50
1. 6.
YAĞLI KƏTAN
Xalq təsərrüfatı əhəmiyyəti. Yağlı kətanın toxumlarında 38-45
% yarımquruyan yağ ( yod ədədi 165-192) vardır. Bu yağ lak-boyaq
sənayesində yüksək qiymətləndirilir. Kətan yağı dəri, sabunbişirmə,
kağız, ətriyyat, rezin, elektrotexnika sənayesində və başqa sənaye
sahələrində o, cümlədən tibdə də işlədilir. Kətan yağı həm də qida
kimi istifadə olunur. Jmıxı və cecəsi heyvandarlıqda qiymətli zülalı
yemdir.
Jmıxın hər 100 kq-da 115 yem vahidi, 28,5 kq həzm olunan
protein vardır. Cecəsinin 100 kq-da isə 103 yem vahidi, 28,9 kq
həzm olunan protein vardır. Yetişməmiş toxumdan hazırlanan jmıxı
yem
ləmədən qabaq buxara verilir ki, heyvanlarda zəhərləmə əmələ
g
ətirməsin. Yem kimi istifadə olunan püfəsinin (saman) hər kiloq-
ramında 0,27 yem vahidi, 20 qr. həzm olunan protein vardır.
İplik kətanın gövdəsində 12-17 % lif vardır. Bu lif keyfiyyətinə
gö
rə uzunlifli kətanın lifindən geri qalır. Ondan kobud (qaba) parça-
ların və yüksək kağız sortlarının alınmasında istifadə edilir.
Tarixi, mənşəyi və yayılması. Kətan bitkisi çox qədim zaman-
lardan becərilir. Onun vətəni haqqında dəqiq fikir söyləmək çətindir.
Kətan bizim eradan 4-5 min il əvvəl Hindistan, Çin, Misir və Zaqaf-
qaziyada məlum olub.
Təxminən kətanın vətəninin Hindistanın dağlıq rayonları, Çin və
Aralıq dənizi ölkələri (Zaqafqaziya, Anatoliya, Qərbi İran) olduğu
güman edilir. Kətan bitkisi asanlıqla yabanı formaya keçir. Bir çox
ölkələrdə o cümlədən də cənubi Rusiyada özünü yabanı bitki kimi
gös
tərir. Rusiya ərazisinə Asiyadan keçmişdir. Hazırda kətanı Avro-
panın, Asiyanın və şimali Amerikanın isti yerlərində və Şimali Afri-
kada becərilir.
Bu günə kimi kətanın mənşəyi haqqında heç bir düzgün fikir
söy
lənməyib. Ancaq bir neçə hipotez irəli sürülmüşdür. Bu hipotez-
lərin bəzilərində daryarpaq kətanın yabanı halda İran körfəzi dövlət-
ləri ərazilərindən başlayaraq Xəzər və Qara dəniz sahillərinə qədər
gəlib çıxdığı göstərilir. Başqaları isə göstərirlər ki, mədəni kətan ilk
dəfə öz başlanğıcını Hindistanın dağlıq ərazisindən götürmüşdür.
Burada bizim eradan 9 min il qabaq kətan bitkisinin becərilməsi haq-
51
qında arxeoloji qazıntılar məlumat verir. Bəziləri isə kətanın ilk əkin
sahələrinin Yaxın şərq, Qafqaz (Azərbaycan), Avropa və Asiya ölkə-
ləri olduğunu qeyd edirlər. Bu yerlərdə aparılan arxeoloji qazıntılar
nəticəsində əldə edilən kətan qalıqlarına əsaslanaraq alimlər onun
Daş dövründə əkildiyini söyləyirlər.
Kətanın becərilməsinə Rusiya ərazisində qədim dövrlərdən baş-
lanılıb. III-V əsrlərdə kətan Rusiyanın Yaroslavl və Kostroma vilayə-
tində becərilib. Artıq X əsrdə Rusiyada kətandan istehsal olunan par-
ça, iplik, lif və yağ yalnız ölkənin öz ehtiyaclarını ödəmək üçün de-
yil, hətta xarici ölkələrə də satılırdı.
