə xəstəliyi zamanı köpün qarşısını alan dərman
ki
mi işlədirlər. Cirə meyvəsindən hazırlanmış çay uşaq əmizdirən
ana
ların südünü artırmağa da kömək edir.
Abşeronun bağlı-bağçalı kəndlərində qədim vaxtlardan bəri
becərilən və istifadə olunan cirənin təbabət üçün çox böyük əhəmiy-
yəti vardır.
Tarixi, yayılması və məhsuldarlığı. Cirəni 300 il bundan qabaq
becərməyə başlamışlar. Hazırda onun əkin sahəsi 1000 hektardan ar-
tıqdır. Cirə Ukraynada, Voronejdə və Kursk vilayətində becərilir.
Azərbaycanda isə bu bitki daha çox Abşeronda yetişdirilir. Onun
əkinləri Rusiyada Belqorod və ona bitişik ərazilərdə cəmlənmişdir.
Orta toxum
məhsuldarlığı 0,5-0,6 ton/ha -dır.
Botaniki təsviri və bioloji xüsusiyyətləri. Adi cirə (xanus,
qanuş) ( Pimpinella anisum L.) kərəvizkimilər (Apiaceae) fəsiləsinə
daxil olan birillik ot bitkisidir. Zəif budaqlanan mil kök sisteminə
malik
dir. Gövdəsi düz, dairəvi, uzununa qırışlı qısa tükcüklü, budaq-
lanan 25-
60 sm hündürlükdədir. Aşağıdakı yarpaqları üzün saplaqlı,
bütöv və ya bölünmüş, dairəvi və ya tumurcuq şəkilli, kənarları dişli,
orta yarpaqları qısa saplaqlı, üç pazşəkilli dilimli dişli, yuxarı yarpaq-
ları isə oturaq, üç və ya beş bölümlü, xətti bölünmələrə güclü ayrıl-
mışdır. Gövdəsinin zirvəsində çətir şəklində yerləşən ağ rəngli çiçək-
ləri vardır. Çiçək qrupu və çiçəyin hissələri keşniş bitkisində olduğu
143
kimidir.
Meyvəsi qabırğalı, zəif tükcüklü, iki toxumlu, dimdikli yu-
murta formalıdır
(r
əngli şəkil 27).
Cirə ilk vaxtlar yavaş böyüyür. Vegetasiya müddəti 120-150 gün
çəkir. Cirə toxum torpaqda 4-5
0
C temperatur olduqda inkişafa baş-
la
yır. Cücərtiləri -7
0
C temperatura dözür. Toxumun cücərməsi üçün
və vegetasiya ərzində optimal temperatur 20-25
0
C hesab olunur.
Cirə iyun-iyul aylarında çiçəkləyir, meyvələri avqust-sentyabr ayla-
rında yetişir.
Ən çox suyu tərkibindəki quru maddənin əsas hissəsinin forma-
laşdığı vaxtda - gövdələmədən çiçəkləməyə qədər olan müddətdə
tələb edir. Çiçəkləmədən sonra yaxşı olar ki, hava quru və isti olsun.
Cirə becərmək üçün yüngül və orta qranulometrik tərkibli, tərki-
bində əhəng az olan qara torpaqlar məsləhət görülür. Ağır gilli, yün-
gül qumsal torpaqlar el
əcə də qrunt suyu səthə yaxın olan torpaqlar
cirə bitkisi üçün yararsız hesab olunur. Cirə torpaqda azot və kalium
çatışmazlığına xüsusilə həssaslıq göstərir.
Sortları. Cirənin rayonlaşmış sortlarına misal olaraq Alekse-
yevskiy -
38 və Alekseyevskiy -334 sortlarını göstərmək olar.
Becərilmə texnologiyası və yığım. Növbəli əkində yeri, gübrə-
lənməsi, torpağın becərilməsi. Cirə altına təmiz tarlaların, payızlıq
dənlilərin, cərgə araları becərilən bitkilərin və birillik otlar altından
çıxmış tarlaların verilməsi məsləhətdir. Şəkər çuğunduru yaxşı sələf
hesab edilir. Cirə altında torpağın əsas becərilməsi 1-2 dəfə yumşalt-
madan və payızın sonunda 25-27 sm dərinlikdə şumlamadan ibarət-
dir. Əsas şum altına N
60
P
60
K
60
dozasında mineral gübrələr verilir. Er-
k
ən yazda dondurma şumunun malalanması (2 dəfə ) və səpin qabağı
vərdənələmə aparılır.
