Kitabüs-salat namaz kitabi



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə12/17
tarix07.01.2017
ölçüsü1,22 Mb.
#4733
1   ...   9   10   11   12   13   14   15   16   17

QƏZA NAMAZLARI 
 
Namaz bədən ilə edilən bir ibadət olduğundan, başqası başqasının yerinə qıla 
bilməz. Hər kəsin özünün qılması lazımdır. Namazları vaxtında qılmağa “Əda” de-
yilir. Hər hansı bir zamanda təkrar qılmağa “İadə” deyilir. Məsələn, məkruh olaraq 
qılınan namazın vaxtı çıxmadan, buna imkan olmazsa, hər zaman iadəsi vacibdir. 
Fərz və vacib olan namazı vaxtı keçdikdən sonra qılmağa “Qəza” etmək deyilir.  
Bir günlük beş vaxt fərzi və vitr namazını qılarkən və qəza edərkən tərtib sa-
hibi olmaq fərzdir. Yəni namaz qılarkən, sıralarına diqqət etmək lazımdır. Beşdən 
artıq qəzası olmayana “Tərtib sahibi” deyilir. Cümə fərzini o günün zöhr namazı 
sırasında  qılmaq lazımdır. Sübh namazına qalxa bilməyən xütbə oxunarkən belə 
xatırlayarsa, dərhal bunu qəza etməlidir. Bir namazı qılmadıqca ondan sonrakı beş 
namazı  qılmaq caiz olmaz. Hədisi-şərifdə, “Bir namazı yuxuda keçirən və ya 
unudan kimsə sonrakı namazı camaat ilə  qılarkən xatırlayarsa, imamla na-
mazı bitirib, sonra öncəki namazını qəza etsin! Bundan sonra imamla qıldığı-
nı təkrar qılsın!” buyuruldu.  
Fərzi qəza etmək fərzdir. Vacibi qəza etmək vacibdir. Sünnəti qəza etmək əmr 
olunmadı. Hənəfi məzhəbinin alimləri söz birliyi ilə bildirirlər ki; “Sünnət namaz-
larının yalnız vaxtında qılınmaları  əmr olundu. Vaxtında qılınmayan sünnət na-
mazlar insanın üzərində borc qalmaz. Bunun üçün vaxtından sonra qəza edilmələri 
əmr olunmadı. Sübh namazının sünnəti vacibə yaxın olduğundan o gün zöhrdən 
əvvəl fərzi ilə birlikdə  qəza edilir. Sübh namazının sünnəti zöhrdən sonra başqa 
sünnətlər isə, heç bir zaman qəza edilməz. Qəza olarsa, sünnət savabı hasil olmaz, 
nafilə  qılınmış olar. “İbni Abidin”   “Tərgib-üs-salat”  162-ci səhifələrində 
deyilir ki,  “sünnətləri üzrsüz oturaraq qılmaq caizdir. Heç qılmamaq günahdır. 
Fərzləri üzr ilə oturaraq qılmaq caizdir”.  

 93
Fərz namazları bilərək və üzrsüz olaraq tərk etmək böyük günahdır. Vaxtında 
qılınmayan belə namazları qəza etmək lazımdır. Fərz və vacib olan bir namazı bilə-
bilə qəzaya buraxa bilmək üçün iki üzr vardır: Biri düşmən qarşısında olmaqdır. 
İkincisi səfərdə olan, yəni üç günlük yol getməyə niyyəti olmasa belə, yolda olan 
kimsənin oğrudan, yırtıcı heyvandan, seldən, fırtınadan qorxmasıdır. Bunlar otura-
raq və hər hansı bir tərəfə dönərək və ya heyvan üzərində ima ilə də qıla bilmədiyi 
zaman qəzaya buraxa bilər. Bu iki səbəblə fərzləri qəzaya buraxmaq, yuxu və unut-
maq səbəbi ilə qılmamaq günah olmaz. “Əşbah” şərhində, “boğulmaqda olanı və 
buna oxşar olanları qurtarmaq üçün namazı vaxtından sonra qılmaq da səhihdir” 
deyilir. Lakin üzr bitincə dərhal qəza qılması fərz olar. Haram olan üç vaxtdan baş-
qa boş vaxtlarında qılmaq şərti ilə ailəsinin ruzisini qazanacaq qədər gecikdirmək 
caiz olar. Daha artıq gecikdirərsə, günaha girməyə başlayar. Belə ki sevgili Pey-
ğəmbərimiz “sallallahü aləyhi və səlləm”, Xəndək müharibəsinin şiddətindən qıla 
bilmədikləri dörd namazı dərhal o gecə Əshabi kiram “radıyallahü anhüm” yaralı 
və çox yorğun olduqları halda camaat ilə qıldı. Sevgili Peyğəmbərimiz “sallallahü 
aləyhi və səlləm” buyurdu ki; “İki fərz namazı bir yerə gətirmək böyük günah-
lardandır”. Yəni, bir namazı vaxtında qılmayıb vaxtından sonra qılmaq ən böyük 
günahdır. Bir Hədisi-şərifdə buyuruldu ki, “Bir namazı vaxtı  çıxdıqdan sonra 
qılan kimsəni Allahü təala səksən hukbə  Cəhənnəmdə buraxacaqdır.”  Bir 
hukbə səksən axirət ilidir və axirətin bir günü dünyanın min ili qədərdir. Bir vaxt 
namazı vaxtından sonra qılmağın cəzası bu olarsa, heç qılmayanın cəzasını düşün-
məlidir.  
Peyğəmbərimiz “sallallahü aləyhi və səlləm” buyurdu ki, “Namaz dinin dirə-
yidir. Namaz qılan dinıni doğrultmuş olar. Namazı  qılmayan dinini yıxmış 
olar.” Bir Hədisi-şərifdə buyurdu ki, “Qiyamət günü imandan sonra ilk sual na-
mazdan olacaqdır.” Allahü təala buyuracaq ki, “Ey qulum! Namaz hesabının al-
tından qalxarsan, qurtuluş sənindir. O biri hesabları asanlasdıraram”. Ankə-
but surəsi, 45-ci ayətində, “Qüsursuz qılınan bir namaz insanı pis, çirkin işləri 
işləməkdən qoruyar” buyurulur. Peyğəmbərimiz “sallallahü aləyhi və səlləm” bu-
yurdu ki, “İnsanın Rəbbinə ən yaxın olduğu zaman namaz qıldığı zamandır”.  
Bir müsəlmanın hər hansı bir namazı vaxtında qılmaması iki cür olar: 1. Üzr 
ilə qılmamasıdır. 2. Namazı vəzifə bildiyi, önəm verdiyi halda tənbəlliklə tərk et-
məsidir.  
Fərz namazı üzrü olmadan vaxtı keçdikdən sonra qılmaq, yəni qəzaya burax-
maq haramdır, böyük günahdır. Bu günah qəza etdikdə əfv olunmur. Qəza etdikdə, 
yalnız namazı qılmamaq günahı əfv olur. Bir kimsə namazları qəza etmədikdə, yal-
nız tövbə ilə əfv olmaz. Qəza etdikdən sonra tövbə edərsə, əfv olması ümid edilir. 
Tövbə edərkən qılmadığı namazları qəza etməsi lazımdır. Qəza etməyə gücü var-
kən qəza etməzsə, ayrıca böyük bir günah işləmiş olur. Bu böyük günah hər namaz 
qılacaq qədər [6 dəqiqə] boş zaman keçincə, bir əvvəlki əzab zamanı qədər artmaq-
dadır. Çünki namazı boş zamanlarda dərhal qəza etmək də fərzdir. Qəza qılmağa 
əhəmiyyət verməyən sonsuz yanacaqdır. “Umdət-ül-islam” və “Cami-ül fətava”-

 94
da deyir ki, “düşmən qarşısında, bir fərz namazı qılmaq mümkün ikən tərk etmək, 
700 böyük günah işləmiş kimi günahdır.” Qəzanı gecikdirmənin günahı vaxtında 
qılmamaq günahından daha çoxdur. Bir namazın ilk qəzasını qılmağa niyyət edə-
rək bir qəza qılınca, bu günahların hamısı əfv olar.  
 
İZAH: “SÜNNƏTLƏR YERINƏ QƏZA QILINARMI?” 
Abdülkadiri Qeylani həzrətləri “Fütuh-ul qayb” kitabında deyir ki: Möminin 
ən əvvəl fərzləri yerinə yetirməsi lazımdır. Fərzlər bitdikdən sonra sünnətləri edər. 
Ondan sonra nafilələrlə  məşğul olar. Fərz borcu olanın sünnət ilə  məşğul olması 
axmaqlıqdır. Fərz borcu olanın sünnətləri qəbul olmaz. Əli ibni Əbi Talib “radıyal-
lahü anh” bildirir ki: Rəsulullah “sallallahü aləyhi və səlləm” buyurdu ki: “Üzərin-
də  fərz borcu olan kimsə  qəzasını  qılmadan nafilə  qılarsa, boş yerə  zəhmət 
çəkmiş olar. Bu kimsə qəzasını ödəmədikçə, Allahü təala onun nafilə namazla-
rını qəbul etməz”. Abdülqadiri Qeylaninin yazdığı bu Hədisi-şərifi şərh edən Hə-
nəfi məzhəbi alimlərindən Abdülhakı Dəhləvi həzrətləri buyurur ki: “Bu xəbər fərz 
borcu olanların, sünnətlərinin və nafilələrinin qəbul olmayacağını göstərir. Sünnət-
lərin fərzləri tamamlayacağını bilirik. Bunun mənası  fərzlər yerinə yetirilərkən, 
bunların kəmallarına səbəb olan bir şey qaçırılarsa, sünnətlər, qılınan fərzin kəmal 
tapmasına səbəb olar. Fərz borcu olanın qəbul edilməyən sünnətləri bir işə yara-
maz”.  
Qüds qazısı Muhamməd Sadiq Əfəndi, faitə (üzr ilə qəzaya qalmış) namazla-
rın qəza edilməsini izah edərkən belə bildirir: Böyük alim İbni Nüceym həzrətlə-
rindən soruşuldu ki, “Bir kimsənin qəzaya qalmış namazları olsa, sübh, zöhr, əsr, 
şam və işanın sünnətlərini bu namazların qəzalarına niyyət edərək qılsa, bu kimsə 
sünnətləri tərk etmiş olarmı?”. Cavabında: “Sünnətləri tərk etmiş olmaz. Çünki beş 
vaxt namazın sünnətlərini qılmaqdan məqsəd, o vaxt içində, fərzdən başqa bir na-
maz daha qılmaq deməkdir. Şeytan heç namaz qıldırmamaq istəyər. Fərzdən başqa 
bir namaz daha qılaraq şeytana inad edilmiş, rəzil edilmiş olar. Sünnət yerinə qəza 
qılmaqla, sünnət də yerinə yetirilmiş olar. Qəza borcu olanların hər namaz vaxtı, o 
vaxtın fərzindən başqa namaz qılaraq, sünnəti yerinə yetirmək üçün qəza qılması 
lazımdır. Çünki çox kimsə qəza qılmayıb, sünnətləri qılır. Bunlar Cəhənnəmə ge-
dəcəkdir. Halbuki sünnətlərin yerinə qəza qılan, Cəhənnəmdən qurtulur” buyurdu.  
 
QƏZA NAMAZLARI NECƏ QILINIR? 
Qəza namazlarını bir an öncə qılaraq ayrıca tövbə də edərək, böyük cəzadan 
qurtulmalıdır. Bunun üçün sünnətləri də qəza niyyəti ilə qılmaq lazımdır. Tənbəl-
liklə namaz qılmayanlar, illərcə  qəza borcu olanlar, namaza başladıqları zaman, 
sünnəti qılarkən, o vaxtın ilk qəzaya qalmış namazını qəza etməyi niyyət edərək 
qılmalıdır. Bunların sünnətləri qəza namazı üçün niyyət edərək qılması dörd məz-
həbdə də lazımdır. Hənəfi məzhəbində namazı üzrsüz qəzaya buraxmaq əkbəri kə-
bairdir. Bu çox böyük günah, hər namaz qılacaq qədər boş zaman keçincə bir misli 
artır. Çünki namazı, boş zamanlarda dərhal qəza etmək də  fərzdir. Hesaba, saya 

 95
sığmayan bu müdhiş günahdan və  əzabdan qurtulmaq üçün zöhr namazının ilk 
dörd rükət sünnətini qılarkən ilk qəzaya qalmış zöhrün fərzini niyyət edərək qəza 
qılmalıdır. Zöhrün son sünnətini qılarkən ilk qəzaya qalmış sübhün fərzini niyyət 
edərək qəza qılmalıdır.  Əsrin sünnətini qılarkən  əsrin fərzini niyyət edərək qəza 
qılmalıdır. Şamın sünnətini qılarkən üç rükət şamın fərzini niyyət edərək qəza qıl-
malıdır. İşanın ilk sünnətini qılarkən işanın fərzini və son sünnətini qılarkən də ilk 
qəzaya qalmış vitri niyyət edərək üç rükət olaraq qəza qılmalıdır. Beləcə hər gün, 
bir günlük qəza ödənilir. Təravih namazlarını qılarkən də qəza niyyət edərək, qəza 
qılmalıdır. Neçə illik qəza namazı varsa, buna, o qədər il davam etməlidir. Qəzalar 
bitincə yenə sünnətləri qılmağa başlamalıdır. Vaxtı varsa, ayrıca hər fürsətdə qəza 
qılıb, bir an öncə qəza borclarını bitirməlidir. Qılınmayan qəzaların, günahı hər gün 
keçdikçə bir misli artır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 96
 
 
ALTINCI BÖLMƏ 
 
 
NAMAZ QILMAYANLAR 
 
Həzrəti Əbu Bəkri Sıddıq “radıyallahü anh” buyurur ki, beş namazın vaxtı gə-
lən zaman mələklər deyər ki: “Ey Adəm oğulları, qalxın! İnsanları yandırmaq üçün 
hazırlanmış olan atəşi namaz qılaraq söndürün.” Bir Hədisi-şərifdə, “Mömin ilə 
kafiri ayıran fərq, namazdır” buyuruldu. Yəni mömin namaz qılar, kafir qılmaz. 
Münafiqlər isə  bəzən qılar, bəzən qılmaz. Münafiqlər Cəhənnəmdə çox acı  əzab 
görəcəkdir. Müfəssirlərin  şahı, Abdüllah ibni Abbas “radıyallahü anhüma” deyir 
ki, Rəsulullahdan “sallallahü aləyhi və səlləm” eşitdim. Buyurdu ki: “Namaz qıl-
mayanlar qiyamət günü Allahü təalanı hirsli olaraq görəcəkdir”.  
Hədis imamları söz birliyi ilə bildirirlər ki: “Bir namazı vaxtında qəsdən qıl-
mayan, yəni namaz vaxtı keçərkən namaz qılmadığı üçün üzülməyən kafir olar”. 
Və ya ölərkən imansız gedər. Bəs namazı yadına belə gətirməyənlər, namazı vəzifə 
tanımayanlara nə olacaq? Əhli-sünnət alimləri söz birliyi ilə buyurdular ki, ibadət-
lər imandan parça deyildir. Yalnız, namaz üçün söz birliyi olmadı. Fiqh imamların-
dan İmamı  Əhməd ibni Hanbəl, İshaq ibni Raheveyh, Abdullah ibni Müba-
rək,  İbrahim Nəhai, Hakəm bin Uteybə,  Əyyub Sahtiyani, Davüd Tai, Əbu 
Bəkr ibni Şeybə, Zübeyr bin Harb və daha bir çox böyük alimlər bir namazı qəs-
dən, yəni bilə-bilə qılmayan kimsə kafir olar dedilər. O halda ey din qardaşım, heç 
bir namazını buraxma və zəif qılma! Sevə-sevə qıl! Allahü təala qiyamət günü bu 
alimlərin ictihadlarına görə cəza verərsə nə edərsən? 
 Hanbəli məzhəbində bir namazı üzrsüz qılmayan mürtəd kimi qətl olunur. 
Yuyulmur, kəfənlənmir və namazı qılınmır. Müsəlmanların qəbiristanlığına basdı-
rılmır və qəbri müəyyən edilmir. Dağda bir çuxura qoyulur.  
Namaz qılmayan kimsə Şafii məzhəbində mürtəd olmazsa da, cəzası qətldir. 
Namaz qılmayan üçün Maliki məzhəbinin hökmləri Şafii hökmlərinin eynisidir.  
Namaz qılmayan Hənəfi məzhəbində namaza başlayana qədər həbs olunur və 
ya qan axana qədər döyülür.  
Beş şeyi etməyən beş şeydən məhrum olar:  
1. Malının zəkatını verməyən malının xeyirini görə bilməz.  
2. Uşrunu verməyənin tarlasında, qazancında bərəkəti qalmaz.  
3. Sədəqə verməyənin vücudunda səhhət qalmaz.  
4. Dua etməyən arzusuna qovuşa bilməz.  
5. Namaz vaxtı gələn zaman qılmaq istəməyən son nəfəsdə Kəlmeyi-şəhadət 
gətirə bilməz. Bir Hədisi-şərifdə buyuruldu ki: “Namazı üzrsüz qılmayan kimsə-
yə Allahü təala 15 dərd verir. 6-sı dünyada, 3-ü ölüm zamanında, 3-ü qəbirdə, 
3-ü qəbirdən qalxan zaman.  

 97
Dünyada olan 6 əzab:  
1. Namaz qılmayanın ömründə bərəkət olmaz.  
2. Üzündə Allahü təalanın sevdiyi kimsələrin gözəlliyi, sevimliliyi qalmaz.  
3. Heç bir yaxşılığına savab verilməz.  
4. Duaları qəbul olunmaz.  
5. Onu kimsə sevməz.  
6. Müsəlmanların yaxşı dualarının buna faydası olmaz.  
Ölərkən çəkəcəyi əzablar:  
1. Zəlil, pis, çirkin can verər.  
2. Aç olaraq ölər.  
3. Çox su içsə də, susuzluq əzabı ilə ölər.  
Qəbirdə çəkəcəyi əzablar:  
1. Qəbir onu sıxar. Sümükləri bir-birinə keçər.  
2. Qəbri atəşlə doldurular. Gecə-gündüz onu yandırar.  
3. Allahü təala qəbrinə çox böyük ilan göndərər. Dünya ilanlarına bənzə-
məz. Hər gün hər namaz vaxtında onu sancar. Bir an belə əl çəkməz.  
Qiyamətdə çəkəcəyi əzablar:  
1. Cəhənnəmə aparan əzab mələkləri yanından ayrılmazlar.  
2. Allahü təala onu hirsli olaraq qarşılayar.  
3. Hesabı çox çətin olub, Cəhənnəmə atılar.”  
 
 
NAMAZ QILANLARIN FƏZİLƏTLƏRİ 
 
Namaz qılmağın fəzilətlərini və namaz qılanlara veriləcək savabları bildirən 
Hədisi-şəriflər çoxdur. Abdülhak bin Seyfəddin Dəhləvinin “Əşiat-ül-ləməat” ki-
tabında namazın əhəmiyyətini bildirən Hədisi-şəriflərdə buyurulur ki:  
1.  Əbu Hüreyrə “radıyallahü anh” bildirir, Rəsulullah “sallallahü aləyhi və 
səlləm” buyurdu ki, “Beş vaxt namaz və Cümə namazı gələcək Cüməyə qədər 
və Ramazan orucu, gələcək Ramazana qədər edilən günahlara kəffarədir. Bö-
yük günah işləməkdən çəkinənlərin kiçik günahlarının  əfvinə  səbəb olar”. 
Arada işlənilmiş olan kiçik günahlardan qul haqqı olmayanları yox edər. Kiçik gü-
nahları bağışlananların, böyük günahları üçün olan əzablarının yüngülləşməsinə sə-
bəb olar. Böyük günahların əfv edilməsi üçün tövbə etmək də lazımdır. Böyük gü-
nahı yoxsa, dərəcəsinin yüksəlməsinə səbəb olar. Bu Hədisi-şərif “Müslim”də ya-
zılıdır. Beş vaxt namazı qüsurlu olanların əfv olmasına Cümə namazları səbəb olar. 
Cümə namazları da qüsurlu olarsa, Ramazan orucları səbəb olar.  
2. Yenə Əbu Hüreyrə “radıyallahü anh” bildirir. Rəsulullah “sallallahü aleyhi 
və səlləm” buyurdu ki: “Qapısının önündə axar su olan birisi bu suda hər gün 
beş  dəfə yuyunsa, bədəndə kir qalarmı?”  Əshabi-kiram cavab verərək, xeyir 
qalmaz ey Rəsulallah, dedilər. “Beş vaxt namaz da belədir. Beş vaxt namaz qı-
lanların kiçik günahlarını Allahü təala yox edər”, buyurdu. Bu Hədisi-şərif 
Buxari”də və “Müslim”də yazılıb. 

 98
3. Abdullah ibni Məsud “radıyallahü anh” deyir ki, bir nəfər bir yad qadını 
öpmüşdü. Yəni, Ənsardan biri xurma satırdı. Bir qadın da xurma almaq üçün gəl-
mişdi. Qadına qarşı heyvani hisləri baş qaldırdı  və qadına, “evdə daha yaxşıları 
var, gəl gedək ondan verim”,- dedi. Evə  gələn kimi qadını qucaqladı  və öpdü. 
Qadın “nə edirsən, Allahdan qorx”,- dedi. O da peşman oldu. Rəsulullaha gəlib et-
diyini danışdı. Rəsulullah “sallallahü aleyhi və səlləm” ona cavab vermədi. Allahü 
təaladan vəhy gözlədi. Sonra həmin adam namaz qıldı. Allahü təala Hud surəsinin 
yüz on beşinci ayətini göndərdi. Bu ayətdə “Günün iki tərəfində və günəş batnca 
namaz qıl! Yaxşılıqlar yamanlıqları,  əlbəttə, yox edər” buyuruldu. Günün iki 
tərəfi zöhrdən əvvəl və zöhrdən sonra deməkdir. Yəni sübh, zöhr və əsr namazları-
dır. Bu ayəti-kərimədə hər gün beş vaxt namazın, günahların bağışlanmasına səbəb 
olduqları bildirilməkdədir. Həmin adam “ey Rəsulullallah! Bu müjdə ancaq mənim 
üçündürmü? Yoxsa bütün ümmət üçündür”-dedi. Rəsulullah,  “bütün ümmət 
üçündür”, buyurdu. Bu hədisi-şərif iki Səhihdə də yazılıdır.  
4. Ənəs bin Malik “radıyallahü anh” deyir ki, bir nəfər Rəsulullaha “sallallahü 
aleyhi və səlləm” gəlib, “Had cəzasına səbəb olacaq bir günah işlədim. Mənə had 
cəzası ver!”,- dedi. Rəsulullah, nə günah işlədiyini ona soruşmadı. Namaz vaxtı 
gəldi. Bir yerdə qıldıq. Rəsulullah “sallallahü aleyhi və səlləm” namazı bitirən kimi 
həmin adam qalxdı və “Ey Rəsulallah “sallallahü aleyhi və səlləm”. Mən had cəza-
sı veriləcək bir günah işlədim. Allahü təalanın kitabında əmr olunan cəzanı mənə 
ver!” dedi. “Sən bizimlə namaz qılmadımmı”  –buyurdu. “Bəli qıldım”-dedi. 
“Məyus olma! Allahü təala günahını bağışladı” buyurdu. Bu hədisi-şərif iki 
təməl kitabda yazılıdır. Həmin adam had cəzasına səbəb olacaq bir günah işlədiyini 
zənn etmişdi. Namaz qılan kimi bağışlanması, həmin günahın kiçik günah olduğu-
nu göstərməkdədir. Yaxud had deməsi, kiçik günahların qarşılığı olan “Tazir” 
cəzası idi. İkinci sualında “Had cəzası ver!” deməməsi də, belə olduğunu göstərir.  
5. Abdüllah ibni Məsud “radıyallahü anh” deyir ki, Allahü təalanın  ən çox 
hansı əməli sevdiyini Rəsulullahdan “sallallahü aləyhi və səlləm” soruşdum. “Vax-
tında qılınan namaz” buyurdu. Bəzi Hədisi-şəriflərdə isə “Əvvəl vaxtında qılı-
nan namazı çox  sevər”  buyurulmuşdur. Ondan sonra hansını çox sevər dedim. 
“Anaya-ataya yaxşılıq etməyi” buyurdu. Bundan sonra hansını çox sevər dedim. 
Allah yolunda cihad etməyi” buyurdu. Bu Hədisi-şərif iki səhih kitabda (“Buxa-
” və “Müslim”) yazılıdır. Başqa bir Hədisi-şərifdə “Əməllərin ən yaxşısı insan-
lara yemək  verməkdir”  buyuruldu. Bir başqasında, “Salam verməyi yaymaq-
dır”. Bir başqasında isə, “Gecə hər kəs yuxuda ikən namaz qılmaqdır” buyurul-
muşdur. Başqa bir Hədisi-şərifdə, “Ən qiymətli əməl əlindən və dilindən kimsə-
nin inciməməsidir”. Bir Hədisi-şərifdə də, “Ən qiymətli  əməl cihaddır” buyu-
ruldu. Bir Hədisi-şərifdə, “Ən qiymətli əməl həcci məbrurdur”. Yəni heç günah 
işləmədən edilən həcdir, buyuruldu. “Allahü təalanı zikr etməkdir” və “Davamlı 
olan əməldir” Hədisi-şərifləri də vardır. Sualı soruşanların hallarına uyğun müxtə-
lif cavablar verilmişdir. Yaxud, zamana uyğun cavab verilmişdir. Məsələn, isla-
miyyətin başlanğıcında əməllərin ən xeyirlisi, ən qiymətlisi cihad idi. (Zamanımız-

 99
da əməllərin ən xeyirlisi yazı ilə, nəşriyyat ilə, kafirlərə, məzhəbsizlərə cavab ver-
mək, Əhli-sünnət etiqadını yaymaqdır. Belə cihad edənlərə pul ilə, mal ilə, bədən 
ilə yardım edənlər də bunların qazandıqları savablara ortaq olarlar. Ayəti-kərimə-
lər, Hədisi-şəriflər namazın, zəkatdan, sədəqədən daha qiymətli olduğunu göstərir. 
Lakin ölüm halında olana bir şey verib, onu ölümdən qurtarmaq, namaz qılmaqdan 
daha qiymətli olar. Demək ki, başqa hallar, şərtlər içində, başqa şeylər daha qiy-
mətli olur).  
6. Cabir bin Abdullah xəbər verir: Rəsulullah “sallallahü aleyhi və  səlləm” 
buyurdu ki, “İnsan ilə küfr arasındakı sərhəd, namazı tərk etməkdir.” Çünki 
namaz insanı küfrə düşməkdən qoruyan pərdədir. Bu pərdə aradan qalxınca qul 
küfrə düşər. Bu hədisi-şərif “Müslim”də yazılmışdır. Bu hədisi-şərif namazı tərk 
etmənin çox pis olduğunu göstərir.  Əshabi-kiramdan çoxusu namazı üzrsüz tərk 
edən kafir olar, dedilər. Şafii və maliki məzhəblərində kafir olmazsa da, öldürülmə-
si vacibdir. Hənəfi məzhəbində namaz qılana qədər həbs olunur və döyülür.  
7. Übadə bin Samit “radıyallahü anh” xəbər verir. Rəsulullah “sallallahü aləy-
hi və səlləm” buyurdu ki, “Allahü təala beş vaxt namaz qılmağı əmr etdi. Bir 
kimsə gözəl dəstəmaz alıb, namazlarını vaxtında qılarsa və rükülərini, huşula-
rını tamam edərsə, Allahü təala onu əfv edəcəyini söz vermişdir. Bunları et-
məyən üçün söz verməmişdir. Bunu istəyərsə  əfv edər, istəyərsə  əzab edər”. 
Bu Hədisi-şərifi İmamı Əhməd, Əbu Davud və Nəsai bildirmişdir. Görünür ki, na-
mazın şərtlərinə, rükü və səcdələrinə diqqət etmək lazımdır. Allahü təala sözündən 
dönməz, doğru namaz qılanları mütləq əfv edər.  
8. Əbu Əmaməi Bahili “radıyallahü anh” bildirir. Rəsulullah “sallallahü aley-
hi və səlləm” buyurdu ki, “Beş vaxt namazınızı qılın! Bir ayınızda oruc tutun! 
Mallarınızın zəkatını verin! Başınızda olan rəhbərlərinizə itaət edin! Rəbbini-
zin Cənnətinə girin!” Görünür ki, hər gün beş vaxt namaz qılan, Ramazan ayın-
da oruc tutan, malının zəkatını verən və Allahü təalanın yer üzündə xəlifəsi olan 
rəhbərlərin islamiyyətə uyğun əmrlərinə itaət edən bir müsəlman Cənnətə gedə-
cəkdir. Bu hədisi-şərif imamı Əhməd və Tirmüzi bildirmişdilər.  
9. Əshabi-kiramın məşhurlarından Büreydəi Əsləmi “radıyallahü anh” xəbər 
verir. Rəsulullah “sallallahü aləyhi və səlləm” buyurdu ki, “Sizinlə aramızda olan 
əhd namazdırNamazı tərk edən kafir olar”. Görünür ki, namaz qılanın müsəl-
man olduğu anlaşılır. Namaza əhəmiyyət verməyən, namazı birinci vəzifə qəbul et-
mədiyi üçün qılmayan kafir olar. Bu Hədisi-şərifi imamı Əhməd, Tirmüzi, Nəsai 
və İbni Macə bildirmişdir.  
10. Əbu Zəri Qifari deyir ki, payız günlərindən birində Rəsulullah “sallallahü 
aləyhi və səlləm” ilə bərabər küçəyə çıxdıq. Yarpaqlar tökülürdü. Bir agacdan iki 
budaq qopartdı. Bunların yarpaqları dərhal töküldü. “Ey Əba Zər! Bir müsəlman 
Allah rızası üçün namaz qılınca, bu budaqların yarpaqları töküldüyü kimi, 
günahları tökülür” buyurdu. Bu Hədisi-şərifi imamı Əhməd xəbər verdi.  
11. Zeyd bin Xalid Cühəmi xəbər verir. Rəsulullah “sallallahü aləyhi və səl-
ləm” buyurdu ki, “Bir müsəlman, doğru olaraq və huşu ilə iki rükət namaz qı-

 100
lınca, keçmiş günahları əfv olar.” Yəni Allahü təala onun kiçik günahlarının ha-
mısını əfv edər. Bu Hədisi-şərifi İmamı Əhməd bildirdi.  
12. Abdüllah bin Amr-ibni As xəbər verir. Rəsulullah “sallallahü aləyhi və 
səlləm” buyurdu ki, “Bir kimsə namazı  əda edərsə, bu namaz qiyamət günü 
nur və burhan olar və Cəhənnəmdən qurtulmasına səbəb olar. Namazı müha-
Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin