H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 5,34 Mb.
Pdf görüntüsü
səhifə18/19
tarix01.01.2017
ölçüsü5,34 Mb.
#4145
1   ...   11   12   13   14   15   16   17   18   19

Botaniki t
əsviri. Xarici görünüşünə görə kamfora ağacını darçın 
ağacı ilə tez-tez dəyişik salmaq olar. Bu ağacların ən əsas fərqi yar-
paq
larının iyindədir. Darçın ağacının yarpaqları  yüngül və asan hiss 
olunan darçın iyi, kamfora ağacının yarpaqları isə kəskin kamfora iyi 
verir. 
Darçın (cinnamomum) cinsinin təxminən 150-200 növmüxtəlif-
liyi  vardır  ki,  onların  əksəriyyəti  şərqi Asiyada bitir. Onlarda çoxu 
kam
fora ağacına bənzəyir. 
K
amfora ağacı (cinnamomum camphora (L.) Nees et Eberm.)20-
50 metrə qədər hündürlükdə həmişəyaşıl ağac olub, çadırşəkilli çətir 
əmələ  gətirir. Gövdəsinin diametri  5 metrə qədər, möhkəm, qabığı 
çox kobud, açıq və ya  açıq-boz rəngli olub, üzərində şaquli (dikinə ) 
çapıqlar  (yarıqlar)  vardır.  Cavan  budaqları  yaşıl,  çılpaq  və  hamar 
olur. 
Tumurcuğu  uzunsov-yumurtavari  olub  xırda  yarpaqcıqlıdır. 
Yar
paqları növbəli düzülüşlü, yumurtaşəkilli, bəzən ellipsvarı forma-
da, 7-10 sm uzunluqda, 4-
5  sm  enində  olmaqla, 2-3 sm uzunluqda 
saplağı vardır. Yarpağı qalınqabıqlı, tam kənarlı, yuxarı hissələrdəki-
lərin  kənarları  iti,  üstdən  parlaq-yaşıl,  alt  tərəfdən  açıq  yaşıl  və  ya 
göyümtraq  (tünd  göy)  olmaqla  üzərində  çoxlu  sayda  efir  yağı 
yerlikləri  vardır.  Çiçək  qrupu  simoz  -  süpürgəvari olub yarpaq 
qoltuqlarında və ya budaqların nəhayətində yerləşir. Çiçəkləri xırda, 
4 mm diametrində sarımtıl, iki cinslidir. Çiçək yatağı qısa borucuqlu 

190 
 
və 6 bölümlü olub 3 dairədə yerləşən 9   erkəkciyi vardır. Həmçinin 
4-
cü dairəni əmələ gətirən 3 staminodisi (şəkilini dəyişmiş erkəkciyi) 
vardır.  Dişiciyi dördyuvalı olub qapaqla açılır. Yumurtalığı bir yuva-
lı, bir yumurtacıqlıdır. Kamfora ağacı may-iyul aylarında çiçəkləyir. 
Oktyabr-
Noyabr  aylarında  meyvə  verir.  Meyvəsi  –  şarşəkilli,  tünd 
göy  və  ya  demək  olar  ki,  qara  rəngli  5-12  mm  diametrində  sulu, 
aromatik ətli, çəyirdəkdir. Bir kiloqramında 1000-2400 meyvə olur. 
40-
50  yaşlı  bir  ağacdan  30  kq-a  qədər  meyvə  yığmaq olar 
(r
əngli 
şəkil 45).
   
Forma  və  növmüxtəliflikləri.  Kamfora  ağacı  növlərinin  bota-
niki təsviri onların coğrafi fərqlərinə əsasən aparılır. Kamfora ağacı-
nın növmüxtəliflikləri içərisində əsasən 3 növmüxtəlifliyi seçilir. 
1.Tayvan kamforası (Cinnamomum camphora ssp. formosana ) 
2.Yaponiya kamforası (Cinnamomum camphora ssp. japonicum
3
.Yeni  Zelandiya  kamforası  (Cinnamomum camphora ssp. 
newzealanda)  
Əhəmiyyəti və istifadəsi.  Kamfora ağacının xırdalanmış odun-
ca
ğı, kökü və budaqlarından su baxarı vasitəsilə (distillə yolu ilə) efir 
yağı çıxarılır. Bu yağ bir qədər qaldıqdan və soyuduqdan sonra 90%-
ə yaxın kamfora ayrılır. Distillə üsulu ilə alınmış xam efir yağı müx-
t
əlif tərkib hissələrinə  (fraksiyalara)  ayrılır.  Bunlardan  tərkibində 
safrol olan q
əhvəyi, kamfora yağı  texnikada, təbii tibbi kamfora tib-
d
ə,  ağ  kamfora  yağı  isə  aromaterepiyada  işlədilir.  Kamfora  yağı 
(tibbi preparat) t
əbii kamforalı efir yağından çox kəskin fərqlənir.
 
