Botaniki t
əsviri. Xarici görünüşünə görə kamfora ağacını darçın
ağacı ilə tez-tez dəyişik salmaq olar. Bu ağacların ən əsas fərqi yar-
paq
larının iyindədir. Darçın ağacının yarpaqları yüngül və asan hiss
olunan darçın iyi, kamfora ağacının yarpaqları isə kəskin kamfora iyi
verir.
Darçın (cinnamomum) cinsinin təxminən 150-200 növmüxtəlif-
liyi vardır ki, onların əksəriyyəti şərqi Asiyada bitir. Onlarda çoxu
kam
fora ağacına bənzəyir.
K
amfora ağacı (cinnamomum camphora (L.) Nees et Eberm.)20-
50 metrə qədər hündürlükdə həmişəyaşıl ağac olub, çadırşəkilli çətir
əmələ gətirir. Gövdəsinin diametri 5 metrə qədər, möhkəm, qabığı
çox kobud, açıq və ya açıq-boz rəngli olub, üzərində şaquli (dikinə )
çapıqlar (yarıqlar) vardır. Cavan budaqları yaşıl, çılpaq və hamar
olur.
Tumurcuğu uzunsov-yumurtavari olub xırda yarpaqcıqlıdır.
Yar
paqları növbəli düzülüşlü, yumurtaşəkilli, bəzən ellipsvarı forma-
da, 7-10 sm uzunluqda, 4-
5 sm enində olmaqla, 2-3 sm uzunluqda
saplağı vardır. Yarpağı qalınqabıqlı, tam kənarlı, yuxarı hissələrdəki-
lərin kənarları iti, üstdən parlaq-yaşıl, alt tərəfdən açıq yaşıl və ya
göyümtraq (tünd göy) olmaqla üzərində çoxlu sayda efir yağı
yerlikləri vardır. Çiçək qrupu simoz - süpürgəvari olub yarpaq
qoltuqlarında və ya budaqların nəhayətində yerləşir. Çiçəkləri xırda,
4 mm diametrində sarımtıl, iki cinslidir. Çiçək yatağı qısa borucuqlu
190
və 6 bölümlü olub 3 dairədə yerləşən 9 erkəkciyi vardır. Həmçinin
4-
cü dairəni əmələ gətirən 3 staminodisi (şəkilini dəyişmiş erkəkciyi)
vardır. Dişiciyi dördyuvalı olub qapaqla açılır. Yumurtalığı bir yuva-
lı, bir yumurtacıqlıdır. Kamfora ağacı may-iyul aylarında çiçəkləyir.
Oktyabr-
Noyabr aylarında meyvə verir. Meyvəsi – şarşəkilli, tünd
göy və ya demək olar ki, qara rəngli 5-12 mm diametrində sulu,
aromatik ətli, çəyirdəkdir. Bir kiloqramında 1000-2400 meyvə olur.
40-
50 yaşlı bir ağacdan 30 kq-a qədər meyvə yığmaq olar
(r
əngli
şəkil 45).
Forma və növmüxtəliflikləri. Kamfora ağacı növlərinin bota-
niki təsviri onların coğrafi fərqlərinə əsasən aparılır. Kamfora ağacı-
nın növmüxtəliflikləri içərisində əsasən 3 növmüxtəlifliyi seçilir.
1.Tayvan kamforası ( Cinnamomum camphora ssp. formosana )
2.Yaponiya kamforası ( Cinnamomum camphora ssp. japonicum)
3
.Yeni Zelandiya kamforası ( Cinnamomum camphora ssp.
newzealanda)
Əhəmiyyəti və istifadəsi. Kamfora ağacının xırdalanmış odun-
ca
ğı, kökü və budaqlarından su baxarı vasitəsilə (distillə yolu ilə) efir
yağı çıxarılır. Bu yağ bir qədər qaldıqdan və soyuduqdan sonra 90%-
ə yaxın kamfora ayrılır. Distillə üsulu ilə alınmış xam efir yağı müx-
t
əlif tərkib hissələrinə (fraksiyalara) ayrılır. Bunlardan tərkibində
safrol olan q
əhvəyi, kamfora yağı texnikada, təbii tibbi kamfora tib-
d
ə, ağ kamfora yağı isə aromaterepiyada işlədilir. Kamfora yağı
(tibbi preparat) t
əbii kamforalı efir yağından çox kəskin fərqlənir.
