Sortları. İstehsalatda ən çox yayılmış Qırmızı Krım, Raduqa,
Lan, Miçurinka, Festivalnıy və Тavrida sortlarıdır.
Qırmızı Krım. Bu sort qızılgülün birinci yerli sortudur. Bu sort
çilik
lə asan çoxalır və pas xəstəliyinə davamlıdır. Qışa davamlılığı
ki
fayət qədər deyil və az məhsuldardır. Tərkibində gül yağının faizi
aşağı (0,08-0,10%) olmaqla keyfiyyəti aşağıdır. Ətriyyat qiyməti 3
bal
la qiymətləndirilir. Qara ləkəlik və virus xəstəlikləri ilə güclü yo-
luxur.
Raduqa. Bu sort yüks
ək budaqəmələgətirmə qabiliyyəti ilə seçi-
lir ki, bu da kolların mexaniki üsulla kəsilməsinə imkan verir. Yaxşı
çoxalır. Hektardan potensial yağ məhsuldarlığı 12-13 kq-dır.
Lan.
Qışa davamlı, pas xəstəliyinə praktiki olaraq davamlı ol-
maq
la ağır çəkili (4qr.-dan ağır), sıx ləçəklər (77 ləçək) əmələ gətirir.
Bu sortun potensial efir yağı məhsuldarlığı hektardan 21-22 kq-dır.
Bec
ərmə texnologiyası və yığımı. Yuxarıda qeyd edildiyi kimi
qızılgül üçün torpağın əsas hazırlanması yüksək münbit, humus
t
əbəqəsi qalın olan sahələrin seçilməsi ilə başlayır. Ən yaxşı sahə
qrunt sularının səviyyəsi yaxın olmayan (1,5 m dərinlikdə) çay vadi-
l
əri hesab edilir. Qızılgül tarlası şərq və şimal küləklərindən yaxşı
qorunan, düz s
əthli, azacıq cənuba meylli tarla olmalıdır. Qızılgülü
çox n
əmli, daşqır torpaqlarda əkmək məsləhət deyildir.
Тorpağın əsas becərilməsi və gübrələmə texnologiyası sahə-
d
əki alaq otlarının növ tərkibindən asılıdır. Az alaqlı və ya bir-iki
180
illlik alaqları olan sahələr diskli alətlərlə 8-10 sm yumuşaldılmalı,
alaqlar cüc
ərəndən sonra xüsusi alətlərlə torpaqda üzləmə (12-14 sm
d
ərinlikdə) apararaq, alaqları məhv etmək lazımdır. Payızın sonunda
h
ər hektara 40-50 ton peyin verilərək, 28-30 sm dərinlikdə şumlama
aparılmalıdır. Yazda May ayına kimi torpaq yumşaq və alaqlardan
t
əmiz vəziyyətdə saxlanılır. Mayın axırında hər hektara 0,5-0,6 ton
superfosfat gübr
əsi verildikdən sonra sahə plantaj kotanla 60-70 sm
d
ərinlikdə şumlanmalı, sonra tarla hazırlanmalıdır. Şitil basdırılana
q
ədər də kultivasiya-düzləmə işləri davam etdirilir.
Alaqlı sahələr isə sələf bitkisinin məhsulu yığılıb qurtaran kimi
25-27 sm d
ərinlikdə şumlanıb, payıza kimi saxlanılır. Qurumuş alaq
ot
ları payızda kultivator və mala vasitəsilə daranıb, sahədən çıxarılır.
Bundan sonra h
əmin sahəyə taxıl səpilməsi məsləhət bilinir. Тaxıl
m
əhsulu yığılandan sonra sahənin qızılgül əkininə hazırlanma texno-
logiyası təmiz tarlaların yuxarıda təsvir edilən beçərmə texnologiyası
kimidir.
Əkilməsi. Qızılgül əkmək üçün hazırlanmış sahələr hərəsi 1-2
hek
tar olan istehsalat kvadratlarına ayrılır. Kvadratlar arasında 4 m
end
ə yol qoyulur. Sonra tarla 2,5 x 1,25 və ya 2,5 x 1 m sxemi üzrə
uzununa v
ə köndələninə iz açılır. İzlərin kəsişdiyi yerdə çalaqazanla
diametri v
ə dərinliyi 40 sm olan çalalar qazılır.
İstehsalat şəraitində qızılgül yalnız vegetativ üsulla köhnə göv-
d
ələrdən hazırlanmış və peyvənd edilmiş çilinklərlə çoxaldılır.
Bunun üçün 25-30 sm-lik q
ələmlər Oktyabr-Noyabr aylarında ikillik
budaqlardan (kol is
ə 3 ildən çavan, 10 ildən qoca olmamalıdır) kəsi-
lib hazırlanır. Birillik zoğlar və çiçək zoğları kəsilib atılır. Kəsilmiş
q
ələmlər 12-15 sm dərinlikdə şırımlara iki cərgədə düzülür və üzəri
torpaqlanaraq suv
arılır. Şitillikdə cərgələrarası 70 sm götürülür. Yaz
v
ə gələn ilin yayı ərzində şitillərə aşağıdakı qulluq işləri edilir: alaq-
larla mübariz
ə, torpağın yumşaldılması və suvarma. Bu zamankı be-
c
ərmə texnologiyasında mütləq tədbirlərdən biri də şitillərin 15-20
sm-
lik boyundan yuxarıda ucvurma əməliyyatıdır. Şitillər torpaqdan
çıxarılmazdan əvvəl 30-40 sm boyda kəsilir-budanır. Hər hektardan
şitil çıxarı 60- 80 min ədəd olur.
181
Qızılgülün calaq edilməsi meyvə ağaclarında olduğu kimidir.
Ar
tırılacaq sortun birillik zoğlarından yatmış tumurcuğu Avqust-Sen-
tyabr aylarında kəsib götürərək itburnunun kökboğazına və ya
bundan aşağıya calayırlar.
Qızılgülün əlverişli əkilmə dövrü Oktyabrın ikinci yarısı-Noyab-
rın əvvəlidir. Bəzi hallarda qışın isti küləklərində və ya yazda əkmək
mümkündür. Şitil elə əkilməlidir ki, onun kök boğazı torpaq səthin-
d
ən 3-5 sm dərində olsun. Əkəndən sonra şitillər suvarılır və dibi
doldurulur.
Erk
ən yazda şitillərin dibdoldurmasındakı torpaq təpəciyi yayı-
lır. Bütün budaqlar hərəsində 3-5 tumurcuq qalana qədər kəsilib,
qısaldılır. Bundan sonra lazım gəldikdə cərgələrarası becərilir. Əmələ
g
ələn qönçələr qoparılıb atılır, onların çiçəklənməsinə imkan veril-
mir. C
ərgələrarası Oktyabr ayının axırında becərilir; becərmədə tor-
paq kola yax
ınlıqda 10-12 sm, cərgənin ortasında isə 16-18 sm dərin-
likd
ə yumuşaldılır.
Qızılgülün ikinci il həyatında tarladakı becərmə texnologiyası,
erk
ən yaz budanması ilə başlayır. Bu zaman güclü zoğlar 1/2, 1/3
uzunluqda qısaldılır və zəifləri tamam kəsilib tullanır. Kol zəif
inkişaf etdikdə zoğlarında 3-5 tumurcuq saxlamaqla, qısaldılır və
onun yayda gül açmasına imkan verilməməlidir. Bundan sonrakı be-
c
ərmə texnologiyası cərgəarası becərmələrdən, alaqlarla mübarizə,
vegetasiya suvarmaları və s.- dən ibarət olur. Yaxşı inkişaf etmiş ikil-
lik qızılgül çiçəkləməyə buraxılır. Məhsul yığımından sonra da
c
ərgələrarası becərilir (10-12 sm dərinlikdə). Payızda isə kol ətra-
fında 10-12 sm, cərgələraralarının ortasında 18 sm dərinlikdə pərşum
edilir.
Qızılgül tarlası becərmə texnologiyasına daha tələbkardır. Əsas
bec
ərmələr-torpağın yumuşaldılması, mulçalanması, budama və di-
g
ər işlərdən ibarətdir. Yazda torpaq 10-12 sm, yayda 8-10 sm və
m
əhsul yığımından sonra 12-14 sm dərinlikdə becərilir. Qışqabağı
bec
ərmədə isə kolların ətrafı 10-12 sm, cərgənin orta hissəsi isə 16-
18 sm d
ərinlikdə işlənilməlidir.
Bec
ərmə texnologiyasının mühüm elementlərindən biri də kol-
ların budanmasıdır. Bu texnoloji üsul hər il payız-qış dövründə ye-
182
rin
ə yetirilir. Bu zaman boyverməsi dayanmış, quru, xəstə, cərgələ-
rarasından qırağa çıxmış zoğlar vurulur. Güclü budaqlar 60- 80 sm
hündürlükd
ə budanır, zəiflər isə kəsilib atılır. Boy budaqları onların
uzunluğunun 1/4 - 1/5 qədər qısaldılır. Kolun qalan budaq və zoğları
yer s
əthindən 130-140 sm hündürlükdə vurulur.
H
ər 2-3 ildən bir barverən qızılgül tarlasında cərgələr arası pa-
yızda pərşum edilir və oraya 20- 30 ton/ha normada peyin verilir.
H
ər il isə payız və yaz becərmələrində bitkilər mineral gübrələrlə
N
50
P
50
K
50
normada yeml
ənir. Yemləmə gübrəsi zolaq üsulu ilə 25-40
sm d
ərinlikdə verilir.
Qızılgülün ən qorxulu ziyanvericiləri - qızılgül qızılböcəyi, hö-
rümç
ək gənəciyi, mənənələr, yarpaqbükən, qızıl kəpənək: xəstəlik-
l
əri: unlu şeh, qara ləkəlilik və pasdır. Bunlarla mübarizə aqrotexniki
v
ə kimyəvi üsullarla aparılır. Cücü və yarpaqbükənə qarşı bitki yar-
paq
lamağa başlayanda bitoksibassilin (3 kq/ha) və ya entobakterinlə
(4 kq/ha)
əkinlər çilənir. Başqa ziyanvericilərlə əsasən fazalonla
mübariz
ə aparılır. Pas xəstəliyi ayırd edildikdə bitkilər polikarbasinin
0,4%-
li suepenziyası ilə işlənilir və ya sineblə (4 kq/ha) dərmanlanır.
M
əhsul yığımı. Yığıma maksimum miqdar çiçək açımında baş-
la
nılır. Qızılgülün qönçələri səhər tezdən saat 5-6 radələrində açır.
Ona gör
ə də çiçəklər gündüz saat 5-dən 10-a qədər əllə, 20-30 günə
yığılır. Yığılmış məhsul təzə şəkildə emal edilir.
2. 14. MONARDA
Tarixi və yayılması. Monarda ( Monarda) dekorativ-ədviyyalı
aromatik bitki olub acı nanə və melissa (ballı nanə, limonotu, bad-
rənc) bitkilərinə qohum bitki hesab edilir. Vətəni Şimali Amerikadır.
Burada o yabanı halda bitir. Avropa ölkələrində bu bitki haqqında
məlumatı İspan həkimi Nikolas Monardesin kitabından əldə etmişlər.
XIX əsrin əvvəllərində monarda bitkisini sitrus bitkisi olan berqamo-
tun ətrinə oxşar ətir verdiyinə görə efiryağlı bitki kimi becərməyə
başlamışlar.
Müalicəvi xüsusiyyətləri. Tədqiqatlar göstərmişdir ki, monarda-
nın tərkibində müalicəvi təsirə malik olan, çox mürəkkəb tərkibli
183
çoxlu (yüksək faizli) efir yağı vardır. Bu bitkinin yarpaqlarında, çi-
çəklərində həmçinin gövdəsində də efiryağları tapılmışdır. Bu yağlar
kəskin limon, sedra və başqa təravətli çalarlara malik ətir verir. Bun-
lar bitkini xəstəlik və zərərvericilərdən qoruyur, ətri isə həşəratları
cəlb edir ki, onlarda tozlanmanı təmin edirlər. Efir yağları bir çox
xəstəliklərin müalicəsində istifadə edilir. Yaltada alimlər müəyyən
etmişlər ki, monarda yağı, bronxial asma, xroniki bronxit, traxeit və
s. xəstəliklərin müalicəsində tətbiq edilir. O, yad hüceyrələri sıxışdı-
rır, qanı mühafizə edir, güclü antiseptik təsir göstərir. Yarpaq və
çiçək qruplarından alınmış yağ, sıyıq (horra) və cövhər (şok) sağal-
ma
yan yaraları, ekzemanı, çapıqları, cırmaq yerlərini sağaldır, saçda
kəpəyin əmələ gəlməsinin, qabıq soyulmasının qarsısını almağa kö-
mək edir. Yaraları sağaltmaq və ağrıları aradan qaldırmaq üçün
monarda
yarpağından hazırlanmış cövhər daxilə qəbul edilir, tünd
(qatı) cövhərlə yaralar yuyulur.
Yaralara təzə yarpaqların şirəsini sürtdükdə daha yaxşı effekt
alınır. Monarda sidikqovucu təsir göstərir, kapillyar qan damarlarının
divarlarını bərkidir, ürək damarlarını genişləndirir. O yüksək arterial
təzyiq zamanı qəbul edilir. O, qidaların mənimsənilməsini və mədə-
bağırsaq traktını yaxşılaşdırır.
Sort və hibridləri. Monarda cinsinin 15-ə yaxın növü vardır.
Onların içərisində birillik və çoxillik ot bitkiləri vardır. Bağça – bağ-
larda bəzək bitkisi kimi ən çox yayılan sort və hibridləri aşağıdakılar-
dır:
Uzun monarda (M. fistulosa
) yabanı berqamot – hündürboylu
(1,2 metrə qədər), içi boş, boruşəkilli, bozumtul yasəməni-qırmızı
çiçəkləri olan bitkidir
(r
əngli şəkil 41).
Bitişik (qoşa) monarda (M. didyma) arı berqamotu, qırmızı ber-
qamot -90 sm-
ə qədər hündürlükdən açıq-qırmızı rəngli çiçəkləri
olan bitkidir.
Limon iyli
(r
əngli şəkil 42)
monarda (M. citriodora),
şırımlı
monarda (M. pectinata
) hər iki bitkinin tutqun yasəmən rəngində
çiçəkləri vardır. Əvvəlki növbələrə nisbətən o qədər də çox çiçək
əmələ gətirmirlər. Hər iki bitkini adi həyatda “limonlu nanə” adlan-
dırırlar.
184
Dağınıq monarda ( M.bradburyana), şərq arı məlhəmi (balzamı)
–
ağ-yasəməni rəngli çiçəkləri olan füsunkar (cazibədar) bitkidir.
Xallı monarda ( M. punctata) - sarı çiçəkli, şaxtaya davamlı,
qeyri-
adi bitkidir. Üzəri yasəmən rəngli çillərlə (xallarla) bəzənik-
lidir.
Monardanın bu və ya digər növləri əsasında 50-dən artıq sort və
hibridləri yaradılmışdır ki, bunlar da əsasən rənglərinə görə fərqlən-
dirilir.
Ou charm -
parlaq çəhrayı, Crottway Pink, Beautu of Cobham -
zərif çəhrayı, Gardenview Scarlet, Cambridge Scarlet, Squaw -
parlaq qırmızı, Mahogany - qəhvəyi-qırmızı, Blue Stocking, Scorpion
-
bənövşəyi və Schneewittehen – ağ rəngli.
Yaxın vaxtlarda Viktoriya sortu yaradılmış və rayonlaşdırılmış-
dır. Bu sort Ümumrusiya Elmi Tədqiqat Tərəvəz Bitkilərinin Selek-
siya v
ə Toxumçuluğu İnstitutunda yaradılmışdır. Dekorativ və dər-
man bitkisidir. 40 sm-
ə qədər hündürlükdə, alçaq boylu, yığcam bit-
kidir. 20-
yə yaxın açıq bənövşəyi çiçək qrupu əmələ gətirir. Bu sort
iyunun axırında çiçəkləyir, çiçəyi 2 ay qalır. Unlu şeh xəstəliyinə
qar
şı davamlıdır.
Becərilməsi və qulluq işləri. Monarda becərilməsinin əsas şə-
rai
ti nəm və sukeçirən torpaqların olmasıdır. Monardanı Avropanın
cənubunda yox, şimal və orta hissələrində (günəşli yerlərdə) və ya
yarımkölgə yerlərdə becərmək olar. Günəşli yerlərdə becərilən mo-
nar
da bitkisi yaxşı yaşıl kütlə verir və yaxşı qol-budaq artır. Yarım-
kölgə şəraitdə isə daha uzun müddət və daha parlaq çiçək açır. Mo-
nar
danın çiçəkləmə dövrünü uzatmaq üçün solmuş çiçək başcıqlarını
qoparırlar.
Əgər monarda tam günəşli şəraitdə becərilirsə torpağın nəmlik
saxlama qabiliyyəti xüsusilə vacibdir. Belə torpaqlarda monarda mü-
vəffəqiyyətlə becərilir. Torpağın tərkibi o qədər də vacib deyil. Mo-
nar
da ağır gilli torpaqlarda da bitə bilər. Ancaq o çürüntü və humus
qatı zəngin olan torpaqları sevir.
Monardanı yazda və payızda nəm və qızdırılan torpaqlarda bağ
kompostları və yarpaq çürüntüləri ilə mulçalamaq lazımdır. Quraqlıq
illərdə monardanı suvarmaq lazımdır. İsti rayonlarda keçən ilki mo-
185
narda yazda kökünd
ən biçilir. Daha soyuq zonalarda monardanın
yaşıl kütləsini payızın axırında biçmək lazımdır. Sonra isə qışda
rozet yarpaqları isitmək üçün üzərini quru yarpaqlarla və ya həmişə
yaşıl ağacların (küknar, şam və s.) yaşıl budaqları ilə örtürlər (mulça-
la
yırlar).
Monardanın çoxaldılması. Yaxşı qulluq edildikdə monarda
güclü böyüyür. Ona görə də hər 3-4 ildən bir yazda birinci göyərtilər
əmələ gəldikdə monarda kolları bölünməlidir. Bunun üçün adi bel ilə
perimetr boyunca bitkilər qazılıb kökümsovları bölünməli və başqa
sahələrə şitil kimi əkilməlidir. Artıq kökümsovlar da çoxaltma üçün
istifadə oluna bilər. Monardanı çiliklə də çoxaltmaq olar. Çiliklər
yaz
da kəsilməlidir. Monardanı kök qələmləri və toxumla da çoxaldır-
lar. Toxumla çoxaltma ancaq növ əlamətləri olan bitkilərdə aparılır.
Monarda toxumları yığılan kimi səpilməli və səpilmiş sahələr sərin
saxlanılmalıdır.
2. 15.
MOLDOVA İLANBAŞI
Yayılması. Moldova ilanbaşı bitkisi yabanı halda Ukraynada,
Krımda və Qafqazda bitir. Keçmiş SSRİ-nin Avropa hissəsində
efiryağlı bitki kimi becərilməklə yanaşı, həm də arılar üçün qiymətli
bal verən bitki hesab olunur. Bir çox arıçılar beçələri cəlb etmək
üçün arı yeşiklərinə ilanbaşı yarpağını sürtürlər.
Qərbi Sibirdə ilanbaşı yabanı halda rast gəlinir. Mədəni halda da
az yayılmışdır. Novosibirski və Tomsk botanika bağında kiçik
sahələrdə becərilir və ehtiyat sahələrdə səpilir.
Botaniki təsviri. Moldova ilanbaşı (Dracocephalum moldavi-
cum L.
) dalamazkimilər (Lamiaceae) və ya dodaqçiçəklilər fəsiləsinə
(Labiatae) daxil
olan birillik efiryağlı bitkidir. Bitki 60-80 sm-ə qə-
dər hündürlükdə olmaqla dik dayanan, dördtilli (üzlü) gövdəyə ma-
likdir. Sadə, qarşı-qarşıya düzülmüş yarpaqları vardır. Göy-bənövşə-
yi rəngli çiçəkləri gövdənin nəhayətində yerləşən yarpaq qoltuqla-
rında yerləşir. İrsi növmüxtəlifliyini özündə əks etdirən və təmiz ağ
rəngli çiçəkləri olan formalara da rast gəlinir. May ayının birinci ya-
186
rısında səpildikdə iyulun axırında çiçəkləməyə başlayır və çiçəkləmə
sentyabrın birinci yarısına qədər davam edir (rəngli şəkil 43-44).
Nektar və bal məhsuldarlığı. Keçmiş Kemerovo arıçılıq stansi-
yası ilanbaşı bitkisini meşə-çöl zonasında 4 il ərzində sınaqdan keç-
mişdir. Stansiyanın məlumatına görə o, 5-6 hektar sahədə səpilmiş-
dir. Alınmış toxumlar həm öz təsərrüfatlarını, həm də vilayətin qonşu
təsərrüfatlarını təmin etmişdir. Eyni vaxtda həm də ilanbaşını bal
ver
mə xüsusiyyətlərinə dair xüsusi tədqiqatlar aparılmışdır. Aparıl-
mış tədqiqatlar göstərmişdir ki, Kemerovo vilayətində ilanbaşı bitkisi
səpildikdən 70-75 gün sonra çiçəkləməyə başlayır və çiçəkləmə 30-
40 gün davam edir. Vegetasiya müddəti uzundur, 120 günə qədər da-
vam edir. Ona görə də soyuqlar düşənə qədər toxumları tam yetişir.
Toxum məhsuldarlığı hektardan 5 sentnerə qədərdir. Ağ çiçəkli ilan-
ba
şı daha çox bal verir. Arılar ona tez-tez baş çəkir. Ağ çiçəkli ilan-
başının vegetasiya müddəti qısadır. Ona görə də toxumları tez yetişir.
Kemerovo arıçılıq stansiyasının məlumatına görə üç ildə orta hesabla
göy çiçəkli ilanbaşı hektardan 300 kq, ağ çiçəkli ilanbaşı isə 380 kq,
ayrı-ayrı illərdə isə 500-600 kq-a qədər bal vermişdir. Bir çiçəkdən
bal çıxımı 0,048-1,58 mq arasında dəyişmişdir. Bir çiçək gün ərzində
2 mq-
a qədər 30-55% şəkəri olan nektar verir.
Bütün vegetasiya ərzində bal arıları (arı yeşikləri) qoyulmuş
sahələrdən daha yüksək bal götürülmüşdür. Adətən arılar ilanbaşına
səhərdən axşam saat 7-8-ə qədər baş çəkirlər. Ən çox baş çəkmə isə
səhər saat 11-dən axşam saat 5-ə qədər baş verir. Çiçək tacının boru-
su uzun olduğuna görə arılar buradakı nektarın hamısını götürə bil-
mirlər. Onlar nektar ehtiyatının təxminən 67,3%-ni götürə bilirlər,
qalan 32,7% nektar isə istifadəsiz qalır. İlanbaşının bal məhsuldarlığı
341 kq/ha hesablandığı halda, arılar ondan cəmi 230 kq istifadə et-
mişlər.
Torpağa tələbi. Qeyd etmək lazımdır ki, ilanbaşı ancaq münbit
gillicəli və qumsal torpaqlarda becərildikdə yüksək bal məhsulu
verir. Struktursuz gilli torpaqlarda o pis bitir, turş torpaqlara isə
dözmür. Toxumları gec cücərir, yavaş böyüyür və alaq basır. Ona
görə də onu əvvəlcədən hazırlanmış və alaqlardan təmiz, şumlanmış
sahələrə və ya heriyə səpmək lazımdır. Bu xüsusiyyətinə görə də onu
187
hər hansı bir bitkinin örtüyünə, yəni örtük bitkisi kimi səpmək olmaz.
Örtük bitkisi (məs: xəşəmbül) çox tez inkişaf edib böyüyür və onu
inkişaf etməyə qoymur (boğur).
Səpini. İlanbaşının toxumlarını erkən yazda mayın 12-15-dən
gec olmayaraq səpmək lazımdır ki, toxumlar cücərə bilsin. Səpindən
qabaq mütləq toxumlar havada qurudulmalıdır. Belə olduqda toxum-
lar daha tez cücərir və bitkilər yaxşı inkişaf edir. Toxumları gencər-
gəli (cərgə araları 45-60 sm) üsulla səpilir. Toxumlarının basdırılma
dərinliyi 2 sm-dən artıq olmamalıdır. Bərabər çıxışlar almaq üçün sə-
pin
dən qabaq torpaq səthi ağac vərdənələrlə vərdənələnməlidir.
Əkinə qulluq işləri alaqların vaxtlı-vaxtında vurulmasından və
cərgə aralarının yumşaldılmasından ibarətdir.
Yığım. Toxumları tam yetişdikdə yığılmalıdır, çünki yetişdikdə
açılıb tökülmür. İlanbaşını kombaynla yığmaq asandır, çox yaxşı
yığılır. Əgər toxumlar tam yetişibsə quraq (günəşli) günləri gözləmək
olmaz. Belə halda yaxşı olar ki, o adı otbiçən maşınlarla biçilib tö-
kül
sün, hava vursun, sonra onu kiçik dərzlər halında bağlayıb tam
quru
maya qoymaq lazımdır. Bu vaxt ərzində ayrı-ayrı yetişməmiş
toxumla
r da tam yetişir. Bundan sonra o döyülür təmizlənir, alaq to-
xum
larından təmizlənir və tam qurudulur.
2. 16.
KAMFORA AĞACI VƏ YA KAMFORA
DƏFNƏSİ (KAMFORA DARÇINI)
Kamfora ağacı dəfnəkimilər (Lauraceae) fəsiləsinin darçın (cin-
namomum
) cinsinə daxil olan həmişəyaşıl ağacdır. Kamfora sözü
ərəbcə kamhour sözündən götürülmüşdür.
Tarixi və yayılması. Kamforanın vətəni Şərqi Asiya, Çinin cə-
nub və cənub-qərb rayonları, Tayvan, Yapon adaları - Ryukyu, Kyu-
syu, Sikoku, Xansyu və Koreyanın Çedjuda adası hesab olunur. Tay-
vanda dəniz səviyyəsindən 500-2000 metr, Xondo adasında isə 850
metrə qədər yüksəklikdə bitir. Cənubi Afrikada, Kanar adalarında,
Madaqaskarda, Avstraliyada, Avropanın cənub rayonlarında və Şi-
mali Amerikanın cənub şərq rayonlarında təbii şəkildə yayılmışdır.
188
Kamfora ağacından kamfora yağı və kamfora Çində və Yaponi-
yada bizim eranın doqquzuncu yüzilliyində alınmışdır. Asiyada isə
ondan h
ələ qədim zamanlardan həvəsəgətirici vasitə kimi istifadə
edilirdi.
Ərəblər isə artıq on birinci yüzillikdə kamforadan müxtəlif
tibbi m
əqsədlər üçün istifadə edirdilər.
Kamfora yağı birinci dəfə Avropaya 1676-cı ildə gətirilib və
Hollandiyada
əkilmişdir.
1910-cu ild
ən başlayaraq Almaniya qeyri-təbii yolla kamfora
istehsal etm
əyə başladı. 1920-ci illərdə kamfora kefləndirici vasitə
kimi istifad
ə olunurdu.
Kamforanın sənaye plantasiyaları Hindistanda, Malay arxipelaqı
adalarında, cənubi - şərqi Asiya ölkələrində, Avstraliyada, Yaponi-
yada, cənubi və şimali Afrikada, Cənubi Avropada (Fransa, İtaliya)
Cənubi Amerikada (Braziliya) Filippin, Antil və Qərbi Hind ada-
larında salınmışdır.
Kommersiya m
əqsədli kamfora plantasiyaları isə Tayvanda,
Hindistanda v
ə Gürcüstanda daha çoxdur.
Kamfora ağacı Rusiyaya Qafqazın Qara dəniz sahillərinə XVIII
əsrin 60-cı illərində gətirilmişdir. Sonrakı bir neçə onilliklər ərzində
sahil boyu park və bağlarda həmişəyaşıl dekorativ ağac kimi əkilib -
becərilmişdir. Sənaye miqyasında çoxaldılmasına isə XIX əsrin 20-ci
illərindən başlanılmışdır. Gəncə şəhərindəki “xan bağı”nın ərazisində
70-
ci illərin ortalarına qədər 2 ədəd kamfora ağacı mömcud olmuş,
sonralar isə baxımsızlıq ucundan quruyub məhv olmuşdur.
Ekoloji və bioloji xüsusiyyətləri. Kamfora ağacı nəmişli sub-
tro
pik və tropik iqlim bitkisidir. O, illik yağıntıların miqdarı 600-
1000 mm olan ölkələrdə bitir. Çürüntülü qırmızı və allüvial torpaq-
larda yaxşı inkişaf edir. O, həmçinin qida maddələri ilə zəif təmin
olun
muş qumlu, daşlı və gilli torpaqlarda da bitə bilir. Düzən sahə-
lərdə dağ yamaclarında və təpələrdə gün düşən və bəzən isə kölgə
yerlərdə yaxşı bitir. Torpaqda əhəngin çox olmasına dözmür.
Çubuğundan, gövdəsindən və budağından çox asan bitir və tez
böyüyür. Qafqazın qara- dəniz sahillərində 20 yaşlı kamfora ağacının
hündürlüyü 15-
18 metr, 50 yaşlı ağacınkı isə 25-30 metrə çatır. Son-
ra ağacın böyüməsi zəifləyir, kökün və gövdənin yoğunlaşması (qa-
189
lınlaşması) baş verir. Kamfora ağacı vətənində 1000 ilə qədər yaşa-
yır.
Kamfora ağacı 1822-ci ildə Avstraliyaya gətirilib dekorativ bitki
kimi parklarda və bağlarda istifadə edilmişdir. Amma o burada ende-
mik floranın alağına çevrildi. Kamfora ağacı otlaq sahələrinə yayıl-
mış və koalaların qidasının əsasını təşkil edən evkalipt ağaclarını
sıxlaşdırmağa başlamışdır. Bu bitkinin saçaqlı kökləri şəhərin drenaj
və kanalizasiya sisteminin işini pozmuş, çayların axımını zəiflət-
mişdir. Kamfora yarpaqlarında çoxlu miqdarda terpen komponentləri
vardır ki, bu da suyun keyfiyyətini pisləşdirir, orada yaşayan balıqları
öldürürdü.
ABŞ-ın cənub ştatlarına gətirilmiş kamfora ağacı Florida ştatın-
da hətta zərərli növ hesab edilmişdir.
Dostları ilə paylaş: |