Torpağın səpinqabağı becərilməsi. Səpinqabağı kultivasiya
toxumların səpilməsinə ən azı 10-12 gün qalmış 4-5 sm dərinlikdə
aparılır. Bu vaxta qədər torpaq yatır və kipləşir.
Sürvə toxumları çox xırdadır. Onların bərabər dərinliyə basdırıl-
ması üçün sahə səpinqabağı dişli (halqalı) vərdənə ilə vərdənələnilir.
Səpin. Səpin üçün keçən il yığılmış, 1-ci və 2-ci sinfin tələb-
lərinə cavab verən toxumlar seçilir. Yaz və yay səpini üçün toxumlar
fermentləşdirilir (qumla qarışdırılır). Bunun üçün səpin ərəfəsində
toxumlar 1 : 2 nisbətində ələnmiş çay qumu ilə qarışdırılır. Qumla
toxu
mun qarışığı nəmləndirilir (üç dəfə) və diqqətlə dənəvərləşmə
kimi qarışdırılır. Hər 10 kq toxuma 6-7 litr su götürülür. Sonra
160
kölgədə səpələnə biləcək həddə qədər qurudulur və səpinə hazır
qoyulur.
Sürvənin səpin vaxtı qış qabağı torpaqda temperatur 10-12
0
C-
yə
düşən vaxt, yəni oktyabrın axırı və noyabrın əvvəli hesab olunur. Bu
halda toxumlar cücərmir ancaq selikləşir, şişir və yazda cücərti verir.
Yaz səpinləri isə effektivliyinə görə payız səpinindən geri qalır.
Onu erkən yazda və mütləq dənəvərləşdirilmiş toxumla aparırlar.
Sürvənin toxumları SKON-4,2 markalı tərəvəz toxumu səpən
aparatla 70 sm cərgəarası olmaqla səpilir.
Səpin norması hektara 8-10 kq götürülür. Toxumlar 3-4 sm
dərinliyə basdırılır.
Əkinə qulluq. Sürvə əkinlərinə qulluq erkən yaz malalanma-
sından başlayır. Onu yüngül mala ilə çıxışlar alınmasına 10 gün qal-
mış yerinə yetirilir. 1-2 - ci cüt yarpaq fazasında cərgələr arasında 6-
8 sm
dərinliyində birinci kultivasiya aparılır. İkinci kultivasiya isə
cərgə araları qovuşana qədər imkan olan vaxt mütləq aparılmalıdır.
Alaqlarla mübarizə məqsədi ilə yazda cücərtilər alınmasından
qabaq linuron (2-4 kq/ha), nortron (4-6 l/ha), katoran (2,5-2,75
kq/ha) və b. herbisidlərdən biri ilə çiləmə aparılır.
Məhsul yığıldıqdan sonra sürvənin gövdələrini aşağıdan kəsib
sahədən kənarlaşdırırlar. Bu işin ardınca cərgə araları 8-10 sm dərin-
likdə kultivasiya edilir.
İkinci il sürvə tarlasında erkən yazda prometrin (6 kq/ha) və ya
reqlon (7,5 l/ha) çilənir və cərgələrin eninə istiqamətdə iki iz mala-
lama aparılır. Sonra isə cərgə araları 7-10 sm dərinlikdə kultivasiya
edilir. Sonrakı qulluq işləri cərgə aralarının becərilməsindən və
alaqların vurulmasından ibarətdir. Adətən ikinci il sürvə bitkisi sürət-
lə böyüyür, cərgə araları tez qovuşur.
Sürvə bitkisini bir çox zərərvericilər və xəstəliklər zədələyir.
Onlardan sürvə uzunburunu, sürvə ağcaqanadını, sürvə gənəsini,
sür
və sovkası və başqa sovkalar, unlu şeh, yalançı unlu şeh və fuza-
rioz soluxmasını göstərmək olar.
Gənələrə və unlu şehə qarşı sürvə əkinləri kükürd tozu ilə (25
kq/ha) tozlandırılır.
161
Unlu
şeh xəstəliyi ilə mübarizədə 1%-li bordo mayesi və ya
onun əvəzedicilərindən biri ilə çilənmənin aparılması effektlidir.
Yağın keyfiyyətinin pisləşməməsi üçün çiçəkləmə zamanı pestisid-
lərlə çiləmə aparmaq olmaz.
Məhsul yığımı. Sürvə məhsulunun yığılmasına kütləvi çiçəklə-
mənin başlamasına 6-8 gün qalmış başlayırlar. Bu vaxt aşağıdan 2-3
çiçək köbəsində orta hissədəki toxumlar bozarmağa (qonurlaşmağa)
başlayır. Məhsul yığımı 15-20 gün davam edir. Sürvə çiçəkləri quru,
küləksiz havada səhər və axşam saatlarında yığılır. Çox quru və çox
soyuq havada yığımın dayandırılması məsləhətdir.
Sürvənin çiçəkləri yuxarıdakı yarpaq səviyyəsindən JŞ-3,5 ot
biçəni ilə, PSÇ- 0,4 qurğusu quraşdırılmış SK-5 “Niva” kombaynı ilə
və ya PUŞ qurğusu quraşdırılmış KS-2,6 silos yığan kombaynla
biçilib yığılaraq qoşqu (lafet) vasitəsi ilə dərhal işlənmə yerinə çatdı-
rılır. Sürvə çiçəkləri təzə halda emal edilir. Ona görə ki, yığıldıqdan
3 saat sonra tərkibindəki efir yağlarının 40 %-i itirilir.
2. 8. L A V A N D A
Xalq təsərrüfat əhəmiyyəti.
Lavanda bitkisinin bütün hissə-
lərində efir yağları toplanır. Lakin çiçəklərdə onun miqdarı daha çox
0,8-3,0 %-
ə qədərdir. Lavanda yağının əsas komponenti ( tərkib
hissəsi) linalilasefat (30-56 %) və linalol (10-12 %) hesab edilir.
Lavanda yağı və ondan alınan məhsullar (efir yağı, quru çiçək qrupu)
ətriyyat - kosmetika sənayesində, qida və əczaçılıq sənayesində,
tibdə və məişət kimyasında istifadə edilir. Lavanda yaxşı bal verən
bitki hesab olunur və eroziya əleyhinə bitki kimi istifadə edilir.
Tarixi, yayılması və məhsuldarlığı. Avropada lavandanı XVI
əsrin axırlarında becərməyə başlamışlar. Rusiya ərazisinə lavanda
XIX yüzilliyin ikinci yarısında gətirilmişdir. Lakin, ilk dəfə sənaye
halında plantasiyalar şəklində becərilməsinə 1929-cu ildə Krımda
başlamışlar. 1937-ci ildə lavanda Krasnodar vilayətində, 1945-ci il-
lər Moldovada becərilməyə başlanmışdır. Onun ümumi əkin sahəsi 9
min hektara yaxın, məhsuldarlığı isə 20-30 s/ha - dır.
162
Botaniki təsviri və bioloji xüsusiyyətləri. Lavanda ( Lavandula
vera D. C.)
dalamazkimilər (Lamiaceae) fəsiləsinə daxil olan çoxillik
yarımkol bitkisidir. Kök sistemi saçaqlı, odunlaşmışdır, torpağın 2-4
m dərinliyinə işləyir. Kolu 40-60 sm hündürlükdə, 60-80 sm diametr-
də olmaqla əsas gövdədən ayrılan 800-ə qədər budaqdan ibarətdir.
Hər bir budağı birillik, dörd tilli çiçək daşıyanla qurtarır. Budaqları
əmələ gəldikdən 6-8 il sonra qocalır və quruyur, onun yerinə isə kök
boğazındakı yatmış tumurcuqdan yeni gövdə inkişaf etməyə başlayır.
Yarpaqları qarşı-qarşıya düzülmüş, oturaq, damarlı, kənarları
aşağıya doğru əyilmiş, tüklü, 2-6 sm uzunluğunda 0,2 - 0,6 sm enin-
dədir. Yarpaqları iki il yaşayır.
Çiçəkləri ikicinslidir. Hər birində 3-5 ədəd çiçək olan yarım-
köbə şəklində sünbül çiçək qrupunda toplanmışdır. Kasa yarpağı
tökülməyən, boruşəkilli, beş dişlidir. Tacı iki dodaqlıdır, töküləndir.
Ağ, mavi, göy və ya bənövşəyi rənglidir. 4 erkəkciyi, 1 dişiciyi var-
dır. Dörd yuvalı yuxarı yumurtalığa malikdir
(r
əngli şəkil 33-34).
Meyvəsi hamar parıltılı səthli, qəhvəyi rəngli oval formalı xırda
qozcuqdur. 100 ədəd meyvəsinin kütləsi 1 qramdır.
Lavanda i
yunun ortalarından başlayaraq 20-35 gün çiçəkləyir.
Çarpaz tozlanır, lakin öz-özünə tozlanma da mümkündür.
Vegetasiya müddətində lavandanın aşağıdakı inkişaf fazaları
qeyd olunur. Uzanma, çiçəklərin əmələ gəlməsi çiçəkləmənin əvvəli,
kütləvi çiçəklənmə, çiçəkləmənin sonu, toxumların süd, mum və tam
yetişməsi. Lavanda həmişəyaşıl bitkilər qrupuna daxildir. Onun
yarpaq dəyişməsi hər 2 ildən bir payızda nisbi sakitlik dövründə baş
verir. Düzgün aqrotexniki qulluq göstərilsə lavanda bitkisi 20-25 il
məhsul verə bilər.
Aralıq dənizi mənşəli olmasına baxmayaraq lavanda qışa davam-
lıdır. Yaşlı bitkilər -25
0
C -
dək şaxtaya dözürlər.
Cücərtiləri 4-5 cüt yarpaq fazasında 8-10
0
C -
dək şaxtalara dözə
bilirlər. Vegetasiya ərzində lavanda istiliyə ən çox çiçəkləmə faza-
sında tələbat göstərir. Bu məhsuldarlığın artmasına müsbət təsir edir.
Lavanda işıq sevən bitkidir. Kölgəli şəraitdə onun budaqları çox
uzanır, çiçəkləri xırdalaşır, yağlılığı aşağı düşür. Lavanda quru və isti
163
iqlim bitkiləri qrupuna aid edilir. Nəmliyin torpaqda və atmosferdə
artıq olması bitkilərin xəstələnməsinə və qurumasına səbəb olur.
Lavandanı müxtəlif torpaq tiplərində, hətta zəif təmin olunmuş
və çınqıllı torpaqlarda becərmək olar. Lavanda üçün qumsal və gilli-
cəli qara torpaqlar əlverişli hesab olunur.
Turşuluğu artıq olan ağır və soyuq torpaqlar, eləcədə qrunt
suları səthə yaxın yerləşən torpaqlar lavanda üçün yararsızdır. La-
van
danı çınqıllı və şistli torpaqlarda da becərmək olar. Torpağın ha-
valan
masına yaxşı reaksiya göstərir. Duzlaşmış, ağır gilli və yaxşı
havalanmayan torpaqlarda pis bitir.
Sortları. Lavandanın Voznesenskiy - 34, (V-34), Stepnaya -197,
Rekord (H-
701), Rannaya, Krımçanka və s. sortları rayonlaşdırıl-
mışdır.
Stepnaya 197-
sort orta müddətdə yetişən sortdur. Qışa davam-
sız, yarım qol budaqlıdır. Çiçək qrupu məhsuldarlığı hektardan 65-70
sen. (2%-
dən artıq yağ çıxımı ilə) təşkil etməklə ətriyyat sənayesində
5 balla qiymətləndirilir.
Rekord (H-701) -
orta yetişən, qışadavamlı, yüksək məhsuldar
və yüksək yağlıdır. Çiçək qrupu məhsuldarlığı 50-60 sen/ha-dır. Tər-
ki
bində 1,8-2,0% efir yağı vardır.
Rannaya -
tez yetişkənliyi və qışa yüksək davamlılığı ilə xarak-
terizə edilir. Çiçək qrupu məhsuldarlığı 66 sen/ha, xam kütləsinin
1,8-2,2 %-
i qədər yağ çıxımı verir. Stennaya sortuna nisbətən septa-
rioz xəstəliyinə davamlıdır. Ətriyyat qiyməti 5 baldır.
Becərmə texnologiyası və yığımı. Növbəli əkində yeri. Lavanda
bir yerdə 20 ildən artıq becərilən çoxillik bitki olduğu üçün o, tam bir
sahədə - növbəli əkinə daxil edilməyən, xüsusi məqsədlər üçün ayrıl-
mış sahələrdə yerləşdirilməlidir. Lavanda üçün yaxşı işıqlanan, cə-
nub və cənub - qərb meylli yamaclar, şimal və şimal şərq küləkləri
tutma
yan sahələr seçilməlidir.
Gübrələnmə, torpağın əsas becərilməsi. Lavanda bitkisi təmiz
tarlalara
və torpağın becərilmə dərinliyinə xüsusilə tələbat göstərən
bitkidir. Yeni plantasiya salınacaq tarlalar vaxtında və diqqətlə hazır-
lanmalıdır. Sələf bitkisi yığıldıqdan sonra sahə diskli üzləyicilərlə 7-
8 sm dərinlikdə yumşaldılır (üzlənir). Alaqlara qarşı mübarizə tədbiri
164
kimi gavahınlı kotanla 10-12 sm dərinlikdə şumlama aparılır. Kökü
pöhrəli alaqlara qarşı 2,4 D amin duzu qrupundan olan herbisidlə
mübarizə aparılır.
Şumlamadan əvvəl hər hektara 35-40 ton peyin, 100-120 kq
azot, 100-120 kq fosfor, 40-60
kq kalium gübrəsi verilir. Plantaj
kotanı ilə 45-50 sm dərinlikdə şum aparılır. Sonra isə torpaq hamar-
lanır. Yazda və yayda herik kultivatoru ilə 3-4 dəfə kultivasiya aparı-
lır. Axırıncı kultivasiya çizellə (ağır kultivator) 25 sm dərinlikdə apa-
rılmalıdır.
Lavanda plantasiyası salmaqdan qabaq sahədə uzununa (hər
400-600 m-
dən bir) və eninə (hər 250 metrdən bir) yollar açılır.
Əkin. Lavanda bitkisini həm vegetativ həm də generativ yolla
çoxaltmaq olar. İstehsalatda vegetativ yolla - çilinglə çoxaltma geniş
yayılmışdır. O, həmçinin kolun bölünməsi yolu ilə, basdırılma üsulu
ilə də çoxaldıla bilər. Çilinglər 8-10 sm uzunluqda olmaqla sentyabr -
oktyabr aylarında 4-5 yaşlı ağac kollar üzərindəki birillik yarımodun-
laşmış budaqlardan kəsilir. Onları soyuq parnikdə 4-5 sm dərinlikdə
6 x 4 sm qida sahəsində basdırırlar. Lazım gəldikdə parnikin havası
dəyişdirilir, suvarılır alaqlara qarşı mübarizə aparılır və lazım olduq-
da qızdırılır. Yazda onlardan əmələ gəlmiş cücərtilərin hündürlüyü 4-
5 sm olduqda uclar
ı vurulur. İkinci dəfə 1,5 - 2 aydan sonra ucvurma
aparılır. Oktyabr ayında şitillər çıxarılır, sortlaşdırılıb əkmək üçün
göndərilir.
Lavanda şitilləri LPM - 4 markalı maşınla və yaxud əl ilə 1 x 0,5
m qida sahəsində əkilir. Şitil əkini zamanı onun kök boğazı torpağın
5-
6 sm dərinliyində qalmalıdır.
Hər bir şitil əkiləndə suvarılır və dibi 3-5 sm qalınlığında torpaq-
la doldurulur.
Əkinlərə qulluq. Payız əkinlərində yaz vaxtı cərgələrin eninə
çarpaz 6-
8 sm dərinliyində cərgəarası becərmə işləri aparılır. Lazım
gəldikdə bu iş təkrar edilir. Gövdələrin böyüməsini stimullaşdırmaq
üçün çiçəklər əmələ gələn zaman onları lavanda şitilləri kəsən PSL-
1,5 markalı maşınla kəsirlər. Payızda tarlada təmir işləri aparılır. Bu
məqsədlə hər hansı səbəbdən məhv olmuş bitkilərin yerinə standart
şitillər əkilir və cərgəaraları 12-15 sm dərinlikdə kultivasiya edilir.
165
Lavanda plantasiyaları ikinci il istismara verilir. İkinci və sonra-
kı illərdə plantasiyalara qulluq işləri cərgəaralarının becərilməsi,
herbisidlərin verilməsi və kəsimlərin aparılması işindən ibarətdir.
Birin
ci istismar ilində cərgələrin eninə çarpaz, sonrakı illərdə isə an-
caq uzununa becərmə işləri aparılır. Bunun üçün cərgə aralarının
ortaları 10-12 sm dərinliyində yumşaldılır. Müdafiə zolağına yaxın
isə 5-6 sm dərinlikdə yumşaldılır. Payızın sonunda cərgələrinin tor-
pağı 15-18 sm becərilir və iki ildə 1 dəfə simazin herbisidi (2,5-7,5
kq/ha) verilir. Yazda lavandanın bölünməsindən qabaq hektara 6 kq
hesabı ilə pirometrin verilir.
Məhsul verən plantasiyalarda torpağı yumşaq və alaqlardan tə-
miz saxlamaqla yanaşı hər il yığımdan sonra kolların budanması (qu-
ru və zədələnmiş budaqların kəsilməsi) aparılır. Bunun ardınca kollar
lavanda yığan LUM-2 “Krım” maşını ilə bir illik zoğların ½ kəsilir.
Adətən 6-7 ildən sonra kollar yaşlaşır, budaqların böyüməsi və
məhsuldarlığı azalır. Məhsuldarlığı bərpa etmək üçün kolların cavan-
laşdırılması aparılır. Bunun üçün payızın axırı və yaxud da yazın əv-
vəlində kollar aşağıdan KİR-1,5 və yaxud da POL-1 markalı maşın-
lar
la biçilir (kəsilir). Budaqlar yığıldıqdan sonra mineral gübrələr
veri
lir, cərgəaraları dərindən yumşaldılır və hektara 4 kq təsir edici
maddə hesabı ilə simazın verilir. Sonrakı 5-6 il ərzində növbəti
cavanlaşdırmağa qədər adi qulluq göstərilir. Hər il payızın axırında
lavanda azotlu fosforlu (N
60
P
60
) və yaxud da tam mineral gübrələrlə
(N
60
P
60
K
60
) gübrələnir. Gübrələri bitki qidalandırıcılarla tətbiq
edirlər.
Lavanda xəstəlik və zərərvericilərə zəif dərəcədə yoluxur. Ona
ən çox qamma sovkası, çəmən kəpənəyi, boz və yaşıl çəyirtkə, fır
nematodu, xəstəliklərdən isə kök çürüməsi ziyan vurur. Cırcırama və
başqa zərərvericiləri məhv etmək üçün vegetasiya müddətində
lavanda bitkisinə fosfamid (1-2 l/ha), septorioz xəstəliyinə qarşı mis
xloroksidin 0,4 % - li su
spenziyası və yaxud sineb (2,5 - 4 kq/ha)
çilənir.
Sənaye texnologiyası ilə becərilməsi. Lavanda becərmək üçün
sənaye texnologiyası işlənib hazırlanmış, əl əməyi tətbiq edilmədən
arası kəsilməz (konveyer üsulu ilə) yığım tətbiq edilir. Bu üsulda
166
əkin, qulluq və yığım üsulu da mexanikləşdirilmişdir ki, bu da çiçək
qrupu məhsuldarlığını hektardan 50 sen-ə, yağ çıxımını isə 45-50 kq-
a çatdırmağa imkan verir.
Lavandanın sənaye texnologiyası ilə becərilməsinin əsas həlqə-
ləri torpağın əsas becərilməsi, çoxillik alaqlardan təmizlənməsi, güb-
rələrin verilməsi və plantaj şumunun aparılmasıdır.
Əgər şum köhnə plantasiyada aparılacaqsa yığımdan sonra la-
van
danın yerüstü hissəsi torpaq səthindən 0-6 sm hündürlükdə biçilib
götürülür. Gələn ilin yazında, kökümsov gövdəli alaqlar kütləvi
cücərdikdə raundap herbisidi ilə 4,0-6,0 kq/ha normasında (başqa
herbisidlərlə də olar) çiləmə aparılır. Alaqlar məhv edildikdən 10-15
gün sonra mineral gübrələr (superfosfat 8 kq/ha) və peyin (40-60
ton/ha) verilir və sonra ППУ-50А markalı plantaj kotanı ilə 40-45 sm
şum aparılır. Aparılmış şum ЧКУ – 4М markalı qurğu ilə hamarlaş-
dırılır.
Mil kök sistemli sələf bitkilərindən sonra lavanda əkiləcəksə
məhsul yığıldıqdan sonra 5-6 sm dərinlikdə üzləmə aparılır. Alaqlar
kütləvi cücərdikdən 10-15 gün sonra raundap və ya onun analoqu
olan herbisidlərdən biri ilə çiləmə aparılır. Avqust ayında üzvi və mi-
ne
ral gübrələr səpilib dərhal da plantaj şumu aparılır və şum hamar-
lanır. Əgər plantaj şumu payızda aparılarsa, erkən yazda malalama
apa
rılır.
İstər köhnə lavanda sahəsində, istərsə də mil köklü sələf bitki-
lərindən sonra əkilən sahədə sonrakı torpaq becərmə işləri 1-2 dəfə
herbisid çilənməsi (2,4 D amin duzu 2,0 kq/ha) qanqal və birillik
alaq
ların rozetləri əmələ gəldikdə herik kultivatoru ilə 2-3 dəfə
kultivasiya və səpin qabağı dərin yumşaltma aparılır. Bu məqsədlə
əkinə 10-15 gün qalmış ЧКУ – 4М markalı qurğu ilə yumşaltma
aparılır. Əkin payızda oktyabr-noyabr aylarında aparılır.
Yığım. Lavanda bitkisi texniki yetişkənliyə 17-20 gün davam
edən çiçəkləmə fazasında çatır. Kolun üzərindəki çiçəklərin 50%-ə
yaxını açıldıqda lavanda yığımına başlanır. Yığım LUM-2 “Krım”
ma
şını ilə aparılır. Bu maşının kəsici alətləri elə nizamlanır ki, ancaq
bitki üzərindəki çiçəklər kəsilib götürülsün. Lavanda çiçəkləri təzə
halda emal edilir.
167
2. 9.
ADİ MƏRSİN
İstifadəsi. Mərsindən alınan efiryağları ətriyyat sənayesində isti-
fadə edilir. Yarpaqları və meyvələri Aralıq dənizi ölkələrinin məbəx-
lərində (kulinariyada) ədviyyə vasitəsi kimi işlədilir. Mərsini ət və
balıq şorbalarına, pörtlədilmiş mal və donuz ətlərinə, dəniz balıqları-
nın qaynadılmış ətlərinə əlavə edirlər.
Adi mərsin gözəl dekorativ bitkidir. Onun özünəməxsus gözəl
ətri və böyük fitonsid aktivliyi vardır. Mərsini otaq şəraitində də be-
cərmək olar.
Müalicəvi xüsusiyyətləri. Mərsindən alınan efir yağı rəngsiz və
ya yaşılımtıl-sarı rəngli maye olub, xoşagələn təravətli iyə və yan-
dırıcı dada malikdir. Bu yağın tərkibində α-pinen, dipekten, kamfen,
sineol, mirtenol, qeraniol, nerol, kamfor
a və aldehidlər vardır. Mər-
sinin yarpaqlarında qatranlar, aşı maddələri, zülal, acı maddələr və s.
vardır.
İtaliyada mərsinin yarpaqları mədə, qaraciyər və beyin xəstəlik-
lərində istifadə olunur. Bolqarıstan, Fransa və bir sıra başqa ölkələrdə
mərsinin efir yağı antiseptik, tonuslaşdırıcı və sdikqovucu vasitə kimi
məsləhət görülür. Onu xroniki bronxit, tonzilit, qanqrena (toxuma-
ların çürüməsi) ağciyər vərəminin ilkin fazasında, ürək və mədə
zəifliyində, bədən boşluğuna su yığılması (hidrosos, vadyanka), sidik
kisəsinin soyuqlaması, böyrək ləyənciyi və süzənək xəstəliklərində
də istifadə edirlər.
Xalq təbabətində meyvələri, yarpaqları və cavan budaqları isti-
fadə olunur. Yarpaqlarından hazırlanmış məlhəm (maz), toz (ovun-
tu), həlim, yaralarda, çibanlarda, yanıqlarda, gözdəki və qulaqdakı
irinli yaralarda, vərəmdə, xroniki bronxitdə, qanlı ishalda (dizen-
teriya), qanazlığı və bir çox başqa xəstəliklərdə istifadə edilir.
Yarpaqdan alınmış şirə (cövhər) sümük qırıqlarında bitişməni
sürətləndirmək üçün, meyvəsində alınan cövhər isə kəpək əleyhinə
vasitə kimi tətbiq edilir.
Mənşəyi və yayılması. Mərsinin vətəni Aralıq dənizi ölkələridir.
Yabanı halda Fransanın cənubunda, İspaniya, İtaliya, Əlcəzair, Kipr
və Kiçik Asiyada rast gəlinir. Onu dekorativ, ədviyyat və efiryağlı
168
bitki kimi bir sıra Qərbi Avropa ölkələrində, Hindistanda, Efiopi-
yada, Somalidə və b. ölkələrdə mədəni şəkildə becərilir. Mərsinin
qışa davamlığı zəif olduğundan geniş yayılmamışdır. Ən çox əkinləri
Krımın cənub sahil subtropik zonasında (Qruzufdan Forosa qədər),
Qafqazın Qara dəniz sahillərində (Soçidən Suxumiyə qədər) və Ab-
şeron yarımadasında (Mərdəkan) rast gəlinir. 1985-ci ildə nisbətən
qışa davamlı mərsin nümunələri yaradılmış və mədəni hala keçiril-
mişdir. Bu nümunələr yüksək dekorativ, aromatik və antimikrob
təsirlərə malikdir.
Botaniki xüsusiyyətləri. Adi mərsin ( Myrtus communis L.) 2
metrə qədər hündürlükdə həmişəyaşıl kol bitkisi olub mərsinkimilər
( Myrtaceae
) fəsiləsinə daxildir. Yarpaqları qarşı-qarşıya düzülmüş,
qa
lın qabıqlı, qısa saplaqlı, tünd yaşıl rənglidir. Çiçəkləri ağ rəngli,
xırda, ikicinsli olmaqla yarpaq qoltuqlarında tək-tək yerləşir. Çiçək
sap
lağı nazikdir
(r
əngli şəkil 35).
Meyvəsi dairəvi və ya yumurta-
varı (ellipisvari) formalı, noxud böyüklüyündə göyümtül-qara və ya
ağ rəngli giləmeyvədir. Hər meyvədə 15-ə qədər toxum əmələ gəlir
Bioloji xüsusiyyətləri. Mərsinin böyüməsində yaz-yay və yay-
payız dövrləri ayırd edilir. Birinci dövr Krımın cənub sahillərində
aprelin ikinci yarısında, mayın əvvəllərində başlayır və 15-20 iyulda
başa çatır. İkinci dövr isə avqustun axırları, sentyabrın əvvəllərində
başlayıb oktyabrda başa çatır. Mərsin həyatının üçüncü ilindən başla-
yaraq iyul ayında çiçəkləyir. Toxumları oktyabrın axırında yetişir. -
11-12
0
C qısamüddətli şaxtalara dözür. Bitkinin yerüstü hissəsi şaxta-
dan məhv olsa da yazda kök boğazından yenidən inkişaf edir.
Mərsin üzvi və mineral gübrələrə həssasdır. Yüngül qranulomet-
rik tərkibli torpaqlarda yaxşı bitir. Ağır gilli torpaqlara dözmür.
Çoxaldılması və aqrotexnikası. Mərsin toxumlarla və vegetativ
üsulla –
birillik zoğlardan hazırlanmış çilinglərlə çoxaldılır. Çiliklər
zoğun aşağı yarpaqlarının yerləşdiyi tumurcuqdan aşağı olmaqla kə-
silir. Çilik
üzərindəki yarpaqlar (yuxarıdakılardan başqa) əsasından
kəsilir. Yuxarıdakı yarpaqlar isə yarıdan kəsilib qısaldılır. Çilik ha-
zırlamağın və əkməyin ən yaxşı vaxtı iyulun axırı, avqustun əvvəli
budaq
ların yay böyüməsinin başa çatdığı vaxt hesab olunur. Çilikləri
vegetasiyanın sonunda da (noyabrın axırında) hazırlamaq olar. Çilik-
169
ləri istixanaya və ya parnikə 7-8 sm dərinlikdə 10 x 5 sm qida sahəsi
verməklə basdırılır.
Mərsin plantasiyası salmaq üçün gün düşən, soyuq şimal külək-
lərindən qorunan suvarılan sahələr ayrılır.
Torpağın hazırlanması 60-70 sm dərinlikdə plantaj şumunun
apa
rılmasından başlayır. Plantaj şumu altına 40-50 ton peyin, 500-
600 kq superfosfat, 200-
300 kq kalium gübrələri verilir. Yayda tor-
paq alaqlardan təmiz və yumşaq saxlanılmalıdır. Buna nail olmaq
üçün hektara 400 kq ammonium sulfat ver
ilir. Mərsin daimi yerinə
payızda (oktyabr-noyabr) və ya yazda (aprel) 2,5 x 1,0 metr qida sa-
həsi verilməklə əkilir.
Əkinlərdə sistematik olaraq 3-4 dəfə cərgəarası kultivasiya, 2-3
dəfə cərgələrdə alaqların vurulması və suvarma işləri aparılır. Payız-
da
dərin kultivasiya altına 400-500 kq/ha superfosfat, 200-300 kq/ha
kalium duzu verilir.
Dostları ilə paylaş: |