Kamfora ağacının yarpaqları, meyvəsi və kamfora yağı onun psi-
xoaktiv hiss
ələri (orqanları) hesab edilir. Kamfora yağının daxilə
q
əbulu və dozası müxtəlifdir. Hesab olunur ki, 10 qr-a qədər kamfora
yaxşı məstedici effekt verir. Lakin, hər bir fərd üçün bu norma müx-
t
əlif təsirə malik ola bilər. 10-20 qram arasında kamfora qəbul etmək
ciddi z
əhərlənməyə səbəb ola bilər.
Hindistanda v
ə Nepalda kamfora yağı daha çox beteldən (qara
bib
ər) və badamdan (buxur) hazırlanan saqqızların tərkibinə stimul-
laşdırıcı kimi əlavə edilir.
Yaponiyada v
ə Cənubi Hindistanda kamfora ağacı dini ayinlər
za
manı yandırılan ətirli qatranın (buxurun, ladanın) əsas komponenti
191
hesab edilir. Kamfora v
ə kamfora yağı bu gün Amazon samanlarının
dini m
ərasimlərində də işlədilir. Yaponiyada kamfora dəfnəsindən
ənənəvi rəqs festivallarında ayin maskaları kəsilib düzəldilir.
Tibd
ə istifadəsi. Hələ çox qədim zamanlardan kamfora ağacı
Çin xalq t
əbabətində ən vacib dərman bitkisi kimi istifadə edilirdi.
Kamfora çox vacib v
ə əvəzedilməz dərman vasitəsidir. Kamforadan
müxt
əlif xəstəliklərin müalicəsində istifadə olunur. Çin dilində kam-
fora ağacından alınmış ağ rəngli ətirli qatran “ Əjdaha beyni” (quş
beyni) adı ilə adlandırılırdı. Bu qatran qədim zamanlardan baş ağrısı,
miqren v
ə babasil xəstəliklərinin dərmanı hesab olunurdu.
Çind
ə və Tibetdə kamfora dəfnəsi uzun müddətdə uzaq Şərqin
“d
ədə-babadan (əcdadlardan) qalmış dərman bitkisi” kimi qiymətlən-
dirilmişdir.
Nepalda kamfora stimullaşdırıcı kimi, həzm prosesini tezləşdi-
rici vasit
ə kimi istifadə olunur.
Ayurved (
ənənəvi Hindistan təbabəti) təbabətində (qədim san-
skrit dilind
ə “ ayus” - həyatın əhəmiyyəti, prinsipi, uzunluğu, “ veda”
- is
ə bilik deməkdir) kamfora yağı ürək zəifliyinində, öskürək, asma,
ür
əkkeçmə (qıc olma), diareya, və dizenteriya xəstəliklərinin müa-
lic
əsində istifadə edilirdi. Kamfora yağından tez- tez isteriya və nev-
roz zamanı sakitləşdirici vasitə kimi istifadə edirlər. Qərb təbabətində
kamfora yağı öskürək və soyuqdəymə əleyhinə əvəzedilməz vasitə
kimi istifad
ə olunur.
Kamfora v
ə kamfora yağı homeopatiya zamanı da sancılar və
qıcolmalar zamanın olduğu kimi həkimlərin təyinatı ilə istifadə oluna
bil
ər.
Kamfora ağacının bütün hissələrində kamfora yağı və tərkibində
seskviterpenl
ər (kamferenon, kamferenol və törəmə kamfora) olan
efir yağları vardır. Kamforanın və kamfora yağının konsentrasiyası
(qatılığı) kəskin dəyişilə bilər. Bəzi müəlliflər qeyd edirlər ki, müa-
lic
ə vasitəsi kimi bu ağacın qabığından istifadə olunur.
Kamfora ağacının yarpaqlarında 22,2% kamfora olur. Kamfora
ağacının tərkibində olan efir yağlarının tərkibi, bitmə yerindən, iq-
limd
ən və başqa amillərdən asılı olaraq dəyişilə bilir. Kamfora ağa-
cında olan efir yağlarının tərkibində təxminən bu maddələr: azulen,
192
bisabolol, kadinen, kamfen, pinen, a-kamforen, karvakrol, tsinelol
(
əsas komponent), n-tsimol, evqenol, laurolitsin (laurin tursusu), a-
limonen, ortoden, terpineol, safranol, safrol olur.
Safrol tez-tez v
ə çoxlu miqdarda rast olunur. Safrolun yüksək
konsentrasiyası ən çox kamfora ağacının köklərində rast gəlinir. Yar-
paqlarında da həmçinin yüksək miqdarda safrol olur.
