Toxumun s
əpinə hazırlanması, səpin müddəti, üsulu və nor-
ma
sı. Səpin üçün sağlam və yetişmiş toxumlardan istifadə olunma-
lıdır. Toxumların cücərmə qabiliyyəti ən azı 96%, təmizliyi isə 99 %
olmalıdır. Günəbaxan toxumları cücərmə qabiliyyətini tez itirdiyin-
d
ən səpin üçün yalnız keçən ilki toxumlardan istifadə olunmalıdır.
Cüc
ərmə qabiliyyətini artırmaq üçün toxumlar isti havada sərilərək
qurudulur. S
əpinqabağı toxumlar zərərvericilərə qarşı 1 ton toxuma
15,8 litr kruyzer (600 q/l), göb
ələk xəstəliklərinə qarşı isə 1 ton
toxuma 10-
15 litr hesabı ilə apron və ya maksim preparatları ilə
d
ərmanlanır.
S
əpin müddəti temperatur şəraitindən asılıdır. Torpağın əkin
q
atında temperatur 5-7
0
C,
toxumun basdırılma dərinliyində tempe-
ratur 8-12
0
C olduqda s
əpin aparmaq mümkündür. Gündəlik tempe-
ratur 10-12
0
C olduqda cüc
ərtilər daha tez alınır.
S
əpin erkən yazda fevral ayının axırları və mart ayının əvvəl-
l
ərində aparılır. Səpin üsullarından sıx-yuva üsulu daha geniş yayıl-
mışdır. Bu texnologiyada cərgəyə nəzərdə tutulmuş miqdarda toxum
22
lazımı sıxlıqda səpilir. Sıx yuva üsulu səpində cərgələrarası 60 və 90
sm-lik, silosluq gün
əbaxan səpinində isə 45, 60 və 70 sm ilə səpin əl-
verişlidir.
Son dövrl
ərdə günəbaxanı gencərgəli punktir səpin üsulu ilə yəni
c
ərgəarası 70 sm olmaqla becərirlər. Səpin üçün SUPN- 8, SKPP- 12
aqreqatlarından istifadə edilir. Bitki sıxlığı hektarda 40-50 min ədədə
b
ərabər olmalıdır. Cərgələrdə bitki arası məsafə 30-40 sm-ə qədər,
h
ər metrdə orta hesabla 3,0-3,5 bitki olmalıdır. Nəmlik ehtiyatı az
olan yerl
ərdə bitki sıxlığı 20-30 min və cərgələrdə bitki arası məsafə
50-60 sm, y
əni hər metrdə orta hesabla 1,5-2,0 bitki olmalıdır. Səpin
norması 1000 ədəd toxumun kütləsindən asılı olaraq müəyyənləşdiri-
lir. H
ər hektara 8-14 kq toxum səpilir. Günəbaxan silos üçün becəril-
dikd
ə səpin norması 35-40 kq-a qədər artırılır. Səpinin dərinliyi 6-8
sm olur.
Əkinə qulluq işləri. Cücərtilərin torpaq səthinə çıxmasına 4-5
gün qalmış tarla, qaysağı dağıtmaq və alaqları məhv etmək məqsə-
dil
ə malalanır. Əgər səpindən sonra torpaq səthi həddən artıq quru-
yarsa çıxışların alınmasını gözləmədən torpaq səthi sıxlaşdırılmalıdır.
Bunun üçün ZKK-
6 markalı dişli kotandan istifadə olunur. Səpin
c
ərgəvi üsulla aparılıbsa malalama cərgələrə perpendikulyar istiqa-
m
ətdə həyata keçirilir. Əgər sahə alaqlı olarsa günəbaxanın 2 cüt yar-
paq fazasına qədər malalamanı aparmaq mümkündür. Cərgəarası 70
sm olduqda birinci kultivasiya 50 sm enind
ə, ikinci kultivasiya isə 45
sm enind
ə aparılır. Alaq otlarına qarşı prometrin yaxud treflan her-
bisidl
əri ( hektara 2-3 kq ) işlədilir.
2-
3 yarpaq fazasında günəbaxan seyrəldilir və hər hektarda 50-
55 min bitki saxlanılır. Dəqiq səpin texnologiyasında seyrəltmə əmə-
liya
tına ehtiyac qalmır. Bundan başqa cərgələrarası torpaq sahəsinin
bec
ərmə texnologiyasına başlanır. Adətən, 2-3 cərgələrarası beçərmə
aparılır. Cərgə araları KRN- 4,2 və KRN - 5,6 kultivatorları ilə becə-
rilir. Birinci kultivasiya 6-8 sm, ikinci 8-10 sm v
ə üçüncü isə 5-6 sm
d
ərinlikdə aparılmalıdır. Bitki 60-70 sm hündürlükdə olduqda cərgə-
l
ərarası becərmələr qurtarır. Suvarma şəraitində günəbaxan becərmə
texnologiyasında sahə dondurma şumundan sonra arat edilir. Vege-
tasiya
ərzində bitkiyə üç-dörd dəfə su verilməlidir. Suvarmaların
23
t
əqbiqi toxumlarda yağın miqdarını yüksəldir.
Birinci suvarma cüc
ər-
til
ər seyrəldikdən sonra (dörd yarpaq fazasında), ikinci - səbət əmə-
l
əgəlmə dövründə, üçüncü - çiçəkləmə qabağı, dördüncü suvarma isə
toxumların dənə dolduğu dövrdə hektara 800-1000 m
3
olmaqla
aparılır. Yaxşı gübrələnmiş suvarma şəraitində becərilən günəbaxan
üçün h
ər hektarda bitki sıxlığı 55-60 min ədəd müəyyənləşdirilmiş-
dir.
Gün
əbaxan çiçəkləyərkən mayalanmanın yaxşı getməsi və tum-
ların boş olmaması üçün bir hektar sahəyə 2 bal arısı ailəsini gətir-
m
ək zəruridir. Bu halda məhsuldarlıq daha da yüksəlir.
Keçmiş SSRİ-də günəbaxanın intensiv texnologiya ilə becəril-
m
əsi üsulları işlənib hazırlanmışdır. Bu becərmənin əsas üsulları
növb
əli əkində günəbaxanı əlverişli sələflərdən (taxıl bitkiləri, göy
noxud, qarğıdalı) sonra yerləşdirmək, torpağın keyfiyyətli hazırlan-
ma
sı, azotlu və fosforlu gübrələrin tətbiqi, alaqlarla mübarizədə
herbisidl
ərin səpini hektarda optimal bitki sıxlığı (35-50 min) yarat-
maq,
əkinlərə vaxtında qulluq, müasir və keyfiyyətli yığımın təşkili
üsullarıdır.
M
əhsulun yığılması. Günəbaxan toxumlarda yağ toplanması
başa çatıb, hər sorta aid tipik rəngə çalanda, rüşeym bərkidikdən
sonra yığılmalıdır. Quraqlıq illərdə toxumların dolması çiçəkləmədən
38 gün sonra, n
əmli illərdə isə 48-50 gün sonra başa çatır. Xarici
əlamətlərinə görə günəbaxan toxumlarında 3 cür yetişmə qeyd edilir:
sarı, qonur və tam yetişmə.
1. Sarı yetişmədə yarpaqlar və səbətin alt tərəfi limonu- sarı rəng
alır. Bu dövrdə səbətdə nəmlik 78- 82%, tumda isə 30- 40% olur.
2. Qonur yetişmədə səbət tünd qonur rəng alır, nəmlik 40-50%,
tumda is
ə 12-14% olur.
3. Tam yetişkənlikdə səbətin nəmliyi 18-20%, tumunku isə 10-
12%-
ə çatır.
Toxumların orta nəmliyi 12-14 %-ə endikdə günəbaxanın yığı-
mına başlanılır. Bu dövrdə bitkinin 80- 90 %-i qonur-sarı, səbətlərin
əksəriyyəti qonur, quru olmaqla 10-12 %-i sarı rəng alır. Nəmişli il-
l
ərdə günəbaxanın yetişməsi uzanaraq çiskinli havaların başlanması
24
il
ə bir yerə düşür ki, bu da sklerotina və boz çürümə xəstəliyinin ya-
yılmasına səbəb olur.
Yığımı qısa müddətdə aparmaq üçün desikasiya edilir. Desi-
kasiya bitkinin yetişməsini sürətləndirir, yığım müddətini qısaldır, ağ
v
ə boz çürüməni zərərsizləşdirir, quru və yüksək keyfiyyətli toxum
alınmasına şərait yaradır.
Desikasiya m
əqsədi ilə maqnezium-xloratdan istifadə edilir.
Kütl
əvi çiçəkləmədən 35-40 gün sonra toxumlarda nəmlik 30-35%
olduqda
əkinlərə maqnezium-xloratın 60 %-li məhlulu (hektara 20
kq), 20 %-li reqlon (2 litr/ha) v
ə ya onların qarışığı (10 kq + 1 litr )
100-150 litr suda h
əll edilir və 1 hektara çilənir. Bu halda məhsul
yığımına 10-12 gün tez başlamaq mümkündür. Yığıma çiləmədən 8-
10 gün sonra başlamaq lazımdır. Desikatlar tətbiq olunmuş sahələr-
d
əki bitki qalıqları ilə heyvanların yemləndirilməsi qadağandır. Yığı-
mı gecikdirdikdə səbətlər tam quruyur, hektardan 2-3 sentner toxum
m
əhsulu və ya 2-3 % yağlılıq itirilir. Yığım zamanı kombaynın hərə-
k
ət sürəti saatda 5 km olmalıdır ki, toxumun zədələnməsi və xırda-
lanmasının qarşısı alınsın.
Gün
əbaxan birbaşa kombayınla yığılır. Bu məqsədlə taxılyığan
kombayn
lara xüsusi qurğu quraşdırılır. Taxıl kombaynları CK-5
“Niva”, PSP-1,5 t
ərtibatı ilə də yığım aparmaq olar. Bu tərtibatla
kombayn gövd
ələri 20 sm - lik yüksəklikdən kəsərək 15 sm iriliyin-
d
ə xırdalayır, toxumlar isə bunkerə tökülür. Yığım, bütün bitkilərin
m
əhsul yığımında olduğu kimi, qısa müddətdə həyata keçirilməlidir.
Yığımdan sonra toxumlar alaq otlarının toxumlarından və digər yad
qarışıqlardan təmizlənib, 10-12% nəmlik həddinə qədər qurudulur,
satış üçün hazırlandıqda isə toxum 6-7 % nəmliyə qədər qurudulur.
Qurudulmuş toxumlar təmizlənir və saxlanma yerlərinə daşınır.
T
ərkibində yağlılıq faizi çox olan toxumlar saxlanılarkən nəmliyi
7%-
ə bərabər olmalıdır. Belə toxumları 7%-dən yuxarı nəmlikdə sax-
lamaq m
əsləhət deyil. Toxumlar 1 metr təbəqədə (qalınlıqda) saxla-
nılır. Kisələrdə saxlanılan toxumların nəmliyi isə 8-10%-ə yaxın ol-
ma
lıdır.
Şərait olduqda günəbaxan intensiv texnologiya ilə də becərilə
bil
ər. Bu texnologiyada hər hektardan 2-2,5 ton toxum almaqla,
25
bec
ərmə texnologiyasındakı əməliyyatların sayı adi texnologiyada
olan 12-13
əməliyyatdan 7- 9-a qədər azaldılır, çəkilən xərclər 20%
aşağı salınır və məhsulun maya dəyəri 7-8% ucuzlaşdırılır.
Toxumun yığımdan sonra işlənməsi. Yığımdan sonra toxumun
içind
ə bir çox qarışıqlar – gövdə, səbətcik və yarpaq hissəcikləri olur.
Bu qarışıqları toxuma nisbətən nəmli olduqlarına görə yığımdan
sonra d
ərhal təmizləmək vacibdir. Təzə yığılmış toxumları 25-30 gün
yığımdan sonra yetişmək üçün saxlayırlar. Bu prosesi sürətləndirmək
üçün dig
ər qarışıqlardan toxumu təmizləyərək, nəmliyi 8-10% qalana
q
ədər qurudurlar. Toxumlar saxlanılan yerlərdə 0,4 m hündürlüyün-
d
ə yığılır.
1. 2.
GƏNƏGƏRÇƏK
Xal
q təsərrüfatı əhəmiyyəti. Gənəgərçək dünya əhəmiyyətli
bitkidir. Yüksək yağlı bitkilərdən hesab edilir. Yağ bitkinin müxtəlif
orqan
larında yerləşir, ancaq toxumlarından çıxarılır (alınır). Gənə-
gərçək toxumlarının tərkibində 47-60 % qurumayan (yod ədədi 82-
86
) yağ vardır. Bu yağ qatılığını (özüllüyünü) yüksək temperaturda
yaxşı saxlayır və sənayenin bir çox sahələrində geniş tətbiq edilir.
Yağının tərkibində toksiki birləşmə -ritsinin alkaloidli və zülalın sian
qrupu ilə birləşməsi olan ritsin vardır. Bakterisid xüsusiyyəti olduğu
üçün tibdə istifadə edilir.
Gənəgərçək bitkisi texniki yağ əldə etmək üçün əkilib becərilir.
Bu bitki ona görə qiymətlidir ki, ondan alınan mahud yağı və ya
ritsin yağı (gənəgərçək yağı) plastik, neylon liflər, reaktiv təyyarələr
üçün sintetik maddələr, hidravlik mayelər, süni dəri, aşağı və yuxarı
temperatura dözümlü xüsusi yağlama vasitələri hazırlanmasında, tib-
də və sabunbişirmə sənayesində istifadə olunur. Gənəgərçək yağının
tibbi məqsədlər üçün istifadəsi haqda ən qədim sanskrit əlyazma-
larında rast gəlinir. Bu əlyazmalarında gənəgərçəyin qırmızı və açıq
rəngli toxumlarından bəhs edilir.
İsti üsulla alınmış gənəgərçək yağından gön-dəri, toxuculuq, lak-
boyaq, sabunbişirmə və sənayenin digər sahələrində istifadə olunur.
Soyuq üsulla alınmış yağdan (kostorovoe) tibdə istifadə olunur. Bu
üsulla alınmış yağda zəhərli maddələrin hissəcikləri olmur. Gənəgər-
26
çək jmıxından kazein yapışdırıcısı (kleyi) alınır. Tərkibində 7,5%
azot olduğundan gübrə kimi də istifadə olunur. Jmıxın hər sentne-
rində 92 yem vahidi var. Tərkibində zəhərli maddə olduğundan hey-
vandar
lıqda yem kimi istifadə olunmur.
Köklü (qədim) Afrika əhalisi arasında gənəgərçək çox geniş
tətbiq sahəsinə malikdir. İlin soyuq vaxtlarında gənəgərçək yağı dəri-
yə sürtmək üçün, ölmüş heyvanların dəri və xəzlərini aşılamaq üçün,
yemək hazırlamaq üçün, hündürboylu bitkiləri kənd yerlərində, həm-
çinin tütün, pambıq, batat və maniok plantasiyalarının kənarında
canlı çəpər kimi istifadə edirdilər.
Gənəgərçəyin çoxillik formaları torpaq eroziyası və torpaq tö-
kül
məsi zamanı yol kənarlarının bərkidilməsi üçün istifadə olunur.
Gənəgərçəyin yarpaqları ipəkqurdunun bəzi növlərinin tırtılları üçün
yaxşı yemdir.
Mənşəyi. Gənəgərçəyin birinci mənşə mərkəzi Şərqi Afrika
hesab olu
nur. Burada ona həm yabanı, həm də mədəni halda rast
gəlinir. Ancaq bəzi müəlliflər belə hesab edirlər ki, mədəni gənəgər-
çəyin mənşə mərkəzi Mərkəzi Afrikadır. Qədim Misir fironlarının
qəbirlərində gənəgərçəyin qalıqlarına rast gəlinməsi onun bizim era-
dan 3-
4 min il əvvəldən becərildiyini deməyə əsas verir. Qədim Mi-
sir
də gənəgərçəyi “ Kiki”, Romada isə “ ritsinus-gənə” adlandırırdılar.
Gənəgərçəyin növ müxtəlifliyinin ən çox rast gəlindiyi botaniki
mərkəz şərqi Afrikadır. Toxumların cücərmə qabiliyyətini saxlama
müddəti, dəniz axınları ilə qozaların (toxumların) yayılması xüsusiy-
yəti ona gətirib çıxarmışdır ki, Asiya, Avstraliya və belə görünür ki,
Mərkəzi Amerikada da gənəgərçəyin özünəməxsus növmüxtəlifliyi
mərkəzləri formalaşmışdır.
Tarixi, yayılması və məhsuldarlığı. Bu bitki qədimdən Misirdə
becərilmiş və oradan Asiya, Amerika və Avropaya yayılmışdır. Gə-
nəgərçəyi ingilis koloniyaları İngiltərəyə gətirmiş və artıq XVIII
əsrdə gənəgərçək yağı tibdə istifadə edilirdi. Bir qədər sonra onu
maşınların yağlanmasında, toxuculuqda, gön-dəri sənayesində, sa-
bun
bişirmədə və ətriyyat sənayesində də istifadə etməyə başladılar.
Amerikanın tropik qurşağına düşən gənəgərçək yabanılaşmağa başla-
27
dı. Gənəgərçəyin yabanı formaları kəndlərin və yolların kənarında,
habelə tarla bitkiləri sahələrində alaq kimi bitir.
Gənəgərçəyin dünya üzrə 1,5 mil ha əkin sahəsi vardır. Ən çox
əkin sahəsi Hindistan (500 min/ha) və Braziliyadadır. Hindistanda
gənəgərçək çox qədim zamanlardan becərilir. Burada hər il 40 min
tona y
axın gənəgərçək (mahud) yağı istehsal edilir. Braziliyada 400
min ha-
dan artıq, Çində təxminən 160 min ha əkin sahəsi vardır.
Sudanda, Efiopiyada Anqolada, Ekvatorda Argentinada, İtaliyada,
Rumıniyada, Ukraynada, Macarıstanda və Bolqarıstanda da əkin
sahələri çoxdur.
Keçmiş SSRİ-də təxminən 150 min ha əkin sahəsi olmuşdur ki,
bu da əsasən Krasnodarda və Ukraynada yerləşmişdir. Gənəgərçəyin
becərilmə rayonları 40
0
şimal enliyi ilə 40
0
cənub enliyi arasında
məhdudlaşır. Gənəgərçək Hindistanda və Şri - Lankada dəniz səviy-
yəsindən 1500 m-ə qədər yüksəklikdə, Şərqi və Mərkəzi Afrikada
2200 m-
ə qədər yüksəklikdə becərilir.
Rusiyada Şimali Qafqaz ərazisində, Rostov vilayətində də əkin
sahələri mövcuddur.
Gənəgərçək Asiya qitəsində qədim bitki olsa da, onun sənaye
istehsalı XVIII-XIX əsrdən başlayır. MDB-də əsasən Şimali Qafqaz-
da, Ukraynanın cənubunda, Özbəkistan və Qazaxıstanda yağlı bitki
kimi becərilir. Azərbaycan Respublikasının isti rayonlarında (Mil-
Muğan düzündə) çox yaxşı bitib inkişaf edir. Məhsuldarlığı hektar-
dan 8-
10, ayrı-ayrı təsərrüfatlarda isə 15-20 sentnerə çatır. Suvarma
şəraitində isə hər hektardan 25 sentnerə qədər toxum verir.
Botaniki təsviri və bioloji xüsusiyyətləri. Gənəgərçək südlə-
yənlər (Euphorbiaceae) fəsiləsinin Ricinus cinsinə aiddir. Üç növü
var. Xırdameyvəli-(Ricinus microcarpus g. Pop.), irimeyvəli (Rici-
nus macrocarpus g. Pop.)
, və zənzibazarski (Ricinus sansibarinus g.
Pop.).
Tropik və subtropik ölkələrdə çoxillik bitki kimi gənəgərçəyin
hündürlüyü 10 m-
ə çatır. Bu bitki yaxşı inkişaf etmiş kök sisteminə
malikdir. Qışda məhv olurlar. Gənəgərçəyin mil kökü torpağın 3- 4
metr dərinliyinə, ətrafa isə 2 metrə qədər yayılır. Güclü budaqlanan
və budaqları dikdurandır. Hündürlüyü 1-3 metrə çatır.
28
İran gənəgərçəyi nisbətən alçaqboyludur və yaşıl rənglidir. Qan-
qırmızı gənəgərçək isə hündürboylu, rəngi qırmızı və şabalıdıdır.
Yar
paqları iri və uzun saplaqlıdır. Yarpaqlarda 7-11 dilim var.
Çiçək qrupu 60-80 sm uzunluğunda qotazdır. Bir bitkidə 2- dən
12-
yə qədər qotaz əmələ gəlir. Bir qotazda 50-200 ədədə qədər çiçək
olur. Çiçəkləri xırda, sadə və 5 ləçəklidir. Çarpaz tozlanan bitkidir.
Mey
vələri üçyuvalı şarşəkilli yaxud uzunsov qutudur (karobkadır).
Hər yuvada bir toxum var. İlk dəfə mərkəzi, sonra yan çiçəklərdən
əmələ gəlmiş qutular (karobkalar) yetişir. İran gənəgərçəyi yetişən
zaman qutular çatlayır və toxumlar tökülür. Qan-qırmızıda isə əksinə
tökülmür. İran gənəgərçəyinin toxumları qan-qırmızı gənəgərçəyin
toxumlarından xırda olur. Mütləq kütləsi 200-500 qr. arasında dəyişir
(r
əngli şəkil 2-3).
Gənəgərçək istisevən, quraqlığa nisbətən davamlı və nəmliyə
çox tələbkardır. Nəmlik çox olan yerlərdə yüksək məhsul verir. Qu-
raq yerlərdə yarpaq, çiçək və karobkalar (qozalar) tökülür. Quraqlıq
olduqda bitkidə yağın miqdarı aşağı düşür.
Kök sistemi torpağın 3-5 sm dərinliyinə işləməklə, güçlü yan
kök
ləri verir. İşıq sevən və torpağa tələbkar bitkidir. Qida maddələri
ilə zəngin qara, şabalıdı və boz torpaqları sevir. Torpaq reaksiyası
pH 6,0-
7,3 olduqda daha əlverişlidir. Qranulometrik tərkibi ağır, gilli
və duzlu torpaqlar gənəgərçək üçün yararlı deyildir. Toxumları 12-
13
0
C temperaturda cücərməyə başlayır. Çıxışların yaxşı alınması
üçün 18
0
C temperatur tələb olunur. Bitkinin normal inkişafı üçün
tələb olunan temperatur 25-30
0
C -
yə bərabərdir. Artıq mənfi 2
0
C
şaxtada bitki zədələnməyə başlayır. Tezyetişən sortlarının vegetasiya
dövrü 95-125 gündür.
Bütün əkinlərində meyvəvermə birinci il başlayır və 10 ilə qədər
davam edir. Çoxillik formaların xəstəlik və zərərvericilərə davamlığı
birillik formalara nisbətən yüksəkdir.
Qida maddələrinə tələbi. Qida elementlərinə tələbkardır. Ayrı-
ayrı qida maddələrinə münasibətə gəldikdə gənəgərçək kalsiuma
daha çox tələbat göstərir. O, inkişafının bütün fazalarında torpaqda
çətin həll olunan kalsium fosfatı istifadə etmək qabiliyyətinə malik-
dir. Bir ton toxum yaratmaq üçün torpaqdan 72 kq azot, 17 kq fosfor
29
və 59 kq kalium elementi aparır. Ən yaxşı gübrə peyin hesab olunur.
Hektara 20 ton peyin verdikdə məhsuldarlıq xeyli artır. Mineral güb-
rələrdən azot və fosfor faydalıdır. Hektara 60-90 kq azot və 90 kq
fosfor verdikdə məhsuldarlıq 16-20 % -ə qədər artır.
Torpağa tələbi. Gənəgərçək yüngül və orta qranulometrik tər-
kibli münbit torpaqlarda yaxşı bitir. Torpaq məhlulunun optimal
reaksiyası pH 5,0-7,5 arasındadır.
Sistematikası. Gənəgərçək təbii təkamül nəticəsində budaqlanan
çox xırda toxumlu, qozası asan açılan formalardan, orta və iri toxum-
lu az budaqlanan formaya qədər dəyişilmişdir. Mutasiya nəticəsində
alçaq boylu formad
an, nəhəng və müxtəlif cür budaqlanan formaya
keçmiş, çiçək salxımının tipi, qozasının və toxumunun forması dəyi-
şilmişdir. Bu da R. communis növünün bir neçə yarım növünün əmə-
lə gəlməsinə səbəb olmuşdur.
Bir çox tədqiqatlar mədəni gənəgərçəyin əmələ gəldiyi yer kimi
İraqın qədim əkinçilik rayonlarını, İran və Hindistanı göstərirlər. Bu-
ra
da bu kiçik toxumlu İran yarımnövü (persicus)
(2-
ci rəngli şəkildə
2)
formalaşmışdır ki, oda başqa yarımnövlər arasında bir qədər mə-
dəni hesab olunur. Bu yarımnövün qozası zəif açılır ki, bu da məh-
sulun az itki ilə yığılmasına səbəb olur. Xüsusilə suvarma şəraitində
çox məhsuldardır. Bu yarımnövünün toxumlarında karunkul (karun-
kul -
toxum şişi, fırı - arillus) yoxdur ki, (toxumun uc hissəsindəki
şiş, fır nəzərdə tutulur) bu da relikt bitkilərdə olan əlamət hesab edi-
lir.
İritoxumlu gənəgərçək (Sanguineus) yarımnövünün formalaş-
ma mərkəzi Fələstin, Cənubi-Qərbi Asiya və Ərəbistan yarımadası
he
sab edilir. Çox quraqlıq zamanı Ərəb əkinçiləri gənəgərçək əkinlə-
rini uzun müddət baxımsız qoyub getmişlər. Qayıdanda isə bu əlve-
rişsiz şəraitdə dözüb salamat qalmış bitkilərin toxumlarını yığmışlar.
Birinci növbədə bu toxumlar quraqlığa çox davamlı, qozaları açılma-
yan formalar olmuşdur.
Sanguineus (iri toxuml
u) yarımnövünün bitkiləri qüvvəli budaq-
lanan və yarpaqlanan, yüksək yağlı, nisbətən kobud (bərk) qabıqlı,
qozaları qismən çartlayan və tam çartlamayan (açılmayan) formalı
bitkilərdir
(2-ci r
əngli şəkildə 1).
Günün uzunluğuna reaksiyaları
30
ney
traldır. Bu yarımnöv formalaşdığı mərkəzdən qərbə və cənuba
doğru yayılmış Amerika kəşf ediləndən sonra isə onun ərazisində ya-
yılmışdır. Bu yarımnöv seleksiya işlərində geniş istifadə olunur.
Hindistan gənəgərçəyi (İndicus) yarımnövü Hindistan yarıma-
da
sında formalaşmışdır. Əvvəlki adi çəkilən hər iki yarımnövün əla-
mətlərini özündə birləşdirir. Ancaq mədəniləşmə səviyyəsinə görə
onlar
dan geri qalır. Qozalarının açılmaması və xırda toxumlu olması
ilə xarakterizə olunur. Amma, iri toxumlu formaları da vardır.
Çin gənəgərçəyi (Chinensis) yarımnövünün formalaşma mərkə-
zi
şimali və şimali-şərqi Çin hesab edilir. Tez yetişməsi, alçaqboylu
olması, nisbətən aşağı məhsuldarlığı və toxumunda yağın az olması
ilə xarakterizə olunur.
Növbəli əkində yeri. Gənəgərçəyi növbəli əkində payızlıq buğ-
da, qarğıdalı və dənli-paxlalı bitkilərdən sonra yerləşdirmək olar. Gə-
nəgərçək özü yazlıq taxıllar üçün yaxşı sələfdir. Gənəgərçək fuzarioz
xəstəliyinə tutulduğu üçün öz tarlasına 8 ildən sonra qaytarılmalıdır.
Hindistanda g
ənəgərçək əsasən nut, qarğıdalı, pambıq, xardal,
noxud və b. bitkilərlə birlikdə becərirlər. Onu şəkər qamışı tarlaları-
nın kənarlarında da əkib becərirlər.
Becərilmə texnologiyası. Gənəgərçək bitkisini qarğıdalı, tütün
və pambıq becərilməsi mümkün olan bütün tropik və subtropik ra-
yon
larda becərmək olar.
Alaqlarla mübarizə etmək üçün bitkilər cücərti verməmişdən əv-
vəl malalama və ya dayaz (5-6 sm) kultivasiya aparılır. Bu texnolo-
giyada təzəcə cücərmək istəyən alaqlar məhv edilir. 2,4-D (1,6-2,0
l/ha)
və ya treflan (6- 8 kq/ha) herbisidləri ilə kimyəvi mübarizə də
(kim
yəvi alaqlama) aparmaq olar. Vegetasiya ərzində 3-4 çərgəarası
becərmə (kultivasiya) yerinə yetirilir.
Suvarma rejimi bitkinin suya tələbatına görə qurulur. Gənəgər-
çək suya tələbkar bitkidir və bu xüsusiyyətinə görə üç dövr ayırd
edilir. Birinci dövr: 3-
4 yarpaq fazasında çiçəkləməyə qədər olan
dövr (ümumi su tələbatının 35%-i), ikinci dövr: mərkəzi və yan
salxımları birinci növbə çiçəkləri açdıqda (44-54%), üçünçü- salxım-
larda toxum
un yetişdiyi zaman (27%). Toxumun tam yetişdiyi
dövrdə bitki daha çox su tələb edir. Bu o deməkdir ki, həmin dövrdə
31
ümumi su sərfiyyatı əvvəlki dövrlərə nisbətən az olsa da, gündəlik
tələbat artır.
Gənəgərçək bitkisinin suvarma müddətləri onun əsas inkişaf
fazalarının başvermə vaxtları ilə müəyyənləşdirilməlidir. Bitkinin
mərkəz hissəsində çiçək salxımlarının əmələ gəlməsinin başlanğıcı,
çiçəkləmə və toxumun yetişməsi dövründə o, normal suvarılmalıdır.
Əsas suvarma üsulu şırımlarla suvarmadır. Sahənin mailliyindən
asılı olaraq, şırımçəkmə texnologiyası da müxtəlifdir. Ən yaxşı şırım
içərisi dəlmə-deşik edilmiş şırımlardır. Belə şırımlarda su torpağa
yaxşı hopur.
Dostları ilə paylaş: |