Bioloji xüsusiyyətləri: İstiliyə tələbkar deyildir. Toxumları 1-2
0
C-
də cücərir, cücərtiləri 10-12
0
C şaxtaya dözürlər. Yağçiçəyi torpa-
ğa tələbkar deyildir. Yüngül qumluca və duzlu torpaqlarda becərilir.
Torpaq nəmliyindən qənaətlə istifadə edir və quraqlığa dözürlər.
Uzun gün bitkisidir. Yazlıq yağçiçəyinin vegetasiya müddəti 60-90
gün
dür. Şimal zonaya keçdikcə vegetasiya müddəti qısalır. Vegeta-
siya müddəti qısa olduğu üçün Şimalda, Cənubda və yüksək dağlıq
zonada becərilə bilər.
Sortları: Yağçiçəyi sortlarından Ümumittifaq Elmi – Tədqiqat
Yağlı Bitkilər İnstitutunun (ÜETYBİ) Voronej təcrübə stansiyasında
yarad
ılmış Voronej-339, Voronej-349 və Qırğızıstan Elmi-Tədqiqat
Kənd Təsərrüfatı İnstitutunda yaradılmış BHİİMK-17, Qırğızskiy-1
sort
larını və s. göstərmək olar.
B
ecərilmə aqrotexnikası. Növbəli əkində yağçiçəyi payızlıq və
cərgəarası becərilən bitkilərdən sonra əkilir. Azotlu və fosforlu güb-
rələrə yaxşı münasibət göstərir (hektara 30 kq N və 45 kq P
2
O
5
).
89
Xırda toxumlu bitki olduğu üçün yağçiçəyi səpiləcək sahələr
ilkin
yazda səpinqabağı vərdənələnməli, kultivasiya edilməli və la-
zım gələrsə qaysaqlar dağıdılmalıdır.
Yazlıq yağçiçəyi erkən yazda adi dənsəpən aqreqatlarla hektara
8-
10 kq hesabı ilə 1-2 sm dərinliyində səpilməlidir. Əkinə qulluq
işləri cücərtilər alındıqdan sonra vərdənələmə və təmizləmə işləri ilə
başlayır. Yağçiçəyi tam yetişmə dövründə, aşağı qutucuqları
qurumağa başladıqda və onların içindəki toxumlar bərkidikdə yığılır.
Yağçiçəyi yaxşı təkmilləşdirilmiş kombaynlarla yığılmalıdır.
1. 14.
PERİLLA (SUDZA)
Xalq təsərrüfatı əhəmiyyəti: Perilla toxumlarında 40-54% tez-
quru
yan (yod ədədi 181-206) texniki yağ və 28 %-ə qədər zülal
vardır.
Perilla yağının quruma qabiliyyəti kətan yağına nisbətən yüksək-
dir. Ona görə də boya və lakların hazırlanmasında istifadə edilir. Tət-
biq olunduğu sahədə elastiklik yaradır və çatlar əmələ gətirmir.
Perilla
yağı aviasiya, gəmiqayırma, avtomobil, elektrotexnika, poliq-
ra
fiya və b. sənaye sahələrində işlədilir. Perilla yağı çox yaxşı izolya-
siya xüsusiyyətinə malikdir. Perilla yağı hopdurulmuş parça və
kağızdan sukeçirməyən plaş və başqa şeylər hazırlanmasında istifadə
edilir. Perilla yağı əczaçılıqda və işıqlandırmada lampa yanacağı
kimi (
his vermədiyinə görə) istifadə edilir. Çində, Yaponiyada və
Kore
ya yarımadasında perilla yağı təmizləndikdən sonra qida kimi
istifadə edilir.
Perilla jmıxının tərkibində 37%-ə qədər zülal vardır. O heyvan-
dar
lıqda qiymətli konsentrat yem kimi istifadə edilir. Yarpaqlarından
alınan efir yağlarından qənnadı sənayesində (Yaponiyada) istifadə
edilir. Yarpaqları təzə halda salatlarda istifadə edilir. Yaxşı bal verən
bitkidir.
Tarixi, becərilmə rayonları və məhsuldarlığı. Perilla şərqi
Asi
ya mənşəlidir. Onun ən çox yabanı növləri burada yayılmışdır.
Perilla ən çox Yaponiyada, Cində və Koreya yarımadasında yayıl-
mışdır. Rusiyada perilla səpinləri birinci dəfə uzaq Şərqdə aparıl-
90
mışdır. 1926-ci ildən isə onu Ukrayna və şimali Qafqazda öyrənməyə
başlamışlar. Perilla çoxda böyük olmayan sahələrdə Primorski diya-
rında da becərilir. Toxum məhsuldarlığı 0,8 - 1 ,5 ton /ha -dır.
Botaniki təsviri və bioloji xüsusiyyətləri. Perilla və ya sudza
(Perilla ocymoides L.) dalamaz
kimilər ( Lamiaceae) fəsiləsinə daxil
olan birillik ot bitkisidir. Mil kök sisteminə malikdir. Kökü torpağın
1,5 m dərinliyinə işləyərək 1,5 m -ə qədər radiusda yayılır. Gövdəsi
dikdurandır. 1,0-1,5 m hündürlükdədir. Əsasən dördüzlü, sıx tüklü,
budaqlanandır. Gövdələri qarşı-qarşıya düzülmüşdür. Yarpaqları,
qar
şı-qarşıya düzülüşlü, enli yumurtaşəkilli, uzunsaplaqlı, kənarları
mişardişli, qırışıq, tüklü yaşıl və ya bənövşəyi rənglidir. Çiçəkləri
xırda, ağ rəngli, fırça şəkilli çiçək qrupunda toplanmışdır. Çiçək sap-
lağı qısa olmaqla 4 şaquli xətt üzrə yarpaq qoltuğunda yerləşmişlər.
Kasacığı beş dişli, yumurtalığı dörd bölümlüdür. Perilla əsasən çar-
paz tozlanır. Meyvəsi üzəri torşəkilli, boz, sarı və ya qəhvəyi rəngli
dairəvi formalı 4 qözcuğa bölünür. 1000 toxumun kütləsi 2,0-2,5 qr-
dər. Bitkinin kəskin aromatik iyi vardır. Bu iy onun tərkibindəki efir
yağına məxsus olan iydir
(r
əngli şəkil 20).
Perillanın vegetasiya müddəti 100-130 gündür. Cücərtilər toxum
səpildikdən 8-10 gün sonra əmələ gəlir. Əvvəlcə bitki yavaş böyü-
yür. Budaqlanma fazasında cücərtilər alındıqdan 30-35 gün sonra
gövdənin böyüməsi sürətlənir. Cücərtilər alındıqdan 75-80 gün sonra
çiçəklənmə başlayır. Çiçəklənmə aşağıdan yuxarıya doğru getməklə
7-
9 gün davam edir. Çiçəkləmədən toxumların yetişməsinə qədər 25-
30 gün keçir.
Perilla istiliksevən bitkidir. Toxumlarının cücərməsi üçün
minimum 6-8
0
C istilik lazımdır. Cücərtiləri -2
0
C -
yə dək şaxtalara
dözür. Yaşlı bitkilər -1, -2
0
C -
də məhv olurlar. Temperaturun 28
0
C
-
dən yuxarı olması və quraqlıq toxum məhsuldarlığının azalmasına
səbəb olur. Perilla suya ən çox tələbatı çiçəkləmə və dən (toxum)
dolması dövründə göstərir. Qısa gün bitkisidir. Onun üçün strukturlu
və münbit qara torpaqlar əlverişli sayılır. Duzlu, qumsal və qumlu
torpaqlar perillaya yararsız hesab edilir.
Sortları. Ən geniş yayılmış sortları Novinka və boz təsərrüfat
(серая хозяйственная) sortlarıdır.
91
Becərilmə texnologiyası və yığım. Perilla üçün yaxşı sələflər
payızlıq buğda, çoxillik otlar, dənli-paxlalı və cərgə araları becərilən
bitkilər hesab olunur. Perilla üzvi gübrələrə tələbkardır. Hektara 30
ton peyin və mineral gübrələr verilir. Peyin və ya tam mineral gübrə
(N
45
P
60
K
45
) dondurma şumu altına verilir. Azot gübrəsini yazda
yemləmə kimi də vermək olar.