Oduncağında (gövdəsində) seskviterpenlər və tsiklopentenonlar,
kökl
ərində isə laurolitsin və retukulin kimi alkaloidlər toplanır.
Toxumlarının tərkibində hər şeydən əvvəl taurin və yağlar olur
ki, bunların da tərkibi kokos yağının tərkibinə oxşayır.
Tibbi v
ə toksikoloji ədəbiyyatlarda dəfələrlə qeyd olunmuşdur
ki, kamforanın yüksək dozaları hallüsinasiyaya (qarabasmaya, gözə-
görünm
əyə) səbəb ola bilir. Daxilə 1,2 qr kamfora qəbul edildikdən
sonra b
ədəndə xoşagələn istilik hiss olunur və bu istilik yavaş-yavaş
bütün b
ədənə yayılır, ümumi əsəb sistemi stimullaşır, hərəkət etmək
ist
əyi yaranır, dəridə arabir sancmalar yaranır, xüsusi keflənmə
(s
ərxoşluq) hissi yaranır, sevinc - fərəh hissi oyanır, zehni həyəcan
hiss edilir.
Daxil
ə 2,4 qr kamfora qəbul edildikdən sonra isə hərəkətə güclü
t
ələbat hissi yaranır, ağıllı hərəkətlər etmək mümkün olmur, fərdi
d
ərk etmə hissi itirilir.
Kamforanın kefləndirici (məstedici) hissini alkoqol qəbulu ilə
müqayis
ə etmək olar. Yüksək miqdarda kamfora qəbulu öyümə və
qusmaya s
əbəb olur, mərkəzi sinir sisteminə təsir edir, baş gicəllən-
m
əyə, baş ağrısına, sərxoşluğa (alkoqoloun təsirinə oxşar), hiss olu-
nan yanılmalara, böyrək qıcıqlanmalarına və sayıqlamalara səbəb
olur. Kamfora müt
əmadi olaraq qəbul edildikdə ondan asılılıq yaranır
ki, bu da t
əhlükəli hesab edilir.
Kamfora o birl
əşmələrdən hesab olunur ki, onu asanlıqla sintez-
l
əşdirmək olar. Məhz elə bu səbəbə görədir ki, bu gün bazarda yalnız
sintetik kamfora t
əklif edilir. Buradan da belə bir mübahisəli sual
yara
nır. Sintetik kamforanın tərkibində yüksək keyfiyyətli, təbii
kamfora varmı?
Kamfora yağı leqal (açıq) məhsul hesab edilir və bütün dünya
üçün
əlçatandır. Lakin, qeyd etmək lazımdır ki, bu gün xüsusi rəsmi
193
mağazalarda, aptek və xəstəxanalarda satılan kamfora yağının tərki-
bind
ə təbii (natural) kamfora yoxdur.
Yaşıllaşıdrmada istifadəsi. Hündürboylu, həmişəyaşıl ağac
oldu
ğuna görə Rusiyanın nəmişli-subtropik rayonlarının bağ və
parklarının yaşıllaşdırılmasında, meşə və meşə mühafizə əkinləri
üçün çox böyük əhəmiyyət kəsb edir.
Bağlarda tək-tək və qrup halında əkilir. Yol kənarlarında və
küçələrdə alleya və canlı çəpər yaratmaq üçün yararlıdır.
Uc hissələri kəsildikdə çox yaxşı və tez böyüdüyündən qol-
budağı vurulan (biçilən) yaşıllaışdırma işlərində geniş istifadə edilir.
Oduncağından istifadə. Kamfora ağacının oduncağı elə də
yüksək mexaniki xüsusiyyətləri ilə seçilmir. Lakin onun çox gözəl
sarımtıl-qəhvəyi rəngi və xoşagələn kamfora ətri uzun müddət qalır.
Bioloji zərərvericilərə davamlıdır və praktiki olaraq həşəratlarla zə-
dələnmir. Çində mebel hazırlığında xüsusən də yeşik və sandıq hazır-
lanmas
ında çox geniş istifadə edilir. Ondan həmçinin sandıqçalar,
yelpiklər və muncuqlar da hazırlanır.
Qədim Çin imperatorluğunda kamfora ağacı ciddi qorunurdu.
Onun özbaşına kəsilməsi ölümlə cəzalandırılırdı. Ona görə də onun
oduncağı istər daxili bazarda, istərsə də Avropa bazarında çox yük-
sək qiymətləndirilirdi.
Əvvəllər tibdə geniş istifadə olunan kamfora yağı əldə etmək
üçün çoxlu miqdarda ağac kəsilirdi. Bu gün isə istifadə olunan kam-
fora yağının demək olar ki, hamısı sintetikdir. Kamfora ağacının yon-
qarından (talaşasından) və taxta kəpəyindən əvvəlki kimi yenə də
kamfora yağı alınır.
Əkilməsi, becərilməsi və qulluq işləri. Kamfora ağacını toxu-
mu, zoğu, budağı və kökümsovu ilə çoxaltmaq olar. Kəsilmiş budağı
t
ərkibində kamfora çox olmasına baxmayaraq nadir hallarda sərbəst
kök
əmələ gətirir.
Toxumları ilə çox asan çoxalır. Lakin, toxumdan əmələ gəlmiş
ağacın ömrü 20-23 il olur. Cavan ağacın toxumu isə yaxşı cücərti və
məhsul vermir. Kamforanın yalnız təzə toxumları cücərmə qabiliy-
yətli olur. Əkilmiş toxumların cücərmə dövrü təxminən 90 günə bə-
ra
bərdir. Cavan cücərti 6 aylıq olandan sonra onu kəsmək və başqa
194
yerə əkmək olar. 30 yaşdan yuxarı olan ağacların tərkibində daha
yük
sək konsentrasiyada (qatılıqda) kamfora yağı və kamfora olur.
Tropikl
ərdə (Şri-Lanka, Hindistan) kamfora ağacı il ərzində
1,2-
1,8 metr, yağmurlu yerlərdə isə 1,14-3,68 metr böyüyə bilir.
Kamfora ağacı şimal regionlarında bitmir, onu həmçinin otaq
şəraitində də becərmək olmur. Kamfora darçını (kamfora ağacı) 50 :
50 nisb
ətində hazırlanmış çimli torpaq və yarpaq qarışığında bitir.
Bitki
əkilən yerə mütləq gün düşməlidir. Tez-tez və bolluca suvarıl-
malıdır. Kamfora becərmək üçün məsləhət görülən ən aşağı tempe-
ratur 10
0
C-dir. Y
əni bu bitki 10
0
C-d
ən yuxarı temperatur şəraiti
olan yerl
ərdə becərilməlidir.
Kamfora ağacı əsasən toxumları ilə (20-23 yaşı olan ağaclardan
yığılmış toxumları) və yaxud çilikləri ilə çoxaldılır. Bitkini hər 2
h
əftədən bir gübrələmək məsləhət görülür. Bitkinin ildə 1 dəfə, 5-6
ild
ən sonra isə 2 ildə bir dəfə yerini dəyişmək (başqa yerə köçürmək)
lazımdır.
2. 17.
MİXƏK AĞACI
Əhəmiyyəti. Mixək çox qiyməli efir yağlı bitkidir. Onun çiçək -
l
ərindən həm yeyinti sənayesində ətirli ədviyyə, həm də müalicə
əhəmiyyətli dərman kimi çox qədimdən istifadə olunur. Xüsusən
Misird
ə, Çində, Romada mixək daha qədimdən istifadə edilir.
M
əlumdur ki, VI əsrdə Aleksandr Trallianus (525 - 605) və digər Ro-
ma h
əkimləri mixəkdən müalicə məqsədilə istifadə etmişlər.
Mix
ək ağızdan gələn pis qoxunu aradan qaldırır, diş ağrısını
azal
dır (bir dənə mixək dişləyin və ağrıyan dişin üzərinə qoyun), da -
maq
ların vəziyyətini yaxşılaşdırır. Mixək diş ağrıları zamanı da mik -
rob
əleyhinə və ağrı kəsici dərman kimi istifadə edilir. Qədim zaman -
larda, h
ələ diş fırçaları və diş məcunları kəşf olunmamışdan qabaq
Çin etiketind
ə belə bir adət varmış ki, imperatorun qəbulunda olanlar
v
ə onun qarşısında nitq söyləyənlər qabaqcadan mixək çeynəyərlər -
miş ki, nəfəsləri ətirli olsun.
Mix
ək ətriyyat sənayesində bahalı ətir və odekolonların tərkibin -
d
ə geniş istifadə olunur. Hazırda mixəyin qönçələrindən ədviyyə
kimi istifad
ə edilir. Mixəyin kəskin iyi, xoş ətri vardır. Dadı büzüş -
195
dürücü v
ə ədviyyəlidir. Meyvəsinin uzununa kəsiyinə lupa vasi -
t
əsilə baxsaq, orada efir yağı ilə dolu iri dairələr görərik. Efir yağı ilə
dolu bel
ə dairə şəkilli kisələr çiçək yatağının silindrvari hüceyrə -
l
ərinin kənar hissələrində daha çoxdur. Mixək qida və şirniyyatların
bi
şirilməsi zamanı da istifadə olunur, çaya əlavə olunduqda çaya
qeyri-adi dad v
ə ətir verir (18).
Mixəyi başqa ədviyyatlarla birlikdə toyuq və balıq məhsulları-
nın, kolbasaların, şirin marinadların kökə və pryaniklərin hazırlanma-
sında da istifadə edirlər. Əti saxlamaq üçün qaynadılmış ətin üstünə
mixək (bir ədəd) qoyduqda onu 24 saat xarab olmadan saxlayır. Mi -
xək iştahanı artırır, həzmi yaxşılaşdırır və antiseptik (mikrob əley -
hinə) təsir göstərir. Onu mürəbbələrə əlavə etdikdə mürəbbəyə yaxşı
ətir və dad verir.
Mığmığaları və güvələri ürkütmək (qovmaq) üçün portağal (Cit-
rus sinensis
) meyvəsinin içinin mixəklə doldururlar.
Mixəyin yağı da tibdə və kosmetologiyada geniş istifadə olunur.
Mixək yağından müasir aromaterapiyada da (ətirli müalicə) çox ge -
niş istifadə olunur. Bəzən mixək yağı dermatomikozu (dəri xəstəliyi)
dayandırmaq üçün də tətbiq edilir.
Mixək yağı tütünçülük, ətriyyat kosmetika və əczaçılıq sənaye -
lərində də istifadə edilir. İndoneziyada mixəyi tütünə qatırlar və is -
teh
sal olunan məhsulun demək olar ki , yarısı (50%-i) bu işə sərf olu -
nur.
Mixək yağını ağız yaxalayıcılarının, saqqızların tərkibinə əlavə
edir
lər. Tərkibindəki efir yağı və kariofillen ona tünd yandırıcı, ətirli
dad verir. Mixək yağınından alınan evqenoldan vanilin əldə olunur.
Müalic
əvi xüsusiyyətləri. Təbabətdə mixəyin efir yağından və
onun
əsas tərkib hissəsi olan evqenoldan xəstə dişin müalicəsində,
onun iltihabını aradan qaldıran, dezinfeksiya edən və ağrıkəsən dər -
man kimi istifad
ə olunur. Mixək B qrupu vitaminləri ilə zəngin oldu -
ğuna görə sinir sistemi üçün çox xeyirlidir. Bundan əlavə mixək ka -
lium, kalsium, mis, fosfor, d
əmir, selen, sink, maqnezium və s. kimi
mikro v
ə makroelementlərlə də zəngindir. Bu zəngin tərkibinə görə
mix
ək bütün insan orqanizminə çox müsbət təsir edir. Mixək əsəb
sistemini sakitl
əşdirir, psixiki gərginliyi aradan qaldırır, beyinin fəa -
196
liyy
ətini və yaddaşı yaxşılaşdırır. Mixək qan təzyiqi yüksək və gic -
gah
larında şiddətli ağrılar olan xəstələrə kömək edir. Mixək anti -
septik v
ə bakteriyalar əleyhinə, ağrısızlaşdıran, yarasağaldan təsirə
malikdir.
Mix
ək mədə-bağırsaq sisteminə də çox yaxşı təsir edir. Belə ki,
o h
əzm şirələrinin ifrazını, iştahanı artırır, həzm prosesləri tənzim -
l
əyir. Bu ədviyyat kolit, bağırsaq köpü, diareya (ishal) müalicəsi za -
manı geniş istifadə olunur. Lakin, mədə və 12 barmaq bağırsağın xo -
ra x
əstəlikləri, hipertoniya zamanı bu ədviyyatdan tez-tez istifadə et -
m
ək tövsiyə edilmir.
Mix
ək antikanserogen (xərçəng əleyhinə) təsirinə malikdir. Elmi
araşdırmalar nəticəsində sübut olunub ki, mixək xərçəng hüceyrələ -
rin inkişafını tormozlayır.
Bu
ədviyyat şəkərli diabet, insult və infarkt kimi ağır xəstəliklə -
rin profilaktikası zamanı da istifadə olunur.
Mix
ək dərinin vəziyyətini və görməni yaxşılaşdırır, immun və
ür
ək-damar sistemini möhkəmləndirir. Mixək yağı soyuqdəymə, ös -
kür
ək, zökəm zamanı xəstəyə kömək edir.
Bir çox qadınları gözlərin altında əmələ gələn şişlər narahat edir.
Bu şişlərlə mübarizə etmək üçün bir neçə ədəd mixək qaynar suda
d
əmlənir, soyudulur və islatmalar edilir.
Qan t
əzyiqi yüksək olduqda 15 ədəd mixək götürüb axşam 300
ml isti (39
0
C) suya qoyub, s
əhər içmək olar.
Qrip xəstəliyi zamanı 1 stəkan yaxşı saxlanmış qırmızı şərab, 5
ədəd mixək, 1 çay qaşığı darçın, 3 yumru qara istiot, bir dilim limon,
portağal (Citrus sinensis) və alma qabığı, 3 qaşıq şəkər tozu götürüb
ağzı örtülü qabda zəif odda 10 dəqiqə qaynadırlar. Bu məhluldan
38,5
0
C və daha yüksək qızdırması olan xəstələrə verirlər.
Çin t
əbabəti mixəyi yaddaşın zəifləməsi və itirilməsi zamanı,
habel
ə prostat adenoması və impotensiya zamanı işlətməyi tövsiyə
edir (18).
Mix
əkdən müntəzəm (daim) istifadə edildikdə o özünün bütün
faydalı xüsusiyyətlərini insana bəxş edir.
Botaniki təsviri. Mixək ağacı (Syzygium aromaticum (L.) Merill
et L. M. Perry. (Caryophyllus aromaticus) Murtaceae
(mərsinkimi-
197
lər) [qərənfilçiçəklilər-Caryophyllaceae] fəsiləsinə daxil olan 20 m-ə
qədər hündürlükdə yuxarı hissəsi piramida formalı, sıx kölgəlik əmə-
lə gətirən həmişəyaşıl ağacdır (rəngli şəkil 46-48). Syzygium cinsinin
400-
ə qədər növü vardır (ədəbiyyatlarda bu bitkinin bir çox adları
(sinonim
adları) mövcuddur: Саrуophyllus aromaticus L., Eugenia
caryophylla Thunb., Eugenia caryophyllus (C.Spreng.), Eugenia aro-
matica (L.) Baill.,
nadir hallarda isə Myrthus caryophyllus Spreng.,
Jambosa caryophyllus (Spreng.(Nied.)
kimi adlarına rast gəlinir.
Gövdəsi budaqlanandır. Çoxlu sayda yan budaqlar əmələ gətirir.
Budaqları boz rənglidir. Yarpaqları yumurtavarı və ya uzunsov-ellips
formalı, tam kənarlı, qarşı-qarşıya düzülən, 6-8 sm (12 sm-ə qədər)
uzunluqda, 2-
4 sm enlilikdə, üst tərəfi tünd-yaşıl rəngli olmaqla, ha-
mar və qalındır. Yarpaqların üst tərəfində yağ vəziləri vardır. Cavan
yaşlarında ətirli olur. Çiçəkləri xırdadır, bir neçə ədəd (4 ədəd) ol-
maq
la salxım və yaxud budaqların nəhayətində yarımçətir (mürəkkəb
çətir) formalı çiçək qrupunda toplanmışdır. Çiçəyin tacı ağ, çəhrayı
və ya qırmızımtıl rəngli ləçəkllərdən təşkil olunmuşdur. Çiçək
açıldıqdan sonra ləçəklər tökülür. Çiçək yatağı qırmızı rənglidir.
Kasacığı 4 kasa yarpağından ibarət olmaqla aşağı hissədən birləşərək
boru əmələ gətirir. Yumurtalığı çiçək yatağında yerləşməklə tünd
qırmızı (purpur) rənglidir. Erkəkcikləri çoxsaylı olub, aşağı hissədə
bitişikdir. Tozcuqlarının sayı çoxdur. Meyvələri 2,5 sm uzunluğu, 1
sm qalınlığı, 1,2 sm diametri olan, tünd-qırmızı (purpur, al-qırmızı)
rəngli, yumurta və ya uzunsov formalı giləmeyvədir (yalançı gilə-
mey
və). İçərisində bir və ya iki ədəd toxumu olur. Ədviyyə hissəsi
yetişməmiş qurudulmuş qönçələri hesab olunur. Qönçələrinin kəskin
ətri (aromatı) və yandırıcı-acı dadı vardır. Qönçələrinin forması xırda
mıxa (mismara) oxşadığına görə ona bu ad verilmişdir. Qönçələr 1,0-
1,6 sm uzunluqda olur.
Toxumları iyul-sentyabr aylarında yetişir və
yığıldıqdan bir həftə sonra cücərmə qabiliyyətini itirir. Bitkinin bütün
hissələrində efir yağı daşıyan yerliklər (toxumalar) olur (111).
Yayılması. Mixək ağacı il ərzində 1500-2500 mm yağıntı dü-
şən, dəniz səviyyəsindən 900 metrə qədər yüksəkliyi olan, isti və
nəm iqlim şəraiti olan yerlərdə yayılmışdır. Bu bitki üçün isti və nəm
ekvatorial -
musson iqlimi daha əlverişlidir. Mixək ağacının geniş
198
ya
yıldığı Pemba və Zənzibarda (Tanzaniyanın adaları) orta gündəlik
temperatur 26
0
C-
yə yaxın olmaqla nəmli və quraqlıq illərdə 22
0
C-
dən 33
0
C-
yə qədər dəyişir. Yağıntıların illik miqdarı 1500-2000 mm
arasında olmaqla ən çox iki müddətdə -- aprel-may və noyabr-dekabr
aylarında demək olar ki, eyni miqdarda düşür.
Mənşəyi. Mixəyin vətəni Şərq yarımkürəsinin tropik əraziləri -
Moluk adaları və cənubi Filippin hesab edilir. Mədəni halda tropik
ölkələrdə İndoneziya, Hindistan, Şri-Lanka, Malayziya, Qvineyada,
Madaqaskarda, Afrikanın şərq sahillərindəki adalarda (Zənzibar və
b.), Braziliyada və cənubi-şərqi Asiyanın başqa adalarında becərilir.
Pemba adasında mixək ağacı, ada ərazisinin böyük bir hissəsini tutur.
Hətta qısa müddət ərzində (1963-1964-cü illər) mövcud olmuş Zən-
zibar və Pemba sultanlığının dövlət bayrağında da 2 ədəd mixək qön-
çəsi təsvir edilmişdir.
Mixək bitkisinin adı hələ yeni eradan 1500-1600 il əvvəl ənənəvi
Hind təbabəti sistemi olan Ayurveddə çəkilmişdir (ayu- həyatın əhə-
miyyəti, həyat prinsipi, uzun ömür, veda - bilik deməkdir).O zaman
onu revmatik ağrılar və işyaz zamanı, həmçinin bakteriya və parazit
əleyhinə vasitə kimi işlədirmişlər. Mixək Çin imperatorluğu və “əd-
vi
yyat adasında” 2500-il dən artıq müddətdə ticarət (alış-veriş)
obyekti hesab edilmişdir. O, əsasən dərman bitkisi kimi qiymətləndi-
rilirdi.
Bəzən isə onu nəfəsi təravətləndirici kimi istifadə edirdilər.
Mi
xək çeynəməmiş imperator sarayına daxil olmaq nəzakətsizlik sa-
yılırdı. Ondan daha çox diş ağrıları zamanı istifadə edirdilər.
Mix
ək Avropada, xüsusilə Aralıq dənizi ölkələrində hələ xris-
tianlığa qədərki vaxtlardan məlum idi. Roma imperatorluğu zamanı
mix
ək Seylon adalarından keçməklə Qırmızı dənizlə Aleksandriya
(İsgəndəriyyə) və Kanstantinopola (Türkiyənin İstanbul şəhəri 1453-
1930-cu ill
ərdə belə adlanırdı) Malayziyadan gətirilmişdir. O da mə-
lumdur ki, imperator Konstantin Roma papası I Silvestrə çox qiy-
m
ətli və bahalı hədiyə kimi bir neçə mixək hədiyə etmişdir. Mixəyin
Almaniyaya g
ətirilməsi (973-cü ildə) birinci növbədə ərəbistanlı tacir
v
ə həkim olan İbrahim İbn Yaqubu yada salır. O, bazarda satılan
ədviyyatlar içində çox yaxşı tanıdığı mixəyi görəndə təəccübünü
199
gizl
ədə bilməmişdir. Xildeqard von Binqen (1098-1179) öz yazıla -
rında mixəyi dərman bitkisi kimi təsvir etmişdir.
Nübar H
əkimova qeyd edir ki, İtaliya dəniz səyyahı Fernan Ma-
gel
lan ekspedisiyasının ştatdankənar əməkdaşı olmuş Antanino
Piqafet (1491-1531) ekspe
disiya jurnalında (1521-ci ildə) mixək
bitkisi haqqında məlumat vermiş, bu bitkiyə birinci dəfə Moluk
adalarında rast gəldiklərini qeyd etmişdir (17).
Portuqaliyalılar və Hollandiyalılar ədviyyə bitkiləri bitən ərazi-
lərdə ticarət monopoliyasına sahib olmaq uğrunda canlı döyüşlər
aparmışlar. Hollandiyalılar XVII əsrə qədər mixək satışı üzrə mono-
poli
yanı öz əllərində saxlaya bilmişlər. Fransızlar da bu sahədə öz
bizneslərini yaratmaq istəmiş və 1772-ci ildə Reyunonda (Reyunon
Afri
kanın şərqində adadır), 1786-cı ildə Fransa Qvianasında (Cənubi
Amerikanın şimal-şərqində, Atlantik okeanı sahilində yerləşir),1827-
ci ildə isə Madaqaskarda mixək plantasiyaları salınmışdır.
Uzaq şərqdə və Hindistanda bu ədviyyə ilə çox qədim zaman-
lardan tanış olmuşlar. Çinlilər onu hələ II minillikdən əvvəl IV yüzil-
likdə Moluk adalarından gətirmişdir. Mixək əsrlərlə diş ağrıları za-
ma
nı və nəfəs təravətləndirici kimi istifadə olunmuşdur. Avropaya V
əsrdə tacirlər tərəfindən Aleksandriyadan (İsgəndəriyyədən) gətiril-
mişdir. Artıq IX əsrdə mixək imkanlı ailələrin ən dəbdə olan ədviy-
yəsi hesab olunurdu.
Mixək ağacının necə bitdiyini görən ilk avropalı təbiətşünas ta-
cir Marko Polo (XIII əsr) olmuşdur. Manuel Vasko da Qama (1469 -
1524)
Moluk adalarını kəşf edəndə ərəblər ədviyyat satışı üzərin-
dəki monopoliyalarını itirdilər. Onları portuqaliyalılar, sonra isə
XVII əsrdən başlayaraq XVIII-XIX əsrlərə qədər Hollandiyalılar
əvəz edərək Moluk adalarının hesabına dünya ölkələrinin mixəyə tə-
ləbatını ödəməyə başladılar.
Yalnız 1770-ci ildə Fransızlara bu bitkinin sirlərini açmaq nəsib ol -
du. Bu bitkinin toxumlarını başqa yerə aparmaq qəti qadağan idi və
ölüml
ə cəzalandırılırdı. Buna baxmayaraq fransızlar Mavriki və Re -
yu
non adalarında mixək plantasiyaları sala bildilər (81).
Avropada mixək ağacını ilk dəfə təsvir edən tanınmış italiyalı
ya
zıçı Pliniy olmuşdur. Amma bu bitkinin harada bitdiyini Avropa-
200
lılar uzun müddət bilməmişlər. Onlar mixəyi ərəblərdən, ərəblər in-
duslardan,
induslar isə Seylon tacirlərindən almışlar. Yalnız 1511-ci
ildə bəxti gətirən bir nəfər portuqaliyalı Fransisko Serrao təkbaşına
Moluk adalarında mixək bitən yerə gedib çıxa bildi. XVI əsrin
axırında hollandlar ədviyyəli bitkilər bitən bütün adaları öz əllərində
saxlayırdılar. Onlar mixək ağacını çoxda böyük olmayan iki adada
becərir, yaxşı mühafizə edir (qoruyur) və yığımına ciddi nəzarət edir -
dilə r. Başqa adalarda bitən mixək ağacları isə amansızcasına qırıl -
mışdı. Amma hollandların monopoliyası uzun müddət davam edə bil -
mədi.
1769-cu
ildə fransalı Pyer Puavr (1719-1786) gizlicə onu gözlə -
yən ölüm cəzasına və təhlükəyə baxmayaraq iki kiçik gəmidə mixək
toxumunu gətirdi və Martinik, Reyunon və Kayen adalarında mixək
plantasiyaları salındı.
Dostları ilə paylaş: |