Kamfora ağacının yarpaqları, meyvəsi və kamfora yağı onun psi-
xoaktiv hiss
ələri  (orqanları)  hesab  edilir.  Kamfora  yağının  daxilə 
q
əbulu və dozası müxtəlifdir. Hesab olunur ki, 10 qr-a qədər kamfora 
yaxşı məstedici effekt verir. Lakin, hər bir fərd üçün bu norma müx-
t
əlif  təsirə malik ola bilər. 10-20 qram arasında kamfora qəbul etmək 
ciddi z
əhərlənməyə səbəb ola bilər. 
Hindistanda v
ə  Nepalda  kamfora  yağı  daha çox beteldən (qara 
bib
ər) və badamdan (buxur) hazırlanan saqqızların tərkibinə stimul-
laşdırıcı kimi əlavə edilir. 
Yaponiyada v
ə  Cənubi  Hindistanda  kamfora  ağacı  dini  ayinlər 
za
manı yandırılan ətirli qatranın (buxurun, ladanın) əsas komponenti 

191 
 
hesab edilir. Kamfora v
ə kamfora yağı bu gün Amazon samanlarının 
dini m
ərasimlərində  də  işlədilir. Yaponiyada kamfora dəfnəsindən 
ənənəvi rəqs festivallarında ayin maskaları kəsilib düzəldilir. 
Tibd
ə  istifadəsi.  Hələ  çox qədim  zamanlardan  kamfora  ağacı 
Çin xalq t
əbabətində  ən vacib dərman bitkisi kimi istifadə  edilirdi. 
Kamfora çox vacib v
ə əvəzedilməz dərman vasitəsidir. Kamforadan 
müxt
əlif xəstəliklərin müalicəsində istifadə olunur. Çin dilində kam-
fora  ağacından  alınmış  ağ  rəngli  ətirli qatran “Əjdaha beyni” (quş 
beyni) adı ilə adlandırılırdı. Bu qatran qədim zamanlardan baş ağrısı, 
miqren v
ə babasil xəstəliklərinin dərmanı hesab olunurdu. 
Çind
ə  və Tibetdə kamfora dəfnəsi uzun müddətdə uzaq Şərqin 
“d
ədə-babadan (əcdadlardan) qalmış dərman bitkisi” kimi qiymətlən-
dirilmişdir. 
Nepalda  kamfora  stimullaşdırıcı  kimi,  həzm prosesini tezləşdi-
rici vasit
ə kimi istifadə olunur. 
 Ayurved  (
ənənəvi Hindistan təbabəti)  təbabətində (qədim san-
skrit dilind
ə “ayus” - həyatın əhəmiyyəti, prinsipi, uzunluğu, “veda” 
- is
ə bilik deməkdir) kamfora yağı ürək zəifliyinində, öskürək, asma, 
ür
əkkeçmə  (qıc  olma),  diareya,  və  dizenteriya xəstəliklərinin müa-
lic
əsində istifadə edilirdi. Kamfora yağından tez- tez isteriya və nev-
roz zamanı sakitləşdirici vasitə kimi istifadə edirlər. Qərb təbabətində 
kamfora  yağı  öskürək və  soyuqdəymə  əleyhinə  əvəzedilməz vasitə 
kimi istifad
ə olunur. 
Kamfora v
ə  kamfora  yağı  homeopatiya  zamanı  da  sancılar  və 
qıcolmalar zamanın olduğu kimi həkimlərin təyinatı ilə istifadə oluna 
bil
ər. 
Kamfora ağacının bütün hissələrində kamfora yağı və tərkibində 
seskviterpenl
ər (kamferenon, kamferenol və  törəmə  kamfora) olan 
efir  yağları  vardır.  Kamforanın  və  kamfora  yağının  konsentrasiyası 
(qatılığı) kəskin dəyişilə bilər. Bəzi müəlliflər qeyd edirlər ki, müa-
lic
ə vasitəsi kimi bu ağacın qabığından istifadə olunur. 
Kamfora  ağacının  yarpaqlarında  22,2%  kamfora  olur.  Kamfora 
ağacının  tərkibində  olan  efir  yağlarının  tərkibi, bitmə  yerindən, iq-
limd
ən və başqa amillərdən asılı olaraq dəyişilə bilir. Kamfora ağa-
cında olan efir yağlarının tərkibində təxminən bu maddələr: azulen, 

192 
 
bisabolol, kadinen, kamfen, pinen, a-kamforen, karvakrol, tsinelol 
(
əsas komponent), n-tsimol, evqenol, laurolitsin (laurin tursusu), a-
limonen, ortoden, terpineol, safranol, safrol olur. 
Safrol tez-tez v
ə  çoxlu miqdarda rast olunur. Safrolun yüksək 
konsentrasiyası ən çox kamfora ağacının köklərində rast gəlinir. Yar-
paqlarında da həmçinin yüksək miqdarda safrol olur. 
Oduncağında (gövdəsində) seskviterpenlər və tsiklopentenonlar, 
kökl
ərində isə laurolitsin və retukulin kimi alkaloidlər toplanır. 
Toxumlarının tərkibində hər şeydən əvvəl taurin və yağlar olur 
ki, bunların da tərkibi kokos yağının tərkibinə oxşayır. 
Tibbi v
ə  toksikoloji  ədəbiyyatlarda dəfələrlə  qeyd  olunmuşdur 
ki, kamforanın yüksək dozaları hallüsinasiyaya (qarabasmaya, gözə-
görünm
əyə) səbəb ola bilir. Daxilə 1,2 qr kamfora qəbul edildikdən 
sonra b
ədəndə xoşagələn istilik hiss olunur və bu istilik yavaş-yavaş 
bütün b
ədənə yayılır, ümumi əsəb sistemi stimullaşır, hərəkət etmək 
ist
əyi  yaranır, dəridə  arabir  sancmalar  yaranır,  xüsusi  keflənmə 
(s
ərxoşluq) hissi  yaranır, sevinc -  fərəh hissi oyanır, zehni həyəcan 
hiss edilir. 
Daxil
ə 2,4 qr kamfora qəbul edildikdən sonra isə hərəkətə güclü 
t
ələbat  hissi  yaranır,  ağıllı  hərəkətlər etmək mümkün olmur, fərdi 
d
ərk etmə hissi itirilir. 
Kamforanın  kefləndirici (məstedici) hissini alkoqol qəbulu ilə 
müqayis
ə  etmək olar. Yüksək miqdarda kamfora qəbulu öyümə  və 
qusmaya s
əbəb olur, mərkəzi sinir sisteminə təsir edir, baş gicəllən-
m
əyə, baş ağrısına, sərxoşluğa (alkoqoloun təsirinə oxşar), hiss olu-
nan  yanılmalara,  böyrək  qıcıqlanmalarına  və  sayıqlamalara  səbəb 
olur. Kamfora müt
əmadi olaraq qəbul edildikdə ondan asılılıq yaranır 
ki, bu da t
əhlükəli hesab edilir. 
Kamfora o birl
əşmələrdən hesab olunur ki, onu asanlıqla sintez-
l
əşdirmək olar. Məhz elə bu səbəbə görədir ki, bu gün bazarda yalnız 
sintetik kamfora t
əklif edilir. Buradan da belə  bir mübahisəli sual 
yara
nır.  Sintetik  kamforanın  tərkibində  yüksək keyfiyyətli, təbii 
kamfora varmı?  
Kamfora  yağı  leqal  (açıq)  məhsul hesab edilir və  bütün dünya 
üçün 
əlçatandır. Lakin, qeyd etmək lazımdır ki, bu gün xüsusi rəsmi 

193 
 
mağazalarda, aptek və xəstəxanalarda satılan kamfora yağının tərki-
bind
ə təbii (natural)  kamfora yoxdur.  
Yaşıllaşıdrmada  istifadəsi.  Hündürboylu,  həmişəyaşıl  ağac 
oldu
ğuna  görə  Rusiyanın  nəmişli-subtropik  rayonlarının  bağ  və 
parklarının  yaşıllaşdırılmasında,  meşə  və  meşə  mühafizə  əkinləri 
üçün çox böyük əhəmiyyət kəsb edir. 
Bağlarda  tək-tək  və  qrup  halında  əkilir.  Yol  kənarlarında  və 
küçələrdə  alleya və canlı çəpər yaratmaq üçün yararlıdır. 
Uc  hissələri  kəsildikdə  çox  yaxşı  və  tez  böyüdüyündən  qol-
budağı vurulan (biçilən) yaşıllaışdırma işlərində geniş istifadə edilir. 
Oduncağından  istifadə.  Kamfora  ağacının  oduncağı  elə  də 
yüksək  mexaniki  xüsusiyyətləri  ilə  seçilmir.  Lakin  onun  çox  gözəl 
sarımtıl-qəhvəyi rəngi və xoşagələn kamfora ətri uzun müddət qalır. 
Bioloji zərərvericilərə davamlıdır və praktiki olaraq həşəratlarla zə-
dələnmir. Çində mebel hazırlığında xüsusən də yeşik və sandıq hazır-
lanmas
ında  çox  geniş  istifadə  edilir.  Ondan  həmçinin  sandıqçalar, 
yelpiklər və muncuqlar da hazırlanır. 
Qədim  Çin  imperatorluğunda  kamfora  ağacı  ciddi  qorunurdu. 
Onun özbaşına kəsilməsi ölümlə cəzalandırılırdı. Ona görə də onun 
oduncağı istər daxili bazarda, istərsə də Avropa bazarında çox yük-
sək qiymətləndirilirdi.  
Əvvəllər  tibdə  geniş  istifadə  olunan  kamfora  yağı  əldə  etmək 
üçün çoxlu miqdarda ağac kəsilirdi. Bu gün isə istifadə olunan kam-
fora yağının demək olar ki, hamısı sintetikdir. Kamfora ağacının yon-
qarından  (talaşasından)  və  taxta  kəpəyindən  əvvəlki  kimi  yenə  də 
kamfora yağı alınır. 
Əkilməsi, becərilməsi və qulluq işləri. Kamfora  ağacını toxu-
mu, zoğu, budağı və kökümsovu ilə çoxaltmaq olar. Kəsilmiş budağı 
t
ərkibində kamfora çox olmasına baxmayaraq nadir hallarda sərbəst 
kök 
əmələ gətirir.  
Toxumları ilə çox asan çoxalır. Lakin, toxumdan əmələ gəlmiş 
ağacın ömrü 20-23 il olur. Cavan ağacın toxumu isə yaxşı cücərti və 
məhsul  vermir.  Kamforanın  yalnız  təzə  toxumları  cücərmə  qabiliy-
yətli olur. Əkilmiş toxumların cücərmə dövrü təxminən 90 günə bə-
ra
bərdir. Cavan cücərti 6 aylıq olandan sonra onu kəsmək və başqa 

194 
 
yerə  əkmək  olar.  30  yaşdan  yuxarı  olan  ağacların  tərkibində  daha 
yük
sək konsentrasiyada (qatılıqda) kamfora yağı və kamfora olur. 
 Tropikl
ərdə  (Şri-Lanka,  Hindistan)  kamfora  ağacı  il  ərzində  
1,2-
1,8 metr, yağmurlu yerlərdə isə 1,14-3,68 metr böyüyə bilir. 
Kamfora  ağacı  şimal  regionlarında  bitmir,  onu  həmçinin otaq 
şəraitində də becərmək olmur. Kamfora darçını (kamfora ağacı) 50 : 
50 nisb
ətində  hazırlanmış  çimli  torpaq  və  yarpaq  qarışığında  bitir. 
Bitki 
əkilən yerə mütləq gün düşməlidir. Tez-tez və bolluca suvarıl-
malıdır. Kamfora becərmək üçün məsləhət görülən ən aşağı tempe-
ratur 10 
0
C-dir. Y
əni bu bitki 10 
0
C-d
ən  yuxarı  temperatur  şəraiti 
olan yerl
ərdə becərilməlidir. 
Kamfora ağacı əsasən toxumları ilə (20-23 yaşı olan ağaclardan 
yığılmış  toxumları)  və  yaxud  çilikləri ilə  çoxaldılır.  Bitkini  hər 2 
h
əftədən bir gübrələmək məsləhət görülür. Bitkinin ildə 1 dəfə, 5-6 
ild
ən sonra isə 2 ildə bir dəfə yerini dəyişmək (başqa yerə köçürmək) 
lazımdır. 
2. 17. 
MİXƏK  AĞACI 
 
Əhəmiyyəti. Mixək çox qiyməli efir yağlı bitkidir. Onun çiçək-
l
ərindən həm yeyinti sənayesində  ətirli  ədviyyə, həm də  müalicə 
əhəmiyyətli dərman kimi çox qədimdən istifadə  olunur. Xüsusən 
Misird
ə, Çində, Romada mixək daha qədimdən istifadə  edilir. 
M
əlumdur ki, VI əsrdə Aleksandr Trallianus (525 - 605) və digər Ro-
ma h
əkimləri mixəkdən müalicə məqsədilə istifadə etmişlər. 
Mix
ək  ağızdan  gələn  pis  qoxunu  aradan  qaldırır,  diş  ağrısını 
azal
dır (bir dənə mixək dişləyin və ağrıyan dişin üzərinə qoyun), da-
maq
ların vəziyyətini yaxşılaşdırır. Mixək diş ağrıları zamanı da mik-
rob 
əleyhinə və ağrı kəsici dərman kimi istifadə edilir. Qədim zaman-
larda, h
ələ  diş  fırçaları  və  diş  məcunları  kəşf  olunmamışdan  qabaq 
Çin etiketind
ə belə bir adət varmış ki, imperatorun qəbulunda olanlar 
v
ə onun qarşısında nitq söyləyənlər qabaqcadan mixək çeynəyərlər-
miş ki, nəfəsləri ətirli olsun. 
Mix
ək ətriyyat sənayesində bahalı ətir və odekolonların tərkibin-
d
ə  geniş  istifadə  olunur.  Hazırda  mixəyin qönçələrindən  ədviyyə 
kimi istifad
ə edilir. Mixəyin kəskin iyi, xoş ətri vardır. Dadı büzüş-

195 
 
dürücü v
ə  ədviyyəlidir. Meyvəsinin uzununa kəsiyinə  lupa vasi-
t
əsilə baxsaq, orada efir yağı ilə dolu iri dairələr görərik. Efir yağı ilə 
dolu bel
ə  dairə  şəkilli kisələr çiçək  yatağının  silindrvari   hüceyrə-
l
ərinin kənar hissələrində daha çoxdur.   Mixək qida və şirniyyatların 
bi
şirilməsi  zamanı  da  istifadə  olunur, çaya əlavə  olunduqda  çaya  
qeyri-adi dad v
ə ətir verir (18).  
Mixəyi  başqa  ədviyyatlarla birlikdə toyuq və balıq məhsulları-
nın, kolbasaların, şirin marinadların kökə və pryaniklərin hazırlanma-
sında da istifadə edirlər. Əti saxlamaq üçün qaynadılmış ətin üstünə 
mixək (bir ədəd) qoyduqda onu 24 saat xarab olmadan saxlayır. Mi-
xək  iştahanı  artırır,  həzmi  yaxşılaşdırır  və  antiseptik  (mikrob  əley-
hinə) təsir göstərir. Onu mürəbbələrə əlavə etdikdə mürəbbəyə yaxşı 
ətir  və  dad verir. 
Mığmığaları və güvələri ürkütmək (qovmaq) üçün portağal (Cit-
rus sinensis
) meyvəsinin içinin mixəklə doldururlar. 
Mixəyin yağı da tibdə və kosmetologiyada geniş istifadə olunur. 
Mixək yağından müasir aromaterapiyada da (ətirli müalicə) çox ge-
niş istifadə olunur. Bəzən mixək yağı dermatomikozu (dəri xəstəliyi) 
dayandırmaq üçün də tətbiq edilir.  
Mixək yağı tütünçülük, ətriyyat kosmetika və əczaçılıq sənaye-
lərində də istifadə edilir. İndoneziyada mixəyi tütünə qatırlar və is-
teh
sal olunan məhsulun demək olar ki, yarısı (50%-i) bu işə sərf olu-
nur. 
Mixək  yağını ağız  yaxalayıcılarının, saqqızların  tərkibinə əlavə 
edir
lər. Tərkibindəki  efir yağı və kariofillen ona tünd yandırıcı, ətirli 
dad verir. Mixək yağınından  alınan evqenoldan vanilin əldə olunur. 
Müalic
əvi xüsusiyyətləri. Təbabətdə  mixəyin efir yağından və 
onun 
əsas tərkib hissəsi  olan evqenoldan xəstə  dişin  müalicəsində
onun iltihabını aradan qaldıran, dezinfeksiya edən və ağrıkəsən dər-
man kimi istifad
ə olunur. Mixək B qrupu vitaminləri ilə zəngin oldu-
ğuna görə sinir sistemi üçün çox xeyirlidir. Bundan əlavə mixək ka-
lium, kalsium, mis, fosfor, d
əmir, selen, sink, maqnezium və s. kimi 
mikro v
ə makroelementlərlə də zəngindir. Bu zəngin tərkibinə görə 
mix
ək bütün insan orqanizminə  çox müsbət təsir edir. Mixək  əsəb 
sistemini sakitl
əşdirir, psixiki gərginliyi aradan qaldırır, beyinin fəa-

196 
 
liyy
ətini və yaddaşı yaxşılaşdırır. Mixək qan təzyiqi yüksək və gic-
gah
larında  şiddətli ağrılar  olan  xəstələrə  kömək edir.  Mixək anti-
septik v
ə  bakteriyalar  əleyhinə,  ağrısızlaşdıran,  yarasağaldan  təsirə 
malikdir.  
Mix
ək mədə-bağırsaq sisteminə də çox yaxşı təsir edir. Belə ki, 
o h
əzm  şirələrinin  ifrazını,  iştahanı  artırır,  həzm prosesləri tənzim-
l
əyir. Bu ədviyyat kolit, bağırsaq köpü, diareya (ishal) müalicəsi za-
manı geniş istifadə olunur.  Lakin, mədə və 12 barmaq bağırsağın xo-
ra x
əstəlikləri, hipertoniya zamanı bu ədviyyatdan tez-tez istifadə et-
m
ək tövsiyə edilmir. 
Mix
ək antikanserogen (xərçəng əleyhinə) təsirinə malikdir. Elmi 
araşdırmalar nəticəsində sübut olunub ki, mixək xərçəng hüceyrələ-
rin inkişafını tormozlayır. 
Bu 
ədviyyat şəkərli diabet, insult və infarkt kimi ağır xəstəliklə-
rin profilaktikası zamanı da istifadə olunur. 
Mix
ək dərinin vəziyyətini və  görməni  yaxşılaşdırır,  immun  və 
ür
ək-damar sistemini möhkəmləndirir. Mixək yağı soyuqdəymə, ös-
kür
ək, zökəm zamanı xəstəyə kömək edir. 
Bir çox qadınları gözlərin altında əmələ gələn şişlər narahat edir. 
Bu  şişlərlə  mübarizə  etmək üçün bir neçə  ədəd mixək qaynar suda 
d
əmlənir, soyudulur və islatmalar edilir. 
Qan t
əzyiqi yüksək olduqda 15 ədəd mixək götürüb axşam 300 
ml isti (39 
0
C) suya qoyub, s
əhər içmək olar. 
Qrip xəstəliyi zamanı 1 stəkan yaxşı saxlanmış qırmızı şərab, 5 
ədəd mixək, 1 çay qaşığı darçın, 3 yumru qara istiot, bir dilim limon, 
portağal (Citrus sinensis) və alma qabığı, 3 qaşıq şəkər tozu götürüb 
ağzı  örtülü  qabda  zəif  odda  10  dəqiqə  qaynadırlar.  Bu  məhluldan 
38,5 
0
C və daha yüksək qızdırması olan xəstələrə verirlər.  
Çin t
əbabəti mixəyi  yaddaşın  zəifləməsi və  itirilməsi  zamanı, 
habel
ə  prostat  adenoması  və  impotensiya  zamanı  işlətməyi tövsiyə 
edir (18).  
Mix
əkdən müntəzəm (daim) istifadə  edildikdə  o özünün bütün 
faydalı xüsusiyyətlərini insana bəxş edir.  
Botaniki təsviri. Mixək ağacı (Syzygium aromaticum (L.) Merill 
et L. M. Perry. (Caryophyllus aromaticus) Murtaceae 
(mərsinkimi-

197 
 
lər) [qərənfilçiçəklilər-Caryophyllaceae] fəsiləsinə daxil olan 20 m-ə 
qədər hündürlükdə yuxarı hissəsi piramida formalı, sıx kölgəlik əmə-
lə gətirən həmişəyaşıl ağacdır (rəngli şəkil 46-48). Syzygium cinsinin 
400-
ə  qədər  növü  vardır  (ədəbiyyatlarda  bu  bitkinin  bir  çox  adları 
(sinonim 
adları)  mövcuddur:  Саrуophyllus  aromaticus  L.,   Eugenia 
caryophylla Thunb., Eugenia caryophyllus (C.Spreng.), Eugenia aro-
matica (L.)  Baill., 
nadir  hallarda  isə  Myrthus caryophyllus Spreng., 
Jambosa caryophyllus (Spreng.(Nied.) 
kimi adlarına rast gəlinir. 
Gövdəsi budaqlanandır. Çoxlu sayda yan budaqlar əmələ gətirir. 
Budaqları boz rənglidir. Yarpaqları yumurtavarı və ya uzunsov-ellips 
formalı, tam kənarlı, qarşı-qarşıya düzülən, 6-8 sm (12 sm-ə qədər) 
uzunluqda, 2-
4 sm enlilikdə, üst tərəfi  tünd-yaşıl rəngli olmaqla, ha-
mar və qalındır. Yarpaqların üst tərəfində yağ vəziləri vardır. Cavan 
yaşlarında ətirli olur. Çiçəkləri  xırdadır,  bir neçə ədəd (4 ədəd) ol-
maq
la salxım və yaxud budaqların nəhayətində yarımçətir (mürəkkəb 
çətir) formalı çiçək qrupunda toplanmışdır. Çiçəyin tacı ağ, çəhrayı 
və  ya  qırmızımtıl  rəngli  ləçəkllərdən  təşkil  olunmuşdur.    Çiçək 
açıldıqdan  sonra  ləçəklər  tökülür.  Çiçək  yatağı  qırmızı  rənglidir. 
Kasacığı 4 kasa yarpağından ibarət olmaqla aşağı hissədən birləşərək 
boru  əmələ  gətirir.  Yumurtalığı  çiçək  yatağında  yerləşməklə  tünd 
qırmızı (purpur) rənglidir. Erkəkcikləri çoxsaylı olub, aşağı  hissədə 
bitişikdir.  Tozcuqlarının sayı  çoxdur.  Meyvələri 2,5 sm uzunluğu, 1 
sm  qalınlığı, 1,sm diametri olan, tünd-qırmızı (purpur, al-qırmızı)  
rəngli,  yumurta    və  ya  uzunsov  formalı  giləmeyvədir  (yalançı  gilə-
mey
və). İçərisində bir və ya iki ədəd toxumu olur. Ədviyyə  hissəsi 
yetişməmiş qurudulmuş qönçələri hesab olunur. Qönçələrinin  kəskin 
ətri (aromatı) və yandırıcı-acı dadı vardır. Qönçələrinin forması xırda 
mıxa (mismara) oxşadığına görə ona bu ad verilmişdir. Qönçələr 1,0-
1,6 sm uzunluqda olur. 
Toxumları iyul-sentyabr aylarında yetişir və 
yığıldıqdan bir həftə sonra cücərmə qabiliyyətini itirir. Bitkinin bütün 
hissələrində efir yağı daşıyan yerliklər (toxumalar) olur (111).  
Yayılması. Mixək  ağacı il ərzində 1500-2500 mm yağıntı dü-
şən,  dəniz  səviyyəsindən  900  metrə  qədər  yüksəkliyi  olan,  isti  və 
nəm iqlim şəraiti olan yerlərdə yayılmışdır. Bu bitki üçün isti və nəm 
ekvatorial  - 
musson  iqlimi  daha  əlverişlidir.  Mixək  ağacının  geniş 

198 
 
ya
yıldığı Pemba və Zənzibarda (Tanzaniyanın adaları) orta gündəlik 
temperatur 26 
0
C-
yə  yaxın olmaqla nəmli və quraqlıq illərdə 22
0
C-
dən 33
0
C-
yə qədər dəyişir. Yağıntıların illik miqdarı 1500-2000 mm 
arasında olmaqla ən çox iki müddətdə -- aprel-may və noyabr-dekabr 
aylarında demək olar ki, eyni miqdarda düşür.  
Mənşəyi. Mixəyin vətəni  Şərq yarımkürəsinin tropik əraziləri - 
Moluk  adaları  və  cənubi  Filippin  hesab  edilir. Mədəni halda tropik 
ölkələrdə  İndoneziya,  Hindistan,  Şri-Lanka, Malayziya, Qvineyada, 
Madaqaskarda,  Afrikanın  şərq  sahillərindəki  adalarda  (Zənzibar  və 
b.), Braziliyada və cənubi-şərqi Asiyanın başqa adalarında becərilir. 
Pemba adasında mixək ağacı, ada ərazisinin böyük bir hissəsini tutur. 
Hətta qısa müddət ərzində (1963-1964-cü illər)  mövcud olmuş Zən-
zibar və Pemba sultanlığının dövlət bayrağında da 2 ədəd mixək qön-
çəsi təsvir edilmişdir.  
Mixək bitkisinin adı hələ yeni eradan 1500-1600 il əvvəl ənənəvi 
Hind təbabəti sistemi olan Ayurveddə çəkilmişdir (ayu- həyatın əhə-
miyyəti, həyat prinsipi, uzun ömür, veda - bilik deməkdir).O zaman 
onu revmatik ağrılar və işyaz zamanı, həmçinin bakteriya və parazit 
əleyhinə vasitə kimi işlədirmişlər. Mixək Çin imperatorluğu və “əd-
vi
yyat  adasında”  2500-il  dən  artıq  müddətdə    ticarət  (alış-veriş) 
obyekti hesab edilmişdir. O, əsasən dərman bitkisi kimi qiymətləndi-
rilirdi. 
Bəzən  isə  onu  nəfəsi  təravətləndirici  kimi  istifadə  edirdilər. 
Mi
xək çeynəməmiş imperator sarayına daxil olmaq nəzakətsizlik sa-
yılırdı. Ondan daha çox diş ağrıları zamanı istifadə edirdilər. 
Mix
ək Avropada, xüsusilə  Aralıq  dənizi ölkələrində  hələ  xris-
tianlığa qədərki vaxtlardan məlum idi. Roma imperatorluğu zamanı 
mix
ək  Seylon  adalarından  keçməklə  Qırmızı    dənizlə  Aleksandriya 
(İsgəndəriyyə) və Kanstantinopola (Türkiyənin İstanbul şəhəri 1453-
1930-cu ill
ərdə belə adlanırdı) Malayziyadan gətirilmişdir. O da mə-
lumdur ki,  imperator  Konstantin  Roma papası  I Silvestrə çox qiy-
m
ətli və bahalı hədiyə kimi bir neçə mixək hədiyə etmişdir. Mixəyin  
Almaniyaya g
ətirilməsi (973-cü ildə) birinci növbədə ərəbistanlı tacir 
v
ə  həkim  olan  İbrahim  İbn  Yaqubu  yada  salır.  O,  bazarda  satılan 
ədviyyatlar içində  çox  yaxşı  tanıdığı  mixəyi görəndə  təəccübünü 

199 
 
gizl
ədə bilməmişdir. Xildeqard  von  Binqen (1098-1179) öz yazıla-
rında mixəyi dərman bitkisi kimi təsvir etmişdir. 
 Nübar H
əkimova qeyd edir ki, İtaliya dəniz səyyahı Fernan Ma-
gel
lan  ekspedisiyasının  ştatdankənar  əməkdaşı  olmuş  Antanino 
 Piqafet (1491-1531)   ekspe
disiya  jurnalında  (1521-ci ildə)  mixək 
bitkisi  haqqında  məlumat  vermiş,  bu bitkiyə  birinci dəfə  Moluk 
adalarında rast  gəldiklərini qeyd etmişdir (17).  
Portuqaliyalılar  və  Hollandiyalılar ədviyyə bitkiləri bitən ərazi-
lərdə  ticarət  monopoliyasına  sahib  olmaq  uğrunda  canlı  döyüşlər 
aparmışlar. Hollandiyalılar XVII əsrə qədər  mixək satışı üzrə mono-
poli
yanı  öz  əllərində  saxlaya  bilmişlər.  Fransızlar  da  bu  sahədə  öz 
bizneslərini yaratmaq istəmiş və 1772-ci ildə  Reyunonda (Reyunon 
Afri
kanın şərqində adadır), 1786-cı ildə Fransa Qvianasında (Cənubi 
Amerikanın şimal-şərqində, Atlantik okeanı sahilində  yerləşir),1827-
ci ildə isə Madaqaskarda mixək plantasiyaları salınmışdır.   
Uzaq  şərqdə  və  Hindistanda  bu  ədviyyə  ilə  çox  qədim  zaman-
lardan tanış olmuşlar. Çinlilər onu hələ II minillikdən əvvəl IV yüzil-
likdə Moluk adalarından gətirmişdir. Mixək əsrlərlə diş ağrıları za-
ma
nı və nəfəs təravətləndirici kimi istifadə olunmuşdur. Avropaya V 
əsrdə tacirlər tərəfindən Aleksandriyadan (İsgəndəriyyədən)  gətiril-
mişdir. Artıq  IX əsrdə mixək imkanlı ailələrin ən dəbdə olan ədviy-
yəsi hesab olunurdu. 
 
Mixək ağacının necə bitdiyini görən ilk avropalı təbiətşünas ta-
cir Marko Polo (XIII əsr) olmuşdur. Manuel Vasko da Qama  (1469 -
 1524) 
Moluk  adalarını  kəşf  edəndə  ərəblər  ədviyyat    satışı  üzərin-
dəki  monopoliyalarını  itirdilər.  Onları  portuqaliyalılar,  sonra  isə 
XVII  əsrdən  başlayaraq  XVIII-XIX  əsrlərə  qədər  Hollandiyalılar 
əvəz edərək Moluk adalarının hesabına dünya ölkələrinin mixəyə tə-
ləbatını ödəməyə başladılar. 
Yalnız 1770-ci ildə Fransızlara bu bitkinin sirlərini açmaq nəsib ol-
du. Bu bitkinin toxumlarını başqa yerə aparmaq qəti qadağan idi və 
ölüml
ə cəzalandırılırdı. Buna baxmayaraq fransızlar  Mavriki və Re-
yu
non adalarında mixək plantasiyaları sala bildilər (81).  
Avropada  mixək  ağacını  ilk  dəfə  təsvir  edən  tanınmış  italiyalı 
ya
zıçı  Pliniy olmuşdur. Amma bu bitkinin harada bitdiyini Avropa-

200 
 
lılar uzun müddət bilməmişlər. Onlar mixəyi ərəblərdən, ərəblər in-
duslardan, 
induslar isə Seylon tacirlərindən almışlar. Yalnız 1511-ci 
ildə bəxti gətirən bir nəfər portuqaliyalı  Fransisko Serrao təkbaşına  
Moluk  adalarında  mixək  bitən  yerə  gedib  çıxa  bildi.  XVI  əsrin 
axırında hollandlar ədviyyəli bitkilər bitən bütün adaları öz əllərində 
saxlayırdılar.  Onlar  mixək  ağacını  çoxda  böyük  olmayan  iki  adada 
becərir, yaxşı mühafizə edir (qoruyur) və yığımına ciddi nəzarət edir-
dilər.  Başqa  adalarda  bitən  mixək  ağacları  isə  amansızcasına  qırıl-
mışdı. Amma hollandların monopoliyası uzun müddət davam edə bil-
mədi. 
1769-cu 
ildə fransalı Pyer Puavr (1719-1786)  gizlicə onu gözlə-
yən ölüm cəzasına və təhlükəyə baxmayaraq iki kiçik gəmidə mixək 
toxumunu gətirdi və Martinik, Reyunon və Kayen adalarında mixək 
plantasiyaları salındı. 
Yüklə 5,34 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin