Şəkil 9. Saflor - Сафлор (Carthamus L.): 1, 2 - bitki cücərti və
çiçəkləmə fazasında; 3 – üzərində yarpaq və çiçək qrupu olan
budaq; 4 – çiç
ək; 5 – yetkin çiçək qrupu; 6 – meyvə.
106
Şəkil 10. Boyaq safloru - Сафлор красильный
(Carthamus tinctorius L.): Ç
içəkli budağı və toxumu
107
Şəkil 11. Ağ xardal - Горчица белая (Brassica alba
Robenhorst, Sinapis alba L.) 1, 2 - bitki
cücərti və çiçəkləmə
fazasında; 3 – üzərində yarpaqlar, çiçək qrupu və meyvələr
olan budaq; 4 –
meyvəsi; 5 – toxumu.
108
Şəkil 12. Göy xardal (Sarept və ya Hindistan xardalı) -
Горчица сизая, сарептская, или индийская, (Brassica
juncea (L.), Czern.)
1, 2 – bitki cüc
ərti, çiçəkləmə və bar
əmələgətirmə fazasında; 3 –yarpaqlı və çiçəkli budaq
(meyv
əəmələgəlmə fazasında); 4 – meyvəsi; 5 – toxumu
109
Şəkil 13. Qara xardal - Горчица черная –
Brassica nigra (L) Koch.
110
Şəkil 14. Payızlıq raps - Озимый рапс (Brassica napus
oleifera biennis D. C.) 1, 2 – bitki,
inkişaf etmiş cücərti,
çiç
əkləmə və meyvə bağlama fazasında; 3 – budağın çiçək və
meyv
ə ilə bir hissəsi ; 4 – meyvə; 5 – toxum.
111
Şəkil 15. Yağlıq raps - Рапс масличный
(Brassica napus oleifera biennis D. C.)
112
Şəkil 16. Yazlıq yağlı raps (kolza) - Рапс масличный (яровой)
(Brassica napus ssp. oleifera annua Metzg.)
113
Şəkil 17. Adi turpəng. Сурепка
обыкновенная (Brassica
rapa oleifera D. C.): 1 - bitki
cücərti fazasında; 2 - kök
gövdə hissəsi və yan yarpaqlarla; 3 - çiçəkverən zoğ;
4- qotaz
yetişmə fazasında; 5- qın (qabıq) və toxum.
5
114
Şəkil 18. Sarzon (tarla kələmi) Сарзон (сурепица)
или
капуста полевая (брассика полевая)
- Brassica
campestris L.
115
Şəkil 19. Yağçiçəyi.
Рыжик посевной
(Camelina sativa (L.)
Crantz:
116
Şəkil 20. Perilla və ya sudza - Перила или судза
(Perilla ocymoides L.)
117
Şəkil 21. Lallemantiya - Лаллемантия: 1,2 – bitki inkişaf
etmiş cücərti və çiçəkləmə fazasında; 3 – budağın yarpaqvə
çiçək qrupu ilə bir hissəsi; 4 – çiçəyi; 5 – yığılmış meyvə;
6 – kiçik qoz (
fındıq).
118
Şəkil 22. Yağlı lalə - Мак масличный
(Papaver somniferum L.)
119
Şəkil 23. Yuxugətirən (yağlı) lalə - Мак снотворный,
(Papaver somniferum L.)
120
Şəkil 24. Tunq - Тунг (Aleurites Forst.)
121
Aşağı keyfiyyətli tunq yağı plyonka, müşəmbə (linoleum), qaloş
lakı hazırlanmasında istifadə olunur. Tunq yağı alınarkən çıxan tul-
lan
tıdan gübrə kimi istifadə edilir. Bu tullantının tərkibində 7,6%
azot, 25% fosfor olur. Jmıxı zəhərlidir. Ondan kazein və plastmas
əldə edilir. Yandıqda da nazik his (qurum) əmələ gətirir ki, ondan da
tuş (mürəkkəb) hazırlanır. Oduncağı yüngüldür, suda deformasiya
olunmur. Ondan mebel, musiqi alətləri və s. hazırlanır.
Çində və Hind-Çin ölkələrində tunq yağı tibdə qusma və işlətmə
dərmanı kimi istifadə edilir, irinli yaralara və yanıqlara çəkilən məl-
həmlərin (mazların) tərkibinə daxil edilir.
Tunq me
yvələrinin tərkibində zəhərli maddə vardır. Bu maddə-
nin xüsusiy
yətləri bu günə qədər tam öyrənilməmişdir.
Tunqla zəhərlənmə əlamətləri insanlarda qusma, mədədə kəskin
ağrı, başgicəllənmə, nəbzin artması və s. şəklində təzahür edir. Tunq
yağının əsas zəhərləyici maddəsi saponindir. Saponin insan qanına
keçdikdə qanın parçalanmasına (hemolizinə) səbəb olur.
Yayılması. Tunq subtropik texniki bitki olub Çində və Yaponi-
yada 26 və 33
0
şimal enliliklərində yabanı halda yayılmışdır. Mədəni
əkinləri ABŞ-da, Argentina və Paraqvayda mövcuddur. Tunq MDB
ərazisində əsasən qərbi Gürcüstanın subtropik rayonlarında bitir. Az
miqdarda tunq əkinlərinə Azərbaycanın subtropik rayonlarında və
Krasnodar vilayətində də rast gəlinir.
1986-
cı ildə dünyada 100 min tona yaxın tunq istehsal olunmuş-
dur ki, bunun da yarıdan çoxunu (60 min tonunu) Çin istehsal
etmişdir.
Argentina və Paraqvay da əhəmiyyətli dərəcədə tunq becərirlər.
İldə 12 min tona qədər yağ ixrac edirlər. Tunq az miqdarda (2 min
ton) Braziliya və keçmiş SSRİ-də (1 min ton) istehsal olunurdu.
Mədəni tunq yabanı formaların əhilləşdirilməsi nəticəsində yaradıl-
mışdır.
Botaniki təsviri və bioloji xüsusiyyətləri. Tunq birevli,
yarpağını tökən ağac bitkisidir. Hündürlüyü 8-10 m-ə çatır. Yanlara
doğru geniş yayılmış (budaqlanmış) möhkəm kökləri, yoğun kövrək
budaqları vardır. Yarpaqları növbəli düzülüşlü, uzun saplaqlı, tüksüz,
3-
5 dilimlidir. Çiçək qrupu sıxdır, budaqların nəhayətində yerləşir.
122
Çiçəyi bircinslidir, ancaq ikicinsli də olur. Meyvəsi hamar, iri, endos-
permi
yağlıdır
(r
əngli şəkil 24).
Meyvə verməsi əkildikdən 3-4 il
sonra başlayır və 30-35 ilə qədər davam edir.
Tunq musson iqlimi rayonlarda yazda və yayda bol yağış yağan
yerlərdə müvəffəqiyyətlə becərilir. Qışda temperaturun -9-15
0
C-
yədək enməsinə dözür.
To
xumla, kök və gövdə çilikləri ilə çoxaldılır. Gövdə çilikləri ilə
çoxaltmada boy maddələri tətbiq edilir. Əsas çoxaltma üsulu toxumla
çoxaltmadır. Vegetativ çoxaltma anaclıq plantasiyaların salınması
vaxtı həyata keçirilir ki, bu zaman nəsildə qiymətli təsərrüfat xüsu-
siy
yətlərinin qorunmasına nail olunur. Bir hektar plantasiya salmaq
üçün hektara 100-
150 bitkidən 360-a qədər bitki əkilir.
Sistematikası. Tunq ( Aleurites Forst.) bitkisi südləyənlər ( Eu-
phorbiaceae
) fəsiləsinə daxildir. Tunq cinsinin 5 növü vardır. Ən çox
əhəmiyyət kəsb edəni Çin tunqu - А. fordii Hemsley, Yapon tunqu -
A. cordata (Thunb.) R. Br.,
daha çox istilik sevən dağ tunqu - A.
montana (Lour.) Wils.
, həmişəyaşıl, çox davamlı bitki olan Moluk
tunqu - A. moluccana (L.) Willd., üçtoxumlu tunq - A. trisperma
Blanco.- dur.
Yapon tunqunun vətəni Yaponiyadır və burada o geniş
becərilir. Yağına görə üstün olan Çin tunqudur. Öz keyfiyyətinə görə
bu yağ tədricən quruyur, qızdırıldıqda (isidildikdə) isə duru qalır.
Dağ tunqu mənşəyinə görə Çinin cənub-şərqi əyalətlərində əmə-
lə gəlmişdir. Yağ çıxımı 57-58% olmaqla, yüksək keyfiyyətlidir.
Moluk tunqu yabanı halda Malayziya floristik vilayətində bitir.
Tropik rayonlarda becərilir.
Üçtoxumlu tunq yabanı halda Filippin və Moluk adalarında bitir.
Orad
a və həmçinin də Yamayka və Puerto-Riko adalarında becərilir.
Keçmiş SSRİ-nin subtropik ərazilərində Çin tunqu noyabrın əv-
vəlindən dekabrın ortalarına qədər, Yapon tunqu isə sentyabrın orta-
larından, oktyabrın ortalarına qədər yetişib tökülür. Məhsul yığımı
meyvələr yetişdikcə aparılır. Meyvələr qurudulur, toxumları çıxar-
dılır. Zavodda toxumların qabığı çıxarılır, ətli hissəsi əzilir və yağı
çıxardılır.
123
II FƏSİL. EFİR YAĞLI BİTKİLƏR
Efir
yağlı bitkilər o bitkilərdir ki, onların xüsusi hüceyrələrində
(efir yağı yollarında) və ya vəzifəli tükcüklərində ətirli (iyli) efir yağ-
ları vardır. Efir yağlarından 1000-dən artıq üzvi maddələr alınır. Bu
efir yağlarının tərkibi mürəkkəb üzvi birləşmələrdən oksigen törəmə-
li terpenl
ərdən, spirtlərdən, aldehidlərdən və ketonlardan ibarətdir.
Efir yağları uçucu birləşmələrdir və praktiki olaraq suda həll olmur-
lar.
Ətirli yağlar əmələ gətirmək qabiliyyəti çətirçiçəklilər ( Apiace-
ae), dalamazkimil
ər (Lamiaceae), sədəfotukimilər ( Rutaceae) və b.
f
əsilələrə aid edilən 3000-dən artıq bitki növündə müşahidə edilir.
Amma onlardan 200 növ
ə yaxını sənaye əhəmiyyəti kəsb edir.
Efir yağlı bitkilərin çoxu (44%-ə qədəri) tropik və subtropik öl-
k
ələrdə bitir. Bunlara sitrusları, mixək ağacını, dəfnə ağacını, qəh-
v
əyi ağacı, zəncəfili və s. misal göstərmək olar. Bu ölkələrdə bunla-
rın sənaye plantasiyaları mövcuddur. Orta qurşaqda isə mədəni halda
bec
ərilən və yabanı halda bitən ot tipli efir yağlı bitkilər – keşniş
(kinza), sürv
ə, reyhan, zirə, cirə, paçuli, şüyüd, bataqlıq zanbağı (air)
v
ə s. bu məqsədlə istifadə edilir. Ən yüksək keyfiyyətli efir yağları
z
əncəfilkimilər ( Zingiberaceae), sandalkimilər ( Santalaceae), dəfnə-
kimil
ər (Lauraceae), gülçiçəklilər (Rosaceae), ətirşahkimilər (Gera-
niaceae), s
ədəfotukimilər ( Rutaceae) fəsiləsinə daxil olan bitkilərin
t
ərkibində olur.
Evkalipt, kamfora ağacı, nanə, cəfəri, kəklikotu, rozmarin, sə-
d
əfotu və s. kimi dərman bitkiləri də efir yağlı bitkilər qrupuna aid
edilir.
İstifadəsi. Efir yağlı bitkilər sənayenin ətriyyat, qida və s. sahə-
lərini və tibb sahəsinin xammalla təchiz edilməsi işində mühüm rol
oynayırlar. Efir yağlarının çox hissəsi ətriyyat və kosmetika sənaye-
sində (sabun, diş məcunu, ətir, odekalon və s.) istifadə edilir. Bəzi
efir yağları zərif üzvi sintez üçün xammal kimi, məsələn kamfora
üçün pinen alınmasında istifadə edilir.
Qida sənayesində efir yağları likör, qida cövhəri, tütün ətirləndi-
ri
cisi kimi və s. istifadə edilir. Keşniş və zirə toxumları dad keyfi-
124
yyətini yaxşılaşdırmaq üçün çörəyin tərkibinə və bəzi ərzaqlara qa-
tılır.
Efir yağları antiseptik və müalicəvi xüsusiyyətlərinə görə tibdə,
sa
nitar gigiyenada (kamfora ürək-dərmanı, anefol öskürək dərmanı,
mixək yağı diş dərmanı, evkalipt yağı mikrob parazit əleyhinə və
yarasağaldıcı vasitə kimi) istifadə olunur. Bəzi efir yağları dərman-
ların dadını yaxşılaşdırmaq üçün istifadə edilir.
Bəzi efir yağları baytarlıq təbabətində və kənd təsərrüfatı bitki-
lərinin xəstəlik və zərərvericiləri əleyhinə mübarizə vasitəsi kimi tət-
biq edilir.
Sellüloz, lak-boyaq, mis-
qızıl, gön-dəri və xəz sənayesində efir
yağları texniki məqsədlər üçün istifadə edilir. Terpentin yağı (iynə-
yar
paqlıların qatranından alınan yağ - skipidar) lak-boyaq, evkalipt
yağı isə hava donanmasında reagent kimi istifadə edilir.
Bir çox efir yağları (keşniş, zirə və s.) sintetik üsulla yeni limon,
qızılgül, bənövşə ətri verən maddələrin hazırlanmasında istifadə
olun
maqla bərabər həm də qiymətli ixrac (eksport) məhsulları hesab
edilir.
Keşniş, cirə və zirə toxumları efir yağları çıxarıldıqdan sonra
qiy
mətli texniki yağ verirlər. Keşniş yağından zərif yun parçaların
alınmasında toxuculuq sənayesində istifadə olunan olein turşusu
alınır. Toxumlardan efir yağları və piyli yağlar alındıqdan sonra qa-
lan cecə (şrot) qiymətli yem vasitəsi kimi istifadə olunur.
Efir yağlı bitkilər ətriyyat sənayesində (gülçiçəklilər, jasmin, la-
van
da yağı) sabunbişirmədə, qənnadı sənayesində, əczaçılıqda, şirin
ətirli suların (likörlərin) hazırlanmasında yeyinti sənayesində (ətirli
ədvalar, aramatizatorlar) istifadə olunur.
Efir yağlı bitkilərin böyük əksəriyyətində efir yağları müəyyən
orqanda toplanır. Bir bitkidə efir yağı meyvə və toxumda (keşniş,
cir
ə), birində yarpaqda (ətirşah) və ya çiçəkdə (sürvə, qızılgül) bi-
rind
ə isə ancaq kökdə (vetiveriya) toplanır. Ən çox efir yağları çiçək-
l
ərdə və meyvələrdə, ən az isə yarpaq, gövdə və köklərdə toplanır.
Efir yağları quru maddələrin 20-25%-i həddində olur. Aşağıdakı
c
ədvəldə
(c
ədvəl 2)
efir yağlarının bitkiləriin hansı orqanlarında top-
lan
dığı göstərilmişdir.
125
C
ədvəl 2
Efir
yağlı bitkilər və efir yağlarının alındığı orqanlar
Bitkilərin adları
Efir yağı verən orqan
1
2
Hind zirəsi
Toxum
Bataqlıq zanbağı
Kök
Alpiniya (havlıcan)
Kök
Amiris
Qabıq
Portağal
Sedra (qurudulmuş qabıq)
Öküzgözü
Çiçək, kök
Reyhan
Yarpaq, gövdənin yuxarı çiçəkli
hissəsi
Balza
m ağacı (Tolu) (Peru
balzamı)
Ağacda donub qalmış balzam
yığılır.
Sabahgülü (məxmər gülü)
Çiçəkli bitki, bitkinin yerüstü
hissəsi
Benzoin
Qatran
Berqamot
Meyvə qabığı
Ağ tozağacı
Tumurcuq, yarpaq, budaq
Tünd qırmızı tozağacı
Qabıq
Solmaz çiçəyi və ya smin
Bitkinin çiçəkli başcığı
Tonka palması (ətirli dipteriks)
Paxla
Boldo (peumus)
Yarpaq
Borneol
Oduncaq
Boroniya
Çiçək
Buçu
Quru yarpaq
Pişikotu (valerian)
Kök, kökümsov (yazda)
Vanil
Meyvə
Limonlu verbena (mina çiçəyi,
göyərçin otu, üçyarpaq aloziya)
Yerüstü hissə
Vetiver
Kök
Amerika dəfnəsi (bey)
Yarpaq
Jasmin iyli qardenya
Çiçək
Qvayak və ya Bakaut ağacı
Oduncaq
Qərənfil
Tumurcuq, yarpaq, çiçək, budaq
126
1
2
Çəhrayı ətirşah
Bütün bitki, ətirşah yağı
Sünbülçiçəyi (giasint)
Çiçək
Hibiskus (balbay)
Toxum
Qreypfurt
Meyvə qabığı
Armudu alma
Yarpaq
Xardal
Toxum
Hündürboylu andız
Quru kökü
Ətirli andız
Kökü, çiçəkli hissə
Xəşəmbül
Quru çiçəkləri
Palıd mamırı
Bütün bitki
Adi qaraqınıq (oriqano)
Çiçəkləri
İspan qaraqınığı
Çiçəkləri
Mələkotu
Kökü
Küknar
İynəyarpağı
Jasmin (leyləkotu)
Çiçək
Qatran şirəsi
Xam ekssudat
İlanq-ilanq (kananqa)
Təzə çiçəkləri
Əsl badyan (illisium)
Meyvə, yarpaq
Zəncəfil
Kök
Süsən (iris)
Kök
İssop
Çiçək, yarpaq
Dərman gülümbaharı
Çiçək
Kamfora (kafur)
O
duncaq, qabıq
Kananqa
Çiçək
Hil (kardomon)
Toxum
Səna (kassiya)
Çiçək
Kayaput
Yarpaq, budaq
Sidr (kedr) ağacı
Oduncaq
Kervel
Toxum
Sərv ağacı
İynəyarpaq, budaq, qoza
Dağ nanəsi
Çiçəkli budağın nəhayəti
Kmin və ya komun (zirə)
Toxum
Dərman kopayferası
Ağacın budağı
Kanada avşarotu
Quru kökləri
Keşniş
Xırdalanmış toxumları
Darçın
Qabıq, yarpaq
127
1
2
Kostus
Kök
Dəniz şüyüdü
Çiçəyi, meyvəsi, bir azda yarpağı
Kraton
Qabıq
Uzun, zərdəçal (kurkuma, sarı
zəncəfil)
Kökü
Lavanda
Bütün bitki
Ensizyarpaq lavanda (santolina)
Toxumu
Amerika dəfnəsi (pumenta)
Yarpaq
Nəcib dəfnə
Quru yarpaq, budaq
Ladan (büxur)
Ağacın qatranı
Daş ladanı (daş gülü)
Qatranı, yarpağı, budağı
Laym
Meyvə, yetişməmiş qabıq
Maral kökü (levzeya) rapontik
Meyvə
Ətirli liatris
Yarpağı
Litseya (Verbena, minaçiçəyi,
göyərçinotu)
Meyvəsi
Limon
Təzə meyvə qabığı
Limonotu (limongros, sitnorella,
limonlu sorqo)
Quru otu
Çin cır limonu
Bütün bitki
Linaloe
Toxum, yarpaq, budaq, oduncaq
Adi cökə
Çiçək
Sibir qara şamı
İynəyarpağı, qatranı şirəsi
Şanagüllə
Çiçəyi
Şalğamaoxşar soğan
Soğanağı
Dərman levistiki
Kök, yarpaq, toxum
Şirin mərzə
Quru çiçəyi və yarpağı
Naringi (mandarin)
Meyvə qabığı
Manuka (çay ağacı)
Yarpaq, budaq
Unluca
Yerüstü hissəsi, toxumu
Ballı nanə (limonotu, badrənc)
Çiçəkli gövdənin nəhayəti
İspan nazı (Qatırdırnağı)
Çiçək
Küsdüm ağacı (mimoza)
Çiçək
Acı badam
Meyvəsi
128
1
2
Mirokarpus
Oduncaq
Miroksilon
Balzam (mumiya) oduncaq,
meyvə
Mirra (ətirli qatran)
Qatran və ya bitkinin yaşıl hissəsi
Adi mərsin
Yarpaq, budaq
Ardıc kolu
Meyvə (qoza), oduncaq tullantısı,
taxta kəpəyi (mişar ağzı)
Yerkökü
Toxum
Muskat qozu
Toxum, toxum qabığı
Sünbüllü nanə və ya bağ nanəsi
Yarpaq, çiçəkli gövdənin nəhayəti
Acı nanə (istiot nanəsi)
Yarpaq, çiçəkli gövdənin nəhayəti
Nayoli
Yarpaq
Nard çiçəyi
Kökü
Nərgizgülü
Çiçək
Acı portağal (neroli)
Çiçək
Palmaroza
Təzə və ya quru otu
Paçuli
Qurudulmuş yarpağı, otu
Qara istiot
Toxumu
Biqarada
Yarpaq, budaq
Bostan cəfərisi
Toxum, təzə yarpaq, budaq (bəzən
kök)
Dağ tərxunu
Yerüstü hissəsi
Ağ şam ağacı
İynəyarpaq, qoza, cavan budaq
Acı yovşan
Çiçək, yarpaq
Adi yovşan
Çiçək, yarpaq
Sinamom kamforası (ravintsara)
Yarpağı
Qızılgül
Çiçəyi
Rozmarin
Çiçəkli gövdənin nəhayəti və ya
bütün bitki
Gül ağacı
Gövdəsi
Mavi çob
anyastığı
Çiçək qrupu
Marokkan çobanyastığı
Çiçəyi və otu
Roma çobanyastığı (Dərman
çobanyastığı)
Çiçəyi
Ətirli sədəfotu
Bütün bitki
Səndəl ağacı
Kökü, oduncağı
129
1
2
Saro (mandravsorota)
Təzə yarpağı
Sassafras (Amerika dəfnəsi)
Qabığı
Kərəviz
Toxumu
, yarpağı
Xəzər çaşırı (qatranlı çaşır)
Kökü, bitkinin yerüstü hissəsi
Kanada şamı
İynəyarpağı
Adi şam
İynəyarpağı, cavan budağı
Stiraks
Qabıq altından çıxan ifrazat
Tanjerin (naringi sortu)
Meyvə qabığı
Kəklik otu
Çiçəkli yerüstü hissə
Zirə
Toxumu
(meyvə)
Tuberoza
Təzə qönçəsi
Tuya (mazı ağacı)
Yarpaq, budaq, qabıq
Boymadərən (qanotu)
Quru otu
Bostan şüyüdü
Toxum, yarpaq, gövdə
Razyana
Xırdalanmış toxumu
Çaşır
Südə oxşar şirəsi
Ətirli bənövşə
Yarpaq, çiçək
Püstə (qatranlı püstə)
Qatran, yarpaq
Adi mayaotu
Qozası
Ho ağacı
Yarpağı, cavan budağı
Qıtığotu
Kökü
Limon otu və ya sitronella
Otu
Dağ kəkotu (kəklikotu)
Qurudulmuş otu
Bağda bitən kəkotu
Bütün bitki
Çay ağacı
Yarpağı
Tarla sarımsağı (yabanı saımsaq)
Soğanağı
Dərman adaçayı (sürvə)
Çiçəkləyən vaxt çiçək qrupu
Yağlı sürvə (adaçayı)
Qurudulmuş bitki
Evkalipt
Yarpağı
Elemi
Qatranı
Tərxun
Yerüstü hissəsi
Yaborandi
Yarpağı
130
Efir yağları, bitkilərdə xüsusi efir yerliklərində toplanır. Bu əla-
mətə görə onlar xarici (ekzogen) - (yarpağın üzərində, çiçəkdə və
bitkinin başqa orqanlarında yerləşən sadə vəzifəli tükcüklər və ya
inkişaf etməmiş xırda yarpaqlarda) və daxili (endogen) - (yarpağın,
çiçəyin, meyvənin və kökün daxili hüceyrələrində) olmaqla 2 yerə
bölünür.
Efir yağları 3 üsulla: su buxarı ilə distillə (ən geniş yayılmış üs-
ul) etmək, ekstraksiya və sıxma yolu ilə çıxarılır. Piyli yağlar eks-
trak
siya və sıxma yolu ilə çıxarıldıqdan sonra efir yağları çıxarılır.
Tarixi. Bu bitkil
əri XIX əsrdə, onlardan sənaye üsulu ilə ətirli
birl
əşmələr, xüsusən də efir yağları əldə etdikdən sonra bu adla ad-
lan
dırmağa başlamışlar. Onlar çox qədimdən istifadə edilirdi.
Kleopatra
ətirli otlardan hazırlanmış xüsusi ətirlər (sürtgülər)
q
əbul etmişdir. İbn Sina nanə bitkisini ürək-damar xəstəlikləri ilə
mübariz
ə vasitəsi kimi qiymətləndirmişdir.
MDB məkanında 30 növə yaxın efir yağlı bitkilər yetişdirilir.
Onların əkin sahəsi 200 min hektardan artıqdır. Onlardan tarla bit-
kilərinə aid olanlara çətirçiçəklilər ( Apiaceae) fəsiləsinə aid olan keş-
nişi, cirəni, zirəni, razyananı, ajqonu (Hind zirəsi), dodaqçiçəklilərə
(Labiatae)
aid edilən (dalamazkimilər - Lamiaceae) acı nanəni, əsl
lavan
danı, reyhanı (evqonallı reyhanı), sürvəni, ətirşahkimilər fəsilə-
sindən (Geraniaceae) olan qırmızı ətirşah, gülçiçəklilər (Rosaceae)
fəsiləsinə daxil olan efir yağlı qızılgül, qaymaqçiçəyikimilər ( Ranun-
culaceae)
fəsiləsindən qara çörəkotunu misal göstərmək olar.
Aşağıdakı cədvəldə
(cədvəl 3)
bitkilərin tərkibindəki piyli və efir
yağlarının miqdarı göstərilmişdir.
Dostları ilə paylaş: |