Əkinlərə qulluq. Əkinə qulluq işləri alaqların vurulması və cər-
gə aralarının yumşaldılmasından ibarətdir. Torpağı alaqlardan təmiz
və yumşaq saxlamaq lazımdır.
Suvarma şəraitində yerfındığı vegetasiya müddətində hər 10-15
gündən bir suvarılmalıdır. Vegetasiya ərzində 6-8 dəfə suvarma apa-
rılır. Bir qayda olaraq 2-3 yarpaq, qönçələmə-çiçəkləmə fazalarının
başlanğıcında və meyvə əmələ gəlməyə başladıqdan sonra payıza qə-
dər ayda 2 dəfə suvarılır. Suvarmadan sonra torpaq yumşaldılmalıdır.
Cərgə araları pambıq və ya qarğıdalı becərən kultivatorlarla becəril-
məlidir. 1-ci becərmə 10-12 sm, 2- ci 8-10 sm, 3-cü 6-8 sm dərinlik-
də aparılır. Yerfındığı yetişdirməkdə mühüm qulluq işlərindən biri
ko
lun üstünə torpaq tökülməsidir. Bunun üçün cərgələr kultivatorla
41
yumşaldılır, bitkiləri əl ilə cərgə aralarına doğru aralayır və kolun
ortasına doğru 3-5 sm qaınlığında yumşaq və mütləq rütubətli torpaq
tökülür. Dibdoldurma o qədər də əhəmiyyət vermir. Torpaq tökülmə-
si məhsulu artırır və sağlam paxlalar alınır.
Məhsulun yığılması. Payızda temperatur 12
0
C-
dən aşağı düş-
dük
də məhsul yığımına başlanılır. Yığımın vaxtı, paxlaların yaxşı
dol
ması, nüvələrin bərkliyi, paxlanın səthində gözə çarpan torun ol-
ması və paxlanın sarı rəng alması ilə təyin olunur. Məhsul tez yetişən
sortlar əkildikdə 3-4 aydan, gec yetişən sortlar əkildikdə isə 5-6 ay-
dan sonra əllə və ya xüsusi kombaynlarla (AP-70 markalı yerfındığı
yığan maşınla) yığılır. 1-2 və 4 cərgəli araxis qazan qurğular da möv-
cuddur.
Yığılmış paxla 40
0
C-
də 5-7 sm qatda sərilib qurudulmalıdır.
Qurut
ma bir neçə həftə davam edir. Qurudulduqdan sonra paxlalar
əllə və ya sadə qurğularla ayrılır. Tam qurumamış paxlaların quru-
dul
ması davam etdirilir. Paxladan və torpaqdan təmizlənmiş toxum-
larda nəmlik 8%-dən çox olmamalıdır.
Yerüstü hissə (bəlim) tayaya vurularaq yem kimi istifadə edil-
məlidir.
1. 4. KÜNCÜT
Xalq təsərrüfatı əhəmiyyəti. Küncüt bitkisi tərkibindəki yağın
miqdarına görə birinci yeri tutur. Toxumlarında 50-65%-ə qədər yağ,
16,2-
18% zülal və 18% karbohidratlar vardır. Küncüt yağı bitki yağ-
ları içərisində ən keyfiyyətli yağlar sırasına daxil olub, öz qidalılıq
dəyərinə görə zeytun yağına bərabərdir. Sarı rəngli, iysizdir. Ondan
konserv və şirniyyat məmulatlarının hazırlanmasında, tibdə, kopirov-
ka kağızı və sabun istehsalında istifadə olunur.
Toxumlarından konfet, şərq şirniyyatları və qabığı təmizlənmiş-
lərdən halva hazırlanır. Soyuq üsulla yağ alındıqdan sonra jmıxın
tərkibində 8% yağ və 40% zülal olur ki, bu da qənnadı sənayesində
istifadəyə yararlıdır. İsti üsulla alınan jmıx heyvandarlıqda konsen-
tran
tlı yemdir. Bir sentner jmıx 132 yem vahidinə bərabərdir. Onun
vegetativ orqanlarından, çiçəklərindən alınan xüsusi maddədən ətriy-
yat sənayesində istifadə edilir.
42
Yunan alimi (tarixçi) Ksenof
ont deyirdi ki, döyüşçülər özlərini
qorumaq üçün bədənlərinə küncut yağı sürtürdülər.
Mənşəyi. Küncüt qədim bitkidir. Əsas küncüt becərən ölkələr
Hindistan, Çin, Birma, Pakistan, Koreya, Yaponiya, Əfqanıstan,
Mek
sika və Amerikadır. Küncüt cinsinin inkişaf mərkəzi tropik və
subtropik Afrika hesab edilir. Ən çox yayılmış növlər Qvineya və
Hindistanda rast gəlinir. Hindistanın ən qədim əlyazmalarında küncüt
becərilməsinə dair qeydlərə rast gəlinir. Küncüt və ya sezam çox
qədim yağlı bitkidir. Bu növ yabanı halda mövcud deyildir. Arxeo-
loqlar Misir piramidalarında və Hindistanın qədimi şərq kəndlərində
qazıntılar zamanı küncüt toxumlarına rast gəlirdilər. Ən geniş yayıl-
mış hipotezlərdən biri budur ki, Hindistana küncüt cənubi Afrikadan
dəniz yolu ilə gətirilmişdir. O vaxt ki, dəniz səyyahları küncütü qida
kimi istifadə edirlərmiş. Hazırda Hindistanda küncüt yağlı bitkilər
içərisində araxis və rapsdan sonra üçüncü yeri tutur. Küncüt Hindis-
tandan Çinə, Yaponiyaya, Amerikaya və Avropaya yayılmışdır. Kün-
cüt
Rusiyaya XVIII əsrin axırlarında gəlib çıxmışdır. 1777-ci ildə
Astraxan quberniyasında onun ilk səpinləri aparılmışdır. Bu toxumlar
Buxaradan gətirilmişdir. Orta Asiya respublikalarında da küncüt çox
qədimdən becərilir ki, bu da Pakistan və Hindistanla bağlıdır.
Yayılması. Dünyada küncüt bitkisinin əkin sahəsi 6 mil. hektara
yaxındır. Ən çox əkinləri Hindistanda (2 mil ha-dan artıq) Myanma-
da, Sudanda, Çində, Meksikada, Kolumbiyada, Venesuelada, Niger-
də və Efiopiyadadır.
Küncüt yer kürəsinin tropik, subtropik və möhtədil iqlimli ölkə-
lərin cənub hissələrində becərilir. Hindistanda dəniz səviyyəsindən
1200 m yüksəklikdə, il ərzində 500 mm-dən artıq yağıntı düşən
yerlərində becərilir. Tez-tez küncütü başqa bitkilərdə qarışıq da
səpilir. Qərbi Afrika ölkələrində onu çox nəmlik olan yerlərdə becə-
rirlər. Kubada (qərb hissəsində) küncütü tütün plantasiyalarında əkib
becərirlər. Küncüt əkinləri Özbəkistan, Türkmənistan və Tacikis-
tanda da çoxdur.
Botaniki təsviri və bioloji xüsusiyyətləri. Küncüt (Sesamum in-
dicum L.)
küncütkimilər (Pedaliaceae) fəsiləsinə daxildir. Sesamum
cin
sinin 19 növü vardır. Küncütün gövdəsi 80-110 sm hündürlüyün-
43
də olub dik durandır. Mil kökü 1 metrə qədər dərinə gedir, yan kök-
lər isə çox budaqlanan olub ətrafa yayılır
(r
əngli şəkil 5-6).
Yarpaq saplaqları uzundur, yarpaq ayası bütöv və bölünmüş, kə-
nar
ları isə tam və ya dişli olur. Çiçəkləri zəngə oxşayır yarpaq qoltu-
ğunda 1-2 ədəd olurlar. Çiçək tacının rəngi ağ, çəhrayı və bənövşəyi
olur. Öz-
özünə tozlanan bitkidir.
Meyvəsi uzun 4 və ya 8 üzlü qutudur. Qutunun uzunluğu 3- 4
sm, bir bitkidə 100-150 qutu olur. Yetişən zaman qutusu aralanır. Bir
qutuda 70-
80 toxum olur. Toxumlar xırda, yastı, rəngi ağ, boz, qonur
və qara olur. Min ədədinin kütləsi 3-5 qr. arasında dəyişir.
Küncüt işıq və istilik sevən qısa gün bitkisidir. Toxumları 15-18
0
C-
də cücərir. 1
0
C şaxtada məhv olur. İnkişafı üçün ən yaxşı tempe-
ratur 25-30
0
C- dir. Temperaturun 12
0
C-
yə enməsi bitkinin inkişafını
dayandırır. Nəmliyə və qida elementlərinə tələbi yüksəkdir. Küncüt
bitkisi cücərmə və intensiv böyümə vaxtları nəmliyə çox tələbkar
olur.
Qranulometrik tərkibi yüngül münbit torpaqlarda küncüt yaxşı
inkişaf edir. Ağır gilli, bataqlı, şoran torpaqlarda, eyni zamanda qay-
saq əmələ gətirən torpaqlarda da bu bitki yaxşı inkişaf etmir.
İlk çıxışlardan bir ay müddətinə küncüt zəif, çiçəkləmə dövrün-
dən isə sürətlə böyüməyə başlayır. Vegetasiya müddəti 90-120 gün
arasında dəyişir.
Sortları. Küncüt sortları vegetasiya müddətinin uzunluğuna,
məhsuldarlığına və toxumunun rənginə görə seçilir. Ağ toxumlu sort-
ları xüsusilə qiymətli sayılır. Onlar az məhsuldardırlar ancaq yüksək
keyfiyyətli yağ verirlər. Belə sortları qüvvəli düzən torpaqlarda becə-
rirlər. Yuxarı zonalara (dəniz səviyyəsindən 1700-1800 metrə qədər)
doğru getdikcə küncütün qara toxumlu sortları üstünlük təşkil edirlər.
Becərilməsi. Küncütün cücərtiləri nisbətən zəif böyüyür və alaq
otlarından çox zərər çəkir. Odur ki, bitki üçün alaqlardan təmiz və
münbit tarlalar ayrılmalıdır. Növbəli əkində küncüt üçün ən yaxşı
sələflər payızlıq buğda, qarğıdalı və dənli-paxlalı bitkilərdir. Tarlanı
gec azad etdiyindən küncüt özü payızlıq taxıllar üçün sələf ola
bilməz. Növbəli əkində küncüt öz yerinə 6-7 ildən sonra qaytarılma-
lıdır.
44
Küncüt qida maddələrinə tələbkardır. Əkinlərin hər hektarına 10
ton peyin, 30 kq azot, 30 kq fosfor və 30 kq kalium gübrələri verilir.
Əsas şumun dərinliyi 25-27 sm olur. Qış-yaz dövründə torpaqda
nəmlik ehtiyatı yaratmaq və alaqlarla mübarizə aparmaq üçün lazımi
becərmə işləri (mala, kultivasiya) aparılır. Yazda 2-3 dəfə, 8-10 sm
dərinlikdə 1-ci kultivasiya, sonrakılar dayaz olmaqla aparılır.
Səpin torpağın üst qatında gündəlik temperatur 15-16
0
C olduq-
da aparılır. Bu may ayının əvvəlinə təsadüf edir. Küncütün səpini
taxılsəpən maşınlarla cərgəvi üsulla (45-70 sm) aparılır. Səpin nor-
ma
sı hektara 5- 8 kq olur. Toxumun basdırılma dərinliyi 2-3 sm-ə bə-
ra
bərdir. Səpindən sonra sahə kipləşdirilir və alaqlara qarşı mübarizə
tədbirləri həyata keçirilir. 3-4 dəfə cərgəarası becərmə aparılır. İki
dəfə suvarma (qönçələmə və kütləvi çiçəkləmədən sonra) aparılır.
Suvar
ma norması hektara 800-1000 m
3
-dir.
Məhsulun yığılması. Küncütün məhsulunu hissə-hissə yığırlar.
Yeti
şən zaman toxumlar tökülür. Aşağıdakı qutular (karobkalar)
qonu
rlaşanda otbiçən maşınlarla biçilir və xırmanda qurudulur. Bitki-
lər və toxum qutuları quruduqca kombaynla döyülür. Döyülmüş
toxum
lar çeşidlənib təmizlənir və qurudulur. Saxlanan toxumların
nəmliyi 9-10% olmalıdır. Xüsusi yığım maşınlarının olmaması səbə-
bin
dən və yetişdikdə qutucuqların açılıb toxumların tökülməsi üzün-
dən əkin sahələrinin artması ləngiyir. Toxumun məhsuldarlığı dəmyə
şəraitində hektardan 1,0-1,2 ton, suvarma şəraitində isə 1,8-2,0
ton/ha təşkil edir.
1. 5. SOYA
Əhəmiyyəti. Soya hərtərəfli istifadə olunan qiymətli bitkidir.
D
ənində yağ çox olduğuna görə yağlı bitkilər qrupuna, zülal çox ol-
du
ğuna görə isə paxlalı bitkilər qrupuna aid edilir. Dəninin tərkibində
25-
27% yağ, 33-45% zülal (bəzi sortlarda hətta zülal 52%), 25-27%
sulu
karbonlar vardır.
Soya bec
ərən təsərrüfatlar 2 məhsul: tam qiymətli zülal və bitki
yağı alırlar. Soyanın zülalı suda yaxşı həll olur və yaxşı həzmə gedir.
Soya d
ənində olan zülal arpaya nisbətən 3,6 qarğıdalı dəninə nisbə-
t
ən isə 4 dəfə çoxdur. Soyanı ərzaq, yem və texniki məqsədlər üçün
45
bec
ərirlər. Soya dənindən yağ, marqarin, soya pendiri, süd, un, qən-
nadı məmulatı, konserv və başqa məhsullar alınır.
Soyadan alınan yağ sabunbişirmə sənayesi üçün xammaldır. Ey-
ni zamanda lak boyaq s
ənayesində də istifadə olunur. Dünyada bitki
yağının istehsalına görə soya birinci yer tutur. Onun payına 40%,
gün
əbaxanın payına isə 18-20% düşür.
Soyanı digər dənli - paxlalı bitkilərdən fərqləndirən onun zülalı-
nın amin turşularının tərkibinə görə heyvan mənşəli zülala yaxın
olması və insan orqanizmi tərəfindən asanlıqla mənimsənilməsidir.
Soyanın tərkibində lizin, triptofan və metionin kimi amin turşuları
vardır. 1 kq buğda dənində 2,5 qram lizin olduğu halda, 1 kq soya
ununda 27 qram lizin vardır.
Soya unu v
ə jmıxı heyvanlar üçün çox dəyərli yemdir. Jmıxda
47%-
ə qədər, unda isə 40%-ə qədər zülal vardır. 1 kq soya dənində
1,31-1,47 yem vahidi, 275-338 qram h
əzm olunan protein olur. Ümu-
miyy
ətlə soyadan 400-ə qədər müxtəlif növ məmulatlar alınır. Soyanı
yaşıl yem və silos üçün də becərmək olar. Silos məqsədi üçün qarğı-
dalı və sorqo ilə qarışıq əkilir. Soyanın 100 kq yaşıl kütləsində 21
yem vahidi, 3,5 kq h
əzm olunan zülal vardır. Gövdəsinin (samanının)
100 kq-
da 32 yem vahidi, 5,3 kq zülal vardır ki, xırda davarlar
(qoyunlar) t
ərəfindən yaxşı yeyilir. Ot üçün biçilmiş kütləsinin 100
kq-
da 51 yem vahidi, 15,4% zülal, 5,2% yağ, 38,6% sulu karbonlar,
7,2% kül, 22,3% sellüloz vardır. Soya qiymətli yaşıl gübrə və əla
s
ələf bitkisidir.
T
arixi, yayılması və məhsuldarlığı. Soyanın vətəni cənubi-
şərqi Asiya hesab olunur. O, çinlilərə bizim eradan 6 min il əvvəl
m
əlum olub. Sonralar Hindistan, Yaponiya, Koreya, Vyetnam və
İndoneziyada becərilmişdir. Avropada nisbətən gec, XVIII əsrdə
bec
ərilməyə başlanılıb. Uzaq Şərqdə yaşayan rus mühacirləri soyanı
q
ədimdən becəriblər.
Əkin sahəsinə görə dənli-paxlalı bitkilər içərisində soya dünyada
birinci yeri tutur. Dünya
əkinçilik sistemində soyanın əkin sahəsi 67
mln. hektardır. Soyanı təxminən 50-yə yaxın ölkədə becərirlər. Soya-
nın əkin sahəsi ABŞ-da 30 mln., Çində 15 mln., Braziliyada 3,0 mln.
hektardır. Bu bitki Hindistanda, Yaponiyada, Vyetnamda, İndone-
46
ziyada, Şimali Afrikada, Avstraliyada, Şimali və Cənubi Amerikada,
Ukraynada, Rusiyada, Moldov
ada, Şimali Qafqazda, Gürcüstanda və
Az
ərbaycanda da becərilir. Dünya üzrə orta məhsuldarlığı 14-15
sentnerdir.
Keçmiş SSRİ-də soyanın əkin sahəsi 1 mln. hektar, məhsuldar-
lığı isə orta hesabla 10 sentner olmuşdur. Qabaqcıl təsərrüfatlarda
suvarma şəraitində dən məhsuldarlığı 25-30 sentner, yaşıl kütlə məh-
suldarlığı isə 250-300 sentner olmuşdur.
2013-cü ild
ə Azərbaycanda paxlalıların əkin sahəsi 12729 ha
ol
muş, ümumi yığımı 25326 ton, məhsuldarlığı isə 19,9 s/ha təşkil
etmişdir.
Botaniki t
əsviri. Soya ( Glicine) cinsi 40-dan artıq növü əhatə
edir. Onlardan yalnız mədəni soya – Glicine hispida adlanan növü
geniş miqyasda becərilir
(r
əngli şəkil 7).
Qalanları yarımmədəni və
yabanı formada bəzi ölkələrdə əkilir, yaxud mədəni növün qarışığı
kimi t
əsadüf edilir. Mədəni soya növü aşağıda xarakterizə edilən
coğrafi-ekoloji yarımnövlərə ayrılır.
Hindistan yarımnövü – kolu 200 sm hündürlüyündə, gövdəsi
qüvv
əli budaqlanandır. Çiçəkləri xırda, paxlaları orta irilikdə, toxum-
ları xırdadır. Sortları nisbətən gecyetişəndir.
Çin yarımnövü – kolu 100-150 sm hündürlüyündə, gövdəsi
nazik, yaxşı budaqlanan və zəif sarmaşandır. Ancaq yerə yatmağa da
meyllidir. Yarpaqları nazik və zərifdir. Çiçəkləri orta irilikdə, mavi
r
əngli, paxlaları orta irilikdə və xırdadır. Hər paxlada 2-3 toxum olur.
Toxumları xırda, yastıdır. Ancaq hind yarımnövünün toxumlarına
nisb
ətən iridir. 1000 ədəd toxumunun kütləsi 70-130 qramdır. Bütün
sortları gecyetişəndir.
Mancuriya yarımnövü – kolu 60-90 sm hündürlüyündə, gövdəsi
orta d
ərəcədə budaqlanandır, nisbətən yoğundur. Sarmaşma qabiliy-
y
ətinə malik deyildir, ancaq yerə də yatmır. Yarpaqları yuxarıdakı
yarımnövlərin yarpaqlarına nisbətən iri və qabadır. Çiçək salxımı
qısa, az çiçəklidir. Paxlaları orta uzunluqda – 4-4,8 sm, toxumları
orta irilikd
ə, şişkindir. Toxum qılafı əksər sortlarında sarı rənglidir.
1000
ədəd toxumunun kütləsi 120-230 qramdır. Orta müddətdə
47
yetişəndir. Dənində olan yağın miqdarına görə bütün yarımnövlərdən
üstündür.
Yaponiya yarımnövü – kolu 60-100 sm hündürlüyündə, gövdəsi
orta d
ərəcədə budaqlanan, yoğun, qabadır. Yarpaqları və çiçəkləri
iridir. Çiç
ək salxımı uzun, çoxçiçəkli, paxlaları iri və orta irilikdədir.
Toxumları iri, kürəşəkilli, azacıq yastıdır. 1000 ədəd toxumunun küt-
l
əsi orta hesabla 300 qramdır. Bu yarımnövün bütün sortları zülalla
z
əngindir. Hündür gövdəli sortları gec, alçaq gövdəliləri tez yetişir.
Bioloji xüsusiyy
ətləri. Soya istilik və rütubət sevən bitkidir. Çi-
ç
əkləmə və yetişmə dövründə daha yüksək yəni 18-25
0
C temperatur
t
ələb edir. Toxumlar 6-8
0
C temperaturda cüc
ərir. Soyanın cücərtisi –
2-5
0
C
ətrafında olan yaz şaxtalarını yaxşı keçirir. Bu bitki çiçəkləmə
v
ə dəndolma fazasında ən çox su tələb edir. Transpirasiya əmsalı
600-
ə yaxındır. Səmərəli temperaturun miqdarı sortdan, yetişmə
müdd
ətindən asılı olaraq 1700
0
C - d
ən 3200
0
C -y
ə qədər dəyişir.
Çiç
əkləmə fazası 15-40 gün, gecyetişən sortlarda isə 80 günə qədər
davam ed
ə bilir. Soya qısa gün bitkisidir. Şoran və şorakət torpaq-
lardan başqa digər torpaqlar soya üçün əlverişlidir. Əsasən su ilə
yaxşı təmin olunmuş şabalıdı, açıq-şabalıdı boz-qonur torpaqlar və s.
soya üçün yararlıdır. Soya neytral (pH-6,5-7,0) reaksiyalı torpaqlarda
daha yaxşı inkişaf edir.
Növb
əli əkində yeri. Növbəli əkində soyanı dənli- taxıl, qarğı-
da
lı və pambıq bitkisindən sonra becərmək olar. Soyanı, soyadan,
gün
əbaxandan, birillik dənli-paxlalılardan və çoxillik paxlalı yem ot-
la
rından sonra əkmək olmaz.
Torpağın becərilməsi. Sələf dənli - taxıl bitkiləri olarsa məhsul
yığılan kimi küləş sahədən çıxarılmalı və kövşən yeri üzlənilməlidir.
Birinci üzl
əməni 6-8 sm dərinlikdə LDQ-5 və LDQ-10 markalı
üzl
əyicilərlə üzləmək, əgər ehtiyac varsa 2-ci üzləməni BDT-2,5 və
BDT-
3 markalı ağır diskli üzləyicilərlə 10-12 sm dərinlikdə aparırlar.
Üzl
əmədən 10-15 gün sonra sahə ПЯ-5-35 markalı kotanla 28-30 sm
d
ərinlikdə şumlanmalıdır.
Qarğıdalıdan sonra sahə iki iz ağır diskli mala ilə disklənməli və
bundan sonra
əkin qatı dərinliyində (25-27 sm) şumlanmalıdır.
48
Yazda torpaq VP-8, VPN-
5,6 markalı hamarlayıcılarla və ya tə-
s
ərrüfatın özündə hazırlanan alətlər ilə səthdən hamarlanmalıdır.
Alaqlar göründükd
ə 6-8 sm dərinlikdə kultivasiya çəkilməlidir. Sə-
pin
ə 1 həftə qalmış təsiredici maddə hesabı ilə 1,2-1,5 kq treflan
herbisidi 200-
300 litr suya qarışdıraraq POU, ON-400 və ya OBT-1
yerüstü çil
əyicilərlə çilənməli və başdan-başa becərən kultivatorla,
suvarılmamış sahələrdə isə BDT-2,5 və ya BDT–3 markalı üzləyici-
l
ərlə 8-10 sm dərinlikdə torpağa qarışdırılmalıdır.
Gübr
ələnməsi. Soya gübrələməyə həssas bitkidir. Təcrübələrlə
mü
əyyən edilmişdir ki, soya 20 sentner dən məhsulu əmələ gətirmək
üçün 142 kq N, 32 kq P
2
O
5
, 35 kq K
2
O m
ənimsəyir (1 tonla 82 kq N,
26 kq P
2
O
5
, 47 kq K
2
O). Əsas şum altına P
2
O
5
60-90 kq, K
2
O 30-45
kq verilm
əlidir. Azot gübrəsinin 30%-i səpinqabağı, qalan hissəsi
yeml
əmə şəklində 2 dəfəyə, o cümlədən 40%-i çıxış alınandan 2-3
h
əftə sonra, 30%-i isə paxla əmələgəlmə və dəndolma dövründə ve-
rilm
əlidir. Gübrələr RUM-5 İ; RMQ-4 markalı gübrə səpən maşın-
larla veril
ə bilər.
Toxumun s
əpinə hazırlanması. Səpin üçün 1-ci sinfə aid olan
sort toxumlar götürülm
əlidir. Səpindən əvvəl toxum rizotorfinlə
(nitragin) hektarlıq toxuma 200 qram hesabı ilə işlənməlidir. Həmin
miqdar rizotorfin 1-2 litr suda h
əll edilərək toxuma çilənməlidir.
Bakterioz, kök çürüm
əsi, aminomikoz, fuzarioz xəstəliklərinə qarşı
mübariz
ə məqsədi üçün səpinə ən azı 3-4 həftə qalmış 1 ton toxuma
1-2 kq 70%-
li taciqran işlənilməlidir.
M
əftil qurdlarına və bakterioz xəstəliyinə qarşı fentiuramın tət-
biqi yaxşı nəticə verir. 60%-li fentiuramdan 1 ton toxuma 4-6 kq
işlətmək məsləhət görülür.
Toxu
m PSQİ-5, PS-10, «Mobitoks» maşınlarında yarımquru
üsulla d
ərmanlana bilər.
S
əpin müddəti, üsulu və norması. Səpin əkin qatında tempera-
tur 10-12
0
C olduqda aparılır. Toxumlar arat olunmuş sahələrə sə-
pilir. S
əpin SZSŞ-3,6; SPÇ-6M; SZ-3,6; SZU-3,6 aqreqatlarla aparı-
lır. Soya gencərgəli nöqtəvi üsulla, yəni cərgəarası 45-60 sm və 70
sm olmaqla s
əpilə bilər. Mütləq kütlədən asılı olaraq hektara 50-90
kq (400-600 min
ədəd) cücərə bilən toxum səpilməlidir.
49
Əkinə qulluq. Arat olunmayan yerlərdə səpindən sonra dərhal
suvarma aparılmalıdır. Torpağın su-hava xassələrini yaxşılaşdırmaq
üçün çıxış alınanadək bir iz və çıxış vaxtı 1-2 iz KRN-38 yaxud torlu
mala il
ə malalayırlar. Vegetasiya dövründə cargəaraları 2 dəfə KRN-
4,2 markalı kultivatorla yumşaldılmalıdır.
Tor g
ənəciyinə və yarpaqyeyən həşəratlara qarşı vegetasiya
müdd
ətində karbofosun 30%-li emulsiyası ilə hektara 1,0-1,5 kq, fos-
famidl
ə (Bİ-58) 1 kq normada çiləmə aparılır. Çiçəkləmədən sonra
çil
əmə kükürd tozu ilə əvəz edilir.
Bitkinin normal inkişafı üçün vegetasiya müddətində soya ən azı
4 d
əfə suvarılmalıdır. Birinci suvarma budaqlanma, 2-ci suvarma
çiç
əklənmənin başlanğıcında, 3-cü suvarma paxlalar əmələ gəldikdə
v
ə 4-cü suvarma dən dolmağa başladıqda keçirilməlidir. Suvarma
yağış yağdırma üsulu ilə hektara 500-600 m
3
, şırımlarla infiltrasiya
yolu il
ə 700-800 m
3
su normasında keçirilir.
M
əhsulun yığılması. Yetişərkən soya paxlası açılmır ona görə
d
ə dən itkisi az olur. Dən məqsədi ilə əkdikdə soya tam yetişmə
fazasında, yarpaqların töküldüyü, gövdələrin quruduğu və paxlaların
saralmağa başladığı dövrdə dəndə 14-16% nəmlik olduqda SK-5
Niva, SK-4A, SKD-5P, SKD-
5M, “Sibiryak” kombaynları ilə yığıl-
malıdır. Kombaynın kəsici aparatı ən aşağıdan biçmək üçün nizam-
lan
malıdır. Dənin qırılmasının qarşısını almaq üçün barabanla – deka
arasında məsafə CK- 4A, CK-5 kombaynlarda girəcəkdə 40 mm,
çıxacaqda 28 mm-dən az olmamalıdır. Barabanın dövrlər sayı də-
qiq
ədə 400-500 -ə endirilməlidir.
Yetişməni sürətləndirmək məqsədilə gecyetişən sortlar əkilən
sah
ələrdə desikasiya aparılır. Bu məqsədlə dəndə nəmlik 40-45%
olduqda maqnezium -
xlorat preparatının 20 kq-ı suya qarışdırılaraq
sah
əyə çilənir. Soya samanı yem üçün istifadə ediləcəksə desikasiya
aparılmır.
Yığılmış toxumda nəmlik 14% -dən çox olarsa asfalt meydança-
da gün
əş altında qurudulmalı və digər qatışıqlardan təmizlənməlidir.
Dostları ilə paylaş: |