Botaniki təsviri. Günəbaxan (Helianthus annus L.) astra
(Asteraceae)
(mürəkkəbçiçəklilər - Compositae) fəsiləsinin, helian-
tus
cinsinin birillik bitkisidir. Onu 2 sərbəst növə: mədəni günəbaxan
– Helianthus cultus
; və yabanı günəbaxan – Helianthus ruderalis
növ
lərinə bölürlər. Mədəni günəbaxan 2 yarımnövə ayrılır: səpin
günəbaxanı -H. a. sativus, bəzək günəbaxanı H. a. ornamentales.
Günəbaxanın güclü şaxələnən mil kökü vardır. Mil kök, rüşeym
kökcüyündən 2 dəfə sürətlə inkişaf edərək torpağın 2- 4 metr dərin-
liyinə, ətrafa isə 100-120 sm işləyir. Gövdələrinin hündürlüyü 0,7-
2,5 metr, hətta 3- 4 metrə çatan dik duran, üzəri tüklü içərisi özəklə
doludur
(r
əngli şəkil 1).
Yarpaqları uzun saplaqlı iri, oval, ürək formalı, iti nəhayətli və
kənarları mişar kimidir. Gövdənin aşağı hissəsində 3-5 cüt yarpaqlar
qarşı-qarşıya, sonrakılar isə növbə ilə düzülürlər. Bir bitkidə 15-35
yarpaq olur.
12
Çiçəyi səbətdir. Yağlıq formalarda onun diametri 10-20 sm, çırt-
lama formalarda isə 40 sm-dir. İkicinsli, çarpaz tozlanan bitkidir. Bir
səbətdə 600-1200 çiçək olur. 5 erkəkcik və 1 dişicikdən ibarətdir.
Dişicik tez yetişir. Meyvəsi toxum hesab edilir və tum adlanır. Tumu
uzunsov, pazşəkilli, 4 üzlü, sivri nəhayətli, ikiləpəlidir. 1000 ədədi-
nin kütləsi 35-75 qram, hətta 120 qrama çatan formaları da vardır.
Günəbaxanın inkişafı. Səpindən tam yetişməsinə qədər günə-
baxanın iikişafında aşağıdakı fazalar ayırd olunur: cücərmə, birinci
cüt həqiqi yarpaqların əmələ gəlməsi, çiçək qrupunun - səbətciklə-
rin əmələ gəlməsi, çiçəkləmə və yetişmə. Səpindən cücərməyə qə-
dər 9-15, cücərtilərin çıxmasından səbətciklərin əmələ gəlməsinin
başlanmasına qədər 30-40 gün, səbətciklərin əmələ gəlməsindən
çiçəkləmənin başlanmasına qədər 19-28 gün, çiçəkləmənin baş-
lanğıcından toxumların dolmağa başlamasına qədər 1 - 17 gün, to-
xumların dolmağa başlamasından tam yetişməsinə qədər 21-30 gün
çəkir. Müxtəlif sortlarda vegetasiya dövrunün ümumi uzunluğu 75-
140
günə bərabərdir.
Ontongenezdə günəbaxan oniki əsas orqanogenez etapı keçirir.
I-II etaplarda
gövdələrin buğumaraları diferensiasiya edir, III-IV
etaplarda
böyümə konusu uzanır və seqmentlərə bölünür, V etapda
çiçək çıxıntılarının diferensiasiyası, VI etapda çiçəklərdə dişicik və
erkəkciklər əmələ gəlməsi müşahidə olunur, IX etapda bitki çiçək-
ləyir, X etapda toxumlar əmələ gəlir, XI etapda toxumlarda qidalı
maddələr toplanır, XII etapda toxumlar yetişir.
Birinci etaplarda
günəbaxan nisbətən yavaş böyüyür və alaq
otları onu asanlıqla basır. Sonra tez böyüyür, səbətciklərin əmələ gəl-
məsindən çiçəkləməyə qədər olan dövrdə maksimum yüksəkliyə
çatır. Çiçəkləmə dövründə bitki çox yavaş boy atır, çiçəkləmənin
axırına doğru isə boyatma tamamilə kəsilir. Səbətciklərin əmələ gəl-
məsinin başlanğıcına doğru günəbaxan təxminən 15% quru maddə
toplayır. Çiçəkləmənin başlanğıcına doğru quru maddələrin miqdarı
50%-
ə çatır.
Günəbaxan tumunun zirehliliyi. Günəbaxanın çox sortlarında
tum qabığının sklerenxim qatının üst hüceyrələri, tərkibinin 76 %-ə
qədərini karbon təşkil edən qara fitomelan maddəsi ifraz edir. Bu
13
maddə mantar qatı ilə sklerenxim arasında zireh qatı adlanan sərt
təbəqə əmələ gətirir. Zireh qatı çox möhkəm olduğu üçün tumun
nüvəsini ziyanvericilərdən (xüsusilə günəbaxan güvəsindən) müha-
fizə edir. Ancaq çarpaz tozlanma nətiçəsində zirehsiz sortlar əmələ
gəlir.
Səpin materialı yoxlanılaraq zirehsiz toxumların çıxdaş edilməsi
alınacaq məhsulun ziyanvericilərdən qorunmasının əsas tədbirlərin-
dən hesab edilir.
Тoxumun zirehliliyini təyin etmək üçün ən asan və sadə üsul-
lardan
biri tum qabığının mikroskopik tədqiqidir. Тum qabığının en
kəsiyinə mikroskopda baxıldıqda qabığın bütün hissələri aydın seçilir
(şəkil 1).
Ən xarici və nisbətən nazik qat epidermis (1) adlanır.
Epidermisin
altında bir neçə
cərgə mantar toxumaları (2)
onun
da altında qalın, sərt
qara rəngli (əgər vardırsa)
zireh qatı (3), nəhayət bunun
da altında sklerenxim hücey-
rələri (4) yerləşir. Zirehsiz
sortlarda mantarla skleren-
xim
arasında başqa hissə
olmur.
Тum qabığı boz və boz-
zolaqlı toxumlarda zirehlili-
yi
n təyinində cızma və pört-
mə üsulu tətbiq edilir. Ancaq
tünd və qara toxumların qa-
bığının rəngi zireh qatının
rəngi ilə eyni olduğu üçün kimyəvi üsul daha düz və dəqiq nəticə ve-
rir.
Bioloji
xüsusiyyətləri: Тoxumları nəmli torpaqda 4-6
0
C tem-
peraturda
cücərti verməyə başlayır. Çərtmiş toxumu bu vəziyyətdə -
10
0
C temperatura dözür.
Şəkil 1
.
Günəbaxan qabığının en kəsiyi
(solda -
zirehli, sağda – zirehsiz) 1 –
epidermis hüceyrələri, 2- mantar
toxuması, 3- zireh qatı,
4-
sklerenxim hüceyrələri
14
Тorpaq səthinə çıxmış cavan cücərtilər mənfi 8
0
C temperaturda
belə məhv olmur. Ona görə də günəbaxan ilk inkişaf dövründə aşağı
temperatura dözümlü
dür və erkən yazda səpilməyə imkan verir.
Günəbaxan işığa tələbkar bitkidir. Kölgəyə düşdükdə və tutqun
havada boyatma və inkişafı ləngiyir.
Çiçəkləmə fazası cücərtilər fazasından 50-60 gün keçmiş baş-
layaraq, 20-
25 gün davam edir (ayrıca götürülmüş bir səbətçik 8-10
günə tam çiçəkləyir). Səbətciyin maksimum böyüməsi çiçək tökü-
ləndən sonra 8-10 gün müddətində başa çatır. Səbətciyin böyüməsi
tam saralana kimi davam edir. Sort və hibriddən, yetişmə şəraitindən
asılı olaraq, səbətciyin yetişməsi cücərtilər torpaq səthinə çıxan
gündən 70-120 gün sonra baş verir (toxumların yetişməsi mayalanma
müddətindən sonra 32-42 gün ərzində davam edir). Səbətciklər
yığıldıqdan sonra toxumun fizioloji yetişmə dövrü başlayır. Bu dövr
də hava şəraiti və əkilmiş sortdan asılı olaraq, 10 gündən 50 günə
qədər çəkir. Torpaqda toxumların sükut dövrü, anbarda saxlanan to-
xumlara nisbətən daha çox olur.
Nəmliyə tələbatı müxtəlifdir. Günəbaxan nəmliyi torpağın dərin
qatlarından belə ala bilir. Bitkinin gövdə və yarpaqlarının yaxşı tük-
cüklü ol
ması və eyni zamanda ağızcıqlarının transpirasiyaya uyğun-
luğu günəbaxan üçün istiliyə və quraqlığa davamlılıq yaratmışdır
(xü
susən bitkinin çiçəkləmə fazasına kimi olan dövrü üçün). Günə-
baxan cücərtilərin alınmasından çiçəklənmə dövrünə qədər suya az
tələbkardır. Çiçəkləmə və dən dolma dövründə günəbaxanın nəmliyə
tələbatı çoxalır. Bu dövrdə nəmliyə tələbat vegetasiya ərzində ümumi
tələbatın 75%-nı təşkil edir. Günəbaxanın ən çox (60%-ə qədər)
nəmlik tələb edən dövrü: - səbətciyin əmələ gəlməsindən çiçək-
ləmənin sonuna qədər olan dövrdür. Bu bitkinin suya qarşı böhran
dövrüdür. Həmin dövrə qədər və bundan sonrakı fazalarda suya
tələbat müvafiq olaraq, 22,4 və 17,6% təşkil edir. Həmin dövrdə
nəmliyin çatışmaması, səbətciyin mərkəzində boşdənlilik yaradır.
Ve
getasiya müddətində bir bitki 200 kq su sərf edir. Тranspirasiya
əmsalı 470-570-dir.
Günəbaxan üçün əlverişli torpaqlar qara torpaqlardır (qumsal və
gillicə). Şabalıdı və bataqlaşmış şəraitdə əhənginin miqdarı çox olan
15
torpaqlar günəbaxan üçün az əlverişlidir. Qranulometrik tərkibi yün-
gül olan münbit torpaqlarda günəbaxan yaxşı məhsul verir. Bataqlıq,
qumlu və turş torpaqlardan başqa qalan torpaqlarda yüksək aqrotex-
ni
ka tətbiq etməklə günəbaxandan istənilən məhsul götürmək müm-
kündür. Qranulometr
ik tərkibi ağır olan və güclü şorlaşmış torpaq-
larda günəbaxan becərmək mümkün deyil. Torpağın reaksiyası pH
6,0 - 6,8-
ə bərabər olmalıdır.
Günəbaxan başqa bitkilərə nisbətən torpaqdakı qida maddələrini
intensiv dərəcədə istifadə etmək qabiliyyətinə malikdir. Günəbaxan
bəzi bitkilərə nisbətən bir ton dən üçün 2,0-2,5 dəfə artıq qida mad-
dələri tələb edir. Günəbaxan azot elementini əsasən səbət əmələ
gəldikdən çiçəkləmənin sonuna qədər, fosforu çıxışlar alındıqdan çi-
çəklənməyə qədər, kaliumu isə səbətlərin əmələ gəlməsindən dənin
yetişməsinə qədər tələb edir.
Toxum tam yetişdikdə demək olar ki, azot və fosforun əsas
hissəsi dəndə toplanır. Kalium elementinin 10%-i, dəndə qalan 90%-i
isə bitkinin vegetativ orqanlarında toplanır.
Günəbaxanı yüksək məhsulu təmin edən intensiv texnologiya ilə
becərdikdə, bu bitkinin elmi əsaslandırılması, növbəli əkinlərdə yer-
ləşdirməyə xüsusi fikir verilməlidir. Bundan başqa, yüksək məhsul
üçün ayrıca götürülmüş bir təsərrüfatda yetişmə müddətinə görə
xəstəliklərə davamlı müxtəlif sort və hibridlərin istifadə edilməsinə
xüsusi fikir verilməlidir; məkanın nəmlik təminatına uyğun nəzərdə
tutulmuş bitki sıxlığına nail olunmalıdır.
Çiçəkləmənin biologiyası. Günəbaxan tipik çarpaz tozlanan
bitkidir. Çarpaz tozlanma arılar və başqa həşəratların köməyi ilə
gedir, onlar bitkidən - bitkiyə uçuşaraq çiçəklərin ifraz etdiyi nektarı
toplayırlar.
Ayrı-ayrı bitkilərin çiçəkləməsinin uzunluğu təxminən
8-10 gün
davam edir. Tozlanma
və mayalanma şəraitinin pozulması xüsu-
si
lə səbətciklərin ortasında dənlərin boş olmasına səbəb olur. Gübrə-
lənməmiş sahələrdə boş dənlərin miqdarı 35 %-ə çatır. Gübrə veril-
məsi və bitkilərin suvarılması dənlərin boşluğunu 1-3 %-ə qədər
azal
dır. Əlverişli olmayan yetişmə şəraiti, rütubət və qida maddə-
lərinin çatmaması toxumların cılızlığına (yanmasına) səbəb olur ki,
16
bu da
onların mütləq çəkisinin kəskin surətdə azması ilə özünü
göstərir.
Növbəli əkində yeri. Günəbaxan bitkisi onun becərildiyi əsas
bölgələrdə cərgəarası becərilən növbəli əkin tarlalarında payızlıq
buğdalar və qarğıdalıdan sonra, alaqlardan təmiz tarlalarda isə arpa
və yazlıq buğdadan sonra yetişdirilir. Günəbaxan üçün ən yaxşı
sələflər payızlıq və yazlıq dənli taxıl bitkiləri, dənlik və silosluq qar-
ğıdalıdır. Çoxillik otlar, şəkər çuğunduru və sudan otu (sorqo)
torpağın 1,5-2,0 metr dərinliyindəki nəmlikdən istifadə etdiyinə görə
onlardan sonra günəbaxan becərmək olmaz. Günəbaxanla eyni xəstə-
liklərə (sleretinoz, boz çürümə və s.) meylli noxud, soya, turp, lobya
bitkilərindən sonra əkilməsi tövsiyə edilmir. Xəstəlik və zərərveri-
cilərdən mühafizə məqsədilə günəbaxanı növbəli əkində öz yerinə 8-
10 ildən sonra qaytarmaq olar.
Becərilmə texnologiyası. Becərmə texnologiyası torpaq becər-
mə işləri ilə başlayır. Тorpaq payızdan dondurma şumu texnologiyası
ilə şumlanır. Dənli-taxıl bitkilərindən sonra əkildikdə kövşənlik 6-8
sm dərinlikdə üzlənməli və sonra 30-32 sm dərinlikdə əsas şum edil-
məlidir. Kökümsov gövdəli alaqlarla alaqlanmış sahələrdə ikimər-
təbəli kotancıqla iki dəfə üzləmə aparılır. Birinci üzləmə 6-7 sm,
ikinci üzləmə isə 10-12 sm dərinlikdə aparılır. Üzləmənin aparıl-
masında məqsəd nəmlik itkisinin qarşısını almaq və alaq otlarının
toxumlarını cücərdilərək məhv edilməsidir. Belə şumlamada köküm-
sov gövdəli (çayır, kalış və s.) alaqlar 70-80 % azalaraq, hər hektar-
dan götürülən məhsulun miqdarı 1,5-2,5 sentner artır. Torpaq quru
olarsa birinci üzləmədən sonra 600-700 m
3
həcmində aldadıcı suvar-
ma aparılır. Sonra sahəyə üzvi və mineral gübrə verərək 27-30 sm
dərinliyində şum aparılır.
Günəbaxan səpini üçün payızda hazırlanmış sahə yazda bir-iki
dəfə malalanır. Yazda sahənin becərilməsində məqsəd torpaqda nəm-
lik ehtiyatını saxlamaq, cücərmiş alaqları məhv etmək, normal günə-
baxan cücərtiləri almaq üçün əlverişli şərait yaratmaqdan ibarətdir.
Bu
nun üçün sahə malalanır və alaqlar əmələ gəldikdə kultivasiya
çəkilir. Birinci kultivasiya 10-12 sm dərinlikdə, sonrakılar nisbətən
az dərinlikdə aparılır. Səpin qabağı torpağın üzlənməsi və hamarlan-
17
ması herbisidlərin bir bərabərdə verilməsinə (çilənməsinə), toxumla-
rın eyni dərinliyə basdırılmasına, yaxşı çıxışlar alınmasına və bitki-
lərin bərabər böyüməsinə imkan yaradır.
Tarlada güclü alaqlanma olduqda prometrin
və treflan herbisid-
lərinin qarışığından istifadə olunur. Aratdan sonra torpaq yetişən ki-
mi səpinqabağı becərmə, yəni kultivasiya və malalama aparılır.
Sortları: Тoxumlarının iriliyinə, yağlılığına və qabıqlılıq dərə-
cəsinə görə günəbaxan sortları üç qrupa bölünür. Yağlıqların toxum-
ları xırdadır və qabıqlılıq dərəcəsi aşağıdır (22-36%), rüşeymi iridir,
toxum boşluğunu yaxşı doldurur. Rüşeymində yağın miqdarı 53
faiz
dən 63 faizə qədərdir ki, bu da toxum kütləsinin 40-56%-ni təşkil
edir.
Çırtlamaq üçün olanların toxumları iridir. Qabıqlılığı yüksəkdir
(42-
56%), rüşeym toxum boşluğunu tam doldurmur, yağlılığı lap
azdır (20-35%). Çırtlanan sortların bitkisi adətən iri olur. Ona görə
bunlar silos üçün istifadə edilir. Aralıq (qarışıq) sortlar toxumun öl-
çü
lərinə və digər nişanələrinə görə yuxarıdakı iki sort qrupuna görə
aralıq vəziyyətindədir.
Azərbaycanda (2013) Qiqant -549, VNİİMK- 8883 və Kazio
(Fransa) sortları rayonlaşdırılmışdır.
Nəhəng (Qiqant) – 549 sortu. Ümumittifaq Bitkiçilik İnstitutu-
nun Kuban və Maykop təcrübə stansiyaları tərəfindən Krasnodar
diyarının yerli nümunəsindən fərdi seçmə üsulu ilə yetişdirilmişdir.
Günəbaxanın çırtlaq qrupuna daxildir. Silos üçün ən əlverişli
sortdur. Gövdəsinin hündürlüyü 2-4 metrə qədərdir. Yaxşı yarpaqla-
nandır. Vegetasiya müddəti 90-110 gündür. Aran rayonlarında iyu-
nun axırlarında, alçaq-dağlıq bölgələrdə iyulun ortalarında, orta-
dağlıq bölgələrdə isə avqustun əvvəllərində ən yüksək yaşıl kütlə
verir. Səbəti orta irilikdə, tumu iri, açıq-boz rəngli, zirehsizdir. Yaşıl
kütlə məhsulu hər hektardan orta hesabla alçaq-dağlıq (dağətəyi)
bölgədə 150-330 sentner, orta-dağlıq bölgədə isə 250-300 sentner
olur.
Yüksək yaşıl kütlə məhsulu hər hektardan Alazan-Həftəran vadi-
sinin rütubətli hissəsində 900 sentnerə çatır.
18
Azərbaycanın alçaq-dağlıq və orta-dağlıq bölgələrində silos
məqsədilə 1946-cı ildə rayonlaşdırılmışdır.
Armavir - 3497 – Ümumittifaq Elmi –
Tədqiqat Yağlı Bitkilər
İnstititutunun (VNİİMK) Armavir təcrübə stansiyasında VNİİMK
1646 sortundan çoxdəfəli seçmə yolu ilə alınmışdır. Hektardan 35,2
s. dən verir. Yağlılığı 54,7% -dir. Hektardan 17,3 sentner yağ almaq
mümkündür. Bitkinin boyu 180-
219 sm., vegetasiya müddəti 90-96
gündür. Orta yetişən, quraqlığa, günəbaxan güvəsi və vertisilium so-
lux
masına davamlı sortdur.
Armavir – 9343.
Ümumittifaq Bitkiçilik İnstitutunun Armavir
yağlı bitkilər istinad məntəqəsində təcrübə stansiyasında Armavir -
3497 sortundan fərdi seçmə yolu ilə alınmışdır. Gövdəsi 130-175 sm
hündürlüyündə, səbətin diametri 12-18 sm, azacıq qabarıqdır. Tumu
uzun
sov pazşəkilli, orta irilikdədir. Tum qabığı tünd-boz rəngli, qa-
ram
tıl zolaqlıdır. 1000 ədəd tumunun kütləsi 57-76 qramdır. Tumun-
da 38-44%
, nüvəsində 60-63% yağ olur. Tezyetişən sortdur.
Yerli çırtlama sortu. Gövdəsi 300-350 sm hündürlüyündə, yo-
ğun, tez oduncaqlaşan, səbətin diametri 30-32 sm, tumu olduqca iri
20-
28 mm, boz rənglidir. Əsasən silos üçün becərilir.
Yaxşılaşdırılmış ВНИИМК 1646 - Ümumittifaq Elmi –Tədqi-
qat Yağlı Bitkilər İnstitutunun (ВНИИМК) Armavir təcrübə stan-
siya
sında Ukraynanın Mariopol şəhərində becərilən yerli sortdan tək-
ra
r fərdi seçmə yolu ilə alınmışdır. Hektardan 34,8 s. dən verir. Yağ-
lılığı 53% -dir. Hektardan 16,6 s. yağ almaq mümkündür. Bitkinin
boyu 175-
215 sm., vegetasiya müddəti 90-94 gündür. Orta yetişən,
quraq
lığa, günəbaxan odlucasına və vertisilium soluxmasına davamlı
sortdur.
Yaxşılaşdırılmış ВНИИМК 6540 - Ümumittifaq Elmi –Tədqi-
qat Yağlı Bitkilər İnstitutunun (ВНИИМК) mərkəzi bazasında
ВНИИМК 1646 və ВНИИМК 1813 sortlarının sərbəst tozlanma-
sından alınan bitkilərdən çoxdəfəli fərdi seçmə yolu ilə alınmışdır.
Hektardan 36,4 s. dən verir. Yağlılığı 54,1% -dir. Hektardan 17,7 s.
yağ almaq mümkündür. Bitkinin boyu 175-210 sm., vegetasiya
müddəti 90-95 gündür. Orta yetişən, yüksək məhsuldar, quraqlığa,
günəbaxan odlucasına və vertisilium soluxmasına davamlı sortdur.
19
Yaxşılaşdırılmış ВНИИМК 8931 - Ümumittifaq Elmi -Tədqi-
qat Yağlı Bitkilər İnstitutunun (ВНИИМК) mərkəzi bazasında 5452
№ - li sortla ВНИИМК 6540 sortlarının carpazlaşdırılmasından alı-
nan hibridlərdən fərdi seçmə yolu ilə alınmışdır. Hektardan 35,5 s.
dən verir. Yağlılığı 53,6%-dir. Hektardan 17,1 s. yağ almaq müm-
kündür. Bitkinin boyu 175-
210 sm., vegetasiya müddəti 90-95 gün-
dür. Orta yetişən, yüksək məhsuldar, quraqlığa, günəbaxan odlucası-
na və vertisilium soluxmasına davamlı sortdur.
