Kitabüs-salat namaz kitabi


İmamı Rabbani “rahmətullahi aleyh” “Məktubat” kitabının yenə ikinci



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə14/17
tarix07.01.2017
ölçüsü1,22 Mb.
#4733
1   ...   9   10   11   12   13   14   15   16   17

İmamı Rabbani “rahmətullahi aleyh” “Məktubat” kitabının yenə ikinci 
cild, altmış doqquzuncu məktubunda buyurur ki: 
Allahü təalaya həmd olsun! Onun seçdiyi, bəyəndiyi qullarına salamlar, rahat-
lıqlar olsun. Məktubunuz gəldi. Yoldaşların, dostların doğru olan yoldan ayrılma-
dıqları məlum olanda çox sevindirdi. Allahü təala doğruluğunuzu və doğru yolda 
olmanızı artırsın! Yoldaşlarımız ilə birlikdə verdiyiniz vəzifəni yerinə yetriməyə 
davam edirik. Beş vaxt namazı əlli-altmış nəfərlik camaat ilə qıldığınızı deyirsiniz. 
Bunun üçün Allahü təalaya həmd və təriflər olsun! Qəlbin Allahü təala ilə olması, 
bədənin, əzanın Əhkamı-şəriyyəni yerinə yetirməklə zinətlənməsi nə böyük bir ne-
mətdir. Bu zəmanədə insanların çoxusu namaz qılmaqda tənbəllik edirlər. Tumani-
nətə və tadili-ərkana əhəmiyyət vermirlər. Bunun üçün siz sevdiklərimə bu nüansı 
bildirməyə məcbur oldum. Yaxşı qulaq asın! Peyğəmbərimiz “sallallahü aleyhi və 
səlləm”, “Ən böyük oğru öz namazından oğurlayandır” buyurdu. “Ey Rəsulal-
lah! İnsan öz namazından necə oğurlayar?”-deyə soruşdular. “Namazın rüküsü-
nü, səcdələrini tam yerinə yetirməməklə” buyurdu. Bir dəfə  də buyurdu ki, 
“Rüküdə və səcdələrdə belini yerinə yerləşdirib bir az durmayanın namazını 
Allahü təala qəbul etməz”. Peyğəmbərimiz “sallallahü aleyhi və səlləm” bir nəfə-
ri namaz qılarkən rükünü və səcdələri tam etmədiyini görüb, “Sən namazlarını bu 
cür qıldığın üçün Muhaməddin “aleyhissalətü vəssəlam”  dinindən başqa bir 
dində olaraq ölməkdən qorxmursanmı?” buyurdu. Yenə buyurdu ki, “Sizlərdən 
biri namaz qılarkən rüküdən sonra tamam qalxıb dik durmadıqca namazı 
tam olmaz” Bir dəfə də buyurdu ki: “İki səcdə arasında dik oturmasanız nama-
zınız tam olmaz”. Bir gün Peyğəmbərimiz “sallallahü aleyhi və səlləm” bir nəfə-
rin namaz qılarkən namazın əhkam və ərkanına riayət etmədiyini, rüküdən qalxan-
da dikəlib durmadığını və iki səcdə arasında oturmadığını görüb buyurdu ki, “Əgər 
namazlarını bu cür qılaraq ölsən, qiyamət günü sənə  mənim ümmətimdən 
deməzlər.”  Başqa bir yerdə də buyurdu ki, “Bu hal üzrə ölsən, Muhammədin 
“aleyhissəlam” dinində olaraq ölməmiş olarsan.” Əbu Hüreyrə “radıyallahü anh” 
buyurdu ki, “Altmış il bütün namazlarını qılıb, lakin heç bir namazı qəbul olmayan 
adam, səcdələrini tam yerinə yetirməyən adamdır”. Zeyd ibni Vəhb “rahmətullahi 
təala aleyh” bir nəfərin namaz qılarkən və səcdələrini tam etmədiyini gördü. Yanı-
na çağırıb nə  qədər zamandır belə namaz qılırsan, dedi. Qırx ildir, deyəndə, sən 
qırx ildir namaz qılmamısan. Ölsən, Muhamməd Rəsulullahın “sallallahü aleyhi və 
səlləm” sünnəti (yəni dini) üzrə ölməzsən, dedi.  
Tabəraninin “rahmətullahi təala aleyh” “Əvsat”ında bildirilmişdir ki, bir mö-
min namazını gözəl olaraq qılar, səcdələrini tam yerinə yetirərsə, namaz sevinər və 

 108
nurlu olar. Mələklər o namazı göyə çıxardar. O namaz, namazı qılana yaxşı dualar 
edər və sən məni qüsurlu olmaqdan qoruduğun kimi Allahü təala da səni mühafizə 
etsin, deyər. Namaz gözəl qılınmazsa, qaralar, mələklər o namazdan iyrənər və 
göyə götürməzlər. O namaz, qılana pis dualar edər. Sən məni zay etdiyin, pis hala 
saldığın kimi Allahü təala da səni zay etsin, deyər. O halda namazları tam qılmağa 
çalışmalı, tadili-ərkana riayət etməli, səcdələri,  “Qavmə”ni (yəni rüküdən qalxıb 
dikəlmək) və “Cəlsə”ni (yəni iki səcdə arasında oturmaq) yaxşı etməlidir. Başqala-
rının da qüsurlarını görəndə onlara deməlidir. Din qardaşlarının namazlarını tam 
olaraq qılmalarına kömək etməlidir. Tumaninət (yəni üzvlərin artıq hərəkətlər et-
məməsi) və tadili-ərkana (bir dəfə sübhanallah deyəcək qədər hərəkətsiz durmaq) 
riayət olunmasına cığır açmalıdır. Müsəlmanların çoxusu bunlara riayət etmək şə-
rəfindən məhrum qalırlar. Bu nemət əldən çıxmışdır. Bu əməli meydana çıxartmaq 
çox mühümdür. Peyğəmbərimiz “sallallahü aleyhi və səlləm” buyurdu ki, “Unu-
dulmuş bir sünnətimi meydana çıxarana yüz şəhid savabı veriləcək”. 
Camaat ilə namaz qılarkən sıraları düz tutmağa da diqqət etməlidir. Sıradan irə-
lidə və geridə durmamaq lazımdır. Hər kəs bir xətt boyunca durmalıdır. Peyğəmbə-
rimiz “sallallahü aleyhi və səlləm” əvvəl sıraları düzəldər, ondan sonra namaza durar-
dı.  “Sıraları düzəltmək namaz qılmağın bir parçasıdır” buyururdu. Ya Rəbb! 
Bizə sonsuz rəhmət xəzinəndən nəsib elə! Hamımızı döğru olan yoldan ayırma! 
_______________ 
 
Bir müsəlman dünyada əziz, axirətdə said (Cənnətlik) olmasını istəyirsə, bu 
üç  əxlaqa sahib olsun: Məxluqatdan heç bir şey gözləməmək, Müsəlmanları [və 
zimmi kafirləri, ölmüş olsalar da] qeybət etməmək, başqasının haqqı olan bir şeyi 
almamaq.  
 
 
NAMAZIN SİRRİ 
 
İmamı Rabbani “quddisə sirruh” “Məktubat” kitabının birinci cild, 304-cü 
məktubunda buyurur ki:  
Allahü təalaya həmd etdikdən və Peyğəmbərimizə “sallallahü aləyhi və 
səlləm” salavat gətirdikdən sonra əbədi səadətə qovuşmanıza dua edərim. Allahü 
təala, bir çox ayəti-kərimədə  əməli-saleh işləyən möminlərin Cənnətə girəcəklərini 
bildirir. Bu əməli-salehlər nələrdir, yaxşı işlərin hamısı, yoxsa bir neçəsi? Əgər, yaxşı 
şeylərin hamısı olsa, bunları kimsə edə bilməz. Bir neçəsi isə görən hansı yaxşı işlər 
istənilir? Nəhayət, Allahü təala lütf edərək belə bildirdi ki, əməli saleh, İslamın beş 
rüknü, dirəyidir. İslamın bu beş təməlini bir kimsə haqqı ilə qüsursuz yerinə yetirərsə, 
Cəhənnəmdən qurtulması qüvvətlə ümid edilir. Çünki bunlar əslində saleh işlər olub, 
insanı günahlardan və çirkin şeyləri etməkdən qoruyur. Belə ki, Qurani-Kərimdə, 
Ankəbut surəsi 45-ci ayətində, “Qüsursuz qılınan bir namaz insanı pis, çirkin 
işləri işləməkdən qoruyar” buyurulur. Bir insana İslamın beş  şərtini yerinə 

 109
yetirmək nəsib olarsa, nemətlərin şükrünü etmiş olar. Çünki Allahü təala Nisa surəsi, 
146-cı ayətində məalən, “İman edər və şükr edərsəniz, əzab etmərəm” buyurur. O 
halda, İslamın beş şərtini yerinə yetirməyə canı-könüldən çalışmalıdır.  
Bu beş şərtdən ən mühümü namazdır ki, dinın dirəyidir. Namazın ədəblərin-
dən bir ədəbi tərk etməyərək qılmağa cəhd etməlidir. Namaz tam qılına bilindi isə, 
İslamın əsas və böyük təməli qurulmuş olar. Cəhənnəmdən qurtaran sağlam ip tu-
tulmuş olar. Allahü təala hamımıza doğru namaz qılmağı nəsib etsin!  
Namaza durarkən “Allahü-əkbər” demək, “Allahü təalanın heç bir məxluqun 
ibadətinə möhtac olmadığını, hər baxımdan heç bir şeyə ehtiyacı olmadığını, insanla-
rın namazlarının ona faydası olmayacağını” bildirir. Namaz içindəki təkbirlər isə, 
“Allahü təalaya qarşı yaraşan bir ibadət etməyə ləyaqət və gücümüz olmadığını” gös-
tərir. Rüküdəkı təsbehlərdə də bu məna olduğu üçün rüküdən sonra təkbir əmr olun-
madı. Halbuki səcdə təsbehlərindən sonra əmr olundu. Çünki səcdə təvazö və aşağılı-
ğın ən artığı, zillət və kiçikliyin son dərəcəsi olduğundan, bunu edincə haqqı ilə tam 
ibadət etmiş hesab edilər. Bu düşüncədən qorunmaq üçün səcdələrdə yatıb qalxarkən, 
təkbir söyləmək sünnət olduğu kimi, səcdə təsbehlərində “alə” demək əmr olundu. 
Namaz möminin miracı olduğu üçün  namazın sonunda Peyğəmbər  Əfəndimizin 
“sallallahü aləyhi və səlləm” mirac gecəsində söyləməklə şərəfləndiyi kəlmələri, yəni 
Əttəhiyyatünü oxumaq əmr olundu. O halda namaz qılan bir kimsə namazı özünə 
mirac etməli. Allahü təalaya yaxınlığının nəhayətini namazda axtarmalıdır. 
 Peyğəmbərimiz “aləyhi və ala alihissalatü vəssəlam” buyurdu ki, “İnsanın 
Rəbbinə  ən yaxın olduğu zaman namaz qıldığı zamandır”.  Namaz qılan bir 
kimsə Rəbbi ilə danışmaqla, Ona yalvarmaqla, Onun böyüklüyünü, Ondan başqa 
hər şeyin heç olduğunu görür. Bunun üçün namazda qorxu, dəhşət, ürkmək hasil 
olacağından təsəlli və rahat tapması üçün namazın sonunda iki dəfə salam verməsi 
əmr buyuruldu. 
 Peyğəmbərimiz “sallallahü aləyhi və  səlləm” bir Hədisi-şərifdə, “Fərz na-
mazdan sonra 33 təsbeh, 33 tahmid, 33 təkbir və bir də təhlil” əmr etmişdir. 
Bunun səbəbi namazdakı  qüsurlar təsbeh ilə örtülür. Layiq olan tam ibadət edilə 
bilinmədiyi bildirilir. “Tahmid” ilə namaz qılmaqla şərəflənmənin, Onun köməyi 
və nail edilməsi ilə olduğu bilinərək bu böyük nemətə  şükr edilir, həmd edilir. 
Təkbir” edərək də Ondan başqa ibadətə layiq kimsə olmadığı bildirilir.  
Namaz şərtlərinə və ədəblərinə uyğun olaraq qılınıb və edilən qüsurlar da be-
ləcə örtülüb namazı nəsib etdiyinə də şükr edib, ibadətə başqa heç kəsin haqqı ol-
madığı qəlbindən təmiz və xalis olaraq kəlimeyi-təvhid ilə bildirilincə, bu namaz 
qəbul oluna bilər. Bu kimsə namaz qılanlardan və xilas olanlardan olar. Ya Rəbb! 
Peyğəmbərlərinin ən üstününün hörməti üçün “aləyhi və ala alihimüssaləvatü vət-
təslimat” bizləri namaz qılan və qurtulan, xoşbəxt qullarından et! Amin!  
İmamı Muhamməd Masum həzrətləri “Məktubat”ın ikinci cild, on birinci 
məktubunda buyurur ki: 
Allahü təala insanları başı boş buraxmadı. Hər istədiklərini etməyi icazə ver-
mədi. Nəfslərinin arzularına və təbii, heyvani zövqlərinə tabe olmalarını, beləcə fə-

 110
lakətlərə düşmələrini istəmədi. Rahat və dinclik içində yaşamaları və sonsuz səadətə 
qovuşmaları üçün arzularından və zövqlərindən necə istifadə etməyin yollarını gös-
tərdi, dünya və axirət səadətinə səbəb olan faydalı şeyləri etməyi əmr etdi. Zərərli 
olanları etməyi qadağan etdi. Bu əmrlərə və qadağalara “Əhkamı-islamiyyə” deyi-
lir. Dünyada rahat yaşamaq, səadətə qovuşmaq istəyən islamiyyətə uymağa məcbur-
dur. Nəfsinin və təbiətinin islamiyyətə uymayan arzularını tərk etməsi lazımdır. İsla-
miyyətə tabe olmazsa, sahibinin, yaradanının qəzəbinə, əzabına düçar olar. İslamiy-
yətə tabe olan qul müsəlman olsa da kafir olsa da dünyada məsud, rahat olar. Sahibi 
ona kömək edər. Dünya ziraət yeridir. Tarlasını əkib-becərməyib toxumlarını yeyə-
rək zövq və  səfa sürən məhsul almaqdan məhrum qalacağı kimi, dünya həyatını, 
keçib-gedən zövqləri, nəfsin arzularını yerinə yetirməklə  də  əbədi nemətlərdən, 
sonsuz zövqlərdən məhrum qalar. Bu hal ağlı başında olanın qəbul edəcəyi bir şey 
deyildir. Sonsuz ləzzətləri əldən buraxmağa səbəb olan keçib-gedən ləzzətləri zərərli 
şəkildə etməyi seçməz. [Allahü təala dünya zövqlərindən, keçib-gedən ləzzətlərin-
dən, nəfsə şirin gələn şeylərdən heç birini məhrum etmədi, qadağan etmədi. Bunları 
İslamiyyətə uyğun, zərərsiz olaraq istifadə etməyi icazə verdi]. İslamiyyətə tam tabe 
olmaq üçün əvvəla  “Əhli-sünnət” alimlərinin,  Əshabi-kiramdan öyrənib, Quranı-
kərimdən və hədisi-şəriflərdən başa düşüb bildirdikləri “Akaid”ə (iman elmi) uy-
ğun iman etmək, sonra haram, qadağan edilmiş olanları öyrənib bunlardan çəkin-
mək və edilməsi əmr olunan fərzləri öyrənib yerinə yetirmək lazımdır. Bunları et-
məyə “ibadət” etmək deyilir. Haramlardan çəkinməyə “Təqva” deyilir.  
Niyyət edərək əhkamı-islamiyyəyə tabe olmağa “İbadət etmək” deyilir. Alla-
hü təalanın əmrlərinə və qadağalarına “Əhkamı-islamiyyə” və “Əhkami-ilahiyyə” 
deyilir. Əmr edilənlərə “Fərz”, qadağan edilənlərə “Haram” deyilir. İbadətlərin ən 
qiymətlisi və islam dininin təməli hər gün beş vaxt “Namaz”  qılmaqdır. [Namaz 
qılmaq, ayaqda qibləyə qarşı Fatihə oxumaq və qibləyə qarşı  əyilmək və qibləyə 
qarşı başı yerə qoymaq deməkdir. Bunları qibləyə qarşı etməzsə, namaz qılmaq 
sayılmaz.] Namaz qılan müsəlmandır. Namaz qılmayan ya müsəlmandır, ya kafir-
dir. Namaz qılmaqla hasil olan kurbı-ilahi [yəni Allahü təalanın sevməsi] başqa iba-
dətləri yerinə gətirməklə nadir hallarda nəsib olur. Hər gün beş vaxt namazı cəm-iy-
yət ilə [yəni dünya işlərini düşünmədən], camaat ilə, tadili-ərkan ilə, dəstəmazı diq-
qətlə alaraq və müstəhəb olan vaxtlarında qılmalıdır. Namaz qılarkən Allahü təala 
ilə qul arasındakı pərdələr qalxır. Beş vaxt namaz qılan hər gün beş dəfə yuyunub 
təmizlənən bir adam kimi günahlardan təmizlənir. Hər gün beş vaxt namazı doğru 
olaraq qılana yüz şəhid savabı verilir.  
Ticarət malının və çöldə otlayan heyvanların [tarladan, ağaclardan  əldə 
edilən məhsulun, kağız pulun və alacağı olan borcların] zəkatlarını  əmr olunan 
yerlərə sevə-sevə verilməlidir. Zəkatı veriən mal azalmaz. Zəkatı verilməyən mal 
Cəhənnəmdə atəş olar. Allahü təala çox mərhəmər edərək ehtiyacdan artıq olan 
mal nisab (yetərsay) miqdarı qədər olarsa, bir il sonra zəkatını verməyi əmr etdi. 
Canı  və malı verən Odur. Malın hamısını  və canı verməyi  əmr etsəydi, Onun 
aşiqləri dərhal verərdilər.  

 111
Ramazanı-Şərif ayında Allahü təala əmr etdiyi üçün sevə-sevə oruc tutmalıdır. 
Bu aclığı və susuzluğu səadət bilməlidir.  
İslamın binası beşdir. Birincisi, “Əşhədü ən-ləə-iləhə illəllah və əşhədü ənnə 
Muhammədən abdühü və Rəsulühü” demək və bunun mənasının bilmək və inan-
maqdır. Buna “Kəlimeyi-şəhadət” deyilir. Dördü də namaz, zəkat, oruc və hacdır. 
Bu beş əsasdan biri pozularsa, islamiyyət də pozulmuş olar. Etiqadı düzəltdikdən və 
islamiyyətə tabe olduqdan sonra Sofiyyəi-aliyyənin yolunda irəlləmək lazımdır. 
Allahü təalanın mərifəti bu yolda hasil olur və nəfsin arzularından qurtulmaq nəsib 
olur. Sahibini tanımayan adam necə yaşaya bilər, necə rahat ola bilər. Yəni, Allahü 
təaladan başqa hər şeyi unutmaq lazımdır. Özünü var bilən adam mərifətə qovuşa 
bilməz. “Fəna” (Allahü təaladan başqa hər çeyi unutmaq, özünü yox görmək) və 
“Bəqa” (Allahü təalanın sonsuz olması, heç yox olmaması) vicdanda, qəlbdə hasil 
olan şeylərdir. İzah etməklə başa düşülməz. Mərifət nemətinə qovuşmayanın bunu 
daimə axtarması lazımdır. Təhqiri əmr olunan və müvəqqəti olan bir şeyin təmiri ilə 
məşğul olmamalıdır.  
 
 
NAMAZDAN SONRA DUA 
 
Əlhamdülillahi Rabbilaləmin. Əssalatü vəssəlamü alə Rəsulina Muhammədin 
və Alihi və Sahbihi əcmain. Ya Rəbb! Qıldığım namazı qəbul et! Axır və aqibətimi 
xeyirli et. Son nəfəsimdə Kəlmeyi-təvhid söyləməmi nəsib et. Ölmüşlərimi əfv və 
məğfirət et. Allahümməğfir vərham və əntə xayrurrahimin. Təvəffənni müslimən 
və əlhıkni bissalihin. Allahümməğfir-li və li-validəyyə və li-üstaziyyə və lilmümi-
ninə vəl müminat yəvmə yəqumül hısab. Ya Rəbb! Məni şeytan şərindən və düş-
mən şərindən və nəfsi əmmarəmin şərindən mühafizə et! Evimizə yaxşılıqlar, halal 
və xeyirli ruzilər ehsan et! Əhli islama salamat ehsan et! Adayi müslimini qahr və 
pərisan et! Kafirlərlə cihad etməkdə olan müsəlmanlara imdadi ilahiyyən ilə imdad 
et! Allahümmə innəkə afüvvün kərimün tuhibbül əfvə fafü anni. Ya Rəbb! Xəstələ-
rimizə  şəfa, dərdli olanlarımıza dəva ehsan et! Allahümmə inni əsəlükəssıhhatə 
vəl-afiyətə vəl-əmanətə və hüsnəlhulki vərridaə bilqadəri bi-rəhmətikə ya ərhamər-
rahimin. Anama, atama, övladlarıma, əqrəba və dostlarıma, bütün din qardaşlarıma 
xeyirli ömürlər, hüsni hulk, ağlı səlim, səhhət və afiyət, rüşdü hidayət və istiqamət 
ehsan et ya Rəbb! Amin. Vəlhamdü-lillahi rabbilaləmin. Allahümmə salli ala..., 
Allahümmə barik ala..., Allahümmə Rabbəna atina... Vəlhəmdü lillahi Rabbilalə-
min.  Əstağfirullah,  əstağfirullah,  əstağfirullah,  əstağfirullahəlazim  əlkərim  əlləzi 
lə-ilahə illa huv əl-hayyəl-qayyumə və ətubü iləyh.  
 
İZAH: “DUANIN QƏBUL OLMASI ÜÇÜN ŞƏRTLƏR”: 
1. Müsəlman olmaq.  
2.  Əhli-sünnət etiqadında olmaq. Bunun üçün dörd məzhəbdən birini təqlid 
etmək lazımdır.  

 112
3. Fərzləri yerinə yetirmək. Qəzaya qalmış namazları gecələri də və sünnətlər 
yerinə də qəza edərək bir an əvvəl ödəməlidir.  
Fərz namazı  qəzaya qalan kimsənin sünnət və nafilə namazları  və duaları 
qəbul olmaz. Yəni səhih olsa da, savab verilməz.  Şeytan müsəlmanları aldatmaq 
üçün fərzləri əhəmiyyətsiz göstərib, sünnət və nafilələri etməyə sövq edər. Namazı 
vaxtın gəldiyini bilərək və vaxtın əvvəldə qılmalıdır.  
4. Haramdan çəkinməlidir. Halal yeyənin duası məqbuldur.  
5. Övliyayi-kiramdan birini vəsilə edərək, dua etməlidir. Hindistan alimlərin-
dən Muhamməd bin Əhməd Zahid, “Tərgib-üs-salat”  kitabının 54-cü fəslində, 
farsca olaraq deyir ki, Hədisi-şərifdə «Duanın qəbul olması üçün iki şey lazım-
dır: Birincisi, duanı ixlas ilə etməlidir.  İkincisi, yediyi və geyindiyi halaldan 
olmalıdır. Möminın otağında haramdan bir ip varsa, bu otaqda etdiyi duası 
heç qəbul olmaz» buyuruldu. İxlas, Allahü təaladan başqa heç bir şey düşünmə-
yib, yalnız Allahü təaladan istəməkdir. Bunun üçün Əhli-sünnət alimlərinin bildir-
dikləri kimi iman etmək və əhkami islamiyyəyə tabe olmaq, xüsusilə üzərində qul 
haqqı olmamaq və beş vaxt namazı qılmaq lazımdır.  
 
 
TƏCDİDİ-İMAN DUASI 
 
Ya Rəbb! Həddi-büluğumdan bu ana gələnə qədər islam düşmənlərinə və bidət 
əhlinə aldanaraq qəbul etdiyim səhv, düzgün olmayan etiqadlarıma və bidət, fisq 
olan söylədiklərimə, dinlədiklərimə, gördüklərimə  və  işlədiklərimə nadim oldum, 
peşman oldum, bir daha belə səhv inanmamağa və etməməyə əzm, cəzm və qəsd 
etdim. Peyğəmbərlərin  əvvəli Adəm-əleyhissəlam və axırı bizim sevgili Peyğəm-
bərimiz Muhamməd-əleyhissəlamdır. Bu iki Peyğəmbərə  və ikisi arasında gəlmiş 
keçmiş Peyğəmbərlərin cümləsinə iman etdim. Hamısı haqdır, sadiqdir. Bildirdik-
ləri doğrudur. Aməntü billah və bi-ma caə min indillah, ala muradillah, və aməntü 
bi-Rəsulillah və bi-ma caə min indi Rəsulillah ala muradi Rəsulillah, aməntü billahi 
və  Məlaikətihi və kütübihi və Rüsülihi vəlyəvmil-axiri və bilqadəri xayrihi və 
şərrihi minallahü Təala vəl-basü badəlməvti haqqun əşhədü ən la ilahə illallahü və 
əşhədü ənnə Muhammədən abdühu və rasulüh.  
 
 
NAMAZIN HİKMƏTLƏRİ “Namaz və sağlığımız” 
 
Müsəlman namazı Allahü təalanın əmri olduğu üçün qılar. Rəbbimizin əmrlə-
rində bir çox hikmət, fayda vardır. Qadağanlarında da bir çox zərərlərin olduğu 
şübhəsizdir. Bu fayda və zərərlərin bir qismini bu gün tibb mütəxəssisləri sübut et-
mişlər. İslamiyyətin sağlığa verdiyi qiyməti heç bir din və düşüncə verməmişdir. 
Dinimiz ibadətlərin ən üstünü olan namazı ömrümüzün sonuna qədər qılmağı əmr 
etmişdir. Namaz qılan sağlıq üçün olan faydalarına da əlbəttə qovuşur. Namazın 
sağlıq tərəfdən təmin etdiyi faydalardan bəziləri bunlardır:  

 113
1. Namazda edilən hərəkətlər yavaş olduğundan qəlbi yormaz və günün müx-
təlif saatlarında olduğu üçün insanı davamlı dinc tutar.  
2. Gündə başını  səksən dəfə yerə qoyan bir kimsənin beyninə ritmik olaraq 
artıq qan çatar. Buna görə  də beyin hüceyrələri yaxşı qidalandığından hafizə  və 
şəxsiyyət pozğunluqlarına namaz qılanlarda daha az rastl gəlinir. Bu insanlar daha 
sağlam bir ömür keçirirlər. Bu gün tibdə “demans sanil” deyilən ağlını itirmə xəs-
təliyinə tutulmazlar.  
3. Namaz qılanların gözləri müntəzəm olaraq qalxdığı üçün daha qüvvətli qan 
dövranına malik olar. Bu səbəblə göz içi təzyiqində artma olmaz və gözün ön 
qismindəki mayenin davamlı dəyişməsi təmin edilmiş olar. Gözü “katarakt” və ya 
“qara su” xəstəliyindən qoruyar.  
4. Namaz qılmaqdakı izometrik hərəkətlər mədədəki qidaların yaxşı qarışma-
sına, ödün asan axmasına və bu səbəbdən öd kisəsində yığın etməməsinə, mədəaltı 
vəzidəki fermentlərin asan boşalmasına kömək etdiyi kimi, qəbzliyin aradan qaldı-
rılmasında da rolu böyükdür. Böyrəyin və sidik yollarının yaxşı çalxalanmasında, 
böyrəyə daşın düşməsinin qarşısının alınmasına və sidik kisəsinin boşalmasına da 
kömək edir.  
5. Beş vaxt qılınan namazdakı ritmik hərəkətlər, gündəlik həyatda hərəkət et-
məyən əzələ və oynaqları işlədərək, artroz və əhənglənmə kimi oynaq xəstəliklərini 
və əzələ tutulmalarının qarşısını alır.  
6. Bədənin sağlamlığı üçün təmizlik şübhəsiz lazımdır. Dəstəmaz və qüsl həm 
maddi, həm də mənəvi bir təmizlikdir. Məhz namaz təmizliyin əsl özüdür. Çünki 
həm bədəni, həm də ruhi təmizlik olmadan namaz olmaz. Dəstəmaz və qüsl bədə-
nin təmizliyini təmin edər. İbadət etmək vəzifəsini yerinə yetirən ruhən istirahət et-
miş, təmizlənmiş olar.  
7. Praktiki müalicədə müəyyən zamanlarda edilən bədən hərəkətləri çox mü-
hümdür. Namaz vaxtları qan dövranını təzələmək və tənəffüsü canlandırmaq üçün 
ən uyğun vaxtlardır.  
8.Yuxunu tənzim edən əsas şərt namazdır. Hətta vücudda toplanan statik (dur-
ğun) elektriklənmə, səcdə etməklə torpaqlanmış olur. Beləcə, vücud təkrar güm-
rahlığa qovuşur.  
Namazın bu faydalarına qovuşmaq üçün namazı vaxtında qılmaqla birlikdə 
təmizliyə, çox yeməməyə  və yeyilən qidaların təmiz, halal olmasına diqqət edil-
məsi də lazımdır.  
 
Kimsəyə baqi deyildir, mülkü dünya, sim və zər,  
Bir xarab olmuş könlü, təmir etməkdir hünər! 
 
 

 114
 
 
YEDDİNCİ BÖLMƏ 
 
 
NAMAZ İSQATI 
 
 
MEYİT ÜÇÜN İSQAT VƏ DÖVR 
 
 “Nur ül-izah” kitabında və “Tahtavi” haşiyəsində və “Haləbi” ilə “Dürr-
ül-muxtar” da namazların qəzası sonunda, “Müntəka”da, “Dürr-ül-müntəka-
da”, “Vikayə”də, “Dürər”də və “Cəvhərə”də və başqa qiymətli kitablarda oru-
cun sonunda vəsiyyət edən meyit üçün isqat və dövr etmək lazım olduğu qeyd 
edilmişdir. Məsələn: “Tahtavi” haşiyəsində deyilir ki, tutulmamış orucların fid-
yə verərək isqat edilməsi üçün nass (Ayəti-kərimə və Hədisi-şəriflər) vardır. Na-
maz orucdan daha mühüm olduğundan bir üzr ilə qılına bilinməyən və ya qılmaq 
istədiyi halda, ölümcül xəstəliyə tutulmuş birinin qəza etmədiyi namazlar üçün 
də orucda edildiyi kimi isqat etmək üçün alimlərin söz birliyi vardır. Namazın 
isqatı olmaz deyən cahildir. Çünki məzhəblərin sözbirliyinə qarşı  gəlmək 
deməkdir. Hədisi-şərifdə, “Bir kimsə başqası yerinə oruc tuta bilməz və na-
maz qıla bilməz. Lakin onun orucu və namazı üçün kasıbı doyura bilər” bu-
yuruldu.  Əhli-sünnət alimlərinin üstünlüklərini anlaya bilməyən və  məzhəb 
imamlarımızı da özləri kimi “xəyal ilə danışır” hesab edən bəzi kimsələrin, “İs-
lamda isqat və dövr yoxdur. İsqat xristianların günahları təmizləməyə bənzəyir” 
kimi şeylər söylədiklərini eşidirik. Onların bu kimi sözləri özlərini təhlükəyə at-
mışdır. Çünki Peyğəmbərimiz “sallallahü aleyhi və səlləm” “Ümmətim dəlalət 
Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin