H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI


Torpağın  səpinqabağı  becərilməsi



Yüklə 5,34 Mb.
Pdf görüntüsü
səhifə15/19
tarix01.01.2017
ölçüsü5,34 Mb.
#4145
1   ...   11   12   13   14   15   16   17   18   19

Torpağın  səpinqabağı  becərilməsi.  Səpinqabağı  kultivasiya 
toxumların  səpilməsinə  ən  azı  10-12  gün  qalmış  4-5  sm  dərinlikdə 
aparılır. Bu vaxta qədər torpaq  yatır və kipləşir.   
Sürvə toxumları çox xırdadır. Onların bərabər dərinliyə basdırıl-
ması üçün sahə səpinqabağı dişli (halqalı) vərdənə ilə vərdənələnilir. 
Səpin.  Səpin  üçün  keçən  il  yığılmış,  1-ci  və  2-ci  sinfin  tələb-
lərinə cavab verən toxumlar seçilir. Yaz və yay səpini üçün toxumlar 
fermentləşdirilir  (qumla  qarışdırılır).  Bunun  üçün  səpin  ərəfəsində 
toxumlar 1 : 2 nisbətində ələnmiş çay qumu ilə qarışdırılır.  Qumla 
toxu
mun  qarışığı  nəmləndirilir  (üç  dəfə)  və  diqqətlə  dənəvərləşmə 
kimi  qarışdırılır.  Hər  10  kq  toxuma  6-7 litr su götürülür. Sonra 

160 
 
kölgədə  səpələnə  biləcək  həddə  qədər  qurudulur  və  səpinə  hazır 
qoyulur. 
Sürvənin səpin vaxtı qış qabağı torpaqda temperatur 10-12 
0
C-
yə 
düşən vaxt, yəni oktyabrın axırı və noyabrın əvvəli hesab olunur. Bu 
halda toxumlar cücərmir ancaq selikləşir, şişir və yazda cücərti verir. 
Yaz səpinləri isə effektivliyinə görə payız səpinindən geri qalır. 
Onu erkən yazda və mütləq dənəvərləşdirilmiş toxumla aparırlar. 
Sürvənin  toxumları  SKON-4,2  markalı  tərəvəz  toxumu  səpən 
aparatla 70 sm cərgəarası olmaqla səpilir. 
Səpin  norması  hektara  8-10 kq götürülür. Toxumlar 3-4 sm 
dərinliyə basdırılır. 
Əkinə  qulluq.  Sürvə  əkinlərinə  qulluq  erkən  yaz  malalanma-
sından başlayır. Onu yüngül mala ilə çıxışlar alınmasına 10 gün qal-
mış yerinə yetirilir. 1-2 - ci cüt yarpaq fazasında cərgələr arasında 6-
8 sm 
dərinliyində  birinci  kultivasiya  aparılır.  İkinci  kultivasiya  isə 
cərgə araları qovuşana qədər imkan olan vaxt mütləq aparılmalıdır. 
Alaqlarla  mübarizə  məqsədi  ilə  yazda  cücərtilər    alınmasından 
qabaq linuron (2-4 kq/ha), nortron (4-6 l/ha), katoran (2,5-2,75 
kq/ha) və b. herbisidlərdən biri ilə çiləmə aparılır. 
Məhsul  yığıldıqdan  sonra  sürvənin  gövdələrini  aşağıdan  kəsib 
sahədən kənarlaşdırırlar. Bu işin ardınca cərgə araları 8-10 sm dərin-
likdə kultivasiya edilir. 
İkinci il sürvə tarlasında erkən yazda  prometrin (6 kq/ha) və ya 
reqlon (7,5 l/ha) çilənir və cərgələrin eninə istiqamətdə iki iz mala-
lama aparılır. Sonra isə cərgə araları 7-10 sm dərinlikdə kultivasiya 
edilir.  Sonrakı  qulluq  işləri  cərgə  aralarının  becərilməsindən  və 
alaqların vurulmasından ibarətdir. Adətən ikinci il sürvə bitkisi sürət-
lə böyüyür, cərgə araları tez qovuşur. 
Sürvə  bitkisini  bir  çox  zərərvericilər    və  xəstəliklər  zədələyir. 
Onlardan  sürvə  uzunburunu,  sürvə    ağcaqanadını,  sürvə  gənəsini, 
sür
və sovkası və başqa sovkalar, unlu şeh, yalançı unlu şeh və fuza-
rioz soluxmasını göstərmək olar. 
Gənələrə  və  unlu  şehə  qarşı  sürvə  əkinləri  kükürd  tozu  ilə  (25 
kq/ha) tozlandırılır. 

161 
 
Unlu
 
şeh  xəstəliyi  ilə  mübarizədə  1%-li  bordo  mayesi  və  ya 
onun  əvəzedicilərindən  biri  ilə  çilənmənin  aparılması  effektlidir. 
Yağın  keyfiyyətinin  pisləşməməsi  üçün  çiçəkləmə  zamanı  pestisid-
lərlə çiləmə aparmaq olmaz. 
Məhsul yığımı. Sürvə  məhsulunun yığılmasına kütləvi çiçəklə-
mənin başlamasına 6-8 gün qalmış başlayırlar. Bu vaxt aşağıdan 2-3 
çiçək köbəsində orta hissədəki toxumlar bozarmağa (qonurlaşmağa) 
başlayır. Məhsul yığımı 15-20 gün davam edir. Sürvə çiçəkləri quru, 
küləksiz havada səhər və axşam saatlarında yığılır. Çox quru və çox 
soyuq havada yığımın dayandırılması məsləhətdir. 
Sürvənin  çiçəkləri  yuxarıdakı  yarpaq  səviyyəsindən  JŞ-3,5 ot 
biçəni ilə, PSÇ- 0,4 qurğusu quraşdırılmış SK-5 “Niva” kombaynı ilə 
və  ya  PUŞ  qurğusu  quraşdırılmış  KS-2,6  silos  yığan  kombaynla 
biçilib yığılaraq qoşqu (lafet)  vasitəsi ilə dərhal işlənmə yerinə çatdı-
rılır. Sürvə çiçəkləri təzə halda emal edilir. Ona görə ki,  yığıldıqdan 
3 saat sonra tərkibindəki efir yağlarının 40 %-i itirilir. 
 
2. 8. L A V A N D A 
 
Xalq  təsərrüfat  əhəmiyyəti. 
 
Lavanda  bitkisinin  bütün  hissə-
lərində efir yağları toplanır. Lakin çiçəklərdə onun miqdarı  daha çox 
0,8-3,0 %-
ə    qədərdir.  Lavanda    yağının  əsas  komponenti  (  tərkib 
hissəsi)  linalilasefat  (30-56  %)  və  linalol  (10-12 %) hesab edilir. 
Lavanda yağı və ondan alınan məhsullar (efir yağı, quru çiçək qrupu) 
ətriyyat  -  kosmetika  sənayesində,  qida  və  əczaçılıq  sənayesində, 
tibdə və məişət kimyasında istifadə edilir.  Lavanda  yaxşı bal verən 
bitki hesab olunur və eroziya əleyhinə bitki kimi istifadə edilir. 
Tarixi,  yayılması  və  məhsuldarlığı.  Avropada  lavandanı  XVI 
əsrin  axırlarında  becərməyə  başlamışlar.  Rusiya  ərazisinə  lavanda 
XIX  yüzilliyin ikinci yarısında gətirilmişdir. Lakin, ilk dəfə sənaye 
halında  plantasiyalar  şəklində  becərilməsinə  1929-cu  ildə  Krımda 
başlamışlar. 1937-ci ildə lavanda  Krasnodar vilayətində, 1945-ci il-
lər Moldovada becərilməyə başlanmışdır. Onun ümumi əkin sahəsi 9 
min hektara yaxın, məhsuldarlığı isə 20-30 s/ha - dır. 

162 
 
Botaniki təsviri və bioloji xüsusiyyətləri. Lavanda ( Lavandula 
vera D. C.) 
dalamazkimilər (Lamiaceae) fəsiləsinə daxil olan çoxillik 
yarımkol bitkisidir. Kök sistemi saçaqlı, odunlaşmışdır, torpağın 2-4 
m dərinliyinə işləyir. Kolu 40-60 sm hündürlükdə, 60-80 sm diametr-
də  olmaqla  əsas  gövdədən  ayrılan  800-ə  qədər  budaqdan  ibarətdir. 
Hər bir budağı birillik, dörd tilli çiçək daşıyanla qurtarır. Budaqları 
əmələ gəldikdən 6-8 il sonra qocalır və quruyur, onun yerinə isə kök 
boğazındakı yatmış tumurcuqdan yeni gövdə inkişaf etməyə başlayır.  
Yarpaqları  qarşı-qarşıya  düzülmüş,  oturaq,  damarlı,  kənarları 
aşağıya doğru əyilmiş, tüklü, 2-6 sm uzunluğunda 0,2 - 0,6 sm enin-
dədir. Yarpaqları iki il yaşayır.       
 
Çiçəkləri  ikicinslidir.  Hər  birində  3-5  ədəd  çiçək  olan  yarım-
köbə  şəklində  sünbül  çiçək  qrupunda  toplanmışdır.  Kasa  yarpağı 
tökülməyən, boruşəkilli, beş dişlidir. Tacı iki dodaqlıdır, töküləndir. 
Ağ, mavi, göy və ya bənövşəyi rənglidir. 4 erkəkciyi, 1 dişiciyi var-
dır. Dörd yuvalı yuxarı yumurtalığa malikdir 
(r
əngli şəkil 33-34).
   
Meyvəsi hamar parıltılı səthli, qəhvəyi rəngli oval formalı xırda 
qozcuqdur. 100 ədəd meyvəsinin kütləsi 1 qramdır.  
Lavanda i
yunun  ortalarından  başlayaraq  20-35  gün  çiçəkləyir. 
Çarpaz tozlanır, lakin öz-özünə tozlanma da mümkündür. 
Vegetasiya  müddətində  lavandanın  aşağıdakı  inkişaf  fazaları 
qeyd olunur. Uzanma, çiçəklərin əmələ gəlməsi çiçəkləmənin əvvəli, 
kütləvi çiçəklənmə, çiçəkləmənin sonu, toxumların süd, mum və tam 
yetişməsi.  Lavanda  həmişəyaşıl  bitkilər  qrupuna  daxildir.  Onun 
yarpaq dəyişməsi hər 2 ildən bir payızda nisbi sakitlik dövründə baş 
verir.  Düzgün  aqrotexniki  qulluq  göstərilsə  lavanda  bitkisi  20-25 il 
məhsul verə bilər. 
Aralıq dənizi mənşəli olmasına baxmayaraq lavanda qışa davam-
lıdır. Yaşlı bitkilər -25 
0
C - 
dək şaxtaya dözürlər. 
Cücərtiləri 4-5 cüt yarpaq fazasında 8-10 
0
C - 
dək şaxtalara dözə 
bilirlər.  Vegetasiya  ərzində  lavanda  istiliyə  ən  çox  çiçəkləmə  faza-
sında tələbat göstərir. Bu məhsuldarlığın artmasına müsbət təsir edir. 
Lavanda işıq sevən bitkidir. Kölgəli şəraitdə onun budaqları çox 
uzanır, çiçəkləri xırdalaşır, yağlılığı aşağı düşür. Lavanda quru və isti 

163 
 
iqlim bitkiləri qrupuna aid edilir. Nəmliyin torpaqda və atmosferdə 
artıq olması bitkilərin xəstələnməsinə və qurumasına  səbəb olur. 
Lavandanı müxtəlif torpaq tiplərində, hətta zəif  təmin olunmuş 
və çınqıllı torpaqlarda becərmək olar. Lavanda üçün qumsal və gilli-
cəli  qara torpaqlar əlverişli hesab olunur. 
 
Turşuluğu  artıq  olan  ağır  və  soyuq  torpaqlar,  eləcədə  qrunt 
suları  səthə  yaxın    yerləşən  torpaqlar  lavanda  üçün  yararsızdır.  La-
van
danı çınqıllı və şistli torpaqlarda da becərmək olar. Torpağın ha-
valan
masına  yaxşı  reaksiya  göstərir.  Duzlaşmış,  ağır  gilli  və  yaxşı 
havalanmayan torpaqlarda pis bitir. 
Sortları. Lavandanın Voznesenskiy - 34, (V-34), Stepnaya -197, 
Rekord (H-
701),  Rannaya,  Krımçanka  və  s.  sortları  rayonlaşdırıl-
mışdır. 
Stepnaya  197-
sort orta müddətdə yetişən sortdur. Qışa davam-
sız, yarım qol budaqlıdır. Çiçək qrupu məhsuldarlığı hektardan 65-70 
sen. (2%-
dən artıq yağ çıxımı ilə) təşkil etməklə ətriyyat sənayesində 
5 balla qiymətləndirilir. 
Rekord (H-701)  - 
orta yetişən, qışadavamlı, yüksək məhsuldar 
və yüksək yağlıdır. Çiçək qrupu məhsuldarlığı 50-60 sen/ha-dır. Tər-
ki
bində 1,8-2,0% efir yağı vardır. 
Rannaya 
tez yetişkənliyi və qışa yüksək davamlılığı ilə xarak-
terizə  edilir.  Çiçək  qrupu  məhsuldarlığı  66  sen/ha,  xam  kütləsinin 
1,8-2,2 %-
i qədər yağ çıxımı verir. Stennaya sortuna nisbətən septa-
rioz xəstəliyinə davamlıdır. Ətriyyat qiyməti 5 baldır. 
Becərmə texnologiyası və yığımı. Növbəli əkində yeri. Lavanda 
bir yerdə 20 ildən artıq becərilən çoxillik bitki olduğu üçün o, tam bir 
sahədə - növbəli əkinə daxil edilməyən, xüsusi məqsədlər üçün ayrıl-
mış  sahələrdə  yerləşdirilməlidir.  Lavanda  üçün  yaxşı  işıqlanan,  cə-
nub və cənub - qərb meylli yamaclar, şimal və  şimal şərq küləkləri 
tutma
yan sahələr seçilməlidir. 
Gübrələnmə, torpağın əsas becərilməsi. Lavanda bitkisi təmiz 
tarlalara 
və  torpağın  becərilmə  dərinliyinə  xüsusilə  tələbat  göstərən 
bitkidir. Yeni plantasiya salınacaq tarlalar vaxtında və diqqətlə hazır-
lanmalıdır. Sələf bitkisi yığıldıqdan sonra sahə diskli üzləyicilərlə 7-
8 sm dərinlikdə yumşaldılır (üzlənir). Alaqlara qarşı mübarizə tədbiri 

164 
 
kimi gavahınlı kotanla 10-12 sm dərinlikdə şumlama aparılır. Kökü 
pöhrəli  alaqlara  qarşı  2,4  D  amin  duzu  qrupundan  olan  herbisidlə 
mübarizə aparılır. 
Şumlamadan  əvvəl  hər  hektara  35-40 ton peyin, 100-120 kq 
azot, 100-120 kq fosfor, 40-60 
kq  kalium  gübrəsi  verilir.  Plantaj 
kotanı ilə 45-50 sm  dərinlikdə şum aparılır. Sonra isə torpaq hamar-
lanır. Yazda və yayda herik kultivatoru ilə 3-4 dəfə kultivasiya aparı-
lır. Axırıncı kultivasiya çizellə (ağır kultivator) 25 sm dərinlikdə apa-
rılmalıdır.   
Lavanda  plantasiyası  salmaqdan  qabaq  sahədə  uzununa  (hər 
400-600 m-
dən bir) və eninə (hər 250 metrdən bir) yollar açılır.  
Əkin.  Lavanda  bitkisini  həm  vegetativ  həm  də  generativ  yolla 
çoxaltmaq olar. İstehsalatda vegetativ yolla - çilinglə çoxaltma geniş 
yayılmışdır. O, həmçinin kolun bölünməsi yolu ilə, basdırılma üsulu 
ilə də çoxaldıla bilər. Çilinglər 8-10 sm uzunluqda olmaqla sentyabr - 
oktyabr aylarında 4-5 yaşlı ağac kollar üzərindəki birillik yarımodun-
laşmış budaqlardan kəsilir. Onları soyuq parnikdə 4-5 sm dərinlikdə 
6 x 4 sm qida sahəsində basdırırlar. Lazım gəldikdə parnikin havası 
dəyişdirilir, suvarılır alaqlara qarşı mübarizə aparılır və lazım olduq-
da qızdırılır. Yazda onlardan əmələ gəlmiş cücərtilərin hündürlüyü 4-
5 sm olduqda uclar
ı vurulur. İkinci dəfə 1,5 - 2 aydan sonra ucvurma 
aparılır.  Oktyabr  ayında  şitillər  çıxarılır,  sortlaşdırılıb  əkmək  üçün 
göndərilir. 
Lavanda şitilləri LPM - 4 markalı maşınla və yaxud əl ilə 1 x 0,5 
m qida sahəsində əkilir. Şitil əkini zamanı onun kök boğazı torpağın 
5-
6 sm dərinliyində qalmalıdır. 
Hər bir şitil əkiləndə suvarılır və dibi 3-5 sm qalınlığında torpaq-
la doldurulur.  
Əkinlərə  qulluq.  Payız  əkinlərində  yaz  vaxtı  cərgələrin  eninə 
çarpaz 6-
8 sm dərinliyində cərgəarası becərmə işləri aparılır. Lazım 
gəldikdə bu iş təkrar edilir. Gövdələrin böyüməsini  stimullaşdırmaq 
üçün çiçəklər əmələ gələn  zaman onları lavanda şitilləri kəsən PSL-
1,5 markalı maşınla kəsirlər. Payızda tarlada təmir işləri aparılır. Bu 
məqsədlə hər hansı səbəbdən məhv olmuş bitkilərin  yerinə standart 
şitillər əkilir və cərgəaraları 12-15 sm dərinlikdə kultivasiya edilir. 

165 
 
Lavanda plantasiyaları ikinci il istismara verilir. İkinci və sonra-
kı  illərdə  plantasiyalara  qulluq  işləri  cərgəaralarının  becərilməsi, 
herbisidlərin  verilməsi  və  kəsimlərin  aparılması  işindən  ibarətdir. 
Birin
ci istismar ilində cərgələrin eninə çarpaz, sonrakı illərdə isə an-
caq  uzununa  becərmə  işləri  aparılır.  Bunun  üçün  cərgə  aralarının 
ortaları  10-12  sm  dərinliyində  yumşaldılır.  Müdafiə  zolağına  yaxın 
isə 5-6 sm dərinlikdə yumşaldılır. Payızın sonunda cərgələrinin tor-
pağı 15-18 sm becərilir və iki ildə 1 dəfə simazin herbisidi (2,5-7,5 
kq/ha) verilir. Yazda lavandanın bölünməsindən qabaq hektara 6 kq 
hesabı ilə pirometrin verilir. 
Məhsul  verən  plantasiyalarda  torpağı  yumşaq  və  alaqlardan  tə-
miz saxlamaqla yanaşı hər il yığımdan sonra kolların budanması (qu-
ru və zədələnmiş budaqların kəsilməsi) aparılır. Bunun ardınca kollar 
lavanda yığan LUM-2 “Krım” maşını ilə bir illik zoğların ½ kəsilir. 
Adətən 6-7 ildən sonra kollar yaşlaşır, budaqların böyüməsi və 
məhsuldarlığı azalır. Məhsuldarlığı bərpa etmək üçün kolların cavan-
laşdırılması aparılır. Bunun üçün payızın axırı və yaxud da yazın əv-
vəlində kollar aşağıdan KİR-1,5 və yaxud da POL-1 markalı maşın-
lar
la  biçilir  (kəsilir).  Budaqlar  yığıldıqdan  sonra  mineral  gübrələr 
veri
lir, cərgəaraları dərindən  yumşaldılır və hektara 4 kq təsir edici 
maddə  hesabı  ilə  simazın  verilir.  Sonrakı  5-6  il  ərzində  növbəti 
cavanlaşdırmağa qədər adi qulluq göstərilir. Hər  il payızın axırında 
lavanda azotlu fosforlu (N
60
P
60
) və yaxud da tam mineral gübrələrlə 
(N
60
P
60
K
60
)  gübrələnir.  Gübrələri  bitki  qidalandırıcılarla  tətbiq 
edirlər. 
Lavanda  xəstəlik  və  zərərvericilərə  zəif  dərəcədə  yoluxur.  Ona 
ən  çox  qamma  sovkası,  çəmən  kəpənəyi,  boz  və  yaşıl  çəyirtkə,  fır 
nematodu, xəstəliklərdən isə kök çürüməsi ziyan vurur. Cırcırama  və 
başqa  zərərvericiləri  məhv  etmək  üçün  vegetasiya  müddətində 
lavanda bitkisinə fosfamid (1-2 l/ha), septorioz xəstəliyinə qarşı mis 
xloroksidin 0,4 % -  li su
spenziyası və   yaxud sineb (2,5 - 4 kq/ha) 
çilənir. 
Sənaye texnologiyası ilə becərilməsi. Lavanda becərmək üçün 
sənaye texnologiyası işlənib hazırlanmış, əl əməyi tətbiq edilmədən 
arası  kəsilməz  (konveyer  üsulu  ilə)  yığım  tətbiq  edilir.  Bu  üsulda 