Yaxşılaşdırılmış zelyonka 368 Elmi - Tədqiqat Yağlı Bitkilər
İnstitutunun (ВНИИМК) Belqorod təcrübə stansiyasında Zelyonka
63 sortunun bir neç
ə müxtəlif mənşəli sortlarla istiqamətləndirilmiş
s
ərbəst tozlanmasından alınan bitkilərdən fərdi seçmə yolu ilə alın-
mışdır. Hektardan 28,2-34,5 sentner dən verir. Yağlılığı 51,8-54% -
dir. Hektardan 13,2 - 16,8 sentner
yağ almaq mümkündür. Bitkinin
boyu orta hesabla 170 sm., vegetasiya müdd
əti 90-105 gündür. Orta
yetişən, günəbaxan güvəsinə və vertisilium soluxmasına davamlı
sortdur.
Kazio. Kazio sortu Fransadan g
ətirilib. Azərbaycanda 2002-ci
ild
ən başlayaraq rayonlaşdırılıb. Bitkinin hündürlüyü 153 sm, 1000
ədəd dənin kütləsi 55,9 qr, xüsusi çəkisi 385 qr, tumunda yağın
miqdarı 40,6%, zülalın miqdarı 19 %- dir. Bu sort orta tezyetişəndir.
Vegetasiya müdd
əti 120 gündür. Xəstəliklərə qarşı orta davamlıdır.
Alzan.
Fransa seleksiyaçıları tərəfindən yaradılmış ikixətli hib-
riddir. Hündürlüyü 160 - 172 sm, s
əbətinin diametri 17-18 sm olmaq-
la
nazik, yastı, maili (əyilən) deyildir. Toxumunun yağlılığı 46,0 -
52,0% - dir. B
ərabər hündürlükdə olan, müntəzəm çıxış verən, eyni
vaxtda yetişən hibrid kimi yüksək texnoloji xüsusiyyətlərə malikdir.
Yüks
ək məhsuldardır. 2004-2006-cı illərdə nümayiş tarlasında müsa-
biq
əli sortsınağında 30,5 s/ha toxum məhsulu vermişdir. Hektardan
yağ çıxımı 4 ildə orta hesabla 14,1 sen. təşkil etmişdir. Hektarda 54-
59 min bitki saxlanılır. Vegetasiya müddəti 94-101 gündür.
Bunlardan başqa günəbaxanın mayak, pervenes, yaxşılaşdırılmış
qabaqcıl, proqres, yaxşılaşdırılmış smena, start, yubiley - 60, yaxşı-
laşdırılmış ВНИИМК- 8883, vosxod, zarya, zenit, poçin, armavirli,
nadyoj
nıy, salyut və s. sortları da vardır.
20
Gübr
ələmə. Yüksək məhsul əldə etmək üçün mühüm aqro-
texniki t
ədbirlərdən biri də üzvi və mineral gübrənin tətbiqidir. Güb-
r
ələmə texnologiyasında bir hal nəzərə alınmalıdır ki, günəbaxan
vegetasiya
ərzində torpaqdan xeyli miqdar qida maddəsi tələb edir.
Gün
əbaxan bitkisi 1 ton əsas və əlavə məhsulla torpaqdan 70 kq
azot, 27 kq fosfor v
ə 170 kq kalium elementi aparır. Bir sentner gü-
n
əbaxan toxumunda 6 kq azot, 2,6 kq fosfor və 18,6 kq kalium top-
lanmışdır ki, bu miqdar qida elementləri həmin çəkidə olan payızlıq
buğdanın 2-3 sentnerinə bəs edə bilər. Bunu nəzərə alaraq hektara
15-20 ton peyin, 2-3 sentner superfosfat verilm
əlidir.
Müxt
əlif qida maddələri, bitkinin müxtəlif inkişaf fazasında az
v
ə çox istifadə edilir. Səbət əmələ gəlmə fazasından çiçəkləmənin
axırına qədər azota tələbat ən çoxdur; azot toxumlarda yağın miq-
darını bir qədər azaldır, lakin toxum məhsulunu artırır. Fosfor cücər-
til
ər əmələ gələndən çiçəkləməyə qədər daha çox istifadə edilir.
Gün
əbaxan bitkisi fosfor qidası ilə yaxşı təmin olunduqda dənlərdə
yağ faizi artır. Kalium isə səbətin formalaşmasından yetişmə dövrünə
q
ədər daha çox istifadə olunur.
Gün
əbaxanın gübrələmə sistemi belədir: payızda əsas şum altına
v
ə səpinqabağı torpaqbeçərmə ilə yazda, səpinlə birlikdə cərgəyə və
bir d
ə vegetasiya dövründə yemləmə kimi verilən gübrə.
Əsas gübrələmə dondurma şumuna verilən gübrələrdir ki, başqa
gübr
əvermə texnologiyasından səmərəlidir. Səpinlə birgə toxumla
veril
ən dənəvər superfosfat da yaxşı effektə malikdir.
Payızda şum aparılarkən üzvi gübrələri T-150, K-701 traktorları-
na qoşulan PRT-10, mineral gübrələrə isə MTZ-80-82 traktorlarına
qoşulan 1RMQ-
4, RTT- 4,2, RUM-5, RUM-8 aqreqat
ları ilə verir-
l
ər.
Torpağa verilən peyin onu qidalı maddələrlə zənginləşdirir, tor-
pa
ğın fiziki keyfiyyətini yaxşılaşdırır və mikrobioloji prosesləri güc-
l
əndirir.
Gübr
ələrdən istifadə edilməsi bitkilərin kök sisteminin və yerüs-
tü orqan
larının güclü inkişaf etməsinə şərait yaradır.
Azot gübr
əsi bitkinin boyunu sürətləndirir, iri yarpaqlar, gövdə
v
ə səbətlərin formalaşmasını təmin edir. Lakin, yüksək azot norması
21
toxumlarda zülalın toplanmasını artırır, yağlılığı aşağı salır, və bitki-
y
ə qida elementləri bərabər daxil olmur.
S
əpin zamanı cərgənin yan tərəflərinə 5-10 kq azot, 10-15 kq
fosfor verdikd
ə bitkilər ilk inkişaf fazalarında qida elementləri ilə
yaxşı təmin olunmuş hesab edilir. Yemləmə gübrələri üçüncü cüt
yarpaqlar dövründ
ə (1-ci yemləmə), ikinci isə səbət əmələgəlmə fa-
za
sında verilsə, daha yaxşıdır. Belə olduqda hər hektardan 2,9-3,9
sentner m
əhsul artımı ilə təmin olunur. Birinci kultivasiyada yem-
l
əmə gübrəsi kimi hektara 30 kq azot və 30 kq fosfor cərgələrdən 12-
14 sm aralı, 10-12 sm dərinliyə verilməlidir. Qalan gübrə normaları
ikinci v
ə üçüncü yemləmələrdə verilir. Məhsuldarlığı artırmaq üçün
əsas şum altına hektara 1- 2 kq normada manqan sulfat mikrogübrəsi
verilir. Eyni zamanda bakterial gübr
ə fosforobakterinin verilməsi də
müsb
ət nəticə verir.
Gübr
ələrin tətbiqi təkcə mineral elementlərlə bitkilərin qidalan-
masını yox, həm də torpaq nəmliyindən məhsuldar istifadə olunma-
sını təmin edir və günəbaxanın ağ və qonur çürümə xəstəliyinə qarşı
davamlılığını artırır.
Dostları ilə paylaş: |