Torpağın əsas becərilməsi başqa yazlıq cərgəarası becərilən bit-
ki
lərdə olduğu kimi aparılır. Yazda səpinə qədər dondurma şumu
mala
lanır, iki dəfə mala ilə birlikdə kultivasiya aparılır (8-20 və 5-6
sm dərinlikdə) və səpinə qədər dişli vərdənə ilə vərdənələmə aparılır.
Səpin üçün cücərmə qabiliyyəti 75 %-dən aşağı olmayan, səpin-
qabağı TMTD və ya fentiuramla (3 kq/ton) dərmanlanmış toxumlar
isti
fadə edilir. Toxumları torpağın 5 sm-lik qatında 10-12
0
C istilik
olduqda 2-
3 sm dərinliyə basdırırlar. Perilla toxumları gencərgəli (45
və ya 60 sm cərgəarası olmaqla) üsulla, hektara 5-8 kq normasında
səpilir.
Cücərtilər əmələ gələnə qədər kök qalıqlarına qarşı rotasiya to-
xası və ya yüngül dişli mala ilə mala çəkilir. 2-3 cüt həqiqi yarpaq
faza
sında alaq cücərtilərini məhv etmək məqsədi ilə səpinə yüngül
ma
la çəkilir. Cərgə araları 3-4 dəfə 4-5 və 6-8 sm dərinlikdə kultiva-
siya edilir.
Birinci becərmə zamanı perilla cücərtilərini qorumaq üçün
qoruyucu vasitələr tətbiq olunur.
Perilla eyni vaxtda yetişmir. Toxumu asanlıqla tökülür. Ona görə
də onu iki fazalı üsulla yığırlar. Yığıma toxumların 20 %-i yetişəndə
(normal rəng alanda) başlayırlar. Xırdalanma (döyülmə ) kombayna
xırda toxumlu bitkilərin (xardal, raps və s.) yığılması zamanı quraşdı-
rılan qurğular quraşdırılmaqla aparılır.
1. 15.
LALLEMANTİYA
Xalq təsərrüfatı əhəmiyyəti. Lallemantiya toxumlarının
tərkibində 23 %- dən 38 %- ə qədər tez quruyan yağ, ( yod ədədi
163-203) 24 %-
ə qədər zülal vardır. Lallemantiya yağı perilla yağı
ki
mi lak boya sənayesində və başqa sahələrdə tətbiq olunur. Jmıxının
92
tərkibində 31-33 % zülal vardır ki, bu da heyvanların yemləndirilmə-
sində istifadə edilir.
Tarixi, yayılması, məhsuldarlığı. Lallemantiya alaq bitkisi
kimi kiçik Asy
a ölkələrində, Zaqafqaziyada və cənubi Ukraynada
yayılmışdır. Onu Avropada ilk dəfə XIX əsrdə, Rusiyada isə 1930-cu
ildən becərməyə başlamışlar. Birinci dəfə Rusiyanın Şimali Qafqaz
və cənubi Ukrayna ərazisində sınaqdan keçirilmişdir. Hazırda məh-
dud sah
ələrdə becərilir.
Botaniki təsviri və bioloji xüsusiyyətləri. İberiya lallemanti-
yasi (Lallemantia iberica T. et. M. ) dalamaz
kimilər (Lamiaceae)
fəsiləsinə daxil olan birillik ot bitkisidir. Yaxşı inkişaf etmiş mil kök
sisteminə malikdir. Gövdəsi dikduran, tüklü, 70 sm hündürlükdə
budaqlanandır. Yan budaqları qarşı-qarşıyadır, budaqlanma gövdənin
əsasından başlayır. Yarpaqları uzunsov - lansetşəkilli, zəif tüklü, qar-
şı-qarşıya düzülmüş, gövdənin əsasında saplaqlı, yuxarıda isə demək
olar ki, oturaqdır. Çiçəkləri ağ və ya çəhrayı rəngli, 5- 9 ədəd olmaq-
la yalançı köbə şəklində toplanırlar və yarpaq qoltuğunda yerləşirlər.
Kasacığı boru şəkilli beş dişlidir
(r
əngli şəkil 21).
Lallemantiya əsasən öz-özünü tozlayandır. Meyvəsi kasacıqda
yerləşmiş 4 kiçik qozcuqdan (toxumdan) ibarətdir. Toxumu qəhvəyi
və ya tünd bənövşəyi rəngli, uzunsov əsasında iki parlaq qabarıq
zolağı vardır. 1000 toxumun kütləsi 4-5 qramdır. Quru havada to-
xum
lar kasacıqda nisbətən yaxşı qalıqlar, nəmli havada isə asanlıqla
tökülürlər.
Lallemantiyanın vegetasiya müddəti 65 - 90 gündür. Cücərtiləri
səpildikdən 7-8 sonra əmələ gəlir. Çiçəkləməsi isə toxum səpildikdən
30-
35 gün sonra baş verir.
Lallemantiya
soyuğadavamlı bitkidir. Toxumları 3-5
0
C -
də
cücərməyə başlayır, - 6
0
C şaxtaya dözürlər. Vegetasiya müddətində
orta
sutkalıq temperaturun cəmi 1700
0
C-
yə çatır.
Lallemantiya
quraqlığa davamlı bitkidir. Lakin toxumların cü-
cərməsi zamanı quraqlığı sevmir. Torpağa xüsusi tələbat göstərmir.
Onu bir çox torpaq tiplərində becərmək olar, lakin qara torpaqlarda
daha yüksək məhsul verir.
93
Sortları. Elmi - Tədqiqat Yağlı Bitkilər İnstitutunda seleksiya
yolu ilə Donskaya L 152, Hündürboylu - 26, DDS - 2, DDS-24 və
başqa sortları yaradılmışdır.
Becərilmə texnologiyası və yığımı. Lallemantiya bitkisi üçün
ən yaxşı sələf payızlıq buğda hesab edilir. Qısa vegetasiya müddətli
olduğu üçün lallemantiya özü payızlıq və kövşənlik bitkiləri üçün
yaxşı sələf hesab edilir.
Lallemantiya gübrələrə tələb vardır. Dondurma şumu altına 20-
30 ton peyin N
45
P
45
K
45
normasında mineral gübrələr verilir.
Torpağın əsas becərilməsi erkən yazlıq bitkilərdə olduğu kimi-
dir. Yazda dondurma şumu malalanır, səpinqabağı 4-6 sm dərinlikdə
mala ilə birlikdə kultivasiya, hamarlama və vərdənələnmə aparılır.
Lallemantiya toxu
mlarını erkən müddətdə - torpağın 5 sm dərin-
li
yində 4-5
0
C -
yə qədər istilik olduqda səpilir. Toxumların basdırıl-
ma dərinliyi 2-3 sm-dir. Quraqlıq illərdə yüngül torpaqlarda 4 sm
dərinlikdə basdırılır. Lallemantiya toxumları başdan-başa, cərgəvi və
ya
xud gencərgəli (cərgəarası 45 sm olmaqla) üsulla əkilir. Toxumun
səpin norması 18-20 kq/ha, gencərgəli üsulda isə 8-10 kq/ha götürü-
lür.
Toxumlar səpinqabağı TMTD və ya fentiuramla (3 kq/ton) dər-
man
lanır.
Qulluq işləri cücərtilərə 2 -3 dəfə yüngül dişli mala çəkilməsi,
gencərgəli səpinlərdə 2-3 dəfə 5-6 və 6-8 sm dərinlikdə kultivasiya-
nın aparılmasından ibarətdir. Kultivasiya zamanı kultivatora xüsusi
qurğular quraşdırılır ki, cücərtilərin üzərinə torpaq tökülməsin.
Toxumları yetişdikdə asanlıqla tökülür. Bu hal yağmurlu hallar-
da daha çox müşahidə olunur. Lallemantiya toxumları aşağıdakı kö-
bələrdəki toxumlar yetişdiyi vaxt (tutqun rəng aldıqda) yığılır. Lalle-
mantiya birbaşa kombayınla aşağı hissədən biçilib götürülür.
1. 16.
YAĞLI LALƏ
Xalq t
əsərrüfatı əhəmiyyəti. Yağlı lalə toxumlarında 46-56 %
yarımquruyan yağ (yod ədədi 131-143), və 18-20 % zülal vardır. Bu
yağ qida, qənnadı və konserv sənayesində işlədilir. İsti sıxma üsulu
94
ilə alınmış yağlardan lak, boya (yağlı təsvirlərdə) əlif və sabun alın-
ma
sında istifadə olunur. Yağlı lalə toxumları qənnadı və çörək-
bişirmə sənayesində istifadə olunur.
Lalə yığımında 32 %-ə qədər zülal vardır ki, bu da heyvandar-
lıqda qiymətli konsentrasiyalı yemlərin hazırlanmasında istifadə
edilir. Lakin bu yemlərlə heyvanlar kiçik dozalarda yemləndiril-
məlidir. Əks halda heyvanların yuxlamasına səbəb olur. Bir neçə
sortunun qozaları tibbidə istifadə edilən alkaloidlərin alınmasında
istifadə edilir.
Tarixi, yayılması və məhsuldarlığı. Mədəni lalə yabanı halda
rast gəlinmir. Ona görə də onun mənşəyi haqqında qəti fikir söylə-
mək çətinlik törədir.
N. İ. Vavilov və N. A. Bazilevski yağlı lalənin vətəninin Orta
Asiyanın dağlıq rayonları (Qırğızıstan) və Qazaxıstan olduğunu, ora-
dan da Çinə yayıldığı fikrindədirlər. Yağlı lalənin ikinci mənşə mər-
kəzinin isə Aralıq dənizi mərkəzinin olduğu göstərilir ki, buraya da
onun lap qədimdən Orta Asiya və Çindən gətirildiyi güman edilir.
Laləni yağlı bitki kimi XV əsrdən becərməyə başlamışlar.
Yağlı lalənin əkin sahələri əsasən cənubi-qərbi Ukraynada, Ta-
tarıstanda, Başqırdıstanda, Rusiyanın mərkəzi qaratorpaq zonasında
Orta Volqaboyunda, Qırğızıstanda və Sibirdədir. Orta toxum məh-
sul
darlığı 0,8-1,0 ton/ha, bəzi sahələrdə isə 2 ton/ha yaxındır.
Botaniki təsviri və bioloji xüsusiyyətləri. Yağlı lalə (Papaver
somniferum L.)
Laləkimilər (Papaveraceae) fəsiləsinin Avrasiya ya-
rımnövünə (subsp. eurasiaticum) daxildir. Torpağın 0,5-1 m dərinli-
yinə işləyən güclü kök sisteminə malikdir. Gövdəsi dikduran, dairəvi,
zəif mum örtüklü olmaqla 0,7-1,5 m hündürlükdə olur. Gövdəsində
süd şirəsi olmur və ya az miqdarda olur. Aşağı yarpaqları saplaqlı, iri
lansetşəkilli, yuxarı yarpaqları oturaq gövdəyə sarınmış, uzunsov-
lansetşəkilli, parlaq yaşıl rənglidir. Çiçəkləri iridir, tək-tək yerləşir.
Bir bitkidə 5-10 (20-yə qədər) çiçək olur. Çiçəyi 4 ədəd, çəhrayı,
bənövşəyi, açıq zanbaq rəngində qara gözcüklüdür. İki kasa yapağı
vardır bir neçə erkəkciyi və bir dişiciyi olur. Çarpaz tozlanır (həşə-
ratlar vasitəsilə). Meyvəsi konusvari oval formalı qutucuqlardır, içə-
ri
sində dairəvi və ya yastı formada yuvacıqları vardır. Üzəri qabarıq-
95
lıdır, yetişdikdə çatlamır. Toxumları çox xırda, tumurcuq formalıdır.
Üzəri iri dəlik - deşik formalı, boz, ağ və ya qəhvəyi rənglidir. 1000
toxumun k
ütləsi 0,3 - 0,5 qr.-dır
(r
əngli şəkil 22-23).
Lalənin vegetasiya müddəti 85-135 gündür. Uzun gün bitkisidir.
Səpildikdən 12-15 gün sonra cücərti verir. Çiçəklənməsi isə 50-65
gün
dən sonra başlanır. Meyvə əmələgəlməsindən qutucuqlarının ye-
tişməsinə qədər 30-45 gün keçir.
Yağlı lalə soyuğa davamlı bitkidir. Toxumları 2-3
0
C tempera-
tur
da cücərməyə başlayır. Cücərtiləri -3-4
0
C şaxtaya dözə bilir.
Vege
tativ kütləsinin böyüməsi üçün ən yaxşı temperatur 15
0
C,
çiçəkləmə yetişmə dövründə 20-25
0
C hesab
edilir. Vegetasiya ərzin-
də orta sutkalıq temperaturun cəmi 1700-2100
0
C olmalıdır.
Lalə nəmliyə yüksək tələbat göstərir. Toxumların şişməsi və cü-
cərməsi üçün öz kütləsinin 90%-i qədər su sərf edir. Suya ən çox
tələbatı çiçəkləmə dövründə göstərir. Çiçəkləmədən sonra məhsulun
formalaşması üçün isti və quraq havanın olmasına tələbat göstərir.
Bu dövrə nəmliyin çox olmasından əziyyət çəkir və məhsuldarlıq
aşağı düşür.
Lalə torpağa tələbkardır. Onun üçün ən yaxşı torpaqlar yüngül
qumlucalı, gillicəli şabalıdı və qara torpaqlar hesab edilir. Duzlu və
toz şəkillinə düşmüş, qrunt suları üzdə olan torpaqlar lalə üçün əlve-
rişsiz hesab edilir.
Sortları. Ən geniş yayılmış sortlarına misal olaraq Çişminskiy-
171, Novinka - 178, Qoluboy yubleyniy, Start, Mayak, Prjevalskiy
(B-772), Lubenskiy- 6, Lubensiy-
7 və s. göstərmək olar.
Becərilmə texnologiyası və yığım. Növbəli əkində yağlı lalə pa-
yızlıq taxıl bitkilərindən cərgə araları becərilən bitkilərdən sonra
yerləşdirilir. Gübrələrə tələbkardır. Hektara 20-30 ton peyin və ya
P
60
K
40
normasında mineral gübrələr verilir. Üzvi mineral gübrələr-
dən P
20-30
kq səpinlə birlikdə verilir. Fosfor çatışmadıqda qönçələnmə
dövründə superfosfatla (hektara 20-30 kq P
2
O
5
) yemləmə aparılır,
gübrə 8-10 sm dərinliyə basdırılır.
Torp
ağın əsas becərilməsi kövşənliyin 6-8 sm dərinlikdə üzlən-
məsindən 1-2 dəfə kultivasiya və 22 sm dərinlikdə dondurma şumu-
nun ( alaqlarla zibilli sahədə 25-30 sm) aparılmasından ibarətdir.
96
Yazda dondurma şumu malalanır, 4-5 sm dərinlikdə mala ilə
birgə kultivasiya, hamarlama və vərdənələmə aparılaraq torpaq dəqiq
hamarlandırılmalıdır.
Laləni erkən yazlıq bitkilərin səpildiyi vaxt səpirlər. Səpin gen-
cərgəlidir (cərgə araları 45-60 sm) Toxumun səpin norması 3-4
kq/ha,
səpin dərinliyi 1,5 -2,0 sm-dir.
Cücərtilər alınana qədər kök qalıqlarına qarşı rotasiya toxası tət-
biq edilir. Alaqlarla mübarizə üçün səpinə yüngül dişli mala çəkilir.
Sıx alınan səpinlər mala ilə kəsilir və ya buketləmə aparılır. Buket-
ləmə iki cüt həqiqi yarpaq fazasında həyata keçirilir. Hər bir metr
sahədə 10-a qədər bitki saxlanılır.
Vegetasiya ərzində 2-4 dəfə kultivasiya (5-6 və 6-8 sm dərin-
likdə) aparılır. Kultivasiya zamanı cücərtilərin torpaqla və kəsilmiş
alaq otları ilə basdırılmasının qarşısını almaq üçün kultivatora xüsusi
qurğular quraşdırılır.
Lalə kombaynlara xüsusi qurğular quraşdırmaqla yığılır. Yığma
qutucuqlar qonurlaşan vaxt başlayırlar. Toxumlar yetişən vaxt bitki-
lər silkələndikdə qutucuqlar xüsusi səslər çıxarır (xışıldayır) ki, bu
da toxumun yetişdiyini göstərir.
1. 17. TUNQ
Əhəmiyyəti. Tunq (Aleurites) toxumlarının tərkibində 48,0-
57,5% yaxşı keyfiyyətli tez quruyan texniki yağ vardır. Tunq yağının
tərkibində 80%-ə qədər eleostearin turşusu vardır ki, bu da yağa
xüsusi keyfiyyət polimerləşmə və tez quruma xüsusiyyəti verir. Üzə-
rinə tunq yağı çəkilməsi metalları korroziyadan (çürümədən), ağac-
ları isə rütubətdən xarab olmadan və göbələk çürüməsindən qoruyur.
Tunq yağının texniki əhəmiyyəti böyükdür. O tibbi aparatların istis-
marı zamanı çürümə əleyhinə örtük kimi qiymətlidir. Ondan həmçi-
nin lakların, mina və boyaların alınmasında da istifadə edilir. Təyya-
rələr, sərnişin qatarları, hərbi, sərnişin və ticarət gəmilərinin sualtı
hissələri tunq boyaları (lakları) ilə örtülür.
Tunqdan hazırlanmış xüsusi izolə edici qatlar yüksək gərginlikli
transfor
matorlara və kabellərə çəkilir.
97
Şəkil 1.
S
əpin günəbaxanı - Подсолнечник посевной ( Helianthus
annus ssp. sativus) 1, 2- bitki cüc
ərti və çiçəkləmə fazasında;
3-
yetişmiş səbət; 4- çiçəklər və onun orqanları: a- boruşəkilli,
b-
dilşəkilli, v- dişicik, q- toz kisəsi; 5- tozcuq dənəsi
98
Şəkil 2. Gənəgərçək – Клещевина (Ricinus communis L.)
1- 2 - M
ədəni gənəgərçək (sanguineus, persicus)
3-
Yabanı gənəgərçək
99
Şəkil 3. Gənəgərçək ( Ricinus) 1, 2 – bitki cücərti və
çiç
əkləmə fazasında; 3 – üzərində yarpaq və çiçək qrupu olan
budaq; 4 – erk
ək çiçək; 5 – dişi çiçək; 6, 7 – qan-qırmızı
g
ənəgərçəyin meyvəsi və toxumu; 8, 9 -İran gənəgərçəyinin
meyv
ə və toxumu.
100
Şəkil 4. Mədəni yerfındığı (araxis) - Арахис культурный
Arachis hypogaea L. 1, 2 – bitki
cücərti, çiçəkləmə və meyvə
əmələgəlmə fazasında; 3 - üzərində yarpaq və çiçək olan
budaq; 4 –
bütün və kəsilmiş meyvə
101
Şəkil 5. Küncüt - Кунжут (Sesamum): 1, 2 - bitki cücərti,
çiçəkləmə və meyvəəmələgəlmə fazasında; 3 - üzərində
yarpaq olan budaq; 4 -
üzərində yetişmiş meyvəsi olan
budaq; 5 -
meyvəsi; 6 - toxumu.
102
Şəkil 6. Hindistan küncütü - Кунжут индийский
(Sesamum indicum L.)
103
Şəkil 7. Soya - Соя (Glicine hispida): 1 – bitki ilkin
üçyarpaq fazasında: a – ləpə yarpaqları, b – birinci cüt
sad
ə yarpaqlar, v – birinci üçlü yarpaq; 2 – bitki
çiç
əkləmə və meyvəbağlama fazasında; 3 - budağın
yarpaqlı və çiçəkli hissəsi; 4 - 5 – yetişmiş paxlalar.
104
Şəkil 8. Yağlı (alçaqboylu, qıvrım) kətan -
Лен низкий (лён
кудряш)
(Linum usitatissimum ssp. humile (Mill.) Czernom.)
|