Botaniki təsviri və bioloji xüsusiyyətləri. Raps (Brassica na-
pus L. ssp. oleifera Metzg.
) kələmkimilər (Brassicaceae) fəsiləsinə
daxil
dir. Yabanı halda məlum deyildir. Mədəni halda iki forması –
79
payızlıq ( biennis) və yazlıq ( annua) formaları məlumdur. Rusiya əra-
zi
sində payızlıq rapsın sortları becərilir.
Payızlıq raps iqlim amillərinə tələbkardır. Şaxtaya davamlılığı
çox deyil (-8-10
0
C).
Yaxşı inkişaf etmiş mil kök sistemi var. Göv-
dəsi yaxşı budaqlanır, hündürlüyü 100-130 sm - ə çatır. Yarpaqları
aç
ıq-yaşıl rəngli, ağ örtüklüdür, saplaqlı və oturaqdır. Çiçəkləri sal-
xımvari, ləçəkləri açıq-sarı rənglidir. Toxumları qının içərisində qara,
açıq-boz və tünd-şabalıdı rəngdədir. Toxumunun 1000 ədədinin küt-
ləsi 3-7 qramdır
(r
əngli şəkil 14-15).
Raps uzun gün bitkisidir. Çıxışdan budaqlanmaya qədər 30- 40
gün keçir. Yazlıq rapsın vegetasiya müddəti 90-110 gündür. Tərki-
bində 30- 40 % (toxumunda) yağ var. Toxumları 1-3
0
C-
də cücərmə
qabiliyyətinə malikdir. Çıxışları – 3-5
0
C şaxtaya dözür. Nəmlik se-
vən bitkidir.
Payızlıq rapsın vegetasiya müddəti 290-320 gündür. Tərkibində
40-
50% yağ vardır. Çıxışdan 15-16 gün sonra budaqlanma başlayır.
Çiçəkləmə 25-30 gün davam edir, çiçəkləmənin axırından yetişməyə
qədər isə 25-30 gün keçir. Bir ton raps toxumu torpaqdan 60 kq azot,
24 kq fosfor,
42 kq kalium elementi aparır.
Növbəli əkində yeri. Rapsın becərilmə texnologiyası buğdanın
becərmə texnologiyasına yaxındır. Növbəli əkində rapsı kartofdan və
otlardan sonra heriyə yerləşdirirlər və yüksək normada üzvi və mine-
ral gübrələr tətbiq edilir.
T
oxum üçün payızlıq rapsı mülayim (mötədil) iqlimli zonalarda
ancaq payızda, yaşıl kütlə almaq üçün isə payızda, erkən yazda və
yayda səpirlər.
Becərilməsi. Torpağın becərilməsi üzləmədən, əsas şumdan və
səpin qabağı becərmədən ibarətdir. Səpin adi cərgəvi üsulla aparılır.
Raps toxumları adi cərgəvi üsulla səpildikdə hektara 4-15 kq, gencər-
gəli üsulla (45-60 sm) əkildikdə isə 4-8 kq normasında səpilir. Toxu-
mun basdırılma dərinliyi 2- 3 sm-dir.
Çıxış alınandan 50-60 gün sonra bitkinin boyu 50- 60 sm-ə çatır
və birinci biçin aparılır. İkinci biçin birincidən 45-50 gün sonra yer
səthindən 10-12 sm hündürlüyündə yerinə yetirilir. Birinci biçindən
sonra 50-
60 kq təsiredici maddə hesabı ilə azotla yemləmə verilir.
80
Alaq otlarına qarşı 25 %-li treflan herbisidini hektara 3 litr hesa-
bı ilə səpinqabağı kultivasiya altına verirlər. Zərərvericilərə qarşı 0,2-
0,3 kq metafos çilənir. Çiçəkləmə dövründə tarlanı dərmanlamaq
olmaz, ona görə ki, bal arılarını məhv edə bilərik. Rapsın meyvələri-
nin yetişməsi tədrici olduğundan qını asan partlayır.
Rapsın əvvəlki səpin işləri yüksək məhsuldar, xüsusilə tərkibin-
də eruk turşusu və qlükozinolatlar az olan sortlar olmadığından ləng
gedirdi. Hazırda isə seleksiyaçılar tərkibində daha çox linol turşusu
və daha az linolen (5%-ə qədər) olan sortlar yaradılması istiqamə-
tində iş aparırlar. Alimlər linolun linolenə nisbətinin 3-4:1 nisbətində
olmasını arzu edirlər.
Seleksiyaçılar rapsın aqrotexnikasına da daha çox diqqət yeti-
rirlər. Məsələn AFR-də rapsın orta gecyetişən və orta yetişən alçaq
boylu (130 sm-
ə qədər) 6 ədəd çiçəkdaşıyan budağı olan, 80 sm-lik
hissədən budaqlanan, orta hesabla 54 qın (qoza) 27 toxum (kütləsi 5
qram) və hektardan 3,64 ton məhsul verən sortların alınması üzərində
işləyirlər (Qeyd edək ki, hazırda bu bitkinin boyu orta hesabla 180
sm-
dir). Belə hesab edilir ki, alçaq boylu bitkilər yatmaya davamlı-
dır, xəstəliklərə az yoluxur, müntəzəm (bərabər-eyni vaxtda) çiçək-
ləyir və mexaniki yığıma daha yararlıdır.
Seleksiya işləri 3 istiqamətdə aparılır:
1.
Qid
a kimi istifadə etmək üçün (xüsusən marqarin istehsalı
üçün) tərkibində yağın miqdarı çox, linolen və eruk turşusunun miq-
darı az olan sortların yaradılması;
2.
Texniki məqsədlər üçün istifadə ediləcək (tərkibində eruk tur-
şusunun artıqlığına yol vermək olar) sortların yaradılması;
3.
Yüksək məhsuldar yemlik sortların (yaşıl kütləsinin zülalı
çox, xardal yağı qlükozidləri az olan) yaradılması.
Məhsul yığımı. Rapsın yığımı xüsusi diqqət tələb edir. Çünki
ye
tişdikdə qınlar açılır və toxumlar tökülür. Payızlıq raps 2 fazalı
üsulla yığılır. Yığımı bir başa tam yetişmə dövründə taxılyığan kom-
baynla aparmaq o
lar. İsti havalarda yığım hissə - hissə aparılır. To-
xum
lar yığılıb təmizləndikdən sonra nəmliyi 8-9%-ə çatdıqda saxlan-
maya verilir.
81
1. 10. YAZLIQ RAPS ( KOLZA)
Xalq təsərrüfatı əhəmiyyəti. Yazlıq raps payızlıq raps qədər
əhəmiyyət kəsb edir. Onun toxumlarının tərkibində 35-45 % yarım-
quruyan (yod ədəi 101) yağ, 21 % zülal və 17-18 %-ə qədər karbo-
hid
ratlar vardır.
Yazlıq raps yağı adətən texniki məqsədlər üçün istifadə olunur.
Bu yağlar sabunbişirmə, toxuculuq, lak-boyaq, metallurgiya və digər
sənaye sahələrində işlənir.
Tərkibində eruk
(35-
40 %) və linolen (10-13%) turşuları çox
oldu
ğuna görə qidalılıq dəyəri çox aşağıdır.
Tərkibində eruk turşuları olmayan sortları yüksək dad keyfiyyə-
tinə görə fərqlənir və qida sənayesində və sənayenin digər sahə-
lərində geniş istifadə olunur.
Yazlıq rapsın jmıxının tərkibində çoxlu (38-40 %-ə qədər) amin
turşuları ilə balanslaşdırılmış şəkildə zülal vardır.
Tərkibində lizinin miqdarı 6,1%-ə çatır. Lakin onun yemlik də-
yəri aşağıdır. Tərkibində 6 %-ə qədər zərərli qlükozidlər vardır ki, bu
da ona acı dad verir. Bu qlükozidlər qalxanvarı vəzin fəaliyyətinə
(xü
susən donuzlarda və quşlarda) əks təsir göstərir. Ona görə də
onunla qidalandırma kiçik dozalarda və xüsusi işlənmələrdən sonra
aparılmalıdır. Tərkibində eruk turşuları və qlükozidlər az olan sort-
ları heyvan orqanizminə əks təsir göstərmir.
Yazlıq rapsın yaşıl kütləsi yem məqsədi ilə geniş istifadə olunur.
Onun tərkibində 4,9-5,1 % zülal vardır ki, bu da qarğıdalı və günə-
baxanın yaşıl kütləsində olduğundan 2 dəfə çoxdur. Yazlıq raps yaxşı
bal verən bitkidir.
Tarixi, becərilmə rayonları və məhsuldarlığı. Yazlıq rapsın
vətəni Avropa hesab edilir. Kanadada, Çində, Hindistanda, Pakis-
tanda geniş becərilir və payızlıq rapsdan çox yer tutur.
Rusiyada yazlıq raps əkinləri 100 min hektara yaxındır. O mər-
kəzi qaratorpaq zonada, Volqaboyunda, Tatarıstanda, Başqırdıstanda
və Qərbi və Şərqi Sibirdə becərilir. Məhsuldarlığı payızlıq rapsa nis-
bətən aşağıdır. Hektardan orta hesabla 1,1-1,8 ton toxum, 25-40 ton
(bəzən 57,5 ton ) yaşıl kütlə verir.
82
Botaniki təsviri və bioloji xüsusiyyətləri. Yazlıq raps (kolza)
(Brassica napus oleifera annua Metzg.)
kələmkimilər (Brassicaceae)
fəsiləsinə daxil olan birillik ot tipli bitkidir. 1,5-1,8 m hündürlükdə
dikduran gövdəsi vardır. Yarpaqları payızlıq rapsa nisbətən zəif inki-
şaf etmişdir. Aşağı yarpaqları iri, lirəşəkilli lələklərə ayrılmış, sap-
laqlı, yuxarı yarpaqları bütöv, uzunsov, lansetşəkillidirlər. Gövdə və
yarpaq
ları qalın mum örtüyü ilə örtülmüşdür. Yarpaq ayası alt tərəf-
dən tüklüdür. Çiçəkləri sarı, çiçək qrupu salxımdır. Raps öz-özünü
tozlayandır, ancaq çarpaz tozlanmada mümkündür. Meyvəsi 5-10 sm
uzun
luğunda ensiz, düz, nazik, uzun buruncuqlu hamar qındır. Yetiş-
dik
də çartlayır. Toxumu xırda, qara və ya qəhvəyi rəngli, üzəri
hamardır. 1000 toxumun kütləsi 2,6-5,0 qr-dır. Bir meyvədə 18-30
ədəd toxum olur
(r
əngli şəkil 16).
Yazlıq rapsın vegetasiya müddəti 95-100 gündür. Səpildikdən 5-
6 gün sonra cücərti verir. Birinci 20-30 gün gövdəsi yavaş böyüyür.
Bu vaxt çoxda böyük olmayan rozet yarpaqlar əmələ gətirir. Cücər-
tilər alındıqdan 35-50 gün sonra çiçəkləmə başlayır və çiçəkləmə 20-
35 gün bəzən daha çox davam edir.
Yazlıq raps soyuğa davamlı bitkidir. Onun toxumları 1-3
0
C-
də
cücərməyə başlayır. Müntəzəm çıxışlar isə (5-7 gündən sonra) 9-12
0
C-
də alınır. Cücərtilər -3, -5
0
C , yaşlı bitkilər isə -8
0
C şaxtaya dö-
zə bilir. Vegetativ kütləsinin böyüməsi üçün 18-20
0
C istilik tələb
olunur. Çiçəkləmə və toxumların yetişməsi dövründə 23-25
0
C tem-
pe
ratur əlverişlidir. Vegetasiya ərzində orta sutkalıq temperaturun
cəmi 1700-2100
0
C - dir.
Yazlıq raps nəmlik sevəndir. Ən çox suyu qönçələmə və çiçək-
ləmə fazasında sərt edir. Bu dövrdə havaların quraq keçməsi toxum
məhsuldarlığının aşağı düşməsinə səbəb olur.
Yazlıq raps bitmə şəraitinə (torpağa) az tələbkardır. Onu müxtə-
lif torpaq tiplərində, hətta əhəng verilməklə turş podzollu torpaq-
larda da becərmək olar. Uzun gün bitkisidir. Yazlıq raps (kolza)
məhsuldarlığına və yağlılığına görə payızlıq rapsdan geri qalır.
Sortları. Dən üçün tərkibində eruk turşusu olmayan sortlar
Ku
banskiy, Evvin (ETYBİ-da seleksiya yolu ilə alınmışdır) eruk tur-
83
şusu az olan sortları: Maryanovskiy, Ukrainskiy (Ukrayna k/t Akade-
miyasında alınmışdır) və b. sortları becə-rilir.
Becərilmə texnologiyası və yığımı. Növbəli əkində yeri. Yazlıq
raps üçün ən yaxşı sələflər - qara herik, heriyə əkilmiş taxıllar, yaşıl
yem üçün paxlalı otların qarışığı, dənli paxlalılar və qarğıdalıdır. Onu
kələmkimilər (Brassicaceae) fəsiləsinə daxil olan bitkilərdən sonra
yerləşdirmək olmaz. Yazlıq raps öz tarlasına ən azı 4-5 ildən sonra
qaytarılmalıdır.
Gübrələnməsi. Yazlıq raps üzvi və mineral gübrələrə həssasdır.
Peyin ( hektara 20-
30 ton) yaxşı olar ki, sələf bitkisi və ya herik
altına verilsin. Əsas şum altına (dondurma və ya herik şumu altına)
hektara 40-
60 kq təsiredici maddə hesabı ilə fosforlu və kaliumlu
gübrələr verilir. Azotlu gübrələr isə (N
60 -90
) yazda səpin qabağı kul-
tivasiya altına verilir. Tam mineral gübrələrlə yanaşı podzol torpaq-
lara əhəng, qumsal və meşə torpaqlarına isə kükürd verilməlidir.
Torpağın əsas becərilməsi. Yazlıq raps üçün torpağın əsas
becərilməsi konkret iqlim şəraitində yazlıq taxıl bitkiləri üçün torpaq
becərmədə olduğu kimidir. Taxıllar yığıldıqdan sonra torpaq 20-22
sm dərinlikdə şumlanır. Çoxillik alaqlar basmış sahələrdə isə bir qə-
dər dərin 30-32 sm şum aparılır. Şumun dərinliyi əkin qatının qalınlı-
ğından asılı olaraq müəyyən edilir.
Nəmliyi toplamaq üçün qışda sahəyə qar yığılır (toplanır). Yastı-
kəsənlərlə torpaq becərmədə qışa qalmış kövşənlikdə mütləq herbi-
sidlər tətbiq edilməlidir.
Torpağın səpin qabağı becərilməsi. Yazda torpaq quruyan
kimi dondurma şumu BZSS-1,0 markalı dişli mala ilə iki iz mala-
lanır. Yastıkəsənlə şumlanmış sahədə isə iynədişli BİA-3 markalı
ma
la tətbiq edilir. Yaxşı cücərtilər əldə etmək üçün sahə hamarlan-
malıdır. Bu məqsədlə AKP-2,5 aqreqatı tətbiq edilir. O həm torpağı
yumşaldır həm hamarlayır, həm də vərdənələyir. Səpin qabağı kulti-
vasiya üçün USMK-
5,4 tətbiq edilir. Səpin qabağı kultivasiyanın
dərinliyi 5-7 sm olmalıdır. Kultivasiyadan sonra quru torpaqlar hal-
qa
lı vərdənə ilə vərdənələnməlidir.
Səpin qabağı kultivasiya ilə birlikdə 60-90 kq azot gübrəsi, həm-
çinin treflan (0,8- 1 kq/ha t.e.m) herbisidi verilir.
84
Səpin. Səpin üçün cücərmə qabiliyyəti 85 və 80 % olan 1-ci - 2-
ci sinif toxumlar istifadə edilir. Səpin qabağı toxumlar TMTD (80%-
li) 65%-li fentiuram-
molibdatla və ya fentiuramla (3 kq /ton) dər-
man
lanır.
Yazlıq raps erkən səpilir. Alaqlı sahələrdə səpin bir qədər gec
aparılır. Belə sahələrdə əvvəlcə kultivasiya aparılır. Sonra isə toxum
səpilir. Başdan-başa və gencərgəli (45 sm) səpin aparmaq olar. Səpin
norması gencərgəli üsulda 6-8 kq/ha, başdan-başa cərgəvi səpində isə
9-12 kq/ha-
dır. Səpin dərinliyi 3-5 sm götürülür. Səpindən sonra sahə
halqalı (dişli) vərdənə ilə vərdənələnir.
Əkinə qulluq. Alaqlarla mübarizə üçün cücərtilərə 4-5 həqiqi
yar
paq fazasında dişli mala çəkilir. Bu iş günün ikinci yarısında apa-
rılmalıdır ki, bitkilər az zədələnsin vegetasiya ərzində cərgə araları 2-
3 dəfə 5-6 və 6-8 sm dərinlikdə kultivasiya edilir. Kultivatorla xüsusi
qurğular qoşulur ki, cücərtilərin üstünə torpaq tökülməsin.
Zərərvericilərlə mübarizə işinə xüsusi fikir verilməlidir. Bu iş
pa
yızlıq rapsda olduğu kimi aparılır.
Məhsul yığımı. Yazlıq raps da payızlıq raps kimi yığılır. İki yı-
ğım üsulu – birbaşa kombaynla və iki fazalı yığım tətbiq olunur. Bu
işdə taxıl biçənlərdən və taxıl kombaynından istifadə olunur.
1. 11.
TURPƏNG
Xalq təsərrüfat əhəmiyyəti. Turpəng toxumlarında 33-42%
yarımquruyan yağ (yod ədədi 110-111) vardır. Bu yağ xüsusiyyət-
lərinə görə raps yağına yaxındır. Amma tərkibindəki eruk turşusu
onun qidalılıq dəyərini azaldır. Qida məqsədi ilə saflaşdırılmış yağı
və ya tərkibində eruk turşusu az olan sortlardan alınan yağlar istifadə
edilir. Belə yağlar yüksək dad keyfiyyətinə malik olurlar. Turpəng
yağı sənayenin müxtəlif sahələrində texniki məqsədlər üçün istifadə
ed
ilir. Ondan sabunbişirmədə, lak - boyaq sahəsində metallurgiyada
və başqa sahələrdə istifadə olunur.
Jmıxın tərkibində 40 % -ə qədər tam keyfiyyətli zülal vardır ki,
bu da heyvandarlıqda yaxşı konsentrat yem kimi istifadə olunur. Bu
85
jmıxla heyvanları kiçik dozalarda yemləyirlər. Çünki, onun tərki-
bində heyvan orqanizmi üçün zərərli olan qlükozidlər vardır. Yem
məqsədi ilə turpəngin yaşıl kütləsi istifadə edilir. Yaxşı balverən
bitkidir. Toxumu asan töküldüyünə görə tarlada çoxlu cücərtilər əmə-
lə gətirir. Ona görə də yaxşı sələf bitkisi hesab olunur. Lakin alaqlara
qarşı yüksək və müasir aqrotexniki qaydalarla mübarizə aparılarsa
turpəng yazlıq tarla bitkiləri üçün sələf ola bilər.
Tarixi, yayılması, məhsuldarlığı. Turpəng bütün yer kürəsində
yayılmış alaq bitkisi formasından mədəni hala keçirilmişdir. Turpəng
Əfqanıstanda, Pakistanda, qərbi Çində, İranda və Türkiyədə qədim-
dən məlum idi. Rusiyada turpəngi XIX əsrdə səpməyə başlamışlar.
Hazırda onu Ukraynada, Zaqafqaziyada və bir neçə başqa region-
larda b
ecərirlər. Onu Sibirdə, Qazaxıstanda, Belorusda və Rusiyanın
Şimal hissəsində də becərmək olar. Turpəngin orta toxum məhsul-
dar
lığı 1,2-1,8 ton/ha, toxumçuluq təsərrüfatlarında isə 2,0-2,5
ton/ha-
dır.
Botaniki təsviri və bioloji xüsusiyyətləri. Turpəngin mədəni
halda yazlıq (Brassica campestris L.) və payızlıq (Brassica rapa
oleifera D. C.)
formaları vardır. Kələmkimilər ( Brassicaceae) fəsilə-
sinə daxildir 0,5-1 metr hündürlükdə budaqlanan, dikduran gövdəli
birillik ot bitkisidir. Gövdəsi çılpaqdır, zəif mum örtüklə örtülü və
təkcə aşağı hissədə tüklüdür. Aşağıdakı yarpaqları saplaqlı lirəşəkilli-
lələkvarı kəsilmiş aşağı hissədən tüklü, yuxarı və orta yarpaqları otu-
raq, tam kənarlı, çılpaq, tərs ovalşəkillidir. Çiçəkləri sarı rənglidir.
Çiçək qrupu salxımdır. Çarpaz tozlanır. Meyvəsi 3-5 sm uzunluqda
qındır. Çiçək oxuna iti bucaq altında birləşir
(r
əngli şəkil 17).
Meyvənin üzəri hamar və ya zəif qabarıq, ensiz uzun buruncuq-
lu
dur. Toxumu şarşəkilli boz örtüklü qəhvəyi rənglidir. Səthi iri tor-
şəkillidir. 1000 toxumun kütləsi 2-3 qr-dır.
Rusiya ərazisində ən çox yazlıq turpəng yayılmışdır. Vegetasiya
müddəti 75-90 gündür. Səpildikdən 6-7 gün sonra cücərti verir. Sə-
pin
dən 30-45 gün sonra çiçəkləyir və çiçəkləməsi 20-35 gün davam
edir. Turpəng obliqat çarpaz tozlanan (rapsdan fərqli olaraq) bitkidir.
Turpəng cücərmə şəraitinə o qədərdə tələbat göstərməyən soyu-
ğadavamlı, nəmliksevən bitkidir. Toxumları 1-3
0
C-
də cücərməyə
86
başlayır. 9-10
0
C-
də isə daha müntəzəm çıxışlar alınır. Vegetativ küt-
ləsinin böyüməsi üçün yaxşı temperatur 15-20
0
C, çiçəkləmə və
toxu
mun yetişməsi üçün isə 22-23
0
C-
dir. Cücərtiləri - 5, - 8
0
C şax-
ta
ya dözə bilərlər. Vegetasiya dövründə orta sutkalıq temperaturun
cəmi 1600-1900
0
C olmalıdır. Soyuğadavamlı, payızlıq forması isə
qışadavamlı bitkidir (rapsa nisbətən). Turpəngin vegetasiya müddəti
rapsa nisbətən 10-15 gün qısa olduğu üçün onu daha şimal rayon-
larda becərmək olar.
Turpəng nəmliksevən bitki olduğundan vegetasiya müddətində
nəmliyin çatışmazlığına pis münasibət göstərir. Çiçəkləmə və dən
dol
ma vaxtı quraqlığın olması toxumları cılız olmasına səbəb olur və
məhsuldarlığa pis təsir edir.
Turpəng bitkisi torpağa o qədər də tələbkar deyildir. O, demək
olar ki, bütün torpaq tiplərində, o cümlədən ağır gilli torpaqlarda da
becərilə bilər. Çürüntüsü olmayan qumlu torpaqlar onun üçün yarar-
sız hesab edilir.
Payızlıq turpəng bioloji xüsusiyyətlərinə görə yazlıq turpəngdən
az fərqlənir. Qışa daha davamlıdır. Vegetasiya müddəti 275-310 gü-
nə bərabərdir.
Sortları. Payızlıq turpəngin rayonlaşdırılmış sortlarına misal
olaraq izumrudnaya (1982-
ci ildən rayonlaşdırılıb) və Vesnyanka
(1983-
cü ildən rayon. lıb) Yazlıq turpəngin isə 1985-ci ildən rayon-
laşdırılmış Evvis sortunu göstərmək olar . Bu sortlar ÜETYBİ-də
seleksiya yolu
ilə alınmışdır.
Becərilmə texnologiyası və yığım. Payızlıq və yazlıq turpəngin
becərilmə aqrotexnikası və yığımı payızlıq və yazlıq rapsda olduğu
kimidir. Lakin onu qeyd etmək lazımdır ki, rapsa nisbətən turpəngin
toxumları xırdadır. Ona görə də onları 2-3 sm dərinliyində basdırır-
lar. Səpin norması hektara 8-9 kq, səpin üsulu isə cərgəvidir.
1. 12. SARZON
Əhəmiyyəti. Sarzon (yazlıq turpəng) Brassica campestris L.
y
ağlı bitki kimi becərilir. Hindistanda 2 növmüxtəlifliyi məlumdur:
qəhvəyi sarzon (dichotoma) və sarı sarzon (sarson). Toxumlarının
87
tərkibində 35-48% yağ vardır. Yağı ərzaq kimi və dərini silmək üçün
istifadə edilir. Kamfora yağı ilə qarışığı dərman kimi istifadə olunur.
Jmıxı heyvan yemi kimi, cavan yarpaqları isə tərəvəz kimi istifadə
olunur.
Mənşəyi və yayılması. Bu bitkinin Əfqanıstan və Hindistanın
Pəncab ştatından introduksiya olunduğu və bura uyğunlaşdığı güman
edilir.
Hazırda sarzon Hindistanın ən vacib yağlı bitkisidir. Musson ya-
ğışları dövründə başqa bitkilərlə (buğda və ya arpa) qarışıq halda
səpilir.
Botaniki təsviri. Sarzon bitkisi raps bitkisinə və yaxud Əfqanıs-
tan turpənginə oxşar bitkidir. Bitki hündürboylu deyil, yarpaqları
aşağı hissədə yerləşmiş, gövdəsi tükcüklü olur
(r
əngli şəkil 18).
Qınları düz, yastı, içərisində 1-2 ədəd sarı və ya qəhvəyi rəngli,
hamar toxumları olur. Toxumları seliklənmir. Çiçəkləri öz-özünə ste-
ril
dir. Sarı sarzon özünün gövdəyə sarılmış yarpaqları ilə göy xardal
və rapsdan asanlıqla seçilir.
Hindistanda yağlı bitki kimi sarzonun “torya” adlı (Brassica
campestris var. toria)
növ müxtəlifliyi də yayılmışdır. Sarı sarzondan
fərqli olaraq torya növ müxtəlifliyinin toxumları qısa, xırda, qəhvəyi
rəngli olur və tərkibində 46%-ə qədər yağ olur.
1. 13.
YAĞÇİÇƏYİ
Xalq təsərrüfat əhəmiyyəti. Yağçiçəyindən alınan yağ texniki
məqsədlər üçün istifadə edilir. Sənayenin lak-boya, sabunbişirmə və
s. sahələrində istifadə edilir. Onun qidalılıq dəyəri o qədər də yüksək
deyildir. Lakin, bəzi yerlərdə əhali yağçiçəyi yağını yüksək qiymət-
ləndirərək istifadə edir. Yağçiçəyindən alınan jmıx qüvvəli yem kimi
istifadə olunur. Yağçiçəyindən əldə olunan jmıxın 100 kq-da 115
yem vahidi vardır. Jmıxın 1 kq-da 270 qr. həzm olunan protein var-
dır. Vegetasiya müddəti qısa olduğu üçün şaxta vurmuş payızlıq bit-
ki
lərin yerində təkrar səpin aparmaq, seyrəkliyi aradan qaldırmaq
üçün, bəzi rayonlarda isə kövşənlik əkinlərdə istifadə oluna bilər.
88
Botaniki xüsusiyyətləri. Mədəni şəkildə yağçiçəyinin iki növü-
nə rast gəlinir: 1) Yazlıq yağçiçəyi (Camelina sativa Crantz), 2)
Payızlıq yağçiçəyi (Camelina silvestris Waller). Yazlıq yağçiçəyi
daha geniş yayılmışdır. Hündürlüyü 80 sm-ə qədər olan birillik bitki-
dir. Gövdəsi nazik, budaqlanandır. Yarpaqları lansetşəkilli, gödək
saplaqlı demək olar ki, oturaq, kənarları zəif dişlidir. Çiçək qrupu
sal
xım, çiçəkləri xırda, sarımtıl rənglidir. Meyvəsi armudşəkilli, qınlı
qutucuqdur. Yetişdikdə iki hissəyə ayrılır. Toxumları xırdadır. Uza-
dılmış ovalşəkilli, qəhvəyi-qırmızı rənglidir. 1000 toxumunun kütləsi
1,0-1,5 qr-
dır
(r
əngli şəkil 19).
Toxumunun tərkibində 26-46%-ə qə-
dər yağ olur.
Yayılması. Yazlıq yağçiçəyi əsasən qərbi və şərqi Sibirdə, Bol-
qa
rıstanda, Volqaboyunda və Qazaxıstanda geniş yayılmışdır. Pa-
yızlıq yağçiçəyi də Volqaboyunda az miqdarda becərilir ki, onun
məhsuldarlığı yazlıq yağçiçəyindən yüksək olur. Yağçiçəyi hektar-
dan 6-
8 sent, yüksək aqrotexniki şəraitdə isə 10-12 sent toxum məh-
sulu verir.
Dostları ilə paylaş: |