Kitabüs-salat namaz kitabi


Küfrə  səbəb olan o şeydən də tövbə etmələri lazımdır



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə17/17
tarix07.01.2017
ölçüsü1,22 Mb.
#4733
1   ...   9   10   11   12   13   14   15   16   17

Küfrə  səbəb olan o şeydən də tövbə etmələri lazımdır.  (İslamiyyətdən hansı 
qapıdan çıxmışdısa, o  qapıdan girməsi lazımdır). Əgər küfrə səbəb olacağını bil-
məyib söyləyər, yaxud edərsə  və ya küfrə  səbəb olması alimlər arasında ixtilaflı 
olan bir sözü qəsdən söyləyərsə, imanının gedəcəyi, nikahının pozulacağı şübhəli-
dir. Ehtiyatlı olaraq, təcdidi iman və nikah etməsi yaxşı olar. Bilməyərək söyləmə-
yə “Küfri-cəhli” deyilir. Bilməməsi üzr deyil, böyük günahdır. Çünki hər müsəl-
manın bilməsi lazım olan şeyləri öyrənməsi fərzdir. Küfrə  səbəb olan sözü, xəta 
edərək, çaşaraq və ya vadar edilərək söyləyənin imanı və nikahı pozulmaz. Yalnız 
tövbə və istiğfar, yəni təcdidi-iman etməsi yaxşı olar. 
 Bir kafir bir kəlmeyi-təvhid söyləməklə mömin olduğu kimi, bir mömin də 
bir söz söyləməklə kafir olar.  
Bir müsəlmanın bir sözündə və ya bir işində yüz məna olsa, yəni yüz şey an-
laşılsa, bunlardan biri o kimsənın imanlı olduğunu göstərsə, 99-u, kafir olduğunu 
göstərsə, o kimsənin müsəlman olduğunu söyləmək lazımdır. Yəni küfrü göstərən 
99 mənaya baxılmaz. İmanı göstərən bir mənaya baxılır. Bu sözü səhv anlamama-
lıdır. Bunun üçün iki nöqtəyə diqqət etməlidir. Birincisi, söz və ya iş sahibinin mü-
səlman olması lazımdır. Bir fransız Qurani-Kərimi tərifləsə, bir ingilis, Allah birdir 
desə, bunların müsəlman olduğu söyləmək olmaz. İkincisi, bir sözün və ya bir işin 
yüz mənası olsa deyildi. Yoxsa, yüz sözdən və ya yüz işdən biri imanı göstərsə, 99-
u küfrü bildirsə, bu kimsəyə müsəlman deyiləcəyi bildirilmədi.  
– Hər müsəlman sabah və axşam, bu iman duasını oxumalıdır:  
 
“ALLAHÜMMƏ İNNİ ƏUZU BİKƏ MIN ƏN ÜŞRİKƏ BİKƏ ŞEY-ƏN 
VƏ  ƏNƏ ALƏMÜ VƏ  ƏSTAĞFİRÜ-KƏ  Lİ-MA LA-ALƏMÜ  İNNƏKƏ 
ƏNTƏ ALLAMÜL-QUYUB.”  
ALLAHÜMMƏ İNNİ ÜRİDÜ ƏN ÜCƏDDİDƏL İMANƏ VƏNNİKƏ-
HA TƏCDİDƏN Bİ-QAVLİ LA İLAHƏ  İLLALLAHÜ MUHAMMƏDÜN 
RƏSULULLAH” deyərək də tövbə, təcdidi iman və nikah etməlidir.  

 133
İMANIN BİZDƏ DAVAMLI QALIB, ÇIXMAMASI ÜÇÜN 
1. Qeybə iman etməlidir.  
2. Qeybi ancaq Allahü təala və Onun bildirdiklərinin biləcəyinə inanmalıdır.  
3. Haramı haram bilib etiqad etməlidir.  
4. Halalı halal bilib etiqad etməlidir.  
5. Allahü təalanın əzabından əmin olmayıb daima qorxmalıdır.  
6. Allahü təaladan ümid kəsməməlidir.  
— Mürtəd olacaq şeyi inkar etməsi də tövbə olar. Mürtəd tövbə etmədən ölər-
sə, Cəhənnəm atəşində əbədi olaraq əzab görər. Bunun üçün küfrdən çox qorxmalı, 
AZ DANIŞMALIDIR. Hədisi-şərifdə, “Həmişə xeyirli, faydalı danışın. Yaxud 
susun!” buyuruldu. Ciddi olmalı, lətifəli, oyunçu olmamalıdır. Ağıla, insanlığa uy-
ğun olmayan şeylər etməməlidir. Özünü küfrdən qorumaq üçün Allahü təalaya çox 
dua etməlidir. 
 
İNDİ İMANI OLDUĞU HALDA, SONRADAN İMANININ GETMƏSİNƏ  
SƏBƏB OLAN ŞEYLƏR: 
1. Bidət sahibi olmaq. Yəni etiqadı səhv olmaq. (Əhli-sünnət alimlərinin bil-
dirdiyi etiqaddan çox az da olsa ayrılan yolunu azmış və ya kafir olar).  
2. Zəif, yəni əməlsiz iman.  
3. Doqquz əzasını doğru yoldan çıxartmaq.  
4. Böyük günah işləməyə davam etmək.  
5. Neməti islama şükrünü kəsmək.  
6. Axirətə imansız getməkdən qorxmamaq.  
7. Zülm etmək.  
8. Sünnətə uyğun oxunan azanı-Muhammədini dinləməmək.  
9. Anaya-ataya qarşı gəlmək.  
10. Doğru olsa belə, çox and içmək.  
11. Namazda tadili-ərkanı tərk etmək.  
12. Namazı əhəmiyyətsiz hesab edib öyrənməyə və ailəsinə öyrətməyə  əhə-
miyyət verməmək, namaz qılanlara mane olmaq.  
13. Spirtli içki içmək.  
14. Möminlərə əziyyət etmək.  
15. Yalan yerə övliyalıq və din məlumatları satmaq.  
16. Günahını unutmaq, kiçik görmək.  
17. Təkəbbürlü olmaq, yəni özünü bəyənmək.  
18. Ucb, yəni elm və əməlim çoxdur , demək.  
19. Münafiqlik, ikiüzlülük.  
20. Həsəd etmək, din qardaşına kin saxlamaq.  
21. Hökumətinin və üstadının islamiyyətə müxalif olmayan sözünü yerinə ye-
tirməmək.  
22. Bir kimsəni təcrübə etmədən yaxşı demək.  
23. Yalanda inad etmək.  

 134
24. Üləmadan qaçmaq.  
25. Bığlarını sünnət miqdarından artıq uzatmaq.  
26. Kişilərin ipək geyinməsi.  
27. Qeybətdə inad etmək.  
28. Kafir olsa da, qonşusuna əziyyət etmək.  
29. Dünya üçün çox qəzəbə gəlmək, hirslənmək.  
30. Faiz alıb-vermək.  
31. Öyünmək üçün paltarının qollarını və ətəklərini artıq uzatmaq.  
32. Sehrbazlıq, cadu etmək.  
33. Müsəlman və saleh olan məhrəm qohum ziyarətini tərk etmək.  
34. Allahü təalanın sevdiyi kimsəni sevməmək, islamiyyəti pozmaq istəyənlə-
ri sevmək. Bu da HUBBI FİLLAH, BUĞDI FİLLAH adlanır ki, imanın şərtidir.  
35. Mömin qardaşına üç gündən artıq kin tutmaq.  
36. Zinaya davam etmək.  
37. Livata (uşaqbazlıq) edib, tövbə etməmək.  
38. Azanı, fiqh kitablarının bildirdiyi vaxtlarda və sünnətə uyğun oxumamaq 
və sünnətə uyğun oxunan azanı eşidincə hörmət ilə dinləməmək.  
39. Münkəri (haramı) işləyəni görüb gücü çatdığı halda, şirin dil ilə mane 
olmamaq.  
40. Arvadının, qızının və nəsihət etmək haqqına sahib olduğu qadınların başı, 
qolları, ayaqları açıq, bəzəkli, ətirli küçəyə çıxmasına və pislərlə görüşməsinə razı 
olmaq.  
 
BÖYÜK GÜNAHLAR ÇOXDUR, YETMİŞ İKİ BÖYÜK GÜNAH BUNLARDIR 
1. Haqsız yerə adam öldürmək.  
2. Zina etmək.  
3. Livata (uşaqbazlıq) etmək.  
4. Şərab və hər cür spirtli içkiləri içmək. (Pivə içmək haramdır).  
5. Oğurluq etmək.  
6 Keyf üçün uyuşdurucu maddə yemək və içmək.  
7. Başqasının malını qəsdən, zorla almaq. Yəni talan etmək.  
8. Yalan yerə şahidlik etmək.  
9. Ramazan orucunu üzrsüz müsəlmanların yanında yemək.  
10. Faiz alıb-vermək.  
11. Çox and içmək.  
12. Anaya-ataya qarşı gəlmək.  
13. Məhrəm və saleh qohum-əqrabaya silai-rahmi (ziyarəti) tərk etmək.  
14. Müharibədə hərbi tərk edib düşmən qarşısından qaçmaq.  
15. Haqsız yerə yetimin malını yemək.  
16. Tərəzisini və ölçüsünü haqq üzərə istifadə etməmək.  
17. Namazı vaxtından əvvəl və ya sonra qılmaq.  
18. Mömin qardaşının qəlbini qırmaq. (Kəbəni yıxmadan daha böyük günahdır. 

 135
Allahü təalanı ən çox incidən küfrdən sonra qəlb qırmaq kimi böyük günah 
yoxdur.  
19. Rəsulullahın “sallallahü aləyhi və səlləm” söyləmədiyi sözü söyləmək və 
Ona istinad etmək.  
20. Rüsvət almaq.  
21. Haqq olan şahidlikdən boyun qaçırtmaq.  
22. Malın zəkatını və uşrunu verməmək.  
23. Gücü çatdığı halda münkəri, günah işləyəni görüncə mane olmamaq.  
24. Canlı heyvanı atəşdə yandırmaq.  
25. Quran-ı azim-uş-şanı öyrəndikdən sonra oxumağı unutmaq.  
26. Allahü azim-uş-şanın rəhmətindən ümidini kəsmək.  
27. Müsəlman olsun, kafir olsun, insanlara xəyanət etmək.  
28. Donuz əti yemək.  
29. Rəsulullahın  Əshabələrindən “ridvanullahi Təala aləyhim  əcmain” hər 
hansı birini sevməmək və söymək.  
30. Qarnı doyduqdan sonra yeməyə davam etmək.  
31. Qadınların ərinin yatağından qaçması.  
32. Qadınlar ərindən icazəsiz ziyarətə getmək.  
33. Namuslu bir qadına fahişə demək.  
34. Müsəlmanlar arasında söz daşımaq.  
35. Övrət yerlərini başqasına göstərmək. (Kişinin göbəklə dizi arası, qadının 
saçı, qolu, ayağı övrətdir.) Başqasının övrət yerinə baxmaq da haramdır.  
36. Leş yemək və başqasına yedirmək.  
37. Əmanətə xəyanət etmək.  
38. Müsəlmanı qeybət etmək.  
39. Həsəd etmək.  
40. Allahü azim-uş-şana şərik qoşmaq.  
41. Yalan danışmaq.  
42. Təkəbbürlülük, özünü üstün görmək.  
43. Ölüm xəstəsinin varisindən mal gizlətmək.  
44. Çox xəsis olmaq.  
45. Dünyaya məhəbbət etmək.  
46. Allahü təalanın əzabından qorxmamaq.  
47. Haram olanı haram etiqad etməmək.  
48. Halal olanı halal etiqad etməmək.  
49. Falçıların falına, qeybdən xəbər verməsinə inanmaq.  
50. Dinindən dönmək, mürtəd olmaq.  
51. Üzrsüz başqasının qadınına, qızına baxmaq.  
52. Qadınların kişi paltarı geyinməsi.  
53. Kişilərin qadın paltarı geyinməsi.  
54. Harəm-i Kəbədə günah işləmək.  
55. Vaxtı gəlmədən azan oxumaq və namaz qılmaq.  

 136
56. Dövlət adamlarının əmrlərinə, qanunlara üsyankar olmaq, qarşı gəlmək.  
57. Arvadının məhrəm yerlərini anasının məhrəm yerinə bənzətmək.  
58. Arvadının anasına söymək.  
59. Bir-birinə nişan almaq.  
60. İtin artığını yemək, içmək.  
61. Etdiyi yaxşılığı başa qaxmaq.  
62. İpək geyinmək (kişilər üçün).  
63. Cahillikdə inad etmək. (Əhli-sünnət etiqadını, fərzləri, haramları və lazım-
lı olan hər məlumatı öyrənməmək.)  
64. Allahü təaladan və islamiyyətin bildirdiyi adlardan başqa şey söyləyərək 
and içmək.  
65. Elmdən boyun qaçırmaq.  
66. Cahilliyin müsibət olduğunu anlamamaq.  
67. Kiçik günahı təkrar işləməkdə inad etmək.  
68. Zəruri olmayaraq qəhqəhə ilə çox gülmək.  
69. Bir namaz vaxtını qaçıracaq zaman qədər cünüb (qüslsüz) gəzmək.  
70. Adətli və nifas halında olan arvadına yaxın olmaq.  
71. Mahnı oxumaq. Əxlaqsız mahnıları söyləmək, musiqi, çalğı alətlərindən 
istifadə etmək.  
72. İntihar etmək, yəni özünü öldürmək.  
Siğə nikahı, müvəqqəti nikah haramdır. Qadınların, qızların, başı, saçı, qolla-
rı, ayaqları açıq küçəyə çıxmaları haram olduğu kimi, incə, bəzəkli, dar, xoş ətirli 
paltar ilə çıxmaları da haramdır.  
Dizi ilə göbəyi arası dar paltar ilə örtülmüş qadına ehtirassız da baxmaq ha-
ramdır. Yad qadının iç paltarlarına şəhvətlə baxmaq haramdır. Sıx, dar örtülmüş, 
digər övrət yerlərinə şəhvətlə baxmaq haramdır. Şəhvətə, harama səbəb olan rəsm-
ləri düzəltmək, çap etmək, çəkmək haram olar. (Haramlara, “nə var bunlarda”, de-
mək küfr olar). Dəstəmaz və qüsldə, lazımı miqdardan artıq su istifadə etmək israf 
olub, haramdır. Keçmiş övliyaya dil uzatmaq (söymək), onlara cahil demək, sözlə-
rindən əhkami islamiyyəyə uymayan mənalar çıxarmaq, öldükdən sonra da kəra-
mət göstərdiklərinə inanmamaq və ölüncə övliyalıqları bitər sanmaq və onların qə-
birləri ilə  bərəkətlənənlərə mane olmaq, müsəlmanlara sui-zənn (şübhə etmək), 
zülm etmək, mallarını qəsb etmək kimi və həsəd, iftira, yalan söyləmək və qeybət 
etmək kimi haramdır.  
 
ON ŞEY SON NƏFƏSDƏ İMANSIZ GETMƏYƏ SƏBƏB OLAR 
1. Allahü təalanın əmrlərini və qadağanlarını öyrənməmək.  
2. İmanını Əhli-sünnət etiqadına görə düzəltməmək.  
3. Dünya malına, rütbəsinə, şöhrətinə düşkün olmaq.  
4. İnsanlara, heyvanlara, özünə zülm, əziyyət etmək.  
5. Allahü təalaya və yaxşılıq gəlməsinə səbəb olanlara şükr etməmək.  
6. İmansız olmaqdan qorxmamaq.  

 137
7. Beş vaxt namazı vaxtında qılmamaq.  
8. Faiz alıb-vermək.  
9. Dininə bağlı olan müsəlmanları aşağı görmək. Bunlara geri qalmış kimi şey-
lər söyləmək.  
10. Əxlaqsız sözləri, yazıları və rəsmləri söyləmək, yazmaq və düzəltmək.  
 
ƏHLİ-SÜNNƏT ETİQADINDA OLMAQ ÜÇÜN  
BU XÜSUSLARA DİQQƏT ETMƏLİDİR 
1. Allahü təalaya xas olan xüsusiyyətləri vardır. Və zatından ayrıdır.  
2. İman artmaz və azalmaz.  
3. Böyük günah işləməklə iman getməz.  
4. Qeybə iman əsasdır.  
5. İman mövzusunda müqayisə olmaz.  
6. Allahü təala Cənnətdə görüləcəkdir.  
7. Təvəkkül imanın şərtidir.  
8. Əməllər (ibadətlər) imandan parça deyildir.  
9. Təqdirə iman imanın şərtidir.  
10. Əməldə dörd məzhəbdən birinə tabe olmaq şərtdir.  
11. Əshabi-kiramin və əhli beytin və Peyğəmbərimizin xanımlarının hamısını 
sevmək şərtdir.  
12. Dörd xəlifənin üstünlükləri xilafət sırasına görədir.  
13. Namaz, oruc, sədəqə kimi nafilə ibadətlərin savabını başqasına hədiyyə 
etmək caizdir.  
14. Mirac, ruh və bədən olaraq edilmişdir.  
15. Övliyanın kəraməti haqdır.  
16. Şəfaət haqdır.  
17. Məst üzərinə məsh caizdir.  
18. Qəbir sualı vardır.  
19. Qəbir əzabı ruh və bədənə olacaqdır.  
20. İnsanları və işlərini də Allahü təala yaradır. İnsanda iradə gücü vardır.  
21. Ruzi halaldan da olur, haramdan da.  
22. Övliyaların ruhları ilə təvəssül edilir və onların xətrinə dua edilir.  
Səsləndi ol müəzzin, durdu qamət eylədi,  
Kəbəyə döndü üzün, həm də niyyət eylədi.  
Eşidincə əhl-i iman, hörmət ilə dinlədi,  
Sonra namaza durub, Rəbbə qulluq etdi.  
 
PİS ƏXLAQLAR: 
1. Küfr.  
2. Cəhalət.  
3. Rüsvay olmaq qorxusu. (İnsanların pisləmələrindən, qınamalarından, biabır 
olmasından qorxub haqqı qəbul etməmək.]  
4. Təriflənməyi sevmək. (Özünü bəyənib, təriflənməyi sevmək).  

 138
5. Bidət etiqad. (Düzgün olmayan iman).  
6. Həvay-i nəfs. (Nəfsin istəklərinə, ləzzətlərinə, ehtiraslarına tabe olmaq). 
7. Təqlid ilə iman. (Bilmədiyi kimsələri təqlid).  
8. Riya. (Göstəriş. Axirət əməlləri edərək dünya arzularına qovuşmaq)  
9. Tul-i əməl. (Zövq və səfa sürmək üçün çox yasamağı istəmək).  
10. Tamahkarlıq. (Dünya ləzzətlərini haram yollardan axtarmaq).  
11. Təkəbbürlülük. (Özünü üstün görmək).  
12. Təzəllül (Özünü alçatmaq, yaltaqlanmaq).  
13. Ucb. (Etdiyi yaxşılıqları, ibadətləri bəyənmək).  
14. Həsəd. (Qısqanmaq, zəhləsi getmək, nemətin ondan getməsini istəmək. 
Əbülleysi Səmərqəndi deyir ki, “Üç nəfərin duası qəbul olunmaz: Haram yeyə-
nin, qeybət edənin, həsəd aparanın.)  
15. Hiqd. (Başqasını aşağı görmək).  
16. Şəmatət. (Başqasına gələn bəlaya, zərərə sevinmək).  
17. Hicr. (Dostluğu tərk edib kin saxlamaq).  
18. Cübn. (Qorxaqlıq, şücaətin az olması).  
19. Təhəvvür. (Qəzəbin, sərtliyin həddindən artıq və zərərli olması.]  
20. Qədr. (Əhdində və sözündə durmamaq).  
21. Xəyanət. (Münafiqlik əlaməti; etibarı aradan qaldıran söz və iş.]  
22. Vədini pozmaq. (Verdiyi sözü pozmaq. Hədisi-şərifdə “Münafiqlik əla-
məti üçdür: Yalan söyləmək, vədini ifa etməmək, əmanətə xəyanət etmək” bu-
yuruldu). 
23. Sui-zənn. (Kiminsə haqqında pis düşünmək haramdır. Günahlarının  əfv 
olunmayacağını zənn etmək, Allahü təalaya sui-zənn olar. Möminləri haram işlə-
yən, yəni günahkar zənn etmək sui-zənn olur.]  
24. Var-dövlətə məhəbbət. (Mala düşkün olmaq).  
25. Təsvif. (Xeyirli iş görməyi sonraya saxlamaq). Hədisi-şərifdə, “Beş  şey 
gəlmədən  əvvəl beş  şeyin qiymətini bilin: Ölmədən  əvvəl həyatın qiymətini, 
xəstəlikdən əvvəl səhhətin qiymətini, dünyada axirəti qazanmağın qiymətini, 
qocalmaqdan əvvəl gəncliyin qiymətini, kasıblıqdan əvvəl zənginliyin qiyməti-
ni” buyuruldu).  
26. Fasiqləri (açıqdan günah işləyən) sevmək. (Günahın ən pisi zülmdür. Ha-
ram işləyənə fasiq deyilir).  
27.Alimlərə düşmənlik. (İslam elmləri və alimləri ilə lağ etmək küfrdür).  
28. Fitnə. (İnsanları dərdə, bəlaya salmaq. Hədisi-şərifdə; “Fitnə yuxudadır, 
oyandırana lənət olsun!” buyuruldu).  
29. Müdaxənə və müdarə. (Gücü çatdığı halda, haram işləyənə mane olma-
maq və dünyası üçün dinini vermək müdahənədir. Dini üçün dünyasını verməyə 
müdara deyilir). 
30. Tərslik və qürur. (Haqq olanı, doğrunu eşitdiyi zaman qəbul etməmək).  
31. Nifaq. (Münafiqlik, daxilinin çölünə uyğun gəlməməsi).  
32. Təfəkkür etməmək. (Günahlarını, məxluqları və özünü düşünməməsi).  

 139
33. Müsəlmana bəddua (qarğış).  
34. Müsəlmana pis ləqəb qoymaq.  
35. Üzrü rədd etmək.  
36. Qurani-Kərimi yanlış təfsir etmək.  
37. Haram işləməkdə inad etmək.  
38. Qeybət.  
39. Tövbə etməmək.  
40. Var-dövlət və vəzifə arzusu.  
Pis  əxlaqdan çəkinməli, gözəl  əxlaqlı olmağa çalışmalıdır. Hədisi-şəriflərdə 
buyuruldu ki: “İbadətləri az olan bir qul gözəl əxlaqı ilə qiyamətdə yüksək də-
rəcələrə qovuşar.”  
“İbadətlərin  ən asanı  və çox faydalısı, az danışmaq və gözəl  əxlaqlı ol-
maqdır.”  
“Özündən uzaqlaşanlara yaxınlaşmaq, zülm edənləri bağışlamaq, özünü 
məhrum edənlərə ehsan etmək gözəl əxlaqlı olmaqdır.” 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 

 140
 
 
DOQQUZUNCU BÖLMƏ 
 
 
NAMAZ SURƏLƏRİ VƏ DUALARI 
 
 
SURƏ VƏ DUALAR LATIN HƏRFLƏRİ İLƏ YAZILARMI? 
 
Surələri və duaları latın hərfləri ilə yazmağa çalışdığımız halda bu mümkün 
olmadı. Latın hərflərinə necə işarə qoyularsa qoyulsun, surələri və duaları doğru 
oxuya bilmək mümkün olmaz. Bunları Qurani-Kərimdəki hərflər kimi oxuya bil-
mək üçün bir bilənin oxutması, təkrarlaması və vərdiş etməsi lazımdır. Bu vərdiş 
mütləq lazım olduğuna görə bilən bir nəfərə  həqiqətən də Qurani-Kərim 
hərflərini tanıtmaq və öyrətmək imkanını  və nemətini qazandırır. Bu nemətin 
böyüklüyünü, dünyada və axirətdə faydasını hədisi-şəriflər və fiqh kitabları geniş 
izah edir, savabının çoxluğunu bildirirlər. 
 O halda hər müsəlman, uşaqlarını  məscidlərə, Qurani-Kərim kurslarına 
göndərməli, Qurani-Kərimin hərflərini və bunların necə oxunacağını yaxşıca 
öyrətməli və bu böyük savaba qovuşmağa çalışmalıdır.  
Peyğəmbərimiz “sallallahü aleyhi və səlləm” buyurur ki: 
“Hər biriniz bir sürünün çobanı kimisiz. Çoban sürüsünü qoruduğu ki-
mi, siz də evlərinizdə və əmrləriniz altında olanları Cəhənnəmdən qorumalı-
sınız! Onlara müsəlmanlığı öyrətməlisiniz. Öyrətməsəniz məsul 
olacaqsınız.” 
Bir dəfə də buyurdu ki: 
“Çox müsəlman övladı ataları üzündən Veyl adındakı  Cəhənnəmə ge-
dəcəkdir. Çünki bunların ataları, yalnız pul qazanmaq və kef sürmək 
həvəsinə düşüb və yalnız dünya işləri ilə  məşğul olub, övladlarına 
müsəlmanlığı və Quranı-Kərimi öyrətmədilər. Mən belə atalardan uzağam. 
Onlar da məndən uzaqdır. Uşaqlarına dinlərini öyrətməyənlər Cəhənnəmə 
gedəcəklər.”  
Yenə buyurdu ki: 
“Uşaqlarına Quranı-Kərim öyrədənlərə  və Qurani-Kərim müəlliminə 
göndərənlərə, öyrədilən Quranın hər hərfi üçün on dəfə  Kəbəi-muazzama 
ziyarət savabı verilir və qiyamət günü başına dövlət tacı qoyulur. Bütün in-
sanlar görüb qibtə edər.” 
Yenə buyurdu ki: 
“Bir müsəlman övladı ibadət edəndə, qazandığı savab qədər atasına da 
verilir. Bir adam uşağında fisq, günah öyrədərsə, bu uşaq nə qədər günah 
isləyərsə, atasına da oqədər günah yazılır.” 

 141
Quranı-Kərim oxuyarkən on ədəbə riayət etmək lazımdır: 
1.
 
Dəstəmazlı və qibləyə qarşı hörmətlə oxumalı. 
2.
 
Ağır-ağır və  mənasını düşünərək oxunmalıdır. Mənasını bilməyən də  ağır 
oxumalıdır. 
3.
 
Ağlayaraq oxunmalıdır. 
4.
 
Hər ayətin haqqını verməli, yəni  əzab ayətini oxuyarkən qorxaraq, rəhmət 
ayətlərini həvəslənərək, tənzih ayətlərini təsbeh edərək oxumalıdır. Qurani-Kərimi 
oxumağa başlayarkən Əuzü və Bəsmələ çəkməlidir. 
5.
 
Özündə riya, yəni göstəriş oyanarsa və ya namaz qılana mane olursa, yavaş 
səslə oxumalıdır. Hafizlərin kitaba baxaraq oxumaları,  əzbərdən oxumaqdan daha 
çox savabdır. Çünki gözlər də ibadət etmiş olur.  
6.
 
Quranı-Kərimi gözəl səslə  və  təcvidə riayət edərək oxumalıdır. Hərfləri, 
kəlimləri bozaraq təğənni etmək haramdır. Hərflər bozulmasa, məkruh olar. 
7.
 
Qurani-Kərim Allahü təalanın kəlamıdır, xüsusiyyətidir, kadimdir (Allahü 
təalanın varlığının əvvəli olmamaqdır). Ağızdan çıxan hərflər atəş deməyə bənzəyir. 
Atəş demək asandır. Ancaq atəşə heç kim dayana bilməz. Bu hərflərin mənaları da 
belədir. Bu hərflər başqa hərflərə bənzəmir. Bu hərflərin mənaları meydana çıxsa. 
Yeddi qat yer və yeddi qat göy dayana bilməz. Allahü təala öz sözünün böyüklüyü-
nü, gözəlliyini bu hərflərin içində saxlayaraq insanlara göndərmişdir. 
8.
 
Qurani-Kərimi oxumazdan əvvəl bunu oxuyan Allahü təalanın böyüklüyünü 
düşünməlidir. Qurani-Kərimə doxunmaq üçün təmiz əl lazım olduğu kimi, onu oxu-
maq üçün də təmiz qəlb lazımdır. Allahü təalanın böyüklüyünü bilməyən Quranı-
Kərimin böyüklüyünü başa düşə bilməz. Allahü təalanın böyüklüyünü başa düşmək 
üçün də, Onun xüsusiyyətlərini və yaratdıqlarını düşünmək lazımdır. Bütün məxlu-
qatın sahibi, hakimi olan bir şəxsin kəlamı olduğunu düşünərək oxumalıdır.  
9.
 
Oxuyarkən başqa şeylər düşünməməlidir. Bir adam bir bağı gəzərkən gör-
düklərini düşünməzsə, o bağı gəzmiş sayılmaz. Quranı-Kərim də möminlərin qəlb-
lərinin gəzəcəyi yerdir. Onu oxuyan ondakı hikmətləri düşünməlidir.  
10.
 
Hər kəliməni oxuyarkən mənasını düşünməli və başa düşənə qədər təkrar-
lamalıdır.  
 
 
NAMAZ  DUALARININ MƏALLARI 
 
SÜBHANƏKƏ 
 Ey Allahım! Səni nöqsanlıqlardan tənzih edər. Bütün kəmal xüsusiyyətləri ilə 
tərif edərəm. Sənə həmd edərəm. Sənin adın ucadır. (Və sənin şanın hər şeyin üs-
tündədir

) Bu qism cənazə namazı qılınarkən əlavə edilir.) Səndən başqa ilah yox-
dur.  
 
                                                        

 Bu qisim cənazə namazı qılınarkən əlavə edilir. 

 142
ƏTTƏHIYYATÜ 
Hər cür hörmət, salavat və bütün yaxşılıqlar Allaha məxsusdur. Ey Nəbi! 
Allahın salam, rəhmət və bərəkəti sənin üzərinə olsun. Salam bizim və Allahın sa-
leh qullarının üzərinə olsun. Şəhadət edirəm ki, Allah birdir və yenə şəhadət edi-
rəm ki, Muhamməd-əleyhissəlam Onun qulu və rəsuludur.  
 
ALLAHÜMMƏ SALLİ 
Ey Allahım! İbrahimə “əleyhissəlam” və ailəsinə rəhmət etdiyin kimi, “Əfən-
dimiz” Muhammədə “əleyhissəlam” və ailəsinə də rəhmət et. Şübhəsiz sən hamid 
və məcidsən.  
 
ALLAHÜMMƏ BARİK 
Ey Allahım! İbrahimə “əleyhissəlam” və ailəsinə bərəkətlər ehsan etdiyin ki-
mi, “Əfəndimiz” Muhammədə “əleyhissəlam” və ailəsinə də, bərəkətlər ehsan et. 
Şübhəsiz sən hamid və məcidsən.  
 
RABBƏNA ATİNA 
Ya Rəbb! Dünyada və axirətdə bizə yaxşılıqlar ver və bizi narın (atəşin) əza-
bından qoru. Ey mərhəmətlilərin ən mərhəmətlisi, sənin rəhmətinlə... 
 
KUNUT DUASI 
Ey Allahım! Biz səndən yardım diləyirik. Sənə istigfar edərik. Səndən hidayət 
istərik. Sənə iman edərik. Sənə tövbə və sənə təvəkkül edərik. Bütün xeyirlərlə səni 
tərifləyərik. Sənə (nemətlərinə) şükr edər, nemətinə naşükürlük etmərik. Sənə qarşı 
fisq və fücur edəni atar və tərk edərik.  
Ey Allahım! Ancaq sənə ibadət edər, namaz qılar, səcdə edər, sənə gələr və 
sığınarıq. Rəhmətini rəca (ümid) edər və əzabından qorxarıq. Çünki sənin əzabın 
həqiqəti örtən kafirlərə mütləq çatar.  
 
İSTİĞFAR DUASI 
[Bir çox ayəti-kərimədə, “Məni çox zikr edin” və  “İza caə” surəsində, 
“Mənə istiğfar edin. Dualarınızı qəbul edər, günahlarınızı əfv edərəm” buyu-
ruldu. Görünür ki, Allahü təala  çox istiğfar edilməsini (bağışlanma istəmək) əmr 
edir. Bunun üçün Muhamməd Masum həzrətləri ikinci cild, 80-cı  məktubunda, 
“Bu əmrə tabe olaraq hər namazdan sonra üç dəfə istiğfar duası oxuyuram və 67 
dəfə “Əstağfirullah” deyirəm. İstiğfar duası, “Əstağfirullahəlazim əlləzi la ilahə 
illa hüv əl hayyəl qayyumə  və  ətübü iləyh”dir. Siz də bunu çox oxuyun!  Hər 
birini söyləyərkən mənasını, “Məni əfv et Allahım” kimi düşünməlidir. Oxuyanı 
və yanındakıları  dərdlərdən, çətinlikərdən qurtarar. Çox kimsə oxudu. Faydası 
həmişə görüldü”-buyurdu.] [Yatarkən ya Allah, ya Allah və üç dəfə “Əstağfirul-
lah min külli ma kərihallah” deməli və yatana qədər, təkrar etməlidir.]  
Seyx-ül-islam  Əhməd Namiki Cami h.536, m.1142-ci ildə  vəfat etdi. 
“Miftah-ün-nəcat” kitabında buyurur ki, bir kimsə tövbə və istiğfar edər və şərtlə-

 143
rini yerinə gətirərsə, hər keçdiyi küçə və hər oturduğu yer iftixar edər. Ay, günəş, 
ulduzlar onun üçün dua edər. Qəbri Cənnət bağçası olar. Bu cür tövbə nəsib olma-
yan adam bu cür tövbə edənlərlə birlikdə olmalıdır. Hədisi-şərifdə “İbadətlərin ən 
qiymətlisi, övliyanı sevməkdir” buyuruldu və “Tövbə və istiğfar edənin bütün 
günahları əfv olar” buyuruldu. [Tövbə qəlb ilə olur. İstiğfar söyləməklə olur.]  
 
TƏVHİD DUASI 
Ya Allahü, ya Allahü. Lə iləhə illəllahü Muhammədün Rəsulullah. Ya 
Rahman, ya Rahım, ya afüvvü ya Kərim, fafü anni vərhamni ya ərhamərrahi-
min! Təvəffənni müslimən və əlhikni bissalehin. Allahümməğfirli və li-abai və 
ümməhati və li aba-i və ümməhat-i zəvcəti və li-əcdadi və cəddati və li-əbnai 
və bənati və li-ihvəti və əhavati və li-amami və ammati və li-ahvali və halati və 
li-üstazi Abdülhakim-i Arvasi və li kaffətil mömininə vəl-möminat. “Rahmə-
tullahi Təala aləyhim əcmain.”  
 
NAMAZ 
Müsəlmanın, hər gün beş dəfə namaz qılması fərzdir. Namaz dinın dirəyidir. 
Bir namazı vaxtında qılmayanın, bunu həmən qəza etməsi də fərzdir. Bir namazı 
qılmayıb, qəza da etməyən Cəhənnəmdə minlərcə il yanacaqdır. Namaza əhəmiy-
yət verməyən, vəzifə olduğuna inanmayan mürtəd olar, İmanı gedər, Cəhənnəmdə 
sonsuz olaraq yanacaqdır. Namaz ayaq üstə qılınır. Ayaq üstə dura bilməyən xəstə, 
oturaraq qılar. Otura bilməyən xəstə uzanaraq, ima ilə qılacaqdır. Bunu da edə bil-
məyən, öldükdən sonra isqat edilməsi üçün vəsiyyət edəcəkdir. Zəngin əqrəbası ol-
mayanın, qonşuları isqat edib bunu Cəhənnəmdən qurtarar. Müsəlmanların, müsəl-
man qonşular arasında ev tutmaları lazım olduğu buradan da anlaşılır. Namazda 
ayaq üstə durmağa “Kıyam”,  əyilməyə “Rükü”, başını yerə qoymağa “Səcdə”, 
oturmağa “Qadə” deyilir. Bu dördü namazın rüknləri, rükətləridir. Sabah namazı 
dörd rükət olub, ikisi sünnət, ikisi fərzdir. Günorta namazının ilk dörd rükəti Sün-
nət, dörd rükəti fərz, iki rükəti son Sünnət, ikindinın dörd rükəti sünnət, dörd rükəti 
fərz, axşamın üç rükəti fərz, iki rükəti Sünnət, yatsının ilk dörd rükəti sünnət, dörd 
rükəti fərz, iki rükəti son sünnət, üç rükət vitr namazı vacibdir.  
 
 
 
 

 144
 
 
 
 
 
 
 
 
Kitabüs-salat 
 
NAMAZ KİTABI 
 
 
 
 
Hazırlayan: 
Həsən Yavaş
 
 
 
Тяръцмя едян: 
Рамил Хялилов 
 
 
Няшриййат редактору:
Техники редактор: 
Бядии редактор:
Сящифяляйиъи: 
 
Суьра ОСМАНОВА 
Рауф КЯРИМОВ 
Елнур ЯЩМЯДОВ 
Фяхри ВЯЛИЙЕВ 
 
Йыьылмаьа верилмишдир: 25.10.2010. 
Чапа имзаланмышдыр: 19.11.2010. 
Няшрин юлчцсц: 60х90 1/16.  
Физики чап вяряги: 9,0.  
Сифариш: 179/10. Сайы: 1000 ядяд. 
Мцгавиля гиймяти иля. 
 
 
 
 
 
 
Бакы, Az1122, Зярдаби пр. 78  /  Тел: 4977021 
Faks: 4971295 / Е-почту: office@nurprint.com
 
 
NURLAR 
НЯШРИЙЙАТ-ПОЛИГРАФИЙА МЯРКЯЗИ 

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin