Məhsulun yığılması və saxlanması. Yarpaqlar 3-4 yaşı olanda
yığılır. Yığım oktyabr-noyabr aylarında aparılır. Kəsilmiş budaqlar
çardaq altında qurudulur, qurumuş yarpaqlar budaqlardan ayrılır və
kisələrə yığılaraq anbarlarda saxlanılır. Hektardan quru yarpaq məh-
sul
darlığı 2,5-3,0 tondur. Mərsinin yarpaqlarında, meyvələrində və
cavan budaqlarında efir yağları vardır. Krımın cənub sahillərində be-
cərilmiş mərsin yarpaqlarında efir yağlarının miqdarı quru kütləsinin
1,8-2,2%-
nə qədər çatır.
2. 10.
BAĞ MƏRZƏSİ
İstifadəsi. Mərzənin xammalı otudur. Tam çiçəkləmə dövründə
birinci çalımdan yığılır. İkinci çalım boy uzatma tədbiri kimi aparılır.
Cavan, yaxşı yarpaqlamış budaqlarında və çiçək qruplarında efir
yağları vardır. Onlar rutin, askorbin turşusu, karotin və aşı maddələri
ilə zəngindir.
Mərzənin otu quru və təzə halda ətirli ədviyyat kimi kolbasa ha-
zırlanmasında, xiyar və pomidorun duza qoyulmasında, salatlarda,
şorbalarda, balıq və tərəvəz yeməklərində (ikinci yeməkələrdə) istifa-
də edilir. Mərzədən alınan efiryağları isə ətriyyat-kosmetika sənaye-
170
sin
də istifadə olunur. Mərzənin otu tibbi praktikada mərkəzi sinir
sistemini sakitləşdirici kimi, mədə-bağırsaq fəaliyyətini sitimullaşdı-
ran vasitə kimi, iflic, asma, əsəb, xəstəliklərində, öyümə-qusma za-
ma
nı, qadınlarda aybaşı pozulmasında, rematizm və s. xəstəliklərdə
tətbiq edilir. Mərzə həm də yaxşı balverən bitkidir.
Yay aylarında mərzənin təzə göyü (göyərtisi) müxtəlif yeməklər-
də, şorbalarda, salatlarda ət yeməklərində istifadə edilir. Mərzə bütün
yeməklərə xüsusi cazibə və orijinal dad verir. Göy soğan, mərzə, şü-
yüd və əvəlikdən, çox vitaminli bir salat alınır və orqanizmdə yaxşı
mənimsənilir.
Mərzənin bütün yerüstü hissəsi efir yağları ilə zəngin olduğun-
dan tibbin müxtəlif sahələrində, birinci növbədə isə aromaterapiyada
istifadə edilir.
Mərzinin efir yağı sarımtıl rəngli, şirintəhər dadlı, büzüşdürücü
ətirli mayedir. Onun iyi optimizmin və öz gücünə inamın simvolu he-
sab edilir.
Əgər otaq mütəmadi olaraq mərzə ətri ilə havalandırılsa əla ef-
fekt alınır və əsəb sisteminə xeyir edir. Aqresiya azalır, əsəblər sakit-
ləşir əhval-ruhiyyə yaxşılaşır, gümrahlıq və nəfəsalma yüksəlir. Daha
yaxşı effekt almaq üçün yaxşı olar ki, ətirli lampalar (aromalampalar)
istifadə olunsun.
Mərzədən alınmış efir masaj vaxtı və ya müalicə kimi də istifadə
etmək olar. Məsələn onu ostraxandroz, gərilmə və ayaqlardakı ağır-
laşmaları aradan qaldırmaq üçün tətbiq etmək olar. Bundan başqa o
ev şəraitində kosmetologiya üçün də yararlıdır. Bu efir yağları ilə
ziyilləri, keratozları və qabarları aradan qaldırmaq olar. Bu yağdan 3-
4 damcı hər hansı bir bitki yağına əlavə etmək və müntəzəm olaraq
problemli yerə sürtmək kifayətdir.
Mərzədən alınmış efiryağlarını saça, üzə və bədənə qulluq va-
sitələrinə də əlavə etmək olar. Mərzə yağı əl və ayağa sürtüldükdə də
yaxşı təsir edir. Onun müvafiq kremlərə və gellərə əlavə edilməsi əl
və ayaq dərisini yumşaq, elastiki və gözəl edir.
Mərzədən alınmış efir yağlarını apteklərdən, xüsusi salonlardan
və internet mağazalardan almaq olar. Göründüyü kimi mərzənin təsir
dairəsi olduqca genişdir. Özünün pozitiv (müsbət) təsirlərinə görə
171
mərzə başqa xeyirli bitkiləri bir neçə dəfə ötüb keçir. Mərzə yağı
hami
ləlik zamanı və bu yağlara qarşı allergiya olduğu hallarda isti-
fadə olunmamalıdır.
Tarixi.
Bağ mərzəsi ( Majorana hortensis Moench) 4 mərzə nö-
vün
dən biri olub çox qədim zamanlardan Misirdə, Elladada (Yuna-
nıstan) və Romada mədəni şəkildə məlum idi. Burada o ədviyyə,
dərman və dekorativ bitki kimi qiymətləndirilirdi. Mərzə cinsinin
latın adı tərcümədə daimi, unudulmaz, əbədi, uzunömürlü mənasını
verir. Bu ad ona çiçəyinin güclü və davamlı ətirli iyinə görə verilmiş-
dir. Aralıq dənizi ölkələrində mərzə qədim zamanlardan bağça-bağ-
larda becərilmişdir. Bağ mərzəsi adı da buradan götürülmüşdür. Hal-
ha
zırda Avropa, Asiya və Amerika kontinentində (qitələrində) geniş
becərilir.
Bağ mərzəsi Rusiyanın Avropa hissəsində birillik bitki kimi Orta
Asiyada isə çoxillik bitki kimi becərilir.
Botaniki təsviri. Bağ mərzəsi dodaqçiçəklilər ( Labiatae) fəsilə-
sinə (dalamazkimilər - Lamiaceae) daxil olan, birillik, ikiillik və ya
çoxillik bitkidir.
Kök sistemi milşəkillidir, güclü budaqlanır. Gövdəsi güclü bu-
daq
lanan, aşağı hissədən oduncaqlaşmış, 50 sm-ə qədər hündürlükdə
40 sm diametrdə olur
(r
əngli şəkil 36).
Yarpaqları xırda, uzunsov oval, qarşı-qarşıya və ya köbə şək-
lində düzülmüş, bozumtul keçə rəngindədir. Çiçəkləri xırda, ağ və ya
çəhrayı rəngli olmaqla gövdənin nəhayətində sünbül şəklində toplan-
mışdır. Meyvəsi kiçik, dörd toxumlu qəhvəyi rəngli, güclü ətirli
qozacıqdır. 1000 ədəd toxumunun kütləsi 0,3 qrama yaxındır. Bitki
iyun-
iyul aylarında çiçəkləyir, sentyabrda meyvə verir.
Bioloji xüsusiyyətləri. Mərzə istiliksevən bitki olduğuna görə
onu Rusiyanın əksər rayonlarında (Krımın cənubu və Orta Asiya
istisna olmaqla) birillik bitki kimi becərirlər. Toxumları qeyri-bəra-
bər cücərti verməsi ilə seçilir. Vegetasiya müddəti 150-180 günə
qədər davam edə bilir. Qeyd edilir ki, kütləvi çiçəkləmədən 35 gün
sonra toplanmış toxumları 40-60%, 50-60 gün sonra toplanmış to-
xum
ları isə 80% cücərmə qabiliyyətinə malik olur. Toxumları cücər-
mə qabiliyyətini 2-3 il saxlayır. Toxumlarının cücərməsi üçün op-
172
timal temperatur 20-30
0
C-
dir. Cücərmə üçün torpaqda kifayət qədər
nəmlik olmalıdır. Bitkini həm toxumla, həm də şitilləri ilə çoxaltmaq
olar.
Mərzə üzvi və mineral gübrələrə həssasdır. Payızda hər hektar
torpaq altına 200-300 kq azot, 250-300 kq fosfor, 200-250 kq ka-
liuml
u gübrələr verilməlidir. Birbaşa torpaq altına peyin verildikdə
yarpaqlarda acı maddələrin toplanmasına səbəb olur. Ona görə də
peyinin sələf bitkisi altına verilməsi məsləhətdir. Mərzə üçün ən
yaxşı sələf bitkisi kartof hesab edilir.
Sələf bitkisinin məhsulu yığıldıqdan sonra yaz səpini üçün və ya
şitillə əkin üçün torpaq diqqətlə 22 -25 sm dərinliyində şumlanma-
lıdır. Payızda əmələ gəlmiş alaqları məhv etmək üçün torpaq yumşal-
dılmalıdır. Yazda sahə dırmıqla düzəldilir, torpağın yuxarı qatı 3-4
sm dərinlikdə dırmıqlanır, sonra yenə diqqətlə hamarlanıb, kipləş-
dirilir. Səpin yaxşı nəmliyi olan torpaqlarda şırımlarla, 1 sm-ə qədər
d
ərinlikdə aparılır. Şırımların kənarlarına toxum düşməsinə yol veril-
məməlidir. Cərgələrarası məsafə 30-40 sm, səpin norması isə hər
kvadrat metrə 0,3-0,5 qram götürülür. Toxum o vaxt səpilməlidir ki,
torpaqda 8-12
0
C-
yə qədər temperatur olsun. Şırımlarda kifayət qədər
nəmlik olduqda toxumlar 5 günə cücərir.
Şitil almaq üçün toxumlar parniklərdə və parnik yeşiklərində
martın axırı-aprelin əvvəllərində səpilir. Bərabər çıxışlar almaq üçün
6-
7 gün vaxt tələb edilir. Şitillər 20-25
0
C temperatur şəraitində becə-
rilir. Parnik torpağı diqqətlə hazırlanmalı, (yeşiklərə şitil əkiləcək
sahədən gətirilmiş torpaq doldurulmalıdır) kipləşdirilməli və bir-
birindən 10-15 sm aralı şırımlar açılmalıdır ki, yaxşıca və bolluca
suvarıla bilsin. Toxumlar torpağa basdırılmadan hər m
2
-
ə 0,03-0,05
qram normasında səpilməli, üzəri isə qəzetlə və ya plyonka ilə örtül-
məlidir ki, yüksək nəmlik şəraiti yaranmış olsun. Cücərtilər alınana
qədər heç bir suvarma və qulluq işləri aparılmamalıdır. Birinci həqiqi
yarpaq əmələ gəldikdən sonra pikirovka (şitilləmə) aparılmalı, şitillər
5x5 sm qida sahəsində əkilməlidir.
Şitilləri 5x5 sm ölçülü qidalı kubiklərdə (qablarda) da becərmək
olar. Kubiklər yeşiklərə və ya parnikə qoyulmaqla diqqətlə sulanma-
lıdır.
173
Kubikin ortasında barmaqla kiçik çala (oyuq) açılır, ora 2-3 to-
xum qoyulub barmaqla torpağa sıxılır. Kubiklərin üzəri də qəzet və
ya plyonka ilə örtülür ki, nəmlik itməsin. Belə şəraitdə 5 gündən
sonra cücərtilər alınır. Şitillərə adi qaydada qulluq edilir. Əkinə 10-
12 gün qalmış onu möhkəmləndirirlər yəni açıq sahəyə uyğunlaşdı-
rırlar. Şitilləri (kubikləri) açıq sahəyə may ayının ortalarında 20x40
sm qida sahəsi verilməklə əkirlər. Əkin vaxtı şitillərdə 3-4 əsl yarpaq
əmələ gəldikdən sonra seyrəltmə aparılmalı və hər metr sahədə
(paqonmetrdə) 6-8 ədəd bitki saxlanılmalıdır.
Yığım. Becərmə bölgəsindən asılı olaraq vegetasiya ərzində
mərzə sahəsində 1-3 dəfə yığım aparıla bilər. Birinci yığım kütləvi
çi
çəkləmə dövründə aparılır. Sonrakı yığımlar isə bitkinin böyümə-
sindən asılıdır. Bitkinin yaxşı budaqlanmış hissəsi kəsilir, kölgə də
çardaq altında ləmələrdə (stelajlarda) və ya dərz şəklində bağlanıl-
maqla qurudulu
r. Hektardan quru ot məhsuldarlığı 0,8-1,2 tona qə-
dərdir. Toxumun yığılmasına kütləvi çiçəkləmədən 60 gün sonra baş-
la
nılır. Toxumluq sahələr biçilməyib ayrıca saxlanılır. Toxum məh-
suldarlığı hər kv. metrdən 10 qrama (100 kq/ha) qədərdir.
2.11. BALLI
NANƏ
Əhəmiyyəti. Ballı nanə ( Melissa) meteorizm zamanı, mədə və
bağırsaq spazmalarında müalicəvi təsir göstərir, əsəb sistemini sakit-
ləşdirir, iştahanı artırır. Soyuqdəymə qrip zamanı da istifadə edilir.
Xalq təbabətində ballı nanədən hazırlanmış cövhər yuxusuzluğu
aradan qaldırır, nevralgiya, təngənəfəslik, asma, qanazlığı və s. xəstə-
liklər zamanı, qadın xəstəliklərində, tərgətirici və işlətmə dərmanı
kimi istifadə olunur. Ballı nanə ürək ağrılarını götürür, taxikardiya
sancmalarını yumşaldır, qan təzyiqini aşağı salır. Tərkibindəki efir
yağının əsas komponentləri sitronellal, qeraniol, sitral, linalol, aşı
mad
dələri və qatrandır.
Botaniki təsviri. Ballı nanə (melissa, limonotu, badrənc) kö-
kümsov
gövdəli, çoxillik ot tipli bitki olub qaymaqçiçəyikimilər
( Ranunculaceae)
fəsiləsinə daxildir. Gövdəsi 120 sm-ə qədər hün-
dürlük
də, dörd tilli, tükcüklükdür. Yarpaqları yumurtavarı, saplaqlı,
174
qarşı-qarşıya (suprotiv) düzülüşlü, kənarları iri mişardişlidir. Tutqun
mavi və ya açıq sarı çiçəkləri yarım köbə şəklində yarpaq qoltuqla-
rında inkişaf edir. Çiçək qrupu spiral şəkilli budaqlanan formalı 20-
40 sm uzunluqda olur. Meyvəsi qonur-qəhvəyi rəngli dördbucaqlı,
bir toxumlu qozcuqdur. 1000 ədəd toxumunun kütləsi 0,5-0,8 qram-
dır
(r
əngli şəkil 37).
Bi
oloji xüsusiyyətləri. Ballı nanə işıqsevən bitkidir. Kölgə
şəraitində yarpaqlarında efir yağlarının miqdarı azalır və bitki az
ətirli olur. İstiliyə tələbat göstərir. Toxumlarının cücərməsi üçün 10-
12
0
C istilik lazımdır. İnkişafı üçün optimal temperatur 20-25
0
C
hesab edilir. Soyuğadavamlı bitki hesab olunur, ancaq bəzən onu
şaxta vura bilir. Ona görə də əkinlərinə avqust ayında fosforlu-
kalium
lu gübrələr verilir, qışda isə torfla, çürümüş peyinlə və ya
kom
postla mulçalama (üzərini örtmə) aparılır.
Ball
ı nanəni növbəli əkində qara herikdə, payızlıq dənli-taxıl
bitkilərindən və başqa tezyığılan bitkilərdən sonra və eyni yerdə
yerləşdirmək olar.
Aqrotexnikası. Torpağın əsas becərilməsi ümumi qəbul olun-
muş qaydada - dondurma şumu edilməklə aparılır. Ballı nanə torpağa
çox da tələbkar deyil. Yüngül strukturlu münbit, zəif turş neytrala
yaxın turşuluqlu torpaqlarda yaxşı bitir. Gübrələrin səpilməsinə və
yemləmə gübrələrinə həssaslıq göstərir. Əsas şum altına çürümüş
peyin, çürüntü və ya başqa üzvi gübrələr verilir. Ağır gilli torpaqlara
qum əlavə edilir. Yaz əkinlərində yaxşı olar ki, gübrələr yaz becər-
məsi zamanı verilsin. Toxumlarla, çiliklə və vegetativ yolla (kolların
bölünməsi) çoxaldılır.
Payızda ballı nanənin kökümsovlarını 8-10 sm dərinlikdə, cər-
gəarası 45 sm olmaqla basdırmaq olar. Toxumla, şitillə və köklərin
bölün
məsi yolu ilə yazda artırılır. Toxumları cərgəvi üsulla 2-3 sm
dərinliyə basdırılır. Səpin norması 6-8 kq/ha-dır. Toxumlar cücərmə
qabiliyyətini 2-3 il saxlayır. Şitilləri və bölünmüş kolları 60-70 x 25-
30 sm sxemində əkilir.
Əkinə qulluq. Ballı nanənin əkinlərinə qulluq vaxtlı-vaxtında
cərgəaralarında torpağın yumşaldılması, cərgələrdə alaqların vurul-
ması və suvarmanın aparılmasından ibarətdir. Lazım olduqda mineral
175
gübrələrlə yemləmə aparılır. Gübrələrin forması və miqdarı torpaq-
dakı qida maddələrinin miqdarından asılıdır. Əkin üçün soyuq külək-
lərdən qorunan, çox da aşağı olmayan yerlər seçilməlidir ki, bitki qışı
yaxşı keçirsin. Ballı nanəni bir yerdə 4-10 il becərmək olar. Bitki çox
tez kol əmələ gətirir ki, bu da ilkin yarpaqları istifadə etməyə imkan
verir.
Məhsul yığımı. Bitkinin yığılması kütləvi çiçəkləmə vaxtı (50-
70% budaqlar çiçəkləyəndə) aparılır. Yerüstü hissə torpaqdan 8-10
sm hündürlükdə biçilir. Məhsul lavanda yığan ЛУМ-2А markalı
kombaynla aparılır. Kombayn olmadıqda adi otbiçənlərlə də biçmək
olar. Yığılmış kütlə dərhal işlənməyə göndərilir və tez qurudulur.
Onu qurutmaq üçün dərz halında bağlayaraq kölgə və havalanan (yel
çəkən) yerlərdə asırlar.
Bir mövsümdə bitkinin inkişafından asılı olaraq 2-3 dəfə biçin
aparılır. Yaşıl kütlə məhsuldarlığı hektardan 220-250 sentnerə qədər,
yağ çıxımı isə 30-75 kq/ha-ya qədərdir.
2. 12.
QARAÇÖRƏKOTU - NİGELLA
İstifadəsi. Qaraçörəkotu xuruşu (yeməklərə əlavə, ədviyyə)
kiçik, qara
, qətrə (damcı) formalı, acı, büzüşdürücü, şirin acımtıl
dad
lı və zərif ətirli, özündə çiyələk, qara istiot, muskat qozu ətrini
bir
ləşdirən toxumlardan hazırlanır.
Qaraçörəkotu (nigella, qara zirə, Roma keşnişi və s.) xuruşu
(əlavəsi) şərq və ərəb ölkələri mətbəxində çox sevilməklə (istifadə
edil
məklə) duru (birinci) yeməklərdə, salatlarda, bişirmələrdə, desert-
lərdə və içkilərin hazırlanmasında istifadə edilir.
Qaraçörəkotu xuruşu tərəvəzlərin, meyvə və giləmeyvələrin
(xiyar, kələm, göy qabaq (kabaçki), pomidor, qarpız, alma və s.) du-
za və turşuya qoyulmasında da istifadə edilir.
Türk, Hind, Ərəb və Orta Asiya ölkələrinin mətbəxində nigella
(qaraçörəkotu) kökələrin, lavaşların və çörəklərin hazırlanmasında is-
ti
fadə edilir. Bununla yanaşı ondan çay dəmləyir, kofe, kampot hazır-
layır və spirtli içkilərə əlavə edirlər.
176
Qaraçörəkotunu (nigellanı) süddə qaynadanda südə qəribə dad
verir. Nigella tərəvəzlərdən, paxlalılardan, ətdən, quş ətindən və ba-
lıqdan hazırlanmış souslara da əlavə edilir. Kükülər, musslar və piroq
içkilərinə də nigella əlavə edildikdə unikal (nadir) dad verir.
Nigella xuruşu başqa xuruşlarla (kərəviz, qara istiot, şənbələ
(Trigonella L.),
zəncəfil, keşniş, hil, pişikotu və s.) da yaxşı uyğunla-
şa (qarışdırıla bilir). Qara zirəni (nigellanı) ağzı bərk bağlı şüşə qab-
larda sərin və qaranlıq yerlərdə bir ilə qədər saxlamaq olar. Nigella
yağı (qara zirə, qara çörəkotu) moruq ətri verir və aşpazlıqda (mət-
bəxdə) istifadə edilir.
Tibdə istifadəsi. Son vaxtlar qara zirə (nigella) tibb sahəsində
də istifadə edilir. Tərkibində cavanlaşdırıcı, immunteti möhkəmlən-
dirici, əhvalı yaxşılaşdırıcı maddələr olduğundan deyirlər ki, o ölüm-
dən başqa hər dərdi sağaldır. Tədqiqatlar göstərmişdir ki, qara zirə-
dən alınan yağ özünün antibakterial təsirinə görə ən güclü antibiotik-
lərdən üstündür. Həmçinin onun tərkibində orqanizmi təmizləyən ye-
ni hüceyrələr əmələ gətirən maddələr vardır. Qara zirə (nigella) xu-
ruşu nəfəs yolu xəstəliklərində, zökəm (qrip) xəstəliyində seliklərin
tökülməsində istifadə olunur.
Qara zirə qarında köp olduqda gözəl təsir göstərir. Ümumilikdə
metabolizmi və həzmi yaxşılaşdırır, sidikqovucu, sarılıq əleyhinə və
işlətmə dərmanı kimi təsir edir.
Qara zirə dəmrov, sızanaq, yanıq, it dişləmə, ziyil, anadangəlmə
ləkəlik, babasil kimi xəstəlikləri müalicə edir, saçların böyüməsini və
dərinin ümumi vəziyyətini yaxşılaşdırır.
Qara zirə böyrək və qaraciyər, sidik kisəsi xəstəliklərində, po-
daq
ra, radikulit və revmatizm zamanı da köməklik göstərir. Qara zirə
ürək-damar xəstəlikləri zamanı qəbul edilən dərmanların tərkibində
də qəbul edilir.
Qara zirə görməni və yaddaşı yaxşılaşdırır, düşüncə qabiliyyətini
tonuslasdırır, əsəb sistemini aktivləşdirir. Bütün başqa xuruşlar (əd-
viy
yatlar) kimi qara zirə xuruşu da həddən çox istifadə etmək olmaz.
Yaxşı olar ki, onun qəbulunu həkiminizlə məsləhətləşəsiniz.
Botaniki təsviri. Qara zirə (Nigella sativum) qaymaqçiçəyikimi-
lər (Ranunculaceae) fəsiləsinə daxil olan 40 sm-ə qədər hündürlükdə,
177
budaqlanan gövdəli, ot tipli bitkidir. Yarpaqları 2-3 sm, hissələrə bö-
lün
müş, çiçəkləri yaşılımtıl-mavi, meyvəsi qutucuq (qozcuq), toxum-
ları 1-2 mm olmaqla damcı (qətrə) formasını xatırladır (rəngli şəkil
38-39).
Qara zirənin vətəni cənubi-qərbi Asiya, Misir, Aralıq dənizi öl-
kələri hesab edilir. Qafqazda, Balkanlarda, Kiçik və Orta Asiyada və
Hindistanda da becərilir. Qara zirənin adları içərisində bəzi romantik
adlar da vardır. Rusiyada onu əvvəllər “ göylərin şahı”, “ Veneranın
saçı”, Britaniyada isə “ dumanda sevgi” və “ cəngəllik iblisi” adlandı-
rırlar.
Qara zirənin tərkibində unikal maddələr: piyli yağlar, efir yağı
(tərkibində metanol və s.), turşular (muristin, palma, stearin, olein,
linol, araxis) beta-sitosterol, melatin lipaza, tokoferol, alkaloid, ase-
tilxolin, katexin, sitokoin, enziml
ər, zülal, şəkər, A, B, P vitaminləri,
kalium, kalsium, maqnezium, natrium, dəmir, mis, sink, fosfor, mi-
ner (silisium oksidi), bikarbonat vardır.
Tarixi.
Qara zirə yaxınlarda kəşf olunub və haqlı olaraq onu bü-
tün xəstəliklərin əlacı hesab edirlər. Qara zirə qədim Misir fironu Tu-
tan
xamonun (b.e.ə.1332-1323-cü illər) qəbrində tapılıb. İbn Sina
özü
nün dərman nüsxələrində (reseptlərində) qara zirənin adını dəfə-
lərlə qeyd etmişdir. Qədim yəhudi bibiliyası Tanaxda (Vetxiy Zavet-
də) qara zirənin adı çəkilir.
Ənənəvi Hindistan təbabəti Ayurved (Ayurved sözü qədim
sanskrit dilində “ayus” - həyatın əhəmiyyəti, prinsipi, uzunluğu və
“veda” -
bilik sözlərinin birləşməsindən əmələ gəlmişdir) qara zirəni
yüksək nüfuza çatdırmışdır.
Böyük Karl Franklara
qara zirəni öz tarlalarında əkməyə məcbur
etmişdir (Franklar III əsrdə Reyn çayı axarında yaşamış qərbi al-
man
tayfaları qrupu).
2. 13.
EFİR YAĞLI QIZILGÜL
Xalq təsərrüfatı əhəmiyyəti. Gül yağı qızılgülün çiçəklərindən
alınır. Çiçəkdə yağın miqdarı 0,1 - 0,22% olur. Qızılgül yağı üzə, bə-
dənə təravət və gözəllik vermək üçün işlədilən yüksək keyfiyyətli ət-
178
ri
yyat maddəsidir. Bundan başqa, həmin yağdan əczaçılıq və yeyinti
sənayesində də geniş istifadə olunur.
Efir
yağlı qızılgülün vətəni İrandır. Bizim respublikada da qə-
dim
dən əkilsə də, sənayedə tətbiqi çox cavandır. Rusiyanın Krasno-
dar diyarında, Moldova, Azərbaycan və Gürcüstan ölkələrində becə-
rilir.
Botaniki təsviri və bioloji xüsusiyyətləri. Efiryağlı qızılgül
( Rosa gallica L.) çoxil
lik koldur və aşağıdakı iki növü məlumdur:
qırmızı (Fransa, zeytuna oxşar) və çəhrayı (Qazanlıq, Dəməşq) qızıl-
gül. Respublika
mızda ən çox yayılanları qırmızı qızılgül, onun hib-
ridləri və çəhrayı qızılgüldür
(r
əngli şəkil 40).
Qızılgülün kök sistemi milvarıdır və torpağın 5 m dərinliyinə ki-
mi işləyir. Çoxgövdəli olmaqla, budaqlıdır. 1,5-2 m hündürlükdə
koldur, yaşıl və ya qırmızı-yaşıl tikanlı gövdəsi vardır. Yarpaqları
göv
də üzərində növbə ilə yerləşir. İri kolunda 800-1000 ədəd çiçək
əmələ gəlməklə, çiçəyində 60-120 ləçək olur. Ətraf mühitdən asılı
olaraq, efiryağlı qızılgül 30-50 il ömür sürür. Bu dövrdə bitkinin bu-
daqları tez-tez dəyişir. Qızılgüldə iki tip çoxillik budaqlar: əsas və ya
anac və boyu tükənən budaqlar mövçuddur. Beş tip birillik zoğları
(boy-ve
rən, vaxtsız çıxan, yağlı, generativ və silleptik) vardır. Əsas
və ya anac budaqlar 5-6 yaşda olub, üzərində güçlü inkişaf etmiş boy
və generativ zoğları daşıyır.
Boyu başa çatmış budaqlar - köhnə anac budaqlardır. Üzərində
zəif inkişaf etmiş generativ zoğları olur. Bunlarda boy budaqları heç
yoxdur. Boy zoğları - birillik zoğ olub, 70-100 sm uzunda boy tu-
mur
cuğu ilə qurtarır.
Yağlı zoğlar 1,5-2 m hündürlükdə qüvvəli boyverən birillik,
kök boğazı yanından çıxandır. Generativ zoğ və ya çiçək budaqcığı
ço
x iri olmayıb (20-30 sm), təpə nöqtəsində çiçək əmələ gəlir.
Silleptik zoğ, generativ zoğun davamıdır. Bu, məhsul yığımın-
dan sonra əmələ gəlir. İkinci il bunların üzərində çiçək yetişir. Qızıl-
gül, yaz cücərməsinin başlanğıcı, yarpaq əmələ gəlmə, çiçək yumur-
talığının görünməsi, çiçəkləmənin başlanğıcı, kütləvi çiçəkləmə və
çiçəkləmənin başa çatması, yarpaqların tokülüşü kimi inkişaf faza-
ları keçirir.
179
Qızılgül vegetasiyasının müxtəlif dovrlərində istiliyə eyni tələ-
bat göstərmir. Тəbii dincə getmə fazasında (bu faza Yanvar ayında
qur
tarır) mənfi 25
0
C temperatura dözə bilir. Bu dövrdən sonra qızıl-
gül məcburi dincəlmə dövrünə keçir. Bu zaman isə temperatur müs-
bət 8-10
0
C qalxdıqdan sonra qurtarır, yəni qızılgül boy verməyə
başlayır. Qönçələmə dövründə mənfi 2-5
0
C şaxta qönçələri məhv
edir. Yay dövründə temperatur nə qədər yüksək olsa, qızılgül üçün
bir o qədər yaxşıdır. Qızılgül işığa da tələbkardır, ona görə onu sıx
əkmək olmaz.
Qələvi-karbonatlı gillicə torpaqlar, sel kətirən, çay vadi torpaq-
ları və dağ-meşə torpaqlarında qızılgül yaxşı bitir. Bir ildə torpaqdan
50 kq azot, 10 kq fosfor, 80 kq/ha kalium aparır.
Dostları ilə paylaş: |