Tarixi, yayılması və məhsuldarlığı. Ağ xardalın vətəni Aralıq
d
ənizi ölkələri hesab olunur. Buradan o demək olar ki, Şimal yarım-
kür
əsinin bütün ölkələrinə Amerikaya, Yaponiyaya, Hindistana ya-
yılmışdır. Hindistanda ağ xardal bağ bitkisi kimi becərilir. Ölkənin
şimalında onun cavan yarpaqları qış fəslində tərəvəz kimi istifadə
olunmaqla s
ənaye əhəmiyyəti daşımır. Qədim sanskrit dilində ağ xar-
dal “isidici”, “
cüzam aradan qaldırıcı” kimi tərcümə edilir.
Rusiyada ağ xardalı ilk dəfə XVIII əsrdə Aşağı Volqaboyunda
m
ədəniləşdirməyə başlamışlar. Lakin, o burada çox yayılmamışdır.
O, xüsusi ç
əkisinə görə göy xardaldan az yer tutur. Ağ xardal Rusi-
yanın Qeyri-qaratorpaq bölgələrində əsasən yem məqsədilə becərilir.
Qısa müddət ərzində hektardan 20-30 ton yaşıl kütlə əmələ gətirir ki,
o da heyvandarlıqda yem kimi və ya yaşıl gübrə kimi istifadə olunur.
Orta toxum m
əhsuldarlığı 1,2-1,5 t/ha, yaşıl kütlə məhsuldarlığı isə
20 ton/ha -
ya yaxındır.
70
Botaniki t
əsviri və bioloji xüsusiyyətləri. Ağ xardal ( Brassica
alba Robunhorst. ( Sinapis alba L.) K
ələmkimilər ( Brassicaceae)
f
əsiləsinə daxil olan birillik yazlıq bitkidir. 25-80 sm hündürlükdə
dikduran, güclü budaqlanan, üz
əri sərt tükcüklərlə örtülü gövdəsi və
yarpaqları vardır. Aşağı yarpaqları lirəşəkilli yarılmış, saplaqlı, yuxa-
rı yarpaqları qısa saplaqlı uzunsov-xətvari, sərt tükcüklərlə örtülüdür.
Sarı rəngli çiçəkləri çoxçiçəkli salxım çiçək qrupunda toplanmışdır.
Salxımında 25-100 ədəd kəskin bal iyi verən çiçək olur. Çarpaz toz-
la
nır, öz-özünə tozlanma da mümkündür. Meyvəsi 2-4 sm uzunlu-
ğunda, çox toxumlu (4-6 ədəd) qındır. Meyvənin nəhayəti (ucu) qı-
lınc şəkilli geniş buruncuqla qurtarır. Üzəri qabarıqlıdır, sərt tükcük-
lü, çiç
ək oxuna düz, bəzi hallarda iti və kor bucaq altında birləşir.
Yetişdikdə açılıb tökülmür. Hər qınında 4-7 ədəd şar şəkilli toxum
olur. Toxumu göy xardala nisb
ətən bir qədər iri, diametri 1,5-2,0
mm, dair
əvi, hamar açıq sarı (krem rəngli) rənglidir. 1000 toxumu-
nun kütl
əsi 4-8 qr.- dır
(r
əngli şəkil 11).
T
oxumları səpildikdən 6-7
gün sonra cüc
ərti verir. Cücərtiləri alındıqdan 30-40 gün sonra çiçək-
l
əyir. Ağ xardal nəmlik sevən, soyuğadavamlı uzun gün bitkisidir.
Ağ xardal göy xardala nisbətən soyuğa çox, quraqlığa az davamlıdır.
Onun toxumları 1-2
0
C - d
ə cücərə bilir. Cücərtiləri isə - 6
0
C-y
ə dö-
zürl
ər. Göy xardala nisbətən torpağa az tələbkardır. Kökləri yaxşı
m
ənimsəmə qabiliyyətinə malikdir. Ona görə də podzol torpaqlarda
da bec
ərmək olar. Torpağın duzluluğuna pis reaksiya verir. Gillicəli
v
ə qumsal qara torpaqlarda yaxşı inkişaf edir. Ağ xardalın vegeta-
siya müdd
əti 65-90 gündür.
S
ortları. Ağ xardalın Elmi Tədqiqat Yağlı Bitkilər İnstitutunda
yaradılmış ВНИИМК- 162 sortu rayonlaşdırılmışdır.
Bec
ərilmə texnologiyası və yığımı. Növbəli əkinə, sələf bitki-
l
ərinə münasibəti göy xardal kimidir. O gübrələnmiş heriyə səpilmiş
çovdar v
ə buğdanın sonra, həmçinin alaqlardan təmiz olan cərgəarası
bec
ərilən bitkilərdən sonra yaxşı inkişaf edir.
Ağ xardal azotlu fosforlu (N
20
P
30
v
ə yaxud N
40
P
40
) gübr
ələrə
yaxşı münasibət göstərir. Kalium çatışmayan torpaqlarda isə tam
mineral gübr
ə verilməlidir. Turş çimli-podzollu torpaqlarda mineral
gübr
ələrlə yanaşı əhəng verilməsi də yaxşı nəticə verir.
71
Torpağın əsas və səpinqabağı becərilməsi işləri becərilmə ra-
yonu v
ə yerli torpaq-iqlim şəraiti nəzərə alınmaqla göy xardalda ol-
du
ğu kimidir.
Ağ xardal göy xardaldan fərqli olaraq daha çox soyuğadavamlı
v
ə nəmlik sevən olduğuna görə onu erkən yazlıq taxıllarla bir vaxtda
s
əpirlər. Səpin başdan-başa cərgəvi üsulla aparılır. Hektara səpin nor-
ması 12-15 kq-dır. Toxumlar 4-5 sm dərinliyə səpilir.
Ağ xardal əkinlərinə qulluq işləri göy xardalda olduğu kimidir.
V
ərdənələmə, malalama və zərərvericilərlə mübarizə aparılır. Ağ
xardal iki d
əfəyə hissə-hissə və ya bir başa kombaynla yığılır. Bir
başa yığım qınlar yetişdikdə və zəif çatladıqda aparılır. Tam yetiş-
m
ə fazasında ağ xardalı SK-5 “Niva” markalı kombayna PR-5 qur-
ğusu əlavə edilməklə yığırlar.
1. 8. 2. Göy xardal (Sarept v
ə ya Hindistan xardalı)
Əhəmiyyəti. Becərilən göy xardal formalarının toxumlarında
30-
47% yarımquruyan yağ (yod ədədi 92-119), 25%- ə qədər zülal,
1,7%-
ə qədər efir yağı vardır. Soyuq üsulla sıxılmış xardal yağı yaxşı
dada malikdir v
ə qida kimi istifadə olunur. Ondan çörək, peçenye,
q
ənnadı, konserv və marqarin yağları sənayesində istifadə olunur.
İsti üsulla sıxılmış xardal yığında siniqrin (efir yağı) qlükozidi olur
ki, bu da ona k
əskin iy və xoşagəlməyən dad verir. Belə yağlar
texniki m
əqsədlər üçün istifadə olunur.
Xardal toxumlarının kəskin yandırıcı dada və ətirli iyə malik
olması onların tərkibində olan siniqrin qlikozidindən asılıdır. Siniqrin
qlikozidi xardal toxum
larının əsas təsiredici maddəsi hesab olunur.
Bu qlikozid toxumlarda olan mirozin fermentinin t
əsirindən parça-
landıqda efirli xardal yağına, kalium-hidrosulfata və qlükozaya ayrı-
lır. Efirli xardal yağı açıq- sarı rəngli mayedir, çox kəskin yandırıcı
dada v
ə iyə malikdir. Xardal toxumlarında 25-47%-ə qədər piyli yağ
da vardır. Bu yağdan ancaq yeyinti sənayesində istifadə olunur. Xar-
dal toxumlarından elmi təbabətdə xardal yaxması (Charta sınapina)
v
ə xardal spirti (Spiritus sinapis) şəklində revmatizmdə və soyuq-
72
d
əymədə xaricə sürtmə dərmanı kimi istifadə edilir. Xardal yaxması
piyli yağdan azad edilmiş xardal toxumu tozundan hazırlanır.
Ondan sabun bişirmədə, toxuculuqda və digər sənaye sahələrin-
d
ə istifadə edilir. Xardaldan alınan efir yağları ətriyyat sənayesində
istifad
ə edilir. Xardal jmıxı sürfə xardalı hazırlanmasında və tibdə
işlədilir. Onun tərkibində zərərli maddə olan siniqrin və sanalbin ol-
du
ğundan heyvanlara xüsusi işlənmədən sonra verilə bilər.
Göy xardal yaxşı bal verən bitkidir. Rusiyanın Şimal-Qərb ra-
yon
larında ondan yaşıl gübrə kimi də istifadə edilir.
Xardal toxumlarının işlənməsindən sonra əldə olunan məhsulun
90%-
i xeyirli hesab olunur. 100 kq orta kondisiyalı xardal toxumun-
dan 23-24 kq yem
əli xardal yağı, xardal efiri almaq üçün 5 kq yağ,
50 kq xardal ovuntusu (poroşoku) almaq üçün jmıx, 15 kq heyvan
yemi üçün jmıx, 7,5 kq yanacaq üçün qabıq (şeluxa) əldə olunur.
Xar
dal yağı presləmə (sıxma) və ya ayırma (ekstrasiya) yolu ilə
alınır.
Soyuq sıxma üsulu ilə alınan xardal yağı daha keyfiyyətli hesab
edilir. İsti sıxma üsulunda yağın tərkibinə 0,1-1,7%-ə qədər xardal
efiri yağı və siniqrin qlükozidi qarışır ki, bu da kəskin iyli və xoşa-
g
əlməyən dada malikdir. Mütəxəssislərin fikrinə görə ərzaqlıq xardal
yağının tərkibində olein və linol turşuları 80%-dən aşağı, linolen 4%-
d
ən, palmitin və stearin turşuları 5-15%-dən artıq olmamalı, eruk və
eykozen turşuları isə olmamalıdır.
Tarixi, yayılması və məhsuldarlığı. Göy xardalın vətəni şərqi
Çin hesab edilir. Bu bitki m
əhz burada yabanı formalardan seçil-
m
əklə mədəni hala salınmışdır. Göy xardal Çindən Hindistana keç-
miş və Hindistan göy xardal becərən ilkin mərkəzlərdən birinə çevril-
mişdir. Ona görə də bəzi müəlliflər göy xardalın vətəninin Hindistan
olduğunu güman edirlər. Burada ona alaq bitkisi kimi də rast gəlinir.
B
əziləri isə onun vətəninin orta Asiya olduğunu qeyd edirlər. Xardal
Çind
ə, Hindistanda, Misirdə və ön Asiya ölkələrində qədimdən becə-
rilir.
Hindistanda göy xardal v
ə ya Sarept xardalı “ cənnət xardalı” adı
il
ə məşhurdur. Xardal və turpəng (Sarzon) bizim eradan əvvəl 3-2
minillikl
ərdən becərilir. Bu növlərin toxumları tibdə və dini məra-
73
siml
ərdə istifadə edilirdi. Səpin üçün “cənnət xardalının” iki forması
istifad
ə olunur. Onlardan biri hündürboylu gecyetişən, ikincisi isə
alçaqboylu tezyetişəndir.
Hazırda göy xardal Hindistanla yanaşı Çində, Misirdə və başqa
ölk
ələrdə də becərilir. Göy xardalın mədəni hala keçirilməsi yaxın
vaxtlarda baş vermişdir. Rusiya ərazisinə xardal XVIII əsrin əvvəl-
l
ərində Asyadan keçmiş və onu ilk dəfə aşağı Volqaboyunda Sarept
şəhəri yaxınlığında mədəni hala keçirmişlər. Bu bitki öz rus adını
(Sarept xardalı adını) Volqaboyunda becərilməyə başladığı Sarept
k
əndinin adından götürmüşdür. Burada Rusiyada ilk dəfə xardal
zavodu yaradılmışdır. 1765-ci ildə Sarept şəhərə çevrilmişdir. Buraya
II Yekaterina t
ərəfindən Almaniyadan mütəxəssislər dəvət olunub
yerl
əşdirilmişdir. Hazırda Volqoqrad vilayətinin rayonlarından biri-
dir. Sarept xard
alı dünyada ən yaxşı xardal hesab edilir.
Hazırda Rusiya ərazisində göy xardal bitkisi kələmkimilər (xaç-
çiç
əklilər) fəsiləsinə daxil olan yağlı bitki kimi geniş yayılmışdır.
Onun
əkin sahələri, günəbaxan, soya və yağlı kətandan sonra 4-cü
yeri tutur. Rusi
yada göy xardalın əkin sahəsi 270 min hektara yaxın-
dır. Onun əkinləri əsasən Volqaboyunda Volqoqrad və Saratov vila-
y
ətlərində, kiçik sahələrdə isə qərbi Sibirdə, Qazaxıstanda, şimali
Qafqazda, Qara d
əniz sahillərində və Qırğızıstanda və b. yerlərdə
bec
ərilir. Hektardan orta toxum məhsuldarlığı 0,8-1,5 tondur. Yüksək
aqrotexniki şəraitdə hektardan 1,5-2,0 ton toxum verə bilir.
İsveçdə süni (mutant) yolla çox qiymətli xardal formaları əldə
olun
muşdur. Hindistanın Bihar, Utar-Pradeş, qərbi Benqal ştatlarında
v
ə bir çox başqa yerlərdə adi tarla bitkisi hesab olunur. Göy xardal
t
əmiz halda və ya nut, noxud və arpa ilə qarışıq səpilir. Qarışıq səpin-
l
ərdə səpin norması 9 kq/ha təmiz halda səpildikdə isə 18 kq/ha-
q
ədər götürülür.
Botaniki t
əsviri və bioloji xüsusiyyətləri. Göy xardal və ya
Sarept xardalı Brassica juncea Czerw. Kələmkimilər ( Brassicaceae)
f
əsiləsinə daxil olan birillik ot tipli bitkidir. Kök sistemi mil şəkil-
lidir. Yaxşı inkişaf etmişdir və torpağın 2 m-ə qədər dərinliyinə işlə-
y
ə bilir. Gövdəsi 30-150 sm hündürlükdə, dikduran, budaqlanandır.
Aşağı yarpaqları saplaqlı, lirəşəkilli lələklərə bölünmüş yuxarı yar-
74
paq
ları uzunsov - xətşəkillidir. Gövdə və yarpaqları mum örtüyü ilə
örtülmüşdür. Parlaq sarı rəngli çiçəkləri salxım çiçək qrupunda
toplanmışdır. Çiçəkləri xırdadır, sarı və dörd ölçülüdür, salxım şək-
lind
ə yerləşmişdir
(r
əngli şəkil 12).
Meyv
əsi nazik, zərif, hamar, 2,5 - 5,0 sm uzunluqda qısa burun-
cuqlu, çiç
ək oxuna iti bucaq altında birləşmiş qınmeyvədir. Yetişdik-
d
ə asanlıqla çatlayır. Meyvəsinin içərisində 4-6 toxum olur. Toxum-
ları növündən asılı olaraq kürəşəkilli tutqun-qonur, və ya sarı rəngli
üz
əri iri torşəkillidir. 1000 toxumun kütləsi 2-4 qramdır.
Göy xardalın vegetasiya müddəti 80-115 gündür. Səpildikdən 6-
8 gün sonra cüc
ərti verir. Cücərtilər alındıqdan 40-45 gün sonra çi-
ç
əkləməsi başlayır. Çiçəkləmə çiçək qrupunun əsasından başlayaraq
yuxarıya doğru gedir. Çiçəkləmədən toxum yetişməsinə qədər 20-25,
yağışlı havalarda isə 30-40 gün keçir. Göy xardal öz-özünü tozlayan
bitkidir, ancaq çarpaz tozlanma da (çiç
əklərin 15-30%-ində) gedir.
B
əzi müəlliflər isə qeyd edirlər ki, göy xardal isti havalarda çarpaz
tozlanan bitkidir. Ancaq, öz-özün
ə tozlanma da geniş yayılmışdır.
Göy xardal istiliy
ə tələbkar deyildir. Onun toxumları 2-3
0
C
temperaturda cüc
ərə bilir. Müntəzəm çıxışlar isə 12-18
0
C - d
ə alınır.
Cüc
ərtilər - 3-5
0
C şaxtaya dözür. Onun böyüməsi üçün əlverişli
temperatur 18-20
0
C hesab olunur. Çiç
əkləmə və toxumun yetişməsi
dövründ
ə isə 23-25
0
C daha ya
xşıdır. Vegetasiya ərzində effektiv
temperaturun c
əmi 1700- 1900
0
C arasında olmalıdır.
Göy xardal quraqlığa nisbətən davamlıdır. Suya ən çox tələbatı
qönç
ələmə və çiçəkləmə fazasında göstərir. Uzun gün bitkisidir.
Bitki regional ekotipl
ərə ayrılmışdır ki, bu da onun geniş coğrafiyada
yayılması ilə izah olunur.
Torpağa tələbkar deyildir. Qara və şabalıdı torpaqlarda yaxşı
bitir. Ağır, sulu və bataqlıq torpaqlar, həmçinin duzlu torpaqlar göy
xardal üçün az yararlıdır. 1 ton toxum əmələ gətirmək üçün göy xar-
dal torpaqdan 70-75 kq azot, 25-30 kq P
2
O
5
v
ə 50-60 kq K
2
O aparır.
Sortları. Rusiyada xardalın sort tərkibi genişdir. Göy xardal
əkinlərinin əsas hissəsini Tezyetişən- 2, Yubileynaya, Kamişinskaya
7, Tezyetişən, Sarıtoxumlu-230 və s. sortlar tutur. Kiçik sahələrdə
75
is
ə Donskaya- 5, ÜETYBİ-11, ÜETYBİ- 405, Zarya, Tökülməyən -2
v
ə s. sortlar əkilir.
Bec
ərilmə texnologiyası və yığım. Növbəli əkində yeri. Göy
xardal üçün
ən yaxşı sələf payızlıq buğda və cərgə arası becərilən
bitkil
ərdir. Xardalı kələmkimilər fəsiləsinə daxil olan bitkilərdən
sonra
əkmək olmaz. Bu xardalın xəstəlik və zərərvericilərdən
qorunması üçün bir vasitədir.
Gübr
ələnməsi. Göy xardal üzvi gübrənin ( peyinin) sonrakı
t
əsirinə, mineral gübrələrin isə birbaşa təsirinə yaxşı həssaslıq gös-
t
ərir. Dondurma şumu altına N
35
P
45-60
normasında kalium çatışmayan
torpaqlarda is
ə bu normaya 45- 60 kq kalium əlavə edilməklə gübrə
verilir. S
əpinlə birlikdə 15-20 kq fosfor verilməsi, toxum məhsul-
darlığını 150-200 kq /ha artırır.
Torpağın əsas becərilməsi. Sələfi taxıllar olmuş göy xardal
altında torpağın becərilməsi kövşənliyin üzlənməsindən və 20-22 sm
d
ərinlikdə şum aparılmasından başlayır. Çoxillik alaqlarla çirklənmiş
sah
ələrdə isə şum 30-32 sm dərinlikdə aparılır. Çoxillik alaqlara qar-
şı 2,4 D herbisidi verilməlidir. Sibir rayonlarında və Qazaxıstanda
əgər sahədə çoxillik alaqlar varsa dənli taxılların yığımından sonra
köv
şənliyin üzlənməsinin ardınca 20-22 sm və daha dərin (30-32 sm)
sum aparılır.
Torpağın səpin qabağı becərilməsi. Yazda torpaq quruduqda
dondurma şumu orta dişli BZSS-1,0 malası ilə hamarlanır və 5-7 sm
d
ərinlikdə mala və şleyflə birlikdə kultivasiya aparılır. Alaqları tam
m
əhv etmək üçün dondurma şumu yaz-tarla işləri başladıqdan 10-15
gün sonra kultivasiya edilir. O vaxt bütün alaqlar cüc
ərmiş olur. Kul-
ti
vasiyanın və səpinin bir qədər gec aparılması alaqlarla sirayətlən-
m
əni kəskin azaldır və məhsuldarlığın erkən səpinlərə nisbətən 110-
200 kq/ha artmasına səbəb olur.
S
əpin. Səpin üçün yaxşı sort təmizliyinə malik olan 1 - ci və 2 -
ci sinif toxumlar s
əpilir. Səpin qabağı toxumlar TMTD (3 kq/ton) və
ya başqa bir dərmanla dərmanlanır. Alaqlarla çirklənmiş sahələrdə
s
əpini yuxarıda göstərildiyi kimi bir qədər gec, yəni yaz tarla işləri
başlandıqdan 10-15 gün sonra aparmaq lazımdır. Təmiz tarlalarda isə
erk
ən səpin aparmaq olar.
76
Göy xardal başdan-başa cərgəvi üsulla sərilir. Hektara səpin nor-
ması 10-12 kq-dır. Səpin dərinliyi 4-5 sm, yaz quraq olan vaxt və bir
q
ədər gecikmiş səpində isə səpin dərinliyi 6-7 sm götürülür.
Əkinlərə qulluq. Nəmliyi az olan torpaqlarda sahə halqavari
v
ərdənə ilə vərdənələnir.
Alaqlı sahələrdə rozet yarpaq fazasında orta dişli mala ilə cərgə-
l
ərin eninə və ya diaqonal istiqamətdə malalanma aparılır. Aparılan
t
əcrübələr göstərir ki, bu malalama məhsuldarlığı 1,2- 1,29 ton/ha
artırır. Əkinə qulluq işlərində əsas fikir xardalın çox saylı zərər-
vericil
əri ilə mübarizə aparılmasına verilir. Tam cücərtilərin alındığı
dövrd
ə kələmçiçəklilərin birəsinə qarşı təyyarə ilə dərmanlama apa-
rılır. Lazım gəldikdə dərmanlama təkrarlanır. Qönçələmə fazasında
v
ə çiçəkləmənin əvvəlində müxtəlif növ zərərvericilərə qarşı təyyarə
il
ə 30 %- li vofatoks (1 kq/ha) çilənir.
M
əhsul yığımı. Dərman məqsədilə xardalın meyvələrini yeti-
şənə az qalan vaxt bitkinin yerüstü hissəsini biçmək yolu ilə toplayır
v
ə dərz-dərz bağlayaraq bir müddət açıq havada qurudurlar, sonra isə
qurudulmuş xammaldan toxumları xüsusi maşınla ayırırlar. Göy
xardalı əksərən iki dəfəyə yığırlar. Bitkilər sarı rəngə çevriləndə,
aşağı yarpaqlar töküləndə, mərkəzi budaqların yuxarı hissəsində qın-
ların 20-25%-i, aşağı hissəsində 55-60%-i yetişəndə, toxumların
n
əmliyi 35-40% olduqda - yəni mum yetişmə fazasında biçilib yerə
tökülür. Bu m
əqsədlə JVN-6 markalı maşınlar istifadə olunur. Bitki-
l
ər 15-20 sm hündürlükdən biçilir. Sonra isə SK-5 “Niva” kombaynı
il
ə (PR-5 qurğusu əlavə edilməklə) yığılıb döyülür.
Bir başa kombaynla yığım üsulunda isə yığıma toxumlar tam
yetişən dövrdə başlanır. Bu vaxt toxumlar sorta xas olan rəng alır və
n
əmliyi 12% olur. Yığım 3-4 günə qurtarmalıdır ki, toxumların tö-
külm
əsinə yol verilməsin.
D
əndöymənin ardınca bunkerdən tökülmüş məhsul təmizlənir.
Bu m
əqsədilə ZAV- 20 tipli maşınlardan istifadə olunur.
Saxlanmaya qoyulan toxumların nəmliyi 10% - dən artıq
olmamalıdır.
77
1. 8. 3. Qara xardal
Əhəmiyyəti. Qara xardalın ( Brassica nigra (L.) Koch.) toxum-
ları müxtəlif xuruşların (ədviyyatların) hazırlanmasında istifadə
edilir. Xardal tozu (paraşoku) hazırlanmasında daha yaxşı hesab olu-
nur. Toxumlarından yalnız yemək (ərzaq) xardalı hazırlanmır. Ondan
h
əm də tibdə işlənən yağ əldə edilir. Yağı qəhvəyi-sarı rəngli ol-
maqla raps yağı iyi verir. Qara xardal dərman bitkisi kimi Ukrayna
ərazisində becərilir.
M
ənşəyi. Qara xardal Avropanın qədimi bitkiləri qrupuna aid
edili
r. Hazırda o Avropa, Asiya, Afrika, Amerika və Avstraliyanın
bir çox yerl
ərində məlumdur. Yaxın vaxtlarda mədəni hala salınmış,
soyuğadavamlı bitki kimi məhdud sahələrdə becərilir. Qara xardal
Brassica nigra (L.) Koch. Hindistanda “Benar c
ənnəti” adi ilə məhur
olub Utar-
Pradeş, Pəncab, Tamilnad ştatlarında yayılmışdır.
Botaniki t
əsviri. Qara xardalın gövdəsi hamar və ya aşağı
hiss
ədən tükcüklü, yaşıl antosian rəngli olmaqla yarpaq qoltuqların-
dan yan budaqlar
əmələ gətirir. Meyvəsi 1-2 sm uzunluqda, 4 üzlü,
t
əpəcikli qın meyvədir. Toxumları xırda, qırmızı-qəhvəyi rəngli ol-
maqla t
ərkibində 31-33% bitki yağı, 1% -ə qədər efir yağı vardır.
Ye
tişdikdə qını açılır, toxumları tökülür, məhsul itkisi baş verir. 1000
ədədinin kütləsi 1,1-2,3 qramdır
(r
əngli şəkil 13).
Toxum m
əhsuldar-
lığı orta hesabla 0,6-1,0 ton/ha-dır.
1. 9. PAYIZLIQ RAPS
Xalq təsərrüfatı əhəmiyyəti. Raps bitkisi ərzaq yağı və yem
zülalı üçün perspektivli mənbədir. Rapsın toxumlarının tərkibində
orta hesabla 44% yağ vardır (payızlıq rapsda 45-50%, yazlıq rapsda
32-
35%). Raps yağı yarımquruyan (yod ədədi 94-117) yağlar qru-
puna aid olub, marqarin hazırlanmasında metallurgiyada, lak-boyaq
sənayesində, kimya sənayesində və sənayenin başqa sahələrində
istifadə edilir. Toxumun tərkibində 23 % zülal vardır. Köhnə sortla-
rın toxumlarında heyvan orqanizminə zərərli təsir göstərən eruk
turşusu (37-50 %) və qlükozinolitlər (5-7%) olduğundan yemə acı
78
tam verirdi. Hal-
hazırda əldə edilmiş yeni sortların tərkibində eruk
turşusu 5% və qlükozinolitlər isə 0,3- 0,6 %-dir.
Raps jmıxının tərkibində 37%-ə qədər zülal, 10% piy (yağ)
olmaqla bir kiloqramı bir yem vahidinə bərabərdir. Bundan başqa
raps yaşıl yem və otlaq bitkisi kimi becərilmək üçün də əlverişlidir.
Aparılan tədqiqatlar göstərir ki, şaxtasız günlərin sayı 105-110
gün olan ərazilərdə rapsı yağlı bitki kimi becərmək olar. Bu vaxt
yüksək zülal çıxımı əldə etmək olar ki, o da heyvandarlıq üçün əhə-
miy
yətlidir.
Raps yağı yeyinti, sabunbişirmə, poliqrafiya və sənayenin digər
sahələrində istifadə olunur. Raps bitkisini yaşıl kütlə, silos, senaj və
ot unu kimi yemlər almaq üçün becərmək mümkündür. Yaşıl kütlə-
nin hər sentnerində 16 yem vahidi var. Raps yaxşı bal verən bitkidir.
Bal arısı hər hektardan 100 kq- a qədər bal toplaya bilir.
Mənşəyi. Raps bitkisi tarla kələmi ilə yarpaq kələminin təbii
çarpazlaşması nəticəsində alınmışdır. Amma raps yağlı bitki kimi
çox qədim zamanlardan məlum olmasına baxmayaraq onu yaxın
vaxt
lardan becərməyə başlamışlar. Hazırda raps dünyanın 28 ölkə-
sində əsas yağlı bitki hesab olunur və ona maraq getdikcə artır.
Tarixi yayılması və məhsuldarlığı. Rapsın Hindistanda, Çində,
Pakistanda, Kanadada, Çilidə, Meksikada, Polşada, Fransada, AFR-
də İsveçdə çox da böyük olmayan əkin sahələri vardır. Ancaq raps
hələ qədim zamanlardan Hindistanda daha çox yayılıb. Sonradan
İngilis və Holland koloniyaları raps toxumlarını Avropaya gətir-
mişlər.
Rapsın vətəni Aralıq dənizi ölkələri olub, buradan Hindistan və
digər Asiya dövlətlərinə yayılmışdır. Yer kürəsində rapsın əkin sahə-
si 14-
15 milyon hektara çatır. Bu bitki ən çox Hindistan, Çin,
Kanadada becərilir (3-4 mln. ha). Almaniya, Polşa, Fransa və s. ölkə-
lərdə də əkin sahəsi əhəmiyyətli dərəcədədir. Məhsuldarlığı hektar-
dan 15 -
20 və 25-30 sentnerə çatır.
Dostları ilə paylaş: |