Kətanın yer kürəsində əkin sahəsinin 60%-dən çoxu MDB ölkə-
lərində cəmləşmişdir. Rusiya, Ukrayna və Belarus dövlətlərində əkin
sahəsi daha çoxdur. Polşa, Rumıniya, Fransa, Çexiya, Hollandiya və
s. ölkələrdə də əkin sahəsi əhəmiyyətli dərəcədədir.
Yer
kürəsində əsas liflik kətanın əkin sahəsi 1,5 mln. hektardan
çox, yağlıq kətanınkı isə təxminən 1 mln. hektardır. Yağlıq kətanın
əkinləri Argentina, ABŞ, Kanada və Hindistanda daha çoxdur. Rusi-
ya ərazisində əkin sahəsi 200 min hektardır.
Kətanın lif məhsuldarlığı orta hesabla hektardan 0,4 tondur,
lakin potensial imkanı 1,6 və daha çoxdur.
“Tarixin atası” hesab edilən Herodot göstərir ki, Kolxididə kə-
tan
dan hazırlanan parça məmulatları ilə təkcə daxili tələbi ödəmir,
on
ları bir çox Şərq və Qərb dövlətlərinə də ixrac edirdilər.
Herodot qeyd edir ki, Dnepr və Dnestr çayları ətrafında yaşamış
qədim skiflər buğda, mərcimək, soğan, sarımsaqla yanaşı, kətan və
çətənə də əkərək onlardan əla keyfiyyətli parçalar toxuyarlarmış. He-
ro
dotun bu fikirlərini Dnepr çayı sahillərində arxeoloji qazıntılar
nəticəsində əldə edilmiş materiallar da təsdiq edir. Müəyyən etmişlər
ki, o dövrlərdə indiki Litva xalqları da kətançılıqla geniş surətdə
məşğul olmuşlar. Ərəb səyyahı İbn-Faldan 901-ci ildə Volqa və Ural
ətrafı ərazilərdə olan zaman kətandan hazırlanmış parçadan tikilmiş
paltarda gəzənlərə rast gəlmişdir.
Xalq arasında kətanla bağlı bir çox əfsanələr, nağıllar uydurul-
muş, xüsusi təntənəli bayram günləri qeyd edilmişdir. Məhsulu topla-
dıqdan sonra hər il 3 İyunda təntənəli bayram keçirirlərmiş.
52
Azərbaycan da kətanın qədim vətənlərindən biri sayılır. Lakin
impe
riyanın əsarəti altına düşdükdən sonra Azərbaycanda bir çox
sahələr kimi, kətançılıq da unudulmuşdur. İndi Azərbaycan yenidən
öz dövlət müstəqilliyini bərpa etmişdir. Ona görə yaxın vaxtlarda sap
istehsalını artırmaq və respublikanın tələbatını ödəmək üçün Azər-
baycanda kətançılığın inkişafı haqqında düşünmək lazım gələcəkdir.
Botaniki təsviri. Kətan bitkisi bitkilər aləminin, çiçəkli bitkilər
şöbəsinin, ikiləpəlilər sinfinin, malpigiçiçəklilər sırasının kətankimi-
lər ( Linaceae) fəsiləsinin, kətan ( Linium L.) cinsinə daxil olan biril-
lik və çoxillik ot tipli bitkidir. Müxtəlif mənbələrə əsasən demək olar
ki, kətan cinsinin dünyada 100-dən 200-ə qədər növü məlumdur.
Hazırda bunlardan lifinin uzunluğuna, keyfiyyətinə, davamlılığına və
toxumlarının yağvermə qabiliyyətinə görə daha məhsuldar olan bir
növü elmi əsaslarla müəyyən edib, mədəni hala keçirmişlər. Bu
uzun
lifli kətan – L. usitalissimum adlandırılmışdır və əksər ölkələrdə
g
eniş surətdə əkilib becərilir. Hazırda onun beşə qədər növmüxtəlifli-
yi əldə edilmişdir. Bunlardan uzunlifli və yaxud iplik L. elongata;
lül –
maşın ipliyi və yaxud aralıq təşkil edən L. intermedia, qıvrım və
y
a yağtəbiətli (yağlı) L. brevimulicaulina, iritoxumlu L. macrosper-
mum
və əyilən yarım qışlayan L. prostratanı göstərə bilərik.
Kətançılıq təsərrüfatı lif və yağ almaq məqsədilə inkişaf etdirilir.
Liflik məqsədilə uzunlifli kətandan, yağ məqsədləri üçün isə qıvrım
və yaxud yağlı kətandan ( Linum usitatissimum ssp. humile (Mill.)
Czernom.) isti
fadə edilir (
r
əngli şəkil 8).
Mədəni kətan, əkilən və yaxud adi kətan (L. usitatissimum L.)
hündürlüyü 30-150 sm olub, öz-
özünə tozlanan birillik ot tipli bitki-
dir. İsti ölkələrdə məs: Hindistanda daha ucaboylu olur. Yalnız yuxa-
rı hissədən budaqlanır. Əsas kökü (mil kökü) olduqca qısadır, ağımtıl
rəngdədir, bir neçə iri yan budaqlar (köklər) əmələ gətirir. Ancaq
çoxlu sayda xırda kök telləri olur.
Gövdəsinin əsas hissəsi dik dayanan və düz, nazik, silindir şəkil-
li, bəzən sadə, yalnız yuxarı hissədən budaqlanan tutqun yaşıl rəngli
zəif mum təbəqəsi ilə örtülüdür. Gövdəsi tüksüz və demək olar ki,
tüksüz yəni qısa tükcüklərlə örtülü olur. Yarpaqları çoxsaylı, nisbə-
tən seyrək növbəli və ya spiral şəkilli düzülmüş 2-3 sm uzunluqda 3-
53
4 mm enində olmaqla xətvari və yaxud xətvari-lansetvari, nisbətən iri
lansetvari, nəhayəti sivri (iti) oturaq, yüngül göyümtül rəngli, nisbə-
tən zəif mum təbəqəsi ilə örtülü, kənarları hamar, 3 damarlıdır. Yar-
paq
ları tükcüklərlə örtülmüş və ya çılpaq, kənarları bütövdür. Çiçək-
ləri gövdənin nəhayətində yalançı çətir (dixazi) şəklində toplanmış-
dır. Çiçək qrupu seyrək, əyri, bəzən qıvrım olmaqla çiçəkaltlığı lan-
set
varidir. Çiçəkləri nisbətən az üzvlü, çox hissəsi orta irilikdə və
yaxud xırda 1,5-2,4 sm diametrində, kifayət qədər uzun saplaqlı,
yuxarı hissələrdə yaxınlaşmışdır. Kasa yarpaqları 5-6 mm uzunluqda
ot tipli, yumurtavari və ya yumurtavari-lansetavri, uzunsov yumur-
tavari, yuxarı hissələrdə sivri və ya qısa sivri, 2-5 əksər hallarda 3
damarlı, daxildə nisbətən geniş, ağ örtüklə haşiyələnmiş, yuxarı his-
sədə kənarları kələ-kötür, nazik kirpiklidir. Ləçəkləri 12-15 sm uzun-
luqda pazşəkilli, tərs yumurtavari, yuxarı hissələrdə bir neçəsi çəp
dairəvi və ya kütləşmiş, tam kənarlı, hamar və ya yüngül büzmələ-
nən, mavi və ya göy rəngli, nisbətən tünd damarlı, bəzən isə ağ, çəh-
rayı və ya qırmızı-bənövşəyi, aşağıya doğru qurumuş ağ rəngli, əsa-
sında sarı damarı olan və tez tökülən olur. Erkəkcikləri xətvari, ağ
rəngli, yuxarı hissəsi tikanlı göy saplıdır (damarlıdır). Erkəkcik
borusu qısa, həlqə şəkillidir. Tozluqları uzunsov, əsasən göy, bəzən
isə sarı və ya çəhrayı rəngli olur.
Dişiciyi bir ədəd, dairəvi, beş sütuncuqdan ibarətdir. Yumurta-
lığı (toxumluğu) yumurta şəkilli, yaşıl rəngli, sütuncuğu pazşəkilli-
xətvari, ağızcığı tünd göydən bənövşəyi rəngə qədər dəyişilir. İyun
və iyul aylarında çiçəkləyir.
Çiçəkləri sübh tezdən ilk günəş şüası dəyən kimi açılır, günorta-
dan sonra yumularaq tökülməyə başlayır. Nəmli və yağışlı günlərdə
çiçək açmır. Mayalanması ancaq həşəratlar vasitəsilə - çarpaz üsulla
gedir. Meyvəsi 6-8 mm uzunluğunda, 5,7-6,8 mm diametrdə, yastı-
laşmış şarşəkilli və ya şarşəkilli - yumurtavarı olmaqla beş yuvalı qu-
tu
cuqdur. Üzərində kasacığın izi qalmışdır. Yuxarı hissəsi azacıq siv-
ri, sarımtıl rəngli, əsas hissəsi antosian rənglə örtülməmiş, bəzən ye-
tişmədən əvvəl zəif rəngli, çatlamayan, yalançı arakəsməli, tüksüz
(hamar) bəzən isə kirpikli olur. Meyvəsi iyul-avqust aylarında yetişir
54
Bitkidə adətən 10 ədəd, bəzən isə az sayda toxum olur. Toxum-
ları 3,3-5,0 mm uzunluqda, yumurtavarı və ya uzunsov ellipsvarı,
yan
ları qeyri-bərabər, güclü yastılaşmış, əsasında dairəvi, yuxarısı
sivri, açıq-qəhvəyi rəngdən tünd boz rəngə qədər dəyişən, az hallarda
yaşılımtıl-sarı, tamamilə hamar və parlaq olur.
Toxumun qabığı suya dəydikdə yumşalır, selikli maddəyə çev-
rilir. U
zunlifli kətanın 1000 ədəd toxumunun kütləsi 4-5 qr. (12-13
qr.) gəldiyi halda, yağlıq sortlarınkı 8-15 qram olur.
Qıvrım (alçaqboylu, yağlı) kətan (L. usitatissimum ssp. hu-
mile (Mill.) Czernom.)
əsas etibarı ilə toxum almaq üçün əkilib-be-
cərilir. Bu bitkinin gövdələrindən alınan lifin keyfiyyəti çox aşağı
olur.
Qıvrım kətan alçaq boylu və yaxşı budaqlanandır. Gövdəsinin
hündürlüyü 30-
50 sm olub, çox budaqlanandır. Yarpaqları müalicəvi
xüsusiyyətlərə malik olmaqla növbəli bəzən isə qarşı-qarşıya düzül-
müşdür. Çiçəkləri beş üzvlüdür. Beş ədəd inkişaf etmiş erkəkcikdən
başqa ləçəklərin qarşısında beş ədəd tam inkişaf etməmiş dişcik və
sapları vardır. Yumurtalığı tamdır.
Gövdəsinin qurtaracağında 30-50-ə qədər içəriləri toxumla dolu
olan beş yuvalı qutucuqlar - meyvələr yerləşir. Hər yuva 2 yarım yu-
va
ya bölünməklə hər birində 1 ədəd toxum olur.
Bunun toxumları uzunlifli kətanınkına nisbətən iri və yağlı olur.
Qıvrım kətana yağ verən kətan da deyilir. Bunu Hindistan, Argentina
və bir çox cənub ölkələrində əkib becərirlər. Dünya əkinçiliyində yağ
verən kətan uzunlifli kətana nisbətən daha çox əkilib-becərilir.
Bioloji xüsusiyyətləri. Uzun lifli kətan üçün yazın və yayın
mülayim tempe
raturu, növbə ilə yağan yağışları və açıq havası əlve-
rişlidir. Kətanın toxumu 3-5
0
C temperaturda cücərməyə başlayır.
Onun cücərtiləri mənfi 4
0
C-
yə qədər şaxtalara dözürlər. Toxumun
fəal cücərməsi və çıxışların alınması, torpaqda toxumun basdırılma
dərinliyində 7-9
0
C temperatur olduqda qeydə alınır. Uzun lifli kətan
üçün faydalı temperatur cəmi səpin-cücərti dövründə 60
0
C, cücərti-
çiçəkləmənin başlanğıcı 418-440
0
C, çiçəkləmədən qutucuqların qo-
nur
laşmasına qədər 410
0
C-
dir. Bitkinin inkişafı üçün optimal tem-
peratur 15-18
0
C-
dir. İsti havalar gövdənin hündürlüyünü ləngidir.
55
Bitkini xüsusən lazımi miqdarda nəmliklə təmin etmədikdə artıq o,
22
0
C temperaturda boy artımına görə əziyyət çəkir.
Uzun lifli kətan nəmliyə çox tələbkardır. Onun suya tələbatı qön-
çələmə və çiçəkləmə dövründə xüsusən böyükdür. Torpaq nəmliyi
tarla rütubət tutumunun (TRT) 70%-i həddində olduqda o daha yaxşı
inkişaf edir. Uzun lifli kətanın nəmliyə tələbatı eyni zamanda onun
inki
şafının müxtəlif fazalarda müxtəlifdir. Toxumun şişməsi üçün öz
kütləsindən 100%-ə qədər artıq nəmlik tələb olunur. Optimal torpaq
nəmliyində (10 sm qatda 10-20 mm) cücərtilər bir bərabərdə alınır,
çiçəkləmə fazasına qədər nəmliyə tələbat artır və məhsuldar nəmlik
ehtiyatı 0-20 sm qatda 30 mm və daha artıq olduqda böyümə normal
gedir. Kətan bitkisi torpaqda nəmlik artıq olduqda dözmür və qrunt
sularının səviyyəsi səthə yaxın olan ərazilərdə pis nəticələnir. Eləcə
də yetişmə zamanı yağıntıların artıq düşməsi arzuedilməzdir, belə ki,
onun hesa
bına bitkilərin yatmasına və müxtəlif xəstəliklərin inkişaf
etməsinə səbəb olur. Kətanın transpirasiya əmsalı 400-430-a bərabər-
dir.
Uzun lifli kətan uzun gün bitkisidir. Güclü günəş işığı gövdələ-
rin şiddətli budaqlanmasına, uzun lif məhsuldarlığının aşağı düşmə-
sinə və onun keyfiyyətinin pisləşməsinə səbəb olur.
K. A. Timiryazev qeyd etmişdir ki, münbit torpaqlarda kətan da-
ha nazik və elastiki lif məhsulu verir. Onun üçün mədəniləşdirilmiş
gilli və gillicəli torpaqlar daha yaxşı hesab olunur. Ən əlverişli torpaq
məhlulunun reaksiyası pH=5,0-6,5-dir.
Uzun lifli kətanın kök kütləsinin 80%-i 0-20 sm torpaq qatda,
14-18%-i 21-60 sm-lik qatda, 3-6%-
i isə 51-100 sm-lik qatda yerlə-
şir. Ona görə də məhsulun 80%-dən çoxu 0-20 sm-lik qatdakı nəmlik
və qida maddələrinin hesabına formalaşır. Kətan üçün humusun miq-
darı 2%-dən az olmayan, 100 qram torpaqda asan hidroliz olunan
azot 1
0 mq, fosfor və kalium 10-15 mq, həcmi kütləsi 1,3 q/sm
3
olan
torpaqlar daha əlverişlidir.
Qumlu və qumsal torpaqlar kətan üçün az yararlıdır. Ağır gilli-
cəli və torflu turş torpaqlar da kətan üçün az yararlıdır.
Kətanın aşağıdakı xarakterik inkişaf fazaları vardır: cücərti, kük-
nara
bənzər yarpaqlar, qönçələmə, çiçəkləmə, yetişmə.
56
Cücərmə fazasında bitki iki ləpə yarpaqları və onların arasındakı
kiçik tumurcuqdan ibarət olur. İynəyə bənzər yarpaqlar fazada bitki-
nin hündürlüyü 10 sm-
ə çatır və 5-7 cüt həqiqi yarpaqlar əmələ gəlir.
Bu iki faza gövdənin yavaş boyatması və kök sisteminin sürətli
inkişafı ilə xarakterizə olunur. Sonra kətanda sürətlə boy atma (artım
sutkada 5-
7 sm) dövrü başlayır, qönçələmənin başlanğıcına qədər 12-
20 gün davam edir, daha sonra bitkinin boyatması (sutkada 0,5-1 sm)
əhəmiyyətli dərəcədə zəifləyir, ancaq vegetasiyanın sonunda demək
olar ki, dayanır. Yetişmə zamanı kətanın gövdəsinin odunlaşması və
qutu
cuqlarda toxumların formalaşması sürətlə gedir.
Yağlıq kətan uzun lifli kətana nisbətən xüsusən yetişmə döv-
ründə istiliyə tələbkardır. Nəmliyə çox tələbat göstərən deyil. Yağlıq
kətan üçün ən yaxşı torpaqlar alaq otlarından təmiz qara torpaqlar
hesab olunur.
Növbəli əkində yeri. Uzun lifli kətan növbəli əkinlərdə sələflərə
və bitkilərin düzgün növbələndirilməsinə tələbat göstərən bitkilərə
aiddir. Kətanın daima eyni tarlada əkilməsi yaxud tez-tez öz tarlasına
qaytarılması, torpaqda patogenlərin - fuzarioz, antraknoz və polispo-
rio
zun törədicilərinin toplanması üzündən, məhsul azalır yaxud da
tamamilə məhv olur.
Çoxillik paxlalı otları (üçyarpaq) uzun lifli kətan üçün daima
daha yaxşı sələf hesab etmək olmaz. D. N. Priyanişnikov kətanın
məhsuldarlığına üçyarpağın müsbət təsirini qeyd etmişdir. Üçyarpaq-
dan sonra kətan becərməyə ona görə üstünlük verilərdi ki, gübrədən
az istifadə olunsun. Yüksək münbit torpaqlarda çoxillik otlar digər
sələflərdən bir qədər geri qalır. Ona görə də intensiv növbəli əkinlər-
də kətanı yaxşı becərilmiş torpaqlarda payızlıq çovdar, yazlıq buğda,
kökümeyvəlilər, kartof, noxud və digər bitkilərdən sonra yerləşdir-
mək daha məqsədə uyğundur. Bu sələflərdən sonra kətanın gövdəsi
daha hamar, yatmaya qarşı davamlı, mexaniki yığıma daha yararlı
olur.
Lakin kartof altına verilmiş üzvi gübrənin yüksək normasında
çox vaxt azotun artıqlığı yaranır və kətan əkinlərinin yatmasına səbəb
olur.
57
Qərbi Avropa ölkələrində (Hollandiya, Belçika və s.) çoxdan be-
cərilən və yaxşı gübrələnmiş torpaqlarda kətanın ən yaxşı sələfləri
buğda, arpa, kartof, şəkər çuğunduru və s. bitkilər hesab olunur.
Üçyar
paqdan sonra becərilən kətan gec yetişir və lifin keyfiyyə-
ti nis
bətən aşağı olur. Uzun lifli kətanın məhsulu vaxtında yığılarsa
on
dan sonra növbəli əkində yazlıq buğdanı, çuğunduru, kartofu və s.
bitkiləri yerləşdirmək olar.
Gübrələmə sistemi. Uzun lifli kətanın qida maddələrinə tələbatı
kifayət qədər yüksəkdir. Bir ton lif yaratmaq üçün o torpaqdan 80 kq
azot, 40 kq fosfor və 70 kq kalium aparır ki, bu da 1 ton xam məh-
sulu yaratmaq üçün pambıq bitkisinin apardığından 1,5 dəfə çoxdur.
Əsas qida elementləri uzun lifli kətanın məhsuldarlığına və key-
fiy
yətinə müxtəlif dərəcədə təsir göstərir.
Azot elementi uzun lif məhsulunun artmasına səbəb olur. Lakin
onun çatışmaması bitkinin vegetasiya müddətini uzadır, onların yat-
ma
sına və çox hissəsinin xəstəliklərlə zədələnməsinə səbəb olur, nə-
ti
cədə məhsuldarlıq və lifin keyfiyyəti əhəmiyyətli dərəcədə aşağı
dü
şür. Azotun çatışmaması xüsusən küknarabənzər fazada nəzərə
çarpır.
Fosfor həyatının ilk dövrlərində kətan üçün çox vacibdir. Fosfor
qidası kifayət qədər olduqda bitkinin yetişməsi sürətlənir, lif və
toxum məhsulu yüksəlir.
Kalium gövdədə ibtidai (başlanğıc) liflərin miqdarını artırır, lif
çıxımı və onun keyfiyyətini yüksəldir, bitkilərin yatması qorxusunu
aşağı salır. Kalium elementi kətanın boy atmasının birinci üç həftə-
sində və qönçələmə fazasında xüsusən zəruridir.
Kətan mineral gübrələrdən qida elementlərini müxtəlif dərəcədə
istifadə edir: asan hidroliz olunan azot təxminən 30-90% mənimsəni-
lir, fosfor 10-
25%, kalium isə 26-40%, torpaqdan isə müvafiq olaraq
20-30, 6-
13 və 12-13%.
Çoxillik tədqiqatlarla müəyyən edilmişdir ki, daha yüksək və
yaxşı keyfiyyətli məhsul əldə etmək üçün kətan altına tam mineral
gübrə verilməlidir. Məhsul artımı 40%, toxum məhsulu isə 30% ol-
muşdur.
58
Əgər hektardan 30-40 sentner quru ot məhsulu əldə edilmiş üç-
yarpaqdan sonra kətan yerləşdirilərsə, kətan altına 15 kq azot veril-
məsi tövsiyə olunur, lakin məhsul 45-50 sentner olduqda kətan əkin-
lərinə azot gübrəsinin verilməsi məsləhət görülmür.
Kətan hektardan 25 sentner dən məhsulu götürülmüş yazlıq
taxıllardan sonra yerləşdirilərsə 30 kq azot, yaxud hektara 1 sentner
ammonium şorası; məhsuldarlıq hektardan 25-35 sentner olduqda 20-
25 kq azot, yaxud 0,6-
0,7 sentner ammonium şorası; hektardan 35
sentnerdən çox dən məhsulu götürüldükdə isə 15-17 kq azot, yaxud
hektara 0,5 sentner ammonium şorası verilməsi tövsiyə olunur.
Kətan altına tam mineral gübrə N : P : K, azotla zəif təmin olun-
muş torpaqlarda 1:2:3 nisbətində, azotla yüksək dərəcədə təmin olun-
muş torpaqlarda isə 1:3:4 nisbətdə verilir.
Azot gübrəsi kətan altına yazda, fosfor və kalium isə payızda
şum altına yaxud şumdan dərhal sonra verilir. Mütəhərrik fosfor və
kaliumla az təmin olunmuş torpaqlarda, eləcə də ağır rabitəli torpaq-
larda fosfor və kalium gübrələrini yaxşı olar ki, iki müddətdə: 50%-
ni payızda şum qabağı, 50%-ni isə erkən yazda, torpağın səpinqabağı
becərilməsindən əvvəl verilməsi daha yaxşıdır.
Mikroelementlərdən kətan xüsusən bor elementinə ehtiyac gös-
tərir. Bor tərkibli gübrələrin yazda kultivasiya qabağı hektara 0,2-0,3
sentner verilməsi tövsiyə olunur.
Kətan altına mineral gübrələrdən əlavə hər 100 kq lif hesabı ilə
hektara 100 kq odun külü verilməsi tövsiyə olunur.
Əkinlərin alaqlanması, alabəzəkliyin olmaması və bitkilərin yat-
ma
sının qarşısını almaq üçün kətan altına bilavasitə peyin verilmir.
Torpağın becərilməsi. Kök sisteminin zəif inkişaf etməsi və
səpin dərinliyinin cüzi olması ilə əlaqədar olaraq kətan torpağın
becərilməsinə tələbkardır. Çox hallarda torpağın becərilməsi sələflər-
dən asılıdır.
Kətan çoxillik alaqlardan sonra yerləşdirilərsə torpağın BDN-3,
BDN-
10 markalı ağır diskli malalarla iki istiqamətdə becərilməsinə
başlanılır. Diskləmə payız şumunun qaldırılmasından 2-3 həftə əvvəl
aparılır. Payız şumu 22-25 sm dərinliyində ön kotancıqlı kotanla apa-
rılır.
59
Kətan əkinləri üçün dənli taxıl bitkilərinin məhsulu yığıldıqdan
sonra onun ardınca torpağın üzlənməsi 5-6 sm dərinliyində LDQ-
5A, LDQ-10A, LDQ-
15A markalı diskli aqreqatlarla, yaxud PPL-5-
25, PPL-10-
25 markalı gavahınlı aqreqatlarla aparılır. Əgər torpaq
sürünən ayrıqla zibillənibsə üzləmənin dərinliyi 10-12 sm-dən az ol-
ma
malıdır. Sürünən ayrığın toxumları və onun kökümsov gövdəsinin
buğumaraları tez cücərir və növbəti şumlamada torpağın alt qatına
düşərək məhv olurlar.
Kətan kartofdan sonra yerləşdirildikdə, yığımdan dərhal sonra
şum aparılıbsa, adətən əlavə şumun aparılmasına ehtiyac tələb olun-
mur.
Gillicəli və gilli torpaqlarda erkən yazda torpağın becərilməsi 5-
6 sm dərinliyində pəncəli kultivatorla, eyni zamanda orta yaxud ağır
dişli malalarla birlikdə malalamanın aparılması məsləhət görülür. Bu
torpaql
ara kultivatorla mineral gübrə verən zaman gübrənin basdırıl-
ma dərinliyi 10-12 sm-dən az olmamalıdır.
Erkən yaz becərmələrindən bir həftə sonra səpinqabağı becərmə-
də kultivasiya ilə malalamanın eyni vaxtda aparılmasıdır. Bu halda
alaqlar daha tam cücərtilər verir və kətanın səpinindən əvvəl torpaq
becərən alətlərlə məhv edilir.
Torpağın səpinqabağı becərilməsində kətan əkinləri üçün kombi-
nə edilmiş yumşaldıcı-hamarlayıcı aqreqatlardan istifadə geniş tətbiq
edilir. Səpinə yaxşı hazırlanmış torpaqlarda kətanın tarla cücərməsi
70-
80% təşkil edir.
Dostları ilə paylaş: |