Səpin. Cirəni erkən müddətdə səpirlər. Ən yaxşı səpin üsulu
gen
cərgəli (cərgəarası 45 sm ) üsuldur. Təmiz tarlalarda cirə toxu-
mu
nu başdan-başa da səpmək olar. Gencərgəli səpində səpin norması
10-
12 kq/ha, başdan - başa səpində isə 18-22 kq/ha götürülür. To-
xumlar 2-
3 sm dərinlikdə səpilir.
Əkinə qulluq. Cirə əkinlərinə qulluq sistemi 2-3 dəfə səpinə qə-
dər, bir dəfə səpindən sonra (iki cüt həqiqi yarpaq fazasında) mala-
lama, əl alağı, gen cərgəli səpində isə cərgə aralarının becərilməsin-
144
dən ibarətdir. Alaqlarla mübarizə məqsədi ilə 1-2 ci cüt yarpaq faza-
sında maloran (3 kq/ha ) herbisidi çilənir.
Yığım. Cirə tək-tək üsulla və birbaşa kombaynla yığılır. Tək-tək
yığım üsulunda bitkilər meyvələrin mum yetişmə fazasında mərkəzi
çətirdəki meyvələr yaşılımtıl - boz rəng alanda kəsilib götürülür.
Toxum
luq məqsədi ilə cirə tam yetişmə fazasının əvvəlində yığılır.
K
ombayn meyvələrin nəmliyi 13-15% olduqda xırdalaya bilər. Kom-
baynla birbaşa yığım adətən seyrək, alçaq boylu, yerə yatmış səpin-
lərdə çətirdəki meyvələrin 50-60%-i yetişdikdə aparılır. Yığımdan
dərhal sonra toxumlar təmizlənir və nəmliyi 13% və ondan aşağıya
çatdırılır.
2. 4.
Z İ R Ə
Xalq təsərrüfat əhəmiyyəti. Zirə bitkisinin toxumlarında 2,7-
7,2
% efir yağı, 14 - 22% piy şəkilli yağ və 25%-ə qədər zülal mad-
dəsi vardır. Efir yağının tərkibinin 50-60%-ni karvon adlanan ətirli
maddə təşkil edir. Efir yağı və onun komponentləri olan karvon və
limonen qida, ətriyyat, əczaçılıq və tibb sənayesində işlədilir.
Zirə xoşagələn ətirli iyli bitki kimi Abşeron kəndlərində çoxdan
bəri becərilir və dərman məqsədilə istifadə olunur. Meyvələrini yeti-
şən dövrdə toplayır, quru binalarda və ya günəş altında qurudub təda-
rük
məntəqəsinə təhvil verirlər. Elmi təbabətdə zirə meyvələrindən
bir sıra mürəkkəb dərmanların tərkibində ətirli maddə kimi və eyni
zamanda mədə-bağırsaq xəstəliklərində mədənin həzm prosesini yax-
şılaşdıran və köpmənin qarşısını alan dərman kimi geniş istifadə edir-
lər.
Tarixi, yayılması və məhsuldarlığı. Zirənin vətəni onun yabanı
halda yayıldığı Ön Asya və Avropa hesab edilir. Zirə əkinləri əsasən
Ukraynanın qərb rayonlarında, Baltikyanı ölkələrdə və Belorusda
cəmlənmişdir. Zirənin 1500 hektara qədər əkin sahəsi vardır. Məh-
suldar
lığı 0,6 - 0,9 ton/hek-dır. Qabaqcıl fermerlər hektardan 1,5-2,0
ton toxum alırlar. Zirə meşə zonalarında yabanı halda bitir. Azərba-
ycanın subalp çəmənlərində zirəyə daha çox təsadüf olunur. Qiymətli
bitki olduğu üçün Ukraynada və Voronejdə geniş miqyasda becərilir.
145
Botaniki təsviri və bioloji xüsusiyyətləri. Zirə bitkisi kərəviz-
ki
milər (Apiaceae) fəsiləsindən olan ikiillik ot bitkisidir. Həyatının
birinci ilində o, 7-12 ədəd rozet tipli yarpaq və ətli mil kök əmələ
gətirir. İkinci ili isə gövdə və toxumları formalaşır. Gövdəsi hamar,
dairəvi və ya zəif künclü, içi boş dirsəkşəkilli əyilmiş budaqlanan,
120 sm-
ə qədər hündürlükdə olur. Yarpaqları növbəli düzülüşlü, iki
və yaxud üçqat lələkvaridir. Yerüstü gövdəsinin başında ağ rəngli
xırda, 5 ləçəkli çəhrayı zanbaq rəngli çiçəkləri var. Çiçək qrupu
mürəkkəb çətirdir. Erkəkciyi beş ədəddir. İki sütuncuqlu, iki yuvalı
yumurtalığı vardır. Meyvəsi bir-birinə yapışıq halda iki dəndən ibarət
yumurta formalıdır
(r
əngli şəkil 28).
Yetişdikdə qövs şəkilli əyilmiş
yarım meyvələrə çevrilir. Meyvəsinin xoş iyi və dadı vardır.
Zirə (Carum carvi L.) bitkisinin vegetasiya dövründə aşağıdakı
faza
lar müşahidə olunur. Birinci il: çıxış və rozet yarpaq. İkinci il:
bitkinin uzanmağa başlaması, rozet yarpaq, gövdələnmə, çiçəkləmə
və toxumun yetişməsi, vegetasiya müddəti toxum səpilməsindən
meyvələrin yetişməsinə qədər 430-450 gün vaxt keçir. Zirə çarpaz
tozlanan bitkidir. Tozcuq
ları arılar və başqa həşəratlar vasitəsi ilə ya-
yılır.
Zirə istiliyə o qədər də tələbat göstərmir. Rozet yarpaq fazasında
güclü şaxtaya dözə bilir. İşıq sevən bitkidir. Xüsusilə birinci ili işığa
daha çox həssaslıq göstərir. İkinci il rozet yarpaq fazasında kölgə
şəraitində üzərində çiçək olan budaqlar əmələ gətirmir.
Nəmliyi çox sevir. Zirə ancaq nəmliklə yaxşı təmin olunmuş
sahələrdə yüksək və keyfiyyətli məhsul verir.
Nəmliyə kəskin tələbat dövrü gövdələnmə və çiçəkləmə fazala-
rında müşahidə olunur.
Zirə əksər torpaqlarda yaxşı bitir. Ancaq, bataqlaşmış, turş və
qrunt suları üzdə olan torpaqlar yararsız hesab olunur.
Sortları. Zirənin rayonlaşmış sortlarına misal olaraq Ximelin-
skiy, Podolskiy -
9 və s. göstərmək olar.
Becərilmə texnologiyası və yığım. Növbəli əkində yeri. Zirə
üçün alaq otlarından təmiz olan sahələr seçilməlidir. Ən yaxşı sələf
payızlıq buğda hesab edilir. Zirəni həmçinin yazlıq dənlilərdən, dənli
-
paxlalardan və digər tez yığılan bitkilərdən sonra da əkmək olar.
146
Gübrələnməsi. Zirə səpini zamanı gübrələnmiş payızlıqlardan
sonra hektara 30-40 kq azot, 40-50 kq fosfor, 20 kq kalium veril-
məlidir. Əgər sələf bitkisi gübrələnməyibsə onda göstərilən mineral
gübrələrlə yanaşı hektara 20-30 ton peyin verilir. Cərgə aralarının
axırıncı payız becərilməsi zamanı 30 kq fosfor, 20 kq kalium, qışla-
madan sonra isə malalamada 20-30 kq azot gübrəsi verilir.
Torpağın becərilməsi. Torpağın əsas becərilməsi kövşənliyin
üzlənməsi və 25-27 sm dərinlikdə şum aparılmasından ibarətdir.
Torpa
ğın yaz becərilməsi isə erkən yaz malalanmasından və 4-5 sm
dərinlikdə səpinqabağı kultivasiyadan ibarətdir.
Səpin. Zirənin ən yaxşı səpin müddəti yazlıq taxıllarla bir vaxtda
səpilməsidir. Zirəni gen cərgəli üsulla yəni cərgə araları 45 və ya 60
sm olmaqla səpirlər. Səpin norması 8 kq/hek-a yaxın, səpin dərinliyi
2,0-
2,5 sm, yüngül qranulometrik tərkibli torpaqlarda isə 3-5 sm -ə
qədərdir.
Əkinə qulluq. Birinci il alaqlara və kök qalıqları ilə mübarizə
məqsədi ilə yüngül mala ilə malalama və yaxud cərgə aralarında kor
kultivasiya aparılır. Cücərtilər əmələ gəldikdən qaşqabağı becərməyə
qədər cərgə aralarının becərilməsi və alaqların vurulması işləri apa-
rılır. Yazda isə cərgələrin eninə malalama aparılır. Bitkilər uzanmağa
başladıqda isə cərgə aralarının becərilməsinə başlanılır.
Bu becərmələr cərgə araları qovuşana qədər davam etdirilir.
Alaqlarla mübarizə məqsədi ilə səpinqabağı kultivasiyada zirə
bitkisinə treflan (8 l/ha), cücərtilər əmələ gələnə qədər pirometrin (4-
5 kq/ha), üç -
beş yarpaq fazasında linuron (4 kq/ha) və ya pirometrin
(4-
5 kq/ha) və b. herbisidlər tətbiq edilir. Zirə bitkisinə ikinci il
gövdələnmə fazasının əvvəlində linuron (4 kq/ha) çilənir.
Zirənin əsas zərərvericiləri zirə gənəsi, zirə güvəsi, yarpaqyeyən
sovkalar və b. hesab edilir. Onlarda mübarizə məqsədi ilə aqrotexniki
üsullardan başqa insektisidlər də tətbiq olunur. Zirə gənəsinə qarşı
əkinlərə 25-30 kq/ha norması ilə kükürd tozu səpilir.
Yığım. Zirənin meyvələri eyni vaxtda yetişmir. Yetişmiş meyvə-
lər asan tökülür. Hissə-hissə yığım üsulunda meyvələrin 35-40 %-i,
birbaşa kombaynla yığımda isə 50 - 60 %-i qonurlaşmalıdır. Kom-
147
bayn
dan çıxan toxumlar dərhal təmizlənməli və nəmliyi 12 % qalana
qədər qurudulmalıdır.
2. 5.
ACI NANƏ ( İSTİOT NANƏSİ )
Əhəmiyyəti. Acı nanə (istiot nanəsi) həm qiymətli tərəvəz, həm
də əhəmiyyətli dərman bitkisidir. Onun tərəvəz kimi zərif zoğ və yar-
paq
larından istifadə edirlər. Nanənin körpə zoğ və yarpaqlarında 2-
3%, çiçək qrupunda 6 %, gövdələrində 0,2 - 0,4% efir yağı olur ki,
onun da 42-92%-
ni mentol təşkil edir. Başqa maddələrlə yanaşı onun
yarpaqlarında xeyli askorbin turşusu, karotin və rutin vardır. Nanənin
zərif zoğ və yarpaqları təzə halda salat, həm də qurudulmuş halda
müx
təlif xörəklərin hazırlanmasında duza, turşuya qoyulmasında
ədviya kimi istifadə olunur. Ondan ətirli içkilər, qənnadı və ətriyyat
məmulatları istehsal edilir.
Nanə həm elmi, һəm də xalq təbabətində geniş istifadə olunur.
Belə ki, ondan hazırlanan nanə arağı və spirt ekstraktı sancı, ürək dö-
yün
məsi, ürək zəifliyi, iştahasızlıq, qusma və s. xəstəliklərə qarşı tət-
biq edilir.
B
aşqa maddələrlə yanaşı onun yarpaqlarında xeyli askorbin tur-
şusu, karotin və rutin vardır. Acı nanənin zərif zoğ və yarpaqları həm
də qurudulmuş halda müxtəlif xörəklərin hazırlanmasında duza, tur-
şuya qoyulmasında ədviyyə kimi istifadə olunur. Ondan ətirli içkilər,
qənnadı və ətriyyat məmulatları istehsal edilir.
Acı nanə həm elmi, һəm də xalq təbabətində geniş istifadə olu-
nur. Belə ki, ondan hazırlanan nanə arağı (nanə cövhəri) və spirt eks-
traktı sancı, ürək döyünməsi, ürək zəifliyi, iştahasızlıq, qusma və s.
xəstəliklərə qarşı tətbiq edilir. Qeyd etmək lazımdır ki, Abşeronda
peyvənd üsulu ilə yetişdirilən hər iki növ nanənin zərif, xoşagələn
ətirli iyi vardır. Acı nanənin süfrəmizdə və xörəklərimizin tərkibində
ədviyyat tərəvəzi kimi geniş istifadə olunmasının çox mühüm müa-
licə əhəmiyyəti vardır. Elmi əsasda öyrənilib müəyyən edilmişdir ki,
acı nanənin tərkibində bir sıra vacib üzvi maddələr vardır ki, onlar
orqanizmdə maddələr mübadiləsini normallaşdırır, mədə-bağırsaqda
əmələ gələn spazmanı və köpməni aradan qaldırır, həzm prosesinin
148
fəaliyyətini artırır. Bundan əlavə, acı nanə böyrək və sidik yollarını
dezinfeksiya edir, qusmanı və ürəkbulanmanı dəf edir və ürək-damar
sisteminin fəaliyyətini artırır. Odur ki, acı nanədən xörəklərimizdə
geniş istifadə etmək son dərəcə faydalıdır.
Acı nanədən müasir təbabətdə bir sıra qiymətli müalicə preparat-
ları hazırlanır.Bu preparatlar ürək-damar sistemi xəstəliklərində, xro-
niki mədə-bağırsaq xəstəliklərində, eləcə də böyrək və sidik yolla-
rının iltihabında çox gözəl müalicəvi təsir göstərir. Acı nanənin yağı
validol, valokardin, Zelenin damcısı kimi vacib, ürək xəstəliklərində
çox işlənən dərmanların tərkibinə daxildir. Bundan əlavə acı nanə
yağından alınan mentol miqren xəstəliyinin müalicəsində çox faydalı
dərmandır. Azərbaycanda becərilən nanə bitkisindən daha geniş isti-
fadə olunmalıdır.
Tarixi, yayılması və məhsuldarlığı. Nanənin Azərbaycanda
ümu
miyyətlə 5 növünün olduğu göstərilir. Bunlardan 4- ü yabanıdır.
Acı nanəyə isə dünyanın heç bir yerində yabanı halda təsadüf olun-
mur. O mədəni bitki olub, orta əsrlərin axırlarında ingilis botanikləri
tərəfindən iki növ yabanı halda yayılan yarpız nanəsini bir-birinə
peyvənd etməklə yetişdirilmişdir. O tarixdən etibarən həmin bu nanə
“əkilən nanə” adını almış, xoşətirli iyinə və çox qiymətli kimyəvi tər-
ki
binə görə, əvvəlcə Avropa ölkələrinə, sonralar isə bütün dünya öl-
kələrinə yayılmış və hazırda bir çox ölkələrdə geniş miqyasda becə-
rilir. Acı nanənin vətəni İngiltərə hesab edilir. Burada o XVI əsrdən
becərilir. Rusiyaya 1887 ci ildə gətirilmiş, sənaye üsulu ilə becəril-
məsinə isə 1892-ci ildən başlanılmışdır. Hazırda Krasnodar vilayə-
tində onun əkin sahəsi 8 min hektara yaxındır. Hektardan quru kütlə
məhsuldarlığı 0,8-1,0 tondur. MDB-də əkilən nanə Ukraynada, Şi-
mali Qafqazda, Voronejdə və Belorusda sənaye əhəmiyyətli dərman
bitkisi kimi geniş sahədə becərilir.
Botaniki t
əsviri və bioloji xüsusiyyətləri. Nanə dalamazkimilər
(Lamiaceae) f
əsiləsinə, nanə (Mentha), cinsinə acı nanə növünə (M.
piperitta L.) daxildir.
Hündürlüyü yarım metrə çatan qol-budaqlı
çoxillik
kökümsov gövdəli ot bitkisidir. Kökümsov gövdələri torpaq
altda çox şaxələnir və saçaqlı əlavə köklər verir. Kök və kökümsov
gövdənin əsas kütləsi torpağın üst 10-30 sm-lik qidalı qatında yer-
149
ləşir. Gövdələri sayca çox, düzduran, dördkünclü - lansetvari, səthi
xırda qırışıqlı, kənarları bütöv dilimli, rəngi açıq yaşıl, tünd yaşıl, bə-
zən bənövşəyi-yaşıl olur. Qarşı-qarşıya düzülmüş, tünd-yaşıl rəngli
yarpaqları vardır. Nəzəri cəlb edən qırmızı-bənövşəyi rəngli xırda çi-
çəkləri gövdəsinin zirvəsində dəstə-dəstə yerləşmişdir.
Çiçəkləri ikicinsli, çəhrayı və yasəməni rəngli olub boru şəkil-
lidir. Çiçək qrupu sünbülvari süpürgədir. Meyvəsi qutucuqdur. To-
xum
ları xırda qəhvəyi rənglidir
(r
əngli şəkil 29-30).
Nanə soyuğa davamlı, işığa orta tələbkar, uzun gün bitkisidir.
Torpağın münbitliyinə və rütubətinə tələbkardır. Yüngül, münbit və
rütubətli torpaqlarda yüksək məhsul verir. Acı nanənin bütün hissə-
ləri, xüsusən yerüstü hissəsi xoşagələn ətirli iyə malikdir.
Acı nanənin bir çox növləri və çeşidləri vardır. Lakin onun iki
növü bütün dünyada məşhurdur. Onlardan birinə qara nanə, digərinə
ağ və ya ingilis nanəsi deyilir.
Qara nanənin gövdəsi və yarpaqlarının damarcıqları qırmızı-bə-
növ
şəyi rəngdə olur. Buna baxmayaraq hər iki nanə xoşagələn zərif
ətirli iyə və eyni kimyəvi tərkibli efir yağına malikdir. Qara və ağ na-
nə ancaq peyvənd və ya çoxalma üsulu (kök vasitəsilə) ilə yetişdiri-
lir. Bu iki səbəbdən irəli gəlir: birinci, hər iki nanə çox vaxt toxum
yetişdirmir; ikinci, toxumlarından yetişən nanə isə öz nəslinə xas
olan ətirli iyə malik olmur. Bu çox qəribə olsa da həqiqətdir.
Acı nanə vegetasiyasında aşağıdakı inkişaf fazalarını keçirir:
cücərtilərin əmələ gəlməsi, tam cücərtilərin alınması, budaqlanma,
qön
çələmə, çiçəkləmənin başlanğıcı və tam çiçəkləmə. Axırıncı faza
texniki yetişkənliklə üst-üstə düşür. Vegetasiya müddəti 80-100 gün-
dür. Vegetasiyanın əvvəlində acı nanə yavaş böyüyür. Budaqlanma
fazasında böyümə sürətlənir, qönçələmədə maksimuma çatır. Çiçək-
ləmə zamanı isə böyüməsi yavaşıyır.
Acı nanə istiliyə çox tələbkar deyildir. Yazda havanın tempera-
turu 3-5
0
C olduqda inkişafa başlayır. Onun böyüməsi üçün optimal
temperatur 18-20
0
C hesab edilir. İsti yay aylarında budaqlanması
zəifləyir və yağlılığı azalır. Kökləri -13
0
C şaxtaya dözür. Torpaqda
temperatur 2-3
0
C olduqda kökləri inkişafa başlayır. İnkişafa başla-
mış köklərin şaxtaya davamlılığı azalır. Soyuqların qayıtması onların
150
məhvinə səbəb ola bilər. Acı nanənin cücərtiləri – 8
0
C-
yə dözə bilir-
lər. Acı nanə işıqsevən, uzun gün bitkisidir. Bitkinin yarpaq səthi nə
qədər çox işıqlansa məhsuldarlıq və yağın tərkibindəki mentolun
miqdarı bir o qədər çox olar. Acı nanə nəmliyə də tələbkar bitkidir.
Nəmlik normasının 80 % qədər nəmliyin olması onun üçün optimal
nəmlik hesab edilir. Torpağın münbitliyinə tələbkardır. Yüngül, gil-
li
cəli, qumsal, münbit və rütubətli çaybasar torpaqlarında yüksək
məhsul verir. Qumlu, çınqıllı, ağır və bataqlaşmış torpaqlarda becə-
ril
məsi məsləhət görülmür. Torpaq mühitinin optimal reaksiyası – pH
5-
7 hesab olunur. Əgər acı nanə hektardan 4, 36 ton yaşıl kütlə
verərsə, o bu kütlə ilə torpaqdan 98,1 kq azot, 34,2 kq fosfor, 44,2 kq
kalium aparır. Acı nanə altına vermək üçün azotun nitrat forması,
ammo
nium formasına nisbətən daha yaxşı hesab edilir.
Dostları ilə paylaş: |