Toxumun səpinə hazırlanması və səpin. Səpin üçün hazırlan-
mış kətan toxumlarının təmizliyi 97%-dən və cücərmə qabiliyyəti
85%-
dən aşağı olmamalıdır. Kətan toxumlarında alaq toxumlarının
qarışığı 1 kq-da 180 ədəddən artıq olmamalıdır.
Fuzarioz, antraknoz, pas və digər xəstəliklərlə mübarizə məqsədi
ilə kətan toxumları kimyəvi preparatlarla səpinqabağı yaxud qabaq-
cadan (5 ay əvvəl) yarımquru üsulla (100 kq toxuma 1 litr su) dər-
man
lanır. Bununla toxumun nəmliyi 0,5% artır. Toxumların rütubət-
ləndirilərək dərmanlanması üçün fenturam, fenturam-molibdenatın
nəmləndirici tozundan müxtəlif yapışqanlı əlavələrlə 100 kq toxuma
300 qram istifadə olunur.
60
Kətan toxumlarını dərmanlamamışdan öncə 4-5 gün ərzində isti
havada
beton meydançada qızdırmaq səmərəlidir. 5-6 sm qalınlığın-
da sərilmiş toxum gündə bir neçə dəfə qarışdırılır.
Kətanın səpininə torpaq yetişdikdə və 10 sm-lik qatda tempe-
ratur 7-8
0
C olduqda erkən və qısa müddətdə (4-5 günə) başlanılır.
Erkən səpinlərdə məhsuldarlıq artır və lifin keyfiyyəti yaxşılaşır, eyni
zamanda kətan bitkisinin göbələk xəstəlikləri və zərərvericilərlə zə-
dələnməsi aşağı düşür.
Səpinlərin bir həftə gecikdirilməsi lif və toxum məhsulunu 10-
20% aşağı sala bilər.
Aşağı temperaturda cücərmiş kətan yaz şaxtalarına yaxşı dözür.
Lakin yaxşı hazırlanmamış, nəmli və soyuq torpaqlarda səpinlərin
hədsiz erkən aparılması kətanın məhsulunu gecikmiş əkinlərdə oldu-
ğu qədər aşağı salır.
Səpin üsulu və norması. Kətan üçün ən yaxşı səpin cərgəarası
7,5 sm olan darcərgəli üsuldur.
Hektara optimal səpin norması 25-30 mln. ədəd cücərmə
qabiliyyətli toxum hesab olunur. Səpin norması bölgədən, sortdan və
səpinin təyinatından asılı olaraq müəyyən edilir.
Nəmişlik çox düşən illərdə yüksək səpin normasında bitkilər
yata bilər, bu da ki, ilkin becərməni və məhsul yığımını çətinləşdirir.
Eləcə də kasıb torpaqlarda sıx əkinlər təhlükəlidir, burada kətan
alçaqboylu olur. Lakin güclü alaqlanmış, eləcə də ağır torpaqlarda,
məhsul yığımı dövrünə az miqdarda bitki qaldığından, toxumun
səpin normasını 10-15% artırmaq lazımdır.
Toxumun ən yaxşı basdırılma dərinliyi ağır torpaqlarda 1,5-2
sm, yüngül torpaqlarda isə 2-2,5 sm-dir. Nisbətən toxumun dərin
səpilməsi cücərtilərin sıxlığını nəzərə çarpacaq dərəcədə aşağı salır
və kətanın məhsulunu azaldır.
Qulluq işləri. Kətanın əmtəəlik səpinləri üçün bir sıra aqrotex-
niki tədbirlər nəzərdə tutulur: vərdənələmə, malalama, alaqlar və
zərərvericilərlə mübarizə, bütün bunlar konkret şərait nəzərə alın-
maq
la həyata keçirilir.
Aqrotexniki tədbirlərlə yanaşı əkinlərə qulluq işlərindən mühüm-
ləri alaq otlarına, kətanın xəstəlik və zərərvericilərinə qarşı kimyəvi
61
vasitələrin tətbiqidir. Ayrı-ayrı illərdə onların uzun lifli kətana vurdu-
ğu zərər 30%-ə çatır.
Əkinlər ikievli birillik alaqlarla zibilləndikdə hektara 0,6-1,2 kq
80%-li 2M-
4X və ya pantera - 40 КЭ 0, 7 - 1,5 l/ha) herbisidi çilənir.
Su sərfi 200-300 litrdir.
Yaxşı olar ki, kətan əkinlərinə herbisid çilənməsi bitkinin boyu 5
sm-
dən 8 sm-ə qədər olduqda həyata keçirilsin. Bu dövrdə yarpaqlar
gövdələrdə iti bucaq altında yerləşir və mum təbəqəsi ilə örtülü olur,
herbisidin onlara təsiri daha gec çiləmə aparılmasına nisbətən nəzərə
çarpacaq dərəcədə aşağı düşür. Aydın və quru hava şəraitində 15-17
0
C temperaturda əkinlərin çilənməsi daha səmərəlidir. Sərin havada
(12
0
C) herbisid məhlulunun alaqların bədəninə daxil olması ləngiyir,
ancaq, quru və isti havada güclənir, lakin bu zaman da kətanın
soluxmasına səbəb olur.
Əkinlərin hər hektarına 0,75 kq 2M-4X və 9 kq ammonium
ni
trat yaxud 13 kq ammonium karbonat qarışığının çilənməsi kətanın
yaxşı boy atmasına və onun alaqlardan daha tam təmizlənməsinə sə-
bəb olur. Herbisidin tək çilənməsinə nisbətən azotlu gübrələrlə qarı-
şıq çilənməsi kətanın toxum məhsulunu 12-13%, lif çıxımını isə 12-
27% artırır. Həmin qarışığa hektara 0,25 kq bor, 0,1 kq sink və
molibden mikrogübrələrinin əlavə edilməsi məhsuldarlığa nəzərə
çarpacaq dərəcədə təsir göstərir. Bu halda lif çıxımı hektardan 1,5-
2,0 sentner və toxum məhsulu isə 1,3-1,5 sentner artır ki, bu da
bitkidə fotosintez prosesinin güclənməsi ilə əlaqədardır. Beləliklə
kətanın bakterioz, fuzarioz, pas və digər xəstəliklərlə yoluxması nə-
zərə çarpacaq dərəcədə aşağı enir.
Kətan əkən təsərrüfatlarda daha çox yayılmış ən qəddar alaq -
sürünən ayrıqla mübarizə aparılmasına böyük əhəmiyyət verilir. Bu
alaqla güclü sirayətlənmiş sahələrdə kətan lifinin məhsulu 20-25%
aşağı düşür. Bu alağı məhv etmək üçün natrium üçxlorasetat tətbiq
olunur. Preparat dənli taxıl bitkilərinin və çoxillik otlar layının üzlən-
məsindən sonra verilir. Qumsal torpaqlarda hektara təsir edici maddə
hesabı ilə 20 kq, gillicəli torpaqlarda isə 30 kq natrium üçxlorasetat
verilir.
62
Kətan əkinlərində böyük əhəmiyyət kəsb edən qulluq işlərindən
biri də bitkilərin zərərvericilərdən, xüsusən hər yerdə yayılmış kətan
birəsindən mühafizəsidir. Birəyə qarşı cücərtilərin alınmasına 1-2
gün qalmış kətan əkinləri aqreqatın 3-4 gedişi enində hektara 0,8 kq
fos
famid preparatı (Bi-58 insektisidi) və ya desis ekstra (12,5 % k. e.
0,06 l/ha
) ilə işlənilir. Bu məqsəd üçün hektara 0,8 kq 80%-li xloro-
fos da tətbiq edilir.
Kətan birəsinin miqdarı quru və isti havada 1 m
2
-
də 10-dan artıq
və nəmişli havada 1 m
2
-
də 20-dan artıq fərd olarsa çiləmə qollu cilə-
yi
cilərlə aparılır. Məhlul sərfi hektara 200-300 litrdir.
Tripslrələrlə mübarizə məqsədi ilə hektara 15-25 kq 12%-li hek-
sa
xloran dustu ilə küknarabənzər fazadan sonra tozlandırılır.
Məhsul yığımı. Uzun lifli kətanın dörd yetişmə fazası fərqləndi-
ri
lir: yaşıl, erkən sarı, sarı və tam. Yaşıl yetişmə çiçəklərin tökülmə-
si
nin arxasınca başlayır. Bu fazada gövdə və qutucuqlar hələ yaşıl
olurlar. Yalnız aşağı yarpaqları saralır və quruyur. Toxumu əzərkən
süd rəngli duru maye ayrılır. Kətanı bu fazada yığdıqda liflər naziklə-
şir, ancaq zəif olur.
Erkən sarı yetişkənlik fazasında gövdənin aşağı yarısının yar-
paq
ları tökülür, qalanları isə uc yarpaqlar istisna olmaqla, saralırlar.
Qutu
cuqdakı toxumlar yaşılımtıl-sarı rəng alır. Kətan bu fazada
yığıldıqda lif ən yaxşı keyfiyyətə malik olur.
S
arı yetişkənlik fazasında bütün yarpaqlar saralır, yalnız onlar
gövdənin təpə hissəsində qalırlar, qutucuqlar qonurlaşmağa başlayır,
toxumlar açıq-qəhvəyi rəng alır, lifin keyfiyyəti bir qədər pisləşir.
Tam
yetişmə fazasında bütün yarpaqlar tökülür, gövdə və qutu-
cuqlar qonur rəng alırlar, aşağı keyfiyyətli lif alınır.
Uzun lifli kətanın kombaynla yığımına başlanılmasına erkən sarı
yetişkənlik fazasından 2-3 gün əvvəl başlanılması tövsiyə olunur. Bu
dövrdə yığılan kətan daha çox yüksək keyfiyyətli uzun liflər verir.
Toxum bu vaxtı tam formalaşmış olur və yetişdikdən sonra səpin
üçün yararlı olur.
Toxumçuluq təsərrüfatlarında uzun lifli kətanın seleksiya sortları
sarı yetişkənlik fazasında, yağlıq kətan isə tam yetişkənlik fazasında
yığılır.
63
Uzun lifli kətanın texniki yetişkənliyi təxminən 8-10 gün, lakin
isti hava şəraitində bir qədər qısa ola bilər. Ona görə də tələb olunan
müddəti gecikdirdikdə çoxlu miqdarda məhsul itkisinə gətirib çıxarır.
Kətan yığımı daha çox mürəkkəb və zəhmət tələb edən bir işdir
və kətançılıqda bütün xərclərin 70-80%-i onun üzərinə düşür. Ona
görə də kətan məhsulunun yığım texnologiyasında səmərəli üsulların
tətbiq edilməsi böyük istehsalat və iqtisadi əhəmiyyət kəsb edir.
Kətan yığımında proqressiv və səmərəli üsul uzun illər yaxşı
işlənılmış və geniş sürətdə yoxlanılmış kombayn üsuludur.
Kombaynla yığım zamanı alınan qalaqda (koma) 52-84% qutu-
cuq, 2-7% toxum, 12-
16% digər qarışıqlar olur. Adətən qalaqda nəm-
lik yüksək, 60-65%, o cümlədən toxum qutucuqlarında 40-50% olur.
Ona g
örə də kətan qalağı dərhal quruducu şaxtalarda qurudulur,
sonra isə toxum ayrılır və təmizlənir. Kətan qalağının qurudulması və
emalı məhsulun saxlanması və keyfiyyətindən asılıdır. Nəm kətan
qalağını 2-3 saat müddətində saxladıqda qızışma getdiyindən, mikrob
yoluxması və toxumların xarab olması artır. Toxumun nəmliyi 10 ±
2% qalana qədər qalağın qurudulması davam edir. Qalağın (tığın) qu-
ru
dulması qurtaran kimi 2-5 saat müddətinə qalın qatlarda nəmliyin
tarazlaşdırılması üçün soyuq hava üfürülür. Qalaq MB-2,5A taxıldö-
yəndə daima keyfiyyətə nəzarət etməklə xırdalanır.
Uzun lifli kətanın ilkin emalı realizə olunan məhsulun növünə
görə böyük müxtəlifliyə malikdir. İsladılmış kətan gövdəsi, onun
təmizlənməsi və qurudulmasından ibarətdir. Müasir dövrdə kətan
göv
dəsini təsərrüfatlarda döşəmə üçün hazırlanmış yerlərdə sərirlər.
Kətan küləşi, (sərilən kətan küləşi), şehləndirmək və su buxarında
işləməklə isladılır.
Əsasən ən yaxşı tədqiq olunmuş üsul, kətan gövdəsinin nazik
təbəqədə sərilərək şeh damcı ilə nəmləndirilməsidir. Gövdənin nəm-
li
yinə müvəffəq olmaq üçün yağıntılar və şehin düşməsi zəruridir. Bu
zaman mikroorqanizmlərin həyat və fəaliyyəti nəticəsində pektin
maddələri parçalanır. Sərmə üsulu ilə hazırlanan isladılmış gövdənin
alınması üçün iştirak edən əsas mikroorqanizmlər, ibtidai göbələklər
və bakteriyalardır, onlardan əsas Cladsporium herbarum Zink,
Alternarica tenuis Nees
və s., eləcə də anaerob bakteriyalar və maya
64
göbələkləri – Bac. subtilus, Bac. megaterium, Bac. mycoides və s-
dir. Mikr
oorqanizmlərin mənbəyi torpaq hesab olunur. Şeh ilə islat-
manın əsas faktorları istilik, nəmlik, işıq və havadır. Gövdələr ultra-
bənövşəyi şüaların təsirindən parıltılı ağ rəngə çevrilir. Kətan küləşi-
nin qalıb yetişməsinə relyefin düz olması, daimi hava mübadiləsi
müsbət təsir göstərir.
Pektini parçalayan mikroorqanizmlərin həyat fəaliyyətinin opti-
mal şərait üçün gün ərzində küləşin nəmliyi 40-60%, kətanın sərilmə
hündürlüyü 8-10 sm., temperatur 14-20
0
C arasında tərəddüd etmə-
lidir.
Küləşin və isladılmış kətan gövdəsinin zibillənməsi 10%-i, nəm-
liyi isə 25%-i keçməməlidir.
Quru kətan gövdəsi yaxud küləşi 1 m
3
-
də quru gövdənin orta
sıxlığı 65 kq yaxud küləşinki 80 kq olmaqla örtülü binaya yerləş-
dirilir. Örtülü binalarda dərzləri nizamla aşağı qalın hissəsini bayıra
çıxarmaq və ensiz hissəsini aşağı əyilməklə, hər bir cərgə özündən
əvvəlkinə perpendikulyar yerləşdirilir. İsladılmış kətan gövdəsinin və
küləşini tayalara vurulmuş halda saxlamaq olar.
İsladılmış kətan gövdəsinin uzun liflərinin istehsalı kətan zavod-
larında texnoloji xətlərdə həyata keçirilir. Kətanın ilkin emalının
nisbətən yeni istiqaməti lif tellərinin kətan küləşindən istehsal edil-
məsidir.
Yağlıq kətanın aqrotexniki xüsusiyyətləri. Səpinlər darcərgəli
olmaqla, səpin norması bir hektara 12-15 min ədəd cücərmə qabiliy-
yətli toxum götürülür. Səpindən 3-4 gün sonra cücərtilər alınana
qədər yüngül malalarla malalama aparılır, rotasiya toxaları ilə torpaq
qaysağı dağıdılır, küknarabənzər fazada herbisid tətbiq olunur, zərər-
veri
cilər kütləvi göründükdə əkinlərə kimyəvi preparatlar çilənir. Qu-
tu
cuqların 60-70%-i yetişdikdə yağlıq kətan ikimərhələli üsulla (his-
sə - hissə) yığılır.
Biçilmiş kütlə taxıldöyən kombaynla, yaxud tam yetişkənlik fa-
za
sında birbaşa kombaynla yığılır. Yığım zamanı gövdə torpaq sət-
hindən 12 sm yüksəkdən biçilir. Sərilmiş kütlə 6-7 gündən sonra top-
lanır.
65
Ən böyük iqtisadi səmərəyə arası kəsilmədən yığım üsuluna nail
olmaqdır. Təcili olaraq kətan qalağı təmizlənir. Toxum qurudularaq
nəmliyi 12%-ə çatdırılır və saxlama anbarlarına yığılır.
1. 7. SAFLOR
Xalq təsərrüfat əhəmiyyəti. Saflor quraqlıq cənub - şərq böl-
gələrində əsasən yağ almaq üçün becərilən bitkidir. Onun toxum-
larında 15-37% (nüvəsində 50-56%) yarımquruyan yağ ( yod ədədi
75-145), 12 %-
ə qədər zülal vardır. Bu yağdan yüksək keyfiyyətli
marqarin hazırlanmasında istifadə edilir. Texniki məqsədlə bu yağ-
dan ağ rəngli boyaların alınmasında istifadə edilir. Bu rəng olduqca
davamlıdır və vaxt keçdikcə saralmır. Nüvəsindən əldə edilən yağ
dadına və keyfiyyət göstəricilərinə görə günəbaxan yağına yaxındır.
Onu qida kimi istifadə edirlər.
Bütövlükdə toxumdan alınan yağı isə acı dada malik olduğuna
görə əlif, boya (kraska) mina, sabun, linoleum (müşəmbə) və s. Ha-
zırlanmasında istifadə edilir. Saflorun toxumu quşlar üçün yaxşı
yemdir. 100 kq jmıxının tərkibində 55 yem vahidi vardır. Heyvan-
darlıqda istifadə olunur. O, acı dada malik olduğu üçün kiçik doza-
larla verilir. Onu gübrə və yanacaq kimi də istifadə edirlər. Saflor
çiçəklərindən şərq ölkələrində, orta Asiyada kartamin adlanan sarı
boyaq alırlar. Bu boyaqlar keyfiyyətli xalça və parçaların boyanması
işlərində, həmçinin kulinariyada işlədilir. Şərq mətbəxində saflor
həm də zəfəranı (Crocus sativus) əvəz edir.
Mənşəyi. Saflor lap qədim zamanlardan Misirdə, Hindistanda,
Çində, Şimali Afrikada, ön Asiyada becərilmiş. Orta Asiyanın
quraqlıq rayonlarında və Rusiyanın cənub-şərq rayonlarında günəba-
xanın əvəzedicisi hesab olunur. Güman edilir ki, safloru Avropaya
ərəblər gətirmişdir. O birinci dəfə İspaniyaya sonra isə İtaliya və
Fransaya keçmişdir.
Cənubi Rusiya ərazisində safloru XVIII əsrin ikinci yarısından
bostan bitkisi kimi becərməyə başlamışlar. İlk vaxtlar səhv olaraq
onu zəfəran adlandırmışlar. Saflor sözü ərəb sözü olan “usfur” sözü-
nün rus, al
man və ingilis dilində dəyişilmiş formasından alınmışdır.
66
O, əsasən Orta Asyada, cənubi Ukraynada aşağı Volqaboyunda
əkilirdi. Hazırda saflor quraqlığa davamlı bitki kimi çox da böyük
olmayan sahələrdə Orta Asiya və Qazaxıstanda becərilir. Hektardan
1,0-
1,2, əlverişli şəraitdə isə 2,0 tona qədər və ondan çox toxum
məhsulu verir.
Yayılması və məhsuldarlığı. Saflorun daha çox forma müxtəlif-
liyi Hindistan üçün xarak
terikdir. Burada saflorun alçaq və hündür-
boylu, yığcam və budaqlanan formalı, yarpağında tikan olmayan
formaları mövcuddur ki, bunları heyvanlar da yeyə bilir.
Saflorun əsas əkin sahələri Hindistanın Maxaraştr ştatında və
quraqlıq Dekan yaylasındadır. Bu yerlərdə başqa yağlı bitkilər bitə
bilmir. Saflor Hindistanda dəmyə şəraitində becərilir. Adətən onu
buğda, arpa, maş lobyası ilə birlikdə (3 cərgə saflor, 6 və yaxud 12
cərgə başqa bitki) əkilir.
Sistematikası. Astrakimilər ( Asteraceae) fəsiləsinin saflor ( Car-
thomus
) cinsi 19 növü özündə birləşdirir. Onlardan biri də mədəni
olmaqla ( Carthomus tinctorius L.)
boyaq safloru adlanır. Bu növə ya-
ba
nı halda rast gəlinmir. Mutagen növ olduğu qəbul edilir.
Botaniki təsviri və bioloji xüsusiyyətləri. Saflor ( Carthamus
tinctorius L
.) Astrakimilər (Asteraceae) fəsiləsinə daxil olan birillik
ot t
ipli bitkidir. Torpağın 1,5-2,0 m dərinliyinə işləyən yaxşı inkişaf
etmiş mil kök sisteminə malikdir. Gövdəsi kobud, dikduran, hamar,
güclü budaqlanan 90-
100 sm hündürlükdədir. Yarpaqları sadə, otu-
raq, çılpaq, qalın dərili lanset formalı, kənarları dişşəkilli, iti tikanlı
və ya tikansızdır. Gövdənin yuxarı hissəsində onlar kiçilir və çiçək
qru
punun (səbətin) sarğı yarpaqlarına çevrilirlər
(r
əngli şəkil 9-10).
Çiçəkləri xırda, boruşəkilli, sarı və ya narıncı rənglidir. Beş bö-
lümlü tacı vardır. Çiçək qrupu 1,5-3,5 sm diametrində səbətdir. Bu
səbətdə 30-60 ədəd toxum yetişir. Bir bitkidə 18-dən 30-a qədər və
daha çox səbət əmələ gələ bilir. Həşəratların köməyi ilə çarpaz tozla-
nır. Meyvəsi ağ rəngli, parlaq, uzadılmış dörd üzlü oval formalı ucu
küt toxumd
ur. 1000 toxumun kütləsi 40-50 qr. Qabıqlılığı 40-50%-
dir. Toxumu zirehlidir. Zireh qatı örtük toxumasının dərininə işləyir.
Saflorun vegetasiya müddəti 90-120 bəzən 150 gündür. Cücərti-
ləri toxum səpildikdən 8-10 gün sonra alınır. Cücərdikdə ləpə yar-
67
paq
ları torpağın səthinə çıxır. Cücərtilər alındıqdan 65-70 gün sonra
çiçəkləmə başlayır. Səbətlərin əmələ gəlməsi isə bir ay çəkir. Əvvəl-
cə mərkəzi səbətlər, sonra isə yan səbətlər çiçəkləyir. Çiçəkləmədən
to
xumun yetişməsinə qədər 35-40 gün keçir. Səbətin sarğı yarpaqları
bərk sıxılmışdır. Ona görə də toxumlar yetişdikdə tökülmür.
Saflor istiliyə və quraqlığa davamlı bitkidir. Quraqlığı yaxşı ke-
çir
diyinə görə quraqlıq rayonlarda onu becərməyə maraq göstərirlər.
Günəbaxanın becərilməsi mümkün olmayan cənub-şərq zonalarında
saflora üstünlük verilir. Saflor cücərtiləri -5, - 6
0
C temperatura dözə
bilirlər. Onun toxumları erkən – 2-3
0
C temperaturda səpilir. İstiliyə
ən çox tələbatı çiçəkləmə və toxumların yetişməsi fazasında olur.
Çi
çəkləmə vaxtı yağıntılı havaya daha pis münasibət göstərir. Yağın-
tılı havada çiçəklər yaxşı mayalanmır. Saflor qısa gün bitkisidir.
Torpağa o qədər də tələbkar deyildir. Duzlaşmaya dözür. Turş,
bataqlaşmış və qrunt suları üzdə olan torpaqlarda əmələ gəlmir. Saf-
lor üçün ən yaxşı torpaqlar qara və şabalıdı torpaqlar hesab olunur.
Sortları. Saflor sortlarına misal olaraq Milyutinskiy-114, Don-
skiy 29/1, Daşkəndskiy-51 və s. göstərmək olar.
Becərilmə texnologiyası və yığım. Saflor üçün ən yaxşı sələf
herikdən, otlardan həmçinin cərgəarası becərilən bitkilərdən sonra
səpilmiş dənli-taxıl bitkiləri hesab edilir.
Saflor özü yazlıq taxıl bitkilərinə yaxşı sələf hesab olunur. Tor-
paq
da kifayət qədər nəmlik olduqda saflor gübrələrə tələbat göstərir.
Dondurma şumu altına N
45
P
60
do
zasında, kalium çatışmayan tor-
paqlarda isə N
45
P
60
K
45
dozasında mineral gübrələr verilir.
Torpağın əsas becərilməsi günəbaxan və başqa cərgə araları be-
cərilən bitkilərdə olduğu kimidir. Dondurma şumunun becərilməsi,
çoxillik alaqlarla sirayətlənmiş sahələrdə isə torpağın üzdən becəril-
məsi aparılır. Torpağın 27-30 sm dərinlikdə şumlanması yaxşı məh-
sul
darlığı təmin edir. Səpin qabağı becərmə dondurma şumunun ma-
lalan
ması və 5-6 sm dərinlikdə səpinqabağı kultivasiyanın aparılma-
sından ibarətdir.
S
aflor erkən (tarla işlərinin başlanğıcında ) gencərgəli üsulla
cərgə araları 45 sm olmaqla ( alaqlı sahələrdə isə 60-70 sm ) SST-
68
12A, SUPN-8 , SPÇ -
6M və başqa markalı toxum səpənlərlə səpilir.
Toxumun səpin norması 10-12 kq/ha-dır.
Hər bir metrdə 45 sm- lik cərgələrdə 4-5, cərgəarası 60-70 sm
olduqda isə 6-7 ədəd bitki olmalıdır. Səpin dərinliyi 5-6 sm götü-
rülür.
Səpindən sonra torpaq vərdənələnir. Cücərtilər alınana qədər və
cücərtilər alındıqdan sonra 2-3 cüt həqiqi yarpaq fazasında yüngül
dişli mala ilə malalama aparılır.
Kök qalıqlarını məhv etmək məqsədi ilə iynəşəkilli disklərdən
(KRN-
28) istifadə edilir. Vegetasiya ərzində cərgə araları 2-3 dəfə,
alaqlar çox olduqda isə 3-4 dəfə 6-8 və 8-10 sm dərinlikdə kulti-
vasiya edilir.
Saflor bütün bitkil
ər və səbətlər saraldıqda xüsusi qurğular əlavə
edilmiş taxıl kombaynları ilə yığılır.
Hindistanda səpin vaxtı oktyabr ayından dekabr ayına qədər he-
sab olunur. Məhsul yığımı fevral mart ayında aparılır. Boyaq almaq
üçün safloru təmiz halda (tək) səpirlər. Belə halda yığım çiçəklərin
tam açıldığı gündə aparılır. Yığım gecikdirildikdə çiçəyin tərkibin-
dəki boyayıcı maddənin miqdarı hiss olunacaq dərəcədə azalır.
Bəzən safloru adi tarlalarda “canlı çəpər” kimi əkirlər.
Toxum məhsuldarlığı qarışıq əkinlərdə hektardan 0,1 tona qədər,
təmiz əkinlərdə isə 0,6-0,7 ton/ha-dır.
1. 8. XARDAL
Xardal (Brassica)
insanların yağlı bitki kimi ən çox istifadə
etdikləri bitkilərdən biridir. Xardal cinsinin 3 növü vardır: ağ xardal,
göy xardal (Sarept və ya Hindistan xardalı) və qara xardal. Bu
növlərin morfoloji cəhətdən bir çox əlamətləri oxşardır. Bu növlər
arasında yalnız becərilmə şəraiti ilə bağlı olan fərqlər və mənşə
fərqləri vardır.
Sistematikası. Xardal bitkisinin hər üç növü kələm (Brassica L.)
cinsinə daxildir. Bu cins birillik, çoxillik, yabanı və mədəni olmaqla
150-
dən artıq növü özündə birləşdirir.
69
1. 8. 1.
Ağ xardal
Əhəmiyyəti. Ağ xardal müxtəlif sahələrdə istifadə edilir. Ağ
xardalın toxumlarının tərkibində 30-40% yüksək qidalı yarımquru-
yan (yod
ədədi 92-122) yağ, 32% zülal, 0,1-1,1% efir yağı vardır. Ağ
xardalın yağı qızılı-sarı rəngdə olmaqla yaxşı saxlanılır. Ağ xardal
yağı ərzaq kimi, eyni zamanda marqarin istehsalında, çörəkbişirmə
v
ə qənnadı sənayesində istifadə edilir.
T
ərkibindəki efir yağının miqdarına görə göy xardaldan geri qa-
lır. Ağ xardal yağı çörək-peçenye, qənnadı konserv və s. sənaye sa-
h
ələrində istifadə edilir. Ağ xardal jmıxı xüsusi işləmədən sonra hey-
vandarlıqda zülallı yem kimi istifadə olunur.
Bir çox rayonlarda ağ xardal yaşıl yem kimi istifadə edilir. Bu
m
əqsədlə o qınları əmələ gələn dövrdə biçilir. Onu həm tək, həm də
paxlalı bitkilərlə qarışıq səpirlər. Qısa vegetasiya müddətinə malik
olduğu üçün ağ xardal kövşənlik və aralıq bitki kimi də istifadə oluna
bil
ər. 100 kq yaşıl kütləsində 12 yem vahidi və 1,3 kq həzm olunan
protein vardır. Rusiyanın şimal rayonlarında ağ xardaldan yaşıl gübrə
kimi istifad
ə olunur. Ağ xardal həm də yaxşı bal verən bitkidir.
Dostları ilə paylaş: |