166 
 
əkin, qulluq və yığım üsulu da mexanikləşdirilmişdir ki, bu da çiçək 
qrupu məhsuldarlığını hektardan 50 sen-ə, yağ çıxımını isə 45-50 kq-
a çatdırmağa imkan verir.  
Lavandanın sənaye texnologiyası ilə becərilməsinin əsas həlqə-
ləri torpağın əsas becərilməsi, çoxillik alaqlardan təmizlənməsi, güb-
rələrin verilməsi və plantaj şumunun aparılmasıdır. 
Əgər  şum  köhnə  plantasiyada  aparılacaqsa  yığımdan  sonra  la-
van
danın yerüstü hissəsi torpaq səthindən 0-6 sm hündürlükdə biçilib 
götürülür.  Gələn  ilin  yazında,  kökümsov  gövdəli  alaqlar  kütləvi 
cücərdikdə  raundap  herbisidi  ilə  4,0-6,0  kq/ha  normasında  (başqa 
herbisidlərlə də olar) çiləmə aparılır. Alaqlar məhv edildikdən 10-15 
gün  sonra  mineral  gübrələr  (superfosfat  8  kq/ha)  və  peyin  (40-60 
ton/ha) verilir və sonra ППУ-50А markalı plantaj kotanı ilə 40-45 sm 
şum aparılır. Aparılmış şum ЧКУ – 4М markalı qurğu ilə hamarlaş-
dırılır. 
Mil  kök  sistemli  sələf  bitkilərindən  sonra  lavanda  əkiləcəksə 
məhsul yığıldıqdan sonra 5-6 sm dərinlikdə üzləmə aparılır. Alaqlar 
kütləvi  cücərdikdən  10-15 gün sonra raundap  və  ya  onun  analoqu 
olan herbisidlərdən biri ilə çiləmə aparılır. Avqust ayında üzvi və mi-
ne
ral gübrələr səpilib dərhal da plantaj şumu aparılır və şum hamar-
lanır.  Əgər  plantaj  şumu  payızda  aparılarsa,  erkən  yazda  malalama 
apa
rılır. 
İstər köhnə lavanda sahəsində, istərsə də mil köklü sələf  bitki-
lərindən sonra əkilən sahədə sonrakı torpaq becərmə işləri 1-2 dəfə 
herbisid  çilənməsi  (2,4  D  amin  duzu  2,0  kq/ha)  qanqal  və  birillik 
alaq
ların  rozetləri  əmələ  gəldikdə  herik  kultivatoru  ilə  2-3  dəfə 
kultivasiya  və  səpin  qabağı  dərin  yumşaltma  aparılır.  Bu  məqsədlə 
əkinə  10-15  gün  qalmış  ЧКУ  –  4М  markalı  qurğu  ilə  yumşaltma 
aparılır. Əkin payızda oktyabr-noyabr aylarında aparılır. 
Yığım.  Lavanda  bitkisi  texniki  yetişkənliyə  17-20 gün  davam 
edən çiçəkləmə fazasında çatır. Kolun üzərindəki çiçəklərin  50%-ə 
yaxını  açıldıqda  lavanda  yığımına  başlanır.  Yığım  LUM-2  “Krım” 
ma
şını ilə aparılır. Bu maşının kəsici alətləri elə nizamlanır ki, ancaq 
bitki  üzərindəki  çiçəklər  kəsilib  götürülsün.  Lavanda  çiçəkləri  təzə 
halda emal edilir. 

167 
 
2. 9. 
ADİ  MƏRSİN 
 
İstifadəsi. Mərsindən alınan efiryağları ətriyyat sənayesində isti-
fadə edilir. Yarpaqları və meyvələri Aralıq dənizi ölkələrinin məbəx-
lərində  (kulinariyada)  ədviyyə  vasitəsi  kimi  işlədilir.  Mərsini  ət  və 
balıq şorbalarına, pörtlədilmiş mal və donuz ətlərinə, dəniz balıqları-
nın qaynadılmış ətlərinə əlavə edirlər. 
Adi  mərsin  gözəl  dekorativ  bitkidir.  Onun  özünəməxsus  gözəl 
ətri və böyük fitonsid aktivliyi vardır. Mərsini otaq şəraitində də be-
cərmək olar. 
Müalicəvi xüsusiyyətləri. Mərsindən alınan efir yağı rəngsiz və 
ya  yaşılımtıl-sarı  rəngli  maye  olub,  xoşagələn  təravətli  iyə  və  yan-
dırıcı dada malikdir. Bu yağın tərkibində α-pinen, dipekten, kamfen, 
sineol, mirtenol, qeraniol, nerol, kamfor
a və aldehidlər vardır. Mər-
sinin yarpaqlarında qatranlar, aşı maddələri, zülal, acı maddələr və s. 
vardır. 
İtaliyada mərsinin yarpaqları mədə, qaraciyər və beyin xəstəlik-
lərində istifadə olunur. Bolqarıstan, Fransa və bir sıra başqa ölkələrdə 
mərsinin efir yağı antiseptik, tonuslaşdırıcı və sdikqovucu vasitə kimi 
məsləhət  görülür.  Onu  xroniki  bronxit,  tonzilit,  qanqrena  (toxuma-
ların  çürüməsi)  ağciyər  vərəminin  ilkin  fazasında,  ürək  və  mədə 
zəifliyində, bədən boşluğuna su yığılması (hidrosos, vadyanka), sidik 
kisəsinin  soyuqlaması,  böyrək  ləyənciyi  və  süzənək  xəstəliklərində 
də istifadə edirlər. 
Xalq təbabətində meyvələri,  yarpaqları və cavan budaqları isti-
fadə  olunur.  Yarpaqlarından  hazırlanmış  məlhəm  (maz),  toz  (ovun-
tu),  həlim,  yaralarda,  çibanlarda,  yanıqlarda,  gözdəki  və  qulaqdakı 
irinli  yaralarda,  vərəmdə,  xroniki  bronxitdə,  qanlı  ishalda  (dizen-
teriya), qanazlığı və bir çox başqa xəstəliklərdə istifadə edilir. 
Yarpaqdan  alınmış  şirə  (cövhər)  sümük  qırıqlarında  bitişməni 
sürətləndirmək  üçün,  meyvəsində  alınan  cövhər  isə  kəpək  əleyhinə 
vasitə kimi tətbiq edilir. 
Mənşəyi və yayılması. Mərsinin vətəni Aralıq dənizi ölkələridir. 
Yabanı halda Fransanın cənubunda, İspaniya, İtaliya, Əlcəzair, Kipr 
və  Kiçik  Asiyada  rast  gəlinir.  Onu  dekorativ,  ədviyyat  və  efiryağlı 

168 
 
bitki  kimi  bir  sıra  Qərbi  Avropa  ölkələrində,  Hindistanda,  Efiopi-
yada,  Somalidə  və  b.  ölkələrdə  mədəni  şəkildə  becərilir.  Mərsinin 
qışa davamlığı zəif olduğundan geniş yayılmamışdır. Ən çox əkinləri 
Krımın  cənub  sahil  subtropik  zonasında  (Qruzufdan  Forosa  qədər), 
Qafqazın Qara dəniz sahillərində (Soçidən Suxumiyə qədər) və Ab-
şeron  yarımadasında  (Mərdəkan)  rast  gəlinir.  1985-ci  ildə  nisbətən 
qışa  davamlı  mərsin  nümunələri  yaradılmış  və  mədəni  hala  keçiril-
mişdir.  Bu  nümunələr  yüksək  dekorativ, aromatik  və  antimikrob 
təsirlərə malikdir. 
Botaniki  xüsusiyyətləri.  Adi  mərsin  (Myrtus communis L.)  2 
metrə qədər hündürlükdə həmişəyaşıl kol bitkisi olub mərsinkimilər 
(Myrtaceae
)  fəsiləsinə  daxildir.  Yarpaqları  qarşı-qarşıya  düzülmüş, 
qa
lın qabıqlı, qısa saplaqlı, tünd yaşıl rənglidir. Çiçəkləri  ağ rəngli, 
xırda,  ikicinsli  olmaqla yarpaq  qoltuqlarında  tək-tək  yerləşir.  Çiçək 
sap
lağı nazikdir 
(r
əngli şəkil 35).   
Meyvəsi dairəvi və ya yumurta-
varı (ellipisvari) formalı, noxud böyüklüyündə göyümtül-qara və ya 
ağ rəngli giləmeyvədir. Hər meyvədə 15-ə qədər toxum əmələ gəlir  
Bioloji xüsusiyyətləri. Mərsinin böyüməsində  yaz-yay  və  yay-
payız  dövrləri  ayırd  edilir.  Birinci  dövr  Krımın  cənub  sahillərində 
aprelin ikinci yarısında, mayın  əvvəllərində başlayır və 15-20 iyulda 
başa çatır. İkinci dövr isə avqustun axırları, sentyabrın əvvəllərində 
başlayıb oktyabrda başa çatır. Mərsin həyatının üçüncü ilindən başla-
yaraq iyul ayında çiçəkləyir. Toxumları oktyabrın axırında yetişir. -
11-12 
0
C qısamüddətli şaxtalara dözür. Bitkinin yerüstü hissəsi şaxta-
dan məhv olsa da yazda kök boğazından yenidən inkişaf edir.  
Mərsin üzvi və mineral gübrələrə həssasdır. Yüngül qranulomet-
rik tərkibli torpaqlarda yaxşı bitir. Ağır gilli torpaqlara dözmür. 
Çoxaldılması və aqrotexnikası. Mərsin toxumlarla və vegetativ 
üsulla  – 
birillik zoğlardan hazırlanmış çilinglərlə çoxaldılır. Çiliklər 
zoğun aşağı yarpaqlarının yerləşdiyi tumurcuqdan  aşağı olmaqla kə-
silir.  Çilik 
üzərindəki  yarpaqlar  (yuxarıdakılardan  başqa)  əsasından 
kəsilir. Yuxarıdakı  yarpaqlar isə  yarıdan kəsilib qısaldılır. Çilik ha-
zırlamağın  və  əkməyin  ən  yaxşı  vaxtı  iyulun  axırı,  avqustun  əvvəli 
budaq
ların yay böyüməsinin başa çatdığı vaxt hesab olunur. Çilikləri 
vegetasiyanın sonunda da (noyabrın axırında) hazırlamaq olar. Çilik-

169 
 
ləri istixanaya və ya parnikə 7-8 sm dərinlikdə 10 x 5 sm qida sahəsi 
verməklə basdırılır. 
Mərsin plantasiyası salmaq üçün gün düşən, soyuq şimal külək-
lərindən qorunan suvarılan sahələr ayrılır. 
Torpağın  hazırlanması  60-70  sm  dərinlikdə  plantaj  şumunun 
apa
rılmasından  başlayır.  Plantaj  şumu  altına  40-50 ton peyin, 500-
600 kq superfosfat, 200-
300 kq kalium gübrələri verilir. Yayda tor-
paq  alaqlardan  təmiz  və  yumşaq  saxlanılmalıdır.  Buna  nail  olmaq 
üçün hektara 400 kq ammonium sulfat ver
ilir. Mərsin daimi  yerinə 
payızda (oktyabr-noyabr) və ya yazda (aprel) 2,5 x 1,0 metr qida sa-
həsi verilməklə əkilir. 
Əkinlərdə sistematik olaraq 3-4 dəfə cərgəarası kultivasiya, 2-3 
dəfə cərgələrdə alaqların vurulması və suvarma işləri aparılır. Payız-
da 
dərin kultivasiya altına 400-500 kq/ha superfosfat, 200-300 kq/ha 
kalium duzu verilir. 
Yüklə 